Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9470/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(011)-2588/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı – ünvan 1 ünvanına (Abonentin kodu: **********00000) hesablanmış 2721,70 manat borcun Cavabdeh tərəfindən silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı iddiaçıya məxsusdur. Bir müddət öncə “Azəriqaz" İstehsalat Birliyinin nümayəndələri iddiaçının evində qeyri qanuni, yəni kənar xəttin olmasını bəhanə edərək iddiaçının evinə cərimə yazmışlar. Halbuki iddiaçının evində heç bir kənar xətt olmamışdır. Sübut kimi iddiaçıya heç bir sənəd təqdim edilməmişdir, yalnız naməlum fotoşəkil göstərmişlər. Cavabdeh İB-nin əməkdaşları tərəfindən bu səbəbdəndə 2721,70 manat əlavə sərfıyyat haqqı kimi borcun ödənilməsini tələb etmişlər. Həmin borcla bağlı da heç bir sənəd təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçı hesab edir ki, yazılmış borclar əsassız olduğundan qanunsuzdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(011)-2588/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, ünvan 1 ünvanı üzrə (Abonent kodu: **********00000) üzrə İddiaçı hesablanmış 2400 (iki min dörd yüz) manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi, 300 (üç yüz) manat məbləğində mühəndis-texniki tədqiqatının dəyərinin Cavabdehndən alınaraq “X2” MMC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsilə razılaşmayan Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş və apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı mənzilinə dəfələrlə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, vətəndaş sayğacdan kənar qaz xəttindən istifadə edir. Barəsində aktlar tərtib edilərək, itirilmiş qaza görə hesabatlar aparılaraq ümumilikdə 2721.70 manat dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan X2 MMC-nin 03.06.2021-ci il tarixli 295 saylı rəyində iddiaçıya məxsus ünvan 2 ünvanında “Azəriqaz “ İB-ə məxsus qaz xəttinin üzərində müdaxilə faktı olan qaynaq izlərinin aşkar olunduğu qeyd edilsə də, məhkəmə öz qətnaməsində buna xüsusi önəm verməmişdir. Nəticədə 2721.70 manatdan məhz 2400 manatın silinməsinin əsaslarını göstərməmişdir. Qeyd edilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən İddiaçı iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iş üzrə Cavabdeh nümayəndəsi X4 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(011)-2588/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsasən kollegiya hesab edir ki, apellyasiya sikayəti qətnamənin ləğvinə yönəldildiyindən qətnamə tam yoxlanılmalıdir. Birinci instansiya məhkəməsi iş materialları ilə müəyyən etmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacından kənar xətt aşkar olduğuna görə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 2721,70 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Qeyd edilən borcun hesablanması üçün səbəb cavabdeh tərəfindən iddiaçının qaz xəttinə qanunsuz qoşulması göstərilmişdir. Lakin cavabdeh tərəfindən tərtib edilmiş aktlarda iddiaçının qaz xəttinə kənar xətlə qoşularaq istifadə etməsi qeyd olunsa da, lakin göstərilən ünvanda məhz iddiaçı tərəfindən hansı dövr ərzində təbii qazdan kənar xətt vasitəsilə istifadə edilməsi öz təsdiqini tapmamışdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun 2721,70 manat məbləğində ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia qeyd edilən hissədə qismən təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 2400 manat məbləğində borc silinməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.4, 6.5, 6.6 və 6.7-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası işin materiallarını, apelyasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, birinci instansiya məhkəməsinin nəticəsi işin hallırna uyğun olmamış və müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə (Azərbaycan Respublikası MPM 390-cı maddə) gəlmiş, bununla da qətnamə qanuni və əsaslı hesab edilmir. Belə ki, işin materialları ilə müəyyən edilir ki, iddiaçının yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Yeni Massiv 344 saylı evə G-4 markalı qaz sayğacı quraşdırılaraq istifadəsinə verilmişdir. 30 dekabr 2020-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən həmin ünvana baxış zamanı qaz sayğacından kənar qaz xəttinin qoşulma faktı aşkar edilmiş və bu barədə həmin tarixli ******* saylı akt tərtib edilmişdir və tərtib edilmiş aktı imzalamaqdan abonentin imtina etməsi müvafiq aktla rəsmiləşdirilmişdir. Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti “itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası”nın sədri Hicran Abbasovun 30 dekabr 2020-ci il tarixli tələbnaməsinə əsasən Sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi və itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmış və hesablama nəticəsində itirilmiş qazın həcmi 26568m3 hesablanmış və bu komissiyanın üzvləri tərəfindən imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan Abonentin Saldosundan müəyyən edilir ki, 2020-ci ilin avqust ayından 2021-ci ilin yanvar ayına kimi olan müddət ərzində abonent tərəfindən istehlak edilən qazın həcmi akt tərti edilən vaxta kimi avqust ayında 44 kub.m, sentyabr ayında 84 kub.m, oktyabr ayında 52 kub.m, noyabr ayında 259 kub. m olduğu halda, 2021-ci ilin yanvar ayında, yəni, qaz xəttinə kənar qoşulma halı aradan qalxdıqdan sonra 655 kub.m olmuşdur. X1 görünür ki, 2020-ci ilin dekabr ayında abonentə itirilmiş qazın həcmi 27474 kub.m (akta əsasən) müəyyən edilərək, qalıq borc akta əsasən 2656,80 manat hesablanmışdır. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş “X2” MMC-nin 03 iyun 2021-ci il tarixli rəyi ilə iddiaçının yaşadığı fərdi yaşayış evinə dair quraşdırılmış qaz sayğacında ona məxsus qax xətti üzərində qanunsuz qoşulma faktının müəyyən edilən izləri aşkar edilmişdir. İddiaçı iddia ərizəsində borcun əsassız yazılmasına istinad edərək, hər hansı bir qanunsuz qoşulma faktının olmadığını bildirsə də, birinci instansiya məhkəməsində verdiyi izahatında qanunsuz qoşulma faktının olduğunu təsdiq etmiş, lakin yazılmış borcun məbləğinin çox olduğunun və məbləğlə razılaşmadığını bildirmişdir. Kollegiya işin qeyd edilən hallarını qiymətləndirərək hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə gedən qaz xəttinin qanunsuz qoşulma faktı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Kollegiya hesab edir ki, cavabdeh yuxarıda qeyd edilən Qaydaların tələblərinə əsasən üzərlərinə düşən vəzifələri yerinə yetirmiş və bunu müvafiq aktla rəsmiləşdirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinin tələblərinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə tələblərinin əsası kimi istinad etdiyi halları tərəf özü sübut etməlidir. Kollegiya qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, iddiaçı öz tələbini isbat edərkən sübutlar təqdim edə bilməmiş və bu səbəbdən də iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud olmamışdır. Mülki Prosessual Məcəllə nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1). Ona görə də apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(011)-2588/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi”tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-9470/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9470/2021
23.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver