Məhkəmə qərarları › İş №2(103)-9471/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9471/2020

08.12.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9471/2020 08.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Elşən Cələddin oğlu Kazımov və Tofiq Səməd oğlu Səmədovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)-2428/2019 nömrəli qərardadından cavabdehlər Cavabdeh2 və X2 tərəfindən verilmiş şikayətin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı qanuni nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh7 Bakı şəhəri 6 saylı notariat ofisinə, İsmayıllı rayon notariat ofisinə, Cavabdeh10nə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 9 saylı X3, Bakı şəhəri 9 saylı notariat ofisinə qarşı bağışlama müqavilələrinin, alqı-satqı müqaviləsinin və onlara əsasən verilmiş mülkiyyət sənədlərinin etibarsız hesab edilməsi, həmin əmlakların mirasa daxil edilməsi və miras paylarının müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh2 və Azim Əhmədovun nümayəndəsinin mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair vəsatəti rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)- 2189/2020 saylı qərardadı ilə cavabdehlər Cavabdeh2 və Azim Əhmədovun nümayəndəsinin şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-2970/2020 saylı qərarı ilə Cavabdeh2 kasasiya şikayəti qismən təmin edilmiş, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)- 6228/2020 saylı qərardadı ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2428/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadından cavabdehlər Cavabdeh2 və X2 tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilərək, mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)-2428/2019 nömrəli qərardadından cavabdehlər Cavabdeh2 və X2 tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-2970/2020 saylı qərarındakı göstərişlərə uyğun olaraq, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-6228/2020 saylı qərardadı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2428/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadından cavabdehlər Cavabdeh2 və X2 tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilərək, şikayətin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Lakin, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2020-ci il tarixli qərardadla Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)- 2428/2019 nömrəli qərardadından cavabdehlər Cavabdeh2 və X2 tərəfindən verilmiş şikayətə təkrar baxılaraq, şikayət təmin edilməmiş və şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ona görə də, yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)-2428/2019 nömrəli qərardadından cavabdehlər Cavabdeh2 və X2 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli, şikayət geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 366, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)- 2428/2019 nömrəli qərardadından cavabdehlər Cavabdeh2 və X2 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Elşən Kazımov Tofiq Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar