Məhkəmə qərarları › İş №2(103)-9481/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9481/2021

11.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9481/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi, İddiaçı nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “istehlakçı hüquqlarının müdafiəsinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-611/2021 saylı, 16.06.2021-ci il tarixli qətnaməsindən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı –ona məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, 234 nömrəli bağ sahəsi ünvanında yerləşən fərdi yaşayış evinə (kod: **********00170) əsassız olaraq hesablanmış 4341,29 manat cərimə borcunun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sabunçu rayonu, Maştağa qəsəbəsi, 234 nömrəli bağ sahəsini 2019-cu ildə almışdır. Bu barədə Azərbaycan Respublikası ƏMDKY DƏDRX tərəfindən ******* saylı, 15.02.2019-cu il tarixli çıxarış verilmişdir. İddiaçı bağ sahəsini aldıqdan sonra 21.01.2020-ci il tarixdə smart tipli qaz sayğacı yeni mexaniki tipli sayğacla əvəz edilmiş və iddiaçı qaz hesabını öz adına rəsmiləşdirmək istədikdə iddiaçıya məlum olub ki, hazırda istifadəsində olan qaz hesabına 4341,29 manat məbləğində əsassız borc hesablanmışdır. Bununla bağlı iddiaçı yerli qaz idarəsinə müraciət etdikdə ona bildiriblər ki, keçmiş istehlakçının adına uzun illərdir ki təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar yazılır ve bu aktların cəmi mebleği 4341,29 manat teşkil edir ve həmin borcu iddiaçı ödəməlidir. Hesablanmış məbləğin haradan yaranması barədə iddiaçıya tam məlumat belə verə bilməmişdilər. İddiaçının aldığı bağ sahəsində heç bir şəkildə təbii qazdan qanunsuz istifadə edilməmişdir. Tərtib edilmiş aktlar mövcud qanunvericilik təəblərinə zidd şəkildə cavabdeh tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Bundan başqa aktlar əsasında ay ərzində iddiaçıya orta hesabla 300-500 manat arası bir aylıq hesabatlar aparılmışdır, lakin abonent saldosuna baxdıqda aydın görünür ki. bağ sahəsi olduğundan və yaşayış daimi olmadığından iddiaçı ay ərzində 3-5 manatlıq təbii qazdan istifadə ediir. Ümumiyyətlə cavabdeh təşkilatın cərimə hesablama qaydası hansı qanuna, normativ hüquqi akta əsaslanaraq aparıldığı məlum deyil. İddiaçı bütün bunların qanunsuz və əsassız olmasını bildirməyinə baxmayaraq İstehsalat Birliyinin əməkdaşları iddiaçının bu iradlarına, tələblərinə məhəl qoymamışlar. Abonent saldosuna nəzər yetirdikdə aydın görmək olar ki iddiaçı təbii qazdan istifadəyə görə kifayət qədər ödənişlər edir. Tərtib olunmuş saxta akta əsasən cərimənin hesablanması hansı normativ hüquqi akta, qanuna əsasən aparıldığı müəyyən deyil. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-611/2021 saylı, 16.06.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 234 nömrəli bağ sahəsi ünvanı (Abonent kodu: **********00170) üzrə İddiaçı itirilmiş qaz sərfiyyatına görə hesablanmış 4341,29 (dörd min üç yüz qırx bir manat iyirmi doqquz qəpik) manat məbləğində borc silinməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumu “Azəriqaz” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilməsi,300 (üç yüz) manat məbləğində mühəndis-texniki tədqiqatının dəyəri “Azəriqaz” İstehsalat Birliyindən alınaraq “X4” MMC-nə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-611/2021 saylı, 16.06.2021-ci il tarixli qətnaməsindən “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddiaçı İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X7 məhkəmə iclasında çıxış edərək“Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayətinə etiraz etmiş, apellasiya şikayətinin təmin olunmamasını, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-611/2021 saylı, 16.06.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Azəriqaz”İstehsalat Birliyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə iddiaçı İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasının əsası kimi ona istinad etmişdir ki, İddiaçı sayğacdan kənar qaz xəttindən istifadə emməsinin ümmilikdə 4341,23 manat məbləqindıə qazdan qanunsuz istifadə etməsi fotoşəkillər, aktlar, protokollar ilə təsdiq olunur. Məhkəmə qəbul etmədiyi borcu araşdırmamış, hər hansı ekspertiza keçirməmiş, aktları tərtib edən texnik və operartorları şahid qismində məhkəməyə dəvət etməmiş, qeyri-obyektiv qərar qəbul etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iddiaçının nümayəndəsinin izahatını, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki: Apellyasiya şikayətinin həmin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 234 saylı bağ sahəsi xüsusi mülkiyyət kimi 16.02.2019-cu il tarixdə İddiaçı məxsusdur. Mülki işə əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması barədə 27.01.2017-ci il tarixli ******* saylı aktın , 21.02.2017-ci il tarixli ******* saylı aktın, 07.04.2017-ci il tarixli ******* saylı aktın, 28.07.2017-ci il tarixli ******* saylı aktın, 18.08.2017-ci il tarixli ******* saylı aktın, 30.01.2018-ci il tarixli ******* saylı aktın, 30.04.2018-ci il tarixli ******* saylı aktın, 14.03.2018-ci il tarixli ******* saylı aktın, 31.07.2018-ci il tarixli ******* saylı aktın, 28.09.2018-ci il tarixli ******* saylı aktın, 31.10.2018-ci il tarixli ******* saylı aktın, 30.11.2018-ci il tarixli ******* saylı aktın, 28.12.2018-ci il tarixli ******* saylı aktın, 31.01.2019-cu il tarixli ******* saylı aktın, 28.02.2019-cu il tarixli ******* saylı aktın, 29.03.2019-cu il tarixli ******* saylı aktın 30.04.2019-cu il tarixli ******* saylı aktın 30.05.2019-cu il tarixli ******* saylı aktın 28.06.2019-cu il tarixli ******* saylı aktın 30.08.2019-cu il tarixli ******* saylı aktın 30.09.2019-cu il tarixli ******* saylı aktın 30.10.2019-cu il tarixli ******* saylı aktın 29.11.2019-cu il tarixli ******* saylı aktın 30.12.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı X3 təbii qazdan sayğacdan kənar və qeyri-qanuni istifadə edir. İş materiallarında olan abonentin saldosundan görünür ki, **********00170 saylı abonent X2 4341,29 manat məbləğində qazdan istifadəyə görə cərimə borcu yazılmışdır. 08.05.2021-ci il tarixli 230 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 234 nömrəli bağ sahəsi ünvanında yerləşən fərdi yaşayış evinə çəkilmiş qaz xəttinin “Azəriqaz” İB-nə məxsus qaz xəttinə üzərində quraşdırılmış qaz sayğacı vasitəsilə qoşulmuşdur. Əsas ana qaz xəttinin üzərində qonşu qaz sayğacına gedən qaz xəttinin yanında uzunluğu 4 sm diametri 20 mm olan boru kəsilmiş və kipləşdirilmiş olduğu müşahidə edilmişdir. Əlavə aşkar edilmiş müdaxilə qaz xətti iddiaçının verdiyi ifadələrə, eləcə də baxış zamanı əldə olunmuş məlumatlara əsasən, həmin müdaxilə xətti iddiaçının həyətyanı sahəsindən keçməklə qonşu istiqamətinə doğru çəkilmişdir. Bu səbəbdən də müəyyən edilmiş qaz xəttinə müdaxilə faktının kimə məxsus olmasını müəyyən etmək mümkün olmamışdır. Müəyyən edilir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlar X1 adına tərtib edilsə də, lakin iş materialları ilə müəyyən edilir ki, mənzilin mülkiyyətçisi və qaz sayğacından faktiki istifadə edən şəxs İddiaçıdur və «Azəriqaz” İstehslat Birliyi həmin aktlar əsasında qanunsuz sərf olunmuş qaza görə İddiaçı pulun tutulması mövqeyində durur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadəQaydaları”nın 6.4-cü bəndinə əsasən, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Qaydalara uyğun olaraq cavabdeh tərəfindən ilk dəfə kənar xətt aşkar olunduqda onu ləğv etmək vəzifəsi cavabdehin üzərinə düşür. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinin ikinci hissəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz”. Məhkəmə kollegiyası həmin iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-611/2021 saylı, 16.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iddianın qiymətinin beş min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh “Azəriqaz” istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-611/2021 saylı, 16.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev Hakimlər: Rəşad Həsənov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar