Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9485/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədovun və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi, Cavabdeh4, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7450/2015 saylı mülki iş üzrə qəbul etdiyi 26 noyabr 2015-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı "xxxx" MMC cavabdehlər X2, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 20000 manat məbləğində, Cavabdeh7 71747,26 manat məbləğində, Cavabdeh4 20000 manat məbləğində, Cavabdeh6 150000 manat məbləğində və Cavabdeh2 20000 manat məbləğində, Cavabdeh5 90000 manat məbləğində pulun tutularaq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 noyabr 2015-ci il tarixli 2(011)- 7450/2015 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh3 20000 manat, Cavabdeh4 20000 manat, Cavabdeh6 150000 manat, Cavabdeh2 20000 manat və Cavabdeh5 90000 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh4 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında Cavabdeh4, onun nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək ona münasibətdə qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq kollegiya qeyd edir ki, ilk olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Apellyasiya şikayətinin Cavabdeh4 tərəfindən verildiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız həmin cavabdehə aid hissədə yoxlanılır. Cavabdeh4 apellyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 noyabr 2015-ci il tarixli 2(011)-7450/2015 saylı qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, onun iddiaçıya heç bir borcu yoxdur. O, iddiaçı müəssisədə ekspeditel kimi çalışmış, borc məbləği ona deyil, ondan əvvəl həmin vəzifədə işləmiş şəxsə aiddir. Həmin borcu da o yığaraq iş üzrə iddiaçıya ödəmişdir. Birinci instansiya məhkəməsi hüquqlarını pozaraq onu prosesə cəlb etməmişdir. Apellyasiya şikayətinin həmin dəlili ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclasında ilkin olaraq Cavabdeh4 "xxxx" MMCyə borclu olması barədə heç bir sənədi imzalamadığını bildirsə də, mülki işdə olan notariat orqanı tərəfindən ona təqdim olunan və həmin MMC-yə 20.000 manat borcu olmasını etiraf etməsi barədə ərizə Cavabdeh4 təqdim olunarkən, o, imzanın ona məxsus olduğunu təsdiq etmiş, həmin ərizəni işə qəbul olunarkən gələcəkdə yarana biləcək borcunun təminatı kimi imzaladığını göstərmişdir. Lakin Cavabdeh4 qeyd etdiklərinin həqiqətə uyğun olmaması onun məhkəmədə verdiyi izahatın digər hissəsi ilə təkzib olunur. Belə ki, o, "xxxx"MMC-yə 2014-cü ilin sentyabr ayında qəbul olunduğunu və təxminən bir il müddətində ekspeditel vəzifəsində işlədiyini təsdiq etmiş, müəssisıədən toyuq məhsullarını qəbul edib müxtəlif satış məntəqələrinə payladıqdan sonra pulunu toplayıb müəssisəyə verdiyini bildirmişdir. Cavabdeh4 imzası ilə təsdiqlənmiş müqavilə notariat orqanında12 aprel 2015-ci il tarixdə təsdiq olunmuş, "xxxx" MMC məhkəməyə 02.09.2015-ci ildə iddia ərizəsi ilə müraciət etmişdir. Belə olan halda müəyyən edilir ki, həmin ərizə Cavabdeh4 iddiaçı MMC-yə işə qəbul edildiyi vaxt deyil, əksinə onun barəsində məhkəməyə müraciə edildiyi vaxta yaxın tarixdə, yəni Cavabdeh4 MMC-də işlədiyi 7-8-ci aylarda imzalanmışdır. Qeyd olunanlar isə ona dəlalət edir ki, həmin ərizə gələcəkdə yarana biləcək borcun təminatı kimi deyil, borcun etirafı kimi imzalanmış və bu ərizədə də öz əksini tapmışdır. Apellyasiya şikayətinin Cavabdeh4 məhkəmə baxışının vaxtı və yeri barədə məlumatlandırılmaması barədə dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeeyd edir ki, Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından məlum olur ki, Cavabdeh4 Tovuz rayonunun Hacallı kəndində qeydiyyatdadır (iş vər.32). Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə baxışının vaxtı və yeri barədə bildiriş həmin ünvana gönrərilmiş, lakin bildiriş “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır (iş vər. 84, 125). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh4 iddiaçıya borcunun olmamasını bildirsə də, bunun təsdiqi barədə sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1, 777.2, 385.1, 442-ci maddələrinin tətbiq olunmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7450/2015 saylı mülki iş üzrə qəbul etdiyi 26 noyabr 2015-ci il tarixli qətnaməsi Cavabdeh4 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev Hakimlər: Rəşad Həsənov Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-9485/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9485/2021
25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver