Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9498/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi, müstəqil tələb irəli sürməyən "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı X2 cavabdeh "xxxx" MMC-nə qarşı, müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" ASC cəlb olunmaqla hərracın təşkilinin və keçirilməsinin qanunsuz hesab edilərək, nəticələrin ləğv edilməsi və hərracın yenidən təşkil edilərək keçirilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-85/2021 saylı, 02.07.2021-ci il tarixli qətnaməsindən İddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı X6 cavabdeh "xxxx" MMC-nə qarşı, müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" ASC cəlb olunmaqla hərracın təşkilinin və keçirilməsinin qanunsuz hesab edilərək, nəticələrin ləğv edilməsi və hərracın yenidən təşkil edilərək keçirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" şirkətinə və iddiaçı X3 qarşı borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair iddia tələbi Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)-13300/2015 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. Qeyd olunan qətnamədən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli apelyasiya şikayəti qismən təmin edilmiş, cavabdehlər "xxxx" şirkətindən və X1 müştərək qaydada əsas borc üzrə 299.416.06 manat, faiz borcu 113.206.51 manat, cərimə 1000 manat, ümumilikdə 412.632.57 manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-nə verilməsi, cavabdehlərdən tutulmalı olan məbləğ cavabdeh X3 məxsus olan ünvan 1 ünvanında yerləşən 18 A saylı evin 10 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, ünvan 2 ünvanında yerləşən 18 A saylı evin 10 nömrəli mənzilinin ilkin satış qiyməti 300.000 manat məbləğində müəyyənləşdirilməsi, həmin əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması və əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına cavabdehlərin iddiaçı "Muğanbank” ASC-nə olan borclarının ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaitinin 75 manatı müştərək qaydada cavabdehlər "xxxx" Şirkətindən və X4, 75 manatı isə iddiaçı "xxxx" ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına (H/h № AZ34AZEG**********517130000L VÖEN: **********. Benefısiar bank: "xxxx" ASCŞ kodu: 505817, SWİFT BİK: AZEGAZ22) köçürülməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 may 2019-cu il tarixli, 2( 102)-3004/2019 saylı Qərarı ilə kasassiya şikayəti təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin MKnın 2(103)- 1822/2018 nömrəli iş üzrə 24 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi icra olunması üçün Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. Binəqədi rayon İcra Şöbəsinin sifariş məktubuna əsasən Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 1822/2018 nömrəli iş üzrə 24 oktyabr 2018-ci il tarixli icra sənədinin icrası qaydasında ünvan 3 ünvanında yerləşən 18 A saylı evin 10 nömrəli mənzilin ilkin qiyməti 300.000 manat olmaqla satılması üçün açıq hərraca çıxarılmışdır. "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 61.3.4-cü maddəsinə əsasən, ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti əlavə olunur. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən, borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Lakin hazırki işdə hərracın keçirilməsinin sifariş edən icra məmuru əmlakın qiymətləndirilməsini həyata keçirməmişdir. İcra məmuru mənzilin 24 oktyabr 2018ci il tarixli, 2(103)1822/2018 saylı qətnaməsindəki qiymətini ilkin satış qiyməti kimi göstərmişdir. Halbuki, mənzil ipotekaya götürülməsindən 6 il sonra hərraca çıxarılmışdır. Bu müddətdə mənzilin dəyəri daha da artmış, orada bir sıra yaxşılaşdırmalar edilmişdir. Yəni, mənzil hərraca çıxarılan vaxtda həqiqi dəyərini daha da artırmışdır. Həmçinin nəzərə alınmalıdır ki, mənzil ipotekaya qoyularkən onun qiymətləndirilməsi 6 il öncəki mülki dövriyyə şəraitinə uyğun şəkildə müəyyənləşdirilmişdir. Hazırda isə həmin mənzilin dəyəri hərrac üçün müəyyən olünmuş satış qiymətindən dəfələrlə artıqdır. Ancaq icra məmuru “İcra haqqında” Qanunun tələblərinə zidd olaraq, əmlakda yenidən qiymətləndirmə həyata keçirməmiş, bununla da, əmlak dəyərindən qat-qat aşağı qiymətləndirilməklə hərraca çıxarılmış və hərrac keçirilmişdir. Belə ki, mənzil qiymətləndirilərkən mövcud bazar qiymətlərinə uyğun hallar tətbiq edilməklə mənzilin istifadədə olma vəziyyəti, təmirli olubolmaması ilə bağlı məsələlər, mənzildə istifadədə olan vəsaitlərin keyfiyyəti və dəyəri, şəhərdə yerləşdiyi yer kimi hallara diqqət olunmalı idi. İddiaçı hesab edir ki, belə bir qiymətləndirmə və təklif ədalətsiz və qərəzlidir və bütün halların bankın xeyrinə uyğunlaşdırıldığı göz önündədir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-85/2021 saylı, 02.07.2021-ci il tarixli qətnaməsi ilə X2 "xxxx" MMC-nə qarşı, müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" ASC cəlb olunmaqla hərracın təşkilinin və keçirilməsinin qanunsuz hesab edilərək, nəticələrin ləğv edilməsi və hərracın yenidən təşkil edilərək keçirilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-85/2021 saylı, 02.07.2021-ci il tarixli qətnaməsindən X6 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, X6 istər yeni iddia qaldırmaqla, istərsə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-85/2021 saylı, 02.07.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrasının qeyri-mümkünlüyünə çalişir. O vaxtında banka olan borcunu ödəməmiş, borc məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən ipoteka qoyulmuş əmlaka yönəlmiş və Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən ünvan 4 ünvanında yerləşən 18 A saylı evin 10 nömrəli mənzilin ilkin qiyməti 300.000 manat olmaqla satılması üçün açıq hərraca çıxarılmışdır. Hərracın keçirilməsində heç bir qanun pozuntusuna yol verilməmişdir. Ona görə də hərracın keçirilməsinin qanunsuz hesab edilərək, nəticələrin ləğv edilməsi və hərracın yenidən təşkil edilərək keçirilməsi tələbi əsassızdır və düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamışdır. Müstəqil tələb irəli sürməyən "xxxx" ASC-nin nümayəndəsi kimi apellyasiya şikayətinin təmin olunmamasını və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-85/2021 saylı, 02.07.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İddiaçı, onun nümayəndəsi və vəkili X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırkı şikayət birinci instansiya məhkəməsi qətnaməsinin tam ləğv olunmasına yönəldiyinə görə qətnamənin əsaslılığı bütövlükdə yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 01 dekabr 2015-ci il tarixli 2(001)-13300/2015 saylı qətnaməsindən görünür ki, cavabdehlər "xxxx" şirkətindən və X1 müştərək qaydada əsas borc üzrə 299.416.06 manat, faiz borcu 113.206.51 manat, cərimə 1000 manat, ümumilikdə 412.632.57 manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-nə verilməsi, cavabdehlərdən tutulmalı olan məbləğ cavabdeh X3 məxsus olan ünvan 4 ünvanında yerləşən 18 A saylı evin 10 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, həmin əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması və əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına cavabdehlərin iddiaçı "Muğanbank” ASC-nə olan borclarının ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 24 oktyabr 2018-ci il tarixli 2(103)-1822/2018 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-13300/2015 saylı iş üzrə 01 dekabr 2015-ci il tarixli qətnaməsi ləğv edilməklə yeni qətnamə çıxarılmış, cavabdehlər "xxxx" şirkətindən və X1 müştərək qaydada əsas borc üzrə 299.416.06 manat, faiz borcu 113.206.51 manat, cərimə 1000 manat, ümumilikdə 412.632.57 manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-nə verilməsi, cavabdehlərdən tutulmalı olan borcun cavabdeh X3 məxsus olan ünvan 4 ünvanında yerləşən 18 A saylı evin 10 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, ünvan 2 ünvanında yerləşən 18 A saylı evin 10 nömrəli mənzilinin ilkin satış qiyməti 300.000 manat məbləğində müəyyənləşdirilməsi, həmin əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması və əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına cavabdehlərin iddiaçı "Muğanbank” ASC-nə olan borclarının ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaitinin 75 manatı müştərək qaydada cavabdehlər "xxxx" Şirkətindən və X4, 75 manatı isə iddiaçı "xxxx" ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına (H/h № AZ34AZEG**********517130000L VÖEN: **********. Benefısiar bank: "xxxx" ASCŞ kodu: 505817, SWİFT BİK: AZEGAZ22) köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 may 2019-cu il tarixli 2(104)-3004/2019 saylı qərarından görünür ki, cavabdehlər "xxxx" şirkətinin və X2 nümayəndəsi X5 Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-1822/2018 nömrəli iş üzrə 24 oktyabr 2018-ci il tarixli qətnaməsi üzrə verdiyi apelyasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin MKnın 2(103)-1822/2018 nömrəli iş üzrə 24 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MMC tərəfindən göndərilmiş 18 oktyabr 2019-cu il tarixli a/4007 nömrəli açıq hərracın keçirilməsiə dair 2 nömrəli bildirişdən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1822/2018 saylı, 03.07.2019-cu il tarixli icra qeydi üzrə X3 məxsus ünvan 4 ünvanında yerləşən 18 A saylı evin 10 nömrəli mənzilinə tutma yönəldilmişdir və hərracda satılmalıdır. İş materiallarında olan 05.05.2021-ci il tarixli QXM 333/M nömrəli "xxxx" MMC tərəfindən verilmiş məktubdan görünür ki, ünvan 4 ünvanında yerləşən 18 A saylı evin 10 nömrəli mənzilə baxışın keçirilməsi üçün şərait yaradılmadığına görə icra sənədi icra olunmadan geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıalrı qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. X6 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona məxsus mənzilin ipotekaya qoyulmasından altı il sonra hərraca çıxarılmasına, bu zaman müddətində mənzilin dəyərinin artmasına, yenidən qiymətləndirilmənin həyata keçirilməməsinə, hərrac keçirilməsi barədə bildirişin ona gec təqdim olunmasına, o cümlədən hərrac keçirilərlkən “İpoteka haqqında” Qanunun bəzi müddəalarının pozulmasına istinad etmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, X6 onun mənzilinə borcla bağlı tutmanın yönəldilməsindən məlumatlı olmuş, o borcun ödənilməsi üçün tədbirlər görmək əvəzinə icra ilə bağlı hərəkətlərin yerinə yetirilməsindən yayınmış, mənzilinin ipotekadan azad olunması üçün heç bir fəaliyyət göstərməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin əsassızlığını maddi hüquq normaları ilə əsaslandırmaqla iddia tələbini rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki dövriyyədə sabitliyin təmini üçün müqavilə münasibətlərinə daxil olan tərəflərin öz öhdəliklərinə vicdanla yanaşması zəruridir. Bank tərəfindən kredit verilərkən daşınmaz əmlakların kreditin təminatı kimi yüklü edilməsi də mülki dövriyyənin sabitliyinin təmin olunmasına yönəlir. Kredit əvəzində əmlakını ipoteka ilə yüklü edən şəxs, vaxtında kreditin ödənilməsinin təmini üçün fəaliyyət göstərməli, kredit borcunun ödənilmədiyi təqdirdə ipoteka qoyduğu əmlaka tutmanın yönəldilərək hərracdan satılma ehtimalını göz önünə almalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə birinci instansiya məhkəməsinin iş üzrə hüquqi mövqeyi ilə razılaşır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-85/2021 saylı, 02.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9498/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9498/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver