Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9504/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi Alıyeva Zümrüdün iştirakı ilə, İddiaçı Cavabdeh ASCyə qarşı “əsəssız borcun silinməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4048/2021 nömrəli işi üzrə 05 iyul 2021 -ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, 20-ci Sahə Salyan yolu küçəsi, dalan 4 ev 59d abonent kodu **********05000 əsassız olaraq borc kimi yazılmış 360 manatı cavabdeh tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, 30 aprel 2019-cu ildə Azərbaycan respublikası Dövlət Neft Şirkəti Cavabdeh Qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-00725-2 saylı akt tərtib edilmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı 30 aprel 2019-cu il tarixli aktdan görünür ki, 30 aprel 2019cu il tarixdə G-4 markalı **********6 nömrəli qaz sayğacında problemlər olmuş və akta əsasən dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur.abonent İddiaçı **********05000 nömrəli “Abonentin saldosu”ndan görünür ki, 2018-cı il üçün qazdan istifadə etməklə yaranmış sərfin məbləği 0 manat, qalıq və akta görə hesablanmış borc 307,80 manat təşkil edir (iş.səh.9,11, 10). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4048/2021 nömrəli 05 iyul 2021 -ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi və avabdeh "Azərişıq” ASC tərəfindən Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə Salyan yolu küçəsi dalan 4, ev 59d adına qeydiyyatda olan **********05000 saylı abunə kodunda göstərilən 307,80 manat borc məbləği silinməsi qət edilmişdir. Qətnamədə “Qazdan istifadə qaydaları”nın 4.2, 4.7, 4.8 və 4.9, 5.2 və 6.7; "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”Azərbaycan Respublikasının Qanunun 3, 18; Mülki Məcəlləsinin 448.2, 560.1-ci və 560.2; Azərbaycan Respublikasının Mülki Prosesual Məcəllənin 14.2, 78.1, 77.2, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı işin məhkəmə baxışı zamanı bildirir ki, qaz sayğacına hər hansı bir müdaxilə etməmişdir. Sayğaca hər hansı bir müdaxilə varsa belə o bundan məlumatsızdır və bu müdaxilə kənar şəxslər tərəfindən oluna bilər. Çünki qaz sayğacı kənar müdaxilələrdən qorunmaq üçün cavabdeh tərəfindən xüsusi qutuya yerləşdirilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Apellyasiya şikayətini təmin edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4048/2021 saylı, 05.07.2021 -ci il tarixli qətnaməsini tam ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəllənin 88, 217.1, 385, 386, 387.1; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdiyinıiz qətnamənin tamamilə ləğv edilməsinə əsasdır.Belə ki, iddiaçıya məxsus yaşayış sahəsində sayğac yoxlamadan keçirildikdə sayğacın klapanmın üzərindəki kipləşdirici təbəqə aşkar olunmaması, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi, gövdənin üst və sağ hissədən əzilməsi, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomblarının boya ilə rənglənməsi, sayğacın yaddaş arxivi oxunmaması, sayğacda istismar müddətində 18.02.2019, 12.04.2019,13.02.2019 (2D), 18.02.2019-ci tarixində “ALARM- 1” rejimi aşkar olunmuş və bu barədə «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» Akt tərtib olunmuşdur. Bununla yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona müdaxilə olunduğu aşkar edilmişdir. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlhmişdir.Məhkəmə Kollegiyasının nəzərinə çatdırmaq istəyirik ki. qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kim maraqlı ola bilməz.Lakin birinci instansiya məhkəməsi cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim olunmuş mötəbər sübııt sayılan rəsmi sənədləri obyektiv araşdırmamış, onları tədqiq edərkən səhv nəticəyə gəlmiş, əhəmiyyətli olan hallan kifayət qədər araşdırmış, bu hal isə cavabdehin, yəni Cavabdeh ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına gətirib çıxartmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin ədalət mühakiməsinin konstitusion prinsipləri təsbit olunmuş (bundan sonra MPM) 9-cu maddəsinə, yəni Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi müddəalarını özündə əks etdirən maddəsinə müvalıq olaraq, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.Lakin birinci instansiya məhkəməsi iddiaçı tərəfindən qaz sayğacına qanunsuz müdaxilə etməsinə və məhz bu qanunsuz müdaxilə nəticəsində iddiaçının cavabdehə maddi ziyan vurmasına dair məhkəməyə təqdim olunmuş sübutlarla öz təsdiqini tapmış faktlara istinadən verilmiş geniş, ətraflı izahatlara göz yummuş, həmin faktlardan məntiqi olaraq doğan nəticəyə səhv hüquqi qiymət vermişdir.Məhkəmə Kollegiyasının diqqətinə həmçinin çatdırırıq ki, iddiaçıya aid olan **********05000 abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə miiqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir birinci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir birinci instansiya məhkəməsi mübahisələndirdiyimiz qətnaməni qəbul edərkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş və bununla da əsassız olan iddia tələbini təmin etmişdir.Qeyd edirik ki, mübahisələndirdiyimiz qətnamə Cavabdehnə poçt vasitəsi ilə 12.08.2021 -ci il tarixində daxil olmuşdur.Beləliklə, birinci instansiya məhkəməsi neqativ tendensiyanın formalaşdın İmasına, o cümlədən kütləvi xarakter daşıyan qaz sayğaclarına müdaxilə və qaz xətlərinə qeyri- qanuni qoşulma nəticəsində külli miqdarda dövlət müəssisəsinə ziyan vurulmasına, dövlət əmlakının talan olmasına zəmin yaradan qanunilik və əsaslılıq meyarlarına cavab verməyən qətnamə qəbul etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Alıyeva Zümrüd apellyasiya şikayətini müdafiə edərək, sayğaca müdaxilənin aşkar edildiyini bildirmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, 2 il keçdikdən sonra müdaxilə edildiyini bildirdiklərini, həmin ərazidə olan bütün mənzillərə smart kart sistemli sayğac quraşdırıldığını, bundan sonra sayğacda qaz itkisnin olduğunun aşkar edildiyini, öz əməkdaşları tərəfindən sayğacın rəngləndiyini, bundan sonra yenidən qaz itkisinin baş verdiyini, sayğacın üzərində plobun olduğunu və filterin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 189-1, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282, 542, Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 324, 385-388, 560, 1096-1098, 1128-1131, Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 4.1, 14.2, 39.1, 76.1, 77.1, 80-82, 89.3, 106.2, 119, 217.4, 220.5, 228, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, iddia tələbinə qiymət verilməsini hazırki apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatının hədləri baxımından apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin tələbin təmin edilməyən hissəsində ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının pozuntu törədməsi (qazın talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsədə cavabdeh tərəfindən müvafiq tədqiqatlar aparılması, qərarların qəbul edilməsi və tələblər irəli sürülməsi üçün tədbirlər həyata keçirilməmişdir. Mülki icraat qaydasında isə mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlillərinə qiymət verilməsi isə sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə səlahiyyətlərindən kənardır. Qeyd edilməlidir ki, cavabdeh ekspertiza keçirilməsi barədə vəsatət verməklə tələb etdikləri pul vəsaitlərinin yaranma əsaslarının şübhə altına almaqla qətnamənin düzgünlüyün bir daha təsdiq etmiş olmuşlar. Kollegiya diqqətə çatdırır ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməlidir. Kollegiya diqqətə çatdırır ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməli və iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli tələb üzrə qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 384, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4048/2021 nömrəli işi üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-9504/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9504/2021
04.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver