Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9524/2021 25.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məhərrəmova Şeyda Ədalət qızından və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X31 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 4 saylı “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı “vərəsəlik hüququnun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(008)-1876/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 4 saylı “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.07.2019-cu il tarixdə vəfat etmiş X18 və 19.10.2019-cu il tarixdə vəfat etmiş X4 üzrə vərəsəsi olmasının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun anasının əmisi qızı 10.11.1937-ci il təvəllüdlü, X27 19.07.2019-cu ildə vafat etmişdir. Vəfatından sonra onun oğlu X15 anasından qalmış miras əmlakını qəbul etmək üçün notariusa müraciət etmiş və onun ərizəsinə əsasən V-415/2019 saylı vərəsəlik işi açılmışdır. Lakin müraciətindən sonra, 19.10.2019-cu il tarixdə o, ölmüşdür. İddiaçı qohumları olan X23 və onun oğlu X13 dəfn etmiş və bütün lazım olan xərclərini çəkmişdir. Həmin vaxtdan qeyd olunan miras qalmış mənzili faktiki olaraq qəbul etmiş və sahiblik etmişdir. Buna əsaslanaraq 09.01.2019-cu il tarixdə ölən X11 və anasının beşinci növbədə vərəsəsi kimi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Şuşinski küçəsi, ev 2, 13 saylı mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariusa müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.5-ci və 1134.1-ci maddələrinə istinad etməklə ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanuna uyğun deyil, məhkəmə qaydasında onun vərəsəlik hüququ müdafiə olunmalıdır və ona həmin şəhadətnamə verilməlidir. Belə ki, onun babası X32 və X34 doğma qardaşdırlar. X37 X1r, ölən (mirası qoyan) Gerasimenko Lidiya X3r. O, X8r. Ölən X15 ölən X5r. Başqa vərəsələr olmadığına görə o, ölən həm Lidiyanın, həm onun oğlu Sergeyin qanun üzrə vərəsəsidir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(008)- 1876/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən eyni əsaslarla əsaslandırılmış, əlavə olaraq iddiaçı apellyasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29, 71, Mülki Məcəllənin 1159, Mülki Prosessual Məcəllənin 384, 385, 386, 387-ci maddələrinə istinad etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2020-ci il tarixli 2(103)- 8568/2020 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1876/2020 saylı, 15.09.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı 19.07.2019-cu il tarixdə vəfat etmiş X6 üzrə vərəsəsi hesab edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2021-ci il tarixli 2(102)-3028/2021 saylı Qərarı ilə cavabdeh Bakı şəhəri 4 saylı “Asan Xidmət” mərkəzində yerləşən notariat ofisinin xüsusi notariusu Hicran Hacıyevanın kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 8568/2020 nömrəli iş üzrə 27 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, işə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apelyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “...iş materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmiş, işə onun iştirakı olmadan baxılmışdır. Cavabdehə apellyasiya instansiyası məhkəməsi tərəfindən 27.11.2020-ci il tarixdə keçiriləcək məhkəmə iclası barədə 05.11.2020-ci il tarixdə bildiriş göndərilsə də, iş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, həmin bildiriş cavabdehə 30.11.2020-ci il tarixdə məhkəmə iclasından 3 gün sonra çatdırılmışdır. Nəticədə apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmış, çəkişmə prinsipi pozulmuşdur. Məhkəmə kollegiyası bunu prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirir və belə nəticəyə gəlir ki, qətnamə şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir.... Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, ...iş yeni apelyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin iştirakını təmin etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.” Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X39 apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi yeni apelyasiya baxışında proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 4 saylı Bakı “Asan Xidmət” mərkəzində yerləşən notariat ofisinin 80 saylı, 15 yanvar 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı onun anasının əmisi qızı X7 miras əmlakı vərəsə kimi qəbul etmək barədə ərizəsinə baxılmış və qanunvericiliyə uyğun olaraq ona beşinci növbədə vərəsə kimi qəbul etmək istədiyi miras əmlak olan ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan, 02 dekabr 1974-cü il tarixli, İ-JQ 298468 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X36 01 dekabr 1974-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan, Suraxanı rayon VVADQ şöbəsi tərəfindən verilmiş 12 dekabr 2006-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X33 06 dekabr 2006-cı il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 12 dekabr 2006-cı il tarixdə 1111 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan, Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 iyun 2009-cu il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X29 12 iyun 2009-cu il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 16 iyun 2009-cu il tarixdə 577 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan, 4 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 iyul 2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X27 19 iyul 2019-cu il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 22 iyul 2019-cu il tarixdə 1493 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan, Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 noyabr 2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 19 oktyabr 2019-cu il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 20 noyabr 2019-cu il tarixdə 224 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 073822 saylı qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şuşinski küçəsi, 2 saylı evin, 13 saylı mənzili X20 adına 26.04.2001ci il tarixdə qeyda alınmışdır. İş materiallarında olan, 12 aprel 1960-cı il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 atası X24, anası X21. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, X30 öldükdən sonra onun birinci növbəli vərəsəsi kimi oğlu Gerasimenko Sergeyin anasından qalan mirası qəbul etmək üçün müraciət etməsi, buna əsasən vərəsəlik işinin açılması, lakin onun mirası qəbul edənədək vəfat etməsi, qeyd olunan mirasdan pay almaq hüququnun irsi transmissiya üzrə artıq Gerasimenko Sergeyin vərəsələrinə keçməsi anlamına gəlir. İddiaçı iddiasında ona istinad edir ki, irsi transmissiya üzrə Gerasimenko Sergeyin vərəsələrinin mirası qəbul etməməsi həmin mirası almaq hüququnun yenidən ondan əvvəl ölən anası Gerasimenko Lidiyanın vərəsələrinə keçməsi deməkdir. Lakin, qanunvericinin belə bir müddəasının olmaması iddianın bu dəlilinin əsassız olduğunu göstərir. Həmçinin Mülki Məcəllənin 1165.1-ci maddəsində iddiaçının göstərdiyi dəlilin tam əksi müəyyən olunaraq göstərilmişdir ki, əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir. Digər tərəfdənsə, iddiaçı qeyd edir ki, əgər o, artıq Gerasimenko Lidiyanın vərəsəsi olmaq hüququndan məhrum olunubsa da, onun Gerasimenko Sergeyin vərəsəsi kimi mirasdan pay almaq hüququ var. Məhkəmə iddiaçının qeyd olunan dəlilinə dair hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə qanunverici qanun üzrə vərəsəlik zamanı vərəsə ola biləcək şəxslərin siyahısını dəqiq müəyyən etmişdir ki, iddiaçı həmin siyahı üzrə Gerasimenko Sergeyin vərəsəsi sayıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.5-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1253.1-ci maddəsinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. Həmin Məcəllənin 1253.2-ci maddəsinə əsasən əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. 4 saylı Bakı “Asan” Xidmət Mərkəzində notariat ofisinin İddiaçı ünvanladığı 15 yanvar 2020-ci il tarixli 80 saylı məktubundan məlum olur ki, İddiaçı anasının əmisi qızı X7 miras əmlakı vərəsə kimi qəbul etmək üçün müraciət etmiş, lakin notariat ofisinin notariusu miras qoyan X18 ərizəçi İddiaçı anası X26 sonra vəfat etməsi səbəbindən İddiaçı qanun üzrə vərəsələrin sırasına daxil etməsindən imtina etmiş və belə qənaətə gəlmişdir ki, miras qoyanın vərəsəsinin olmaması səbəbindən onun əmlakı dövlətə keçməlidir. Notarius öz hüquqi əsaslandırmasını belə izah etmişdir ki, Mülki Məcəllənin 1134-cü maddəsinə əsasən, qanun üzrə vərəsə yalnız miras qoyanın öldüyü məqam sağ olmuş şəxslər və ya onun ölümündən sonra doğulmuş şəxslər vərəsə ola bilər. X2 olmuş X22 anasından miras qalmış əmlakı qəbul etmək üçün ərizə ilə müraciət etdikdən sonra vəfat etmişdir. Belə olduğu tədqirdə Mülki Məcəllənin 1252-ci maddəsində nəzərdə tutulmuş irsi transmisiyanın müddəaları həmin mübahisəyə tətbiq edilməlidir. İrsi transmisiya üzrə vərəsələr mövcud olmadığı tədqirdə Mülki Məcəllənin 1165.1-ci maddəsinə əsasən vərəsəsi olmayan əmlak kimi dövlətə keçməlidir. Qeyd olunanlara əsasən 4 saylı Bakı “Asan” Xidmət Mərkəzində notariat ofisinin notariusu İddiaçı qanun üzrə vərəsələrin sırasına daxil etməkdən və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Göründüyü kimi, 4 saylı Bakı “Asan” Xidmət Mərkəzində notariat ofisinin notariusu tərəfindən İddiaçı ərizəsindən imtina edərkən iki hala istinad etmişdir: - 19 iyul 2019-cu ildə vəfat etmiş miras qoyan X18 ərizəçi İddiaçı anası olmuş 12 iyun 2009-cu ildə vəfat etmiş X26 sonra vəfat etməsi səbəbindən Mülki Məcəllənin 1134cü maddəsinə əsasən İddiaçı qanun üzrə vərəsələrin sırasına daxil edilməsinin mümkün olmaması. - X2 olmuş X15 anasından miras qalmış əmlakı qəbul etmək üçün ərizə ilə müraciət etdikdən sonra vəfat etməsi səbəbindən Mülki Məcəllənin 1252-ci maddəsində nəzərdə tutulmuş irsi transmisiya qaydasında X11 vərəsələri olmadığından miras qoyan X18 miras əmlakının Mülki Məcəllənin 1165.1-ci maddəsinə əsasən dövlətə keçməli olması. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.5-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar beşinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar: - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qeyd edilən normaların təhlili göstərir ki, hər iki maddədə qanun üzrə vərəsələrin dairəsi müəyyən edilir. Lakin MM-nin 1134-cü maddədə qanun üzrə vərəsə ola biləcək şəxslərin dairəsi ümumi olaraq müəyyən edildiyi halda, 1159-cu maddədə bu vərəsələrin hansı qaydada və növbəliliklə vərəsə ola biləcəyi imkanı müəyyən edilmişdir. Göründüyü kimi, MM-nin 1159-cu maddəsində vərəsə ola biləcək şəxslər sağ olmadıqda, onların uşaqlarının da vərəsə olmaq imkanı müəyyən edilmişdir. Bu maddənin dispozisiya şərtindən çıxış edərək belə nəticəyə gəlmək olur ki, hazırkı iş üzrə İddiaçı mərhum anası X29 miras qoyan X18 doğma əmisi qızı olmuşdur və 2009cu ildə ölmsüşdür. Belə olduğu təqdirdə, MM-nin 1159.5-ci maddəsinə əsasən İddiaçı mirasqoyan X18 beşinci növbəli vərəsəsi hesab edilməlidir. Göstərilənlərə əsasən kollegiya notariat ofisinin notariusu tərəfindən imtinanın əsası kimi istinad etdiyi 1-ci arqumentlə razılaşmır. Notariat ofisinin notariusu tərəfindən imtinanın əsası kimi gətirdiyi 2-ci əsasla bağlı kollegiya qeyd edir ki, irsi transmisiya üzrə vərəsələrin miras əmlakı qəbul etməməsinin nəticələri Mülki Məcəllənin 1253-cü maddəsində müəyyən edilmişdir. Həmin maddənin dispozisiyasına görə, mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir (1253.1). Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir (1253.2). Göründüyü kimi, bu maddənin tələbləri baxımından irsi transmisiya üzrə miras əmlakın qəbul edilməməsi nəticəsində miras əmlakın vərəsəsi olmayan əmlak kimi dövlətə keçməsi öz əksini tapmamışdır. Əksinə maddənin məzmunundan bəlli olur ki, irsi transmissiya üzrə miras əmlakın qəbul edilməməsi nəticəsində vərəsənin ümumi əsaslarla miras əmlakı qəbul etməyə subyektiv hüququ əmələ gəlir. Göstərilənlərə əsasən 4 saylı Bakı “Asan” Xidmət Mərkəzində notariat ofisinin notariusu tərəfindən İddiaçı qanun üzrə vərəsələrin sirasına daxil olunmasından imtina etmək üçün gətirdiyi 2-ci əsasla da məhkəmə kollegiyası razılaşmır. Yuxarıda göstərilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, İddiaçı mübahisəli mənzildə vərəsə kimi pay hüququnun müəyyən edilməsi və öz adına həmin paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbində haqlı olmuşdur. Mülki işin materiallarından görünür ki, İddiaçı mərhum X18 yeganə vərəsəsi olmaqla miras əmlakın qəbul edilməsi ilə bağlı notariat kontoruna müraciət etmişdir. Bundan başqa, İddiaçı mərhum X10mış miras əmlakı faktiki olaraq qəbul etmişdir. Belə olan halda hesab olunur ki, X19 miras qalmış mənzildə İddiaçı payı müəyyən edilməli və o, yalnız X6 üzrə vərəsəsi hesab olunmalıdır. İddia tələbinin 19.10.2019-cu il tarixdə vəfat etmiş X4 üzrə vərəsəsi hesab olunması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, mərhum X16 mərhum anası X17 miras qalmış əmlakı qəbul etmədən vəfat etdiyinə görə ona çatası pay irsi transmisiya qaydasında vərəsələri tərəfindən qəbul edilməli idi. Lakin həmin əmlak X11 vərəsələri tərəfindən qəbul edilmədiyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1253-cü maddəsinin tələbləri baxımından X19 miras qalmış əmlak həmin Məcəllənin 1159.5-ci maddəsinə əsasən İddiaçı adına rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təstiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının düzgün tətbiq etməmiş, bununla da mülki iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(008)- 1876/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. İddiaçı 19.07.2019-cu il tarixdə vəfat etmiş X6 üzrə vərəsəsi hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9524/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9524/2021
25.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver