Məhkəmə qərarları › İş №2(103)-954/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-954/2022

26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-954/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdənibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili X5 iştirakları ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 23 iyul 2021-ci il il tarixli, 2(011)-4081/2021 saylı qətnaməsindən Cavabdehtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh heç bir qanuni əsas olmadan mənimsədiyi, əslində “Razılaşma” əsasında rəhbərlik etdiyi inşaatçı briqadası tərəfindən "xxxx" Mənzil-Tikinti Kooperativinin tikintisi başa çatmamış binasında hörgü, betontökmə, üzlükçəkmə və digər inşaat işlərinin icra edilməsinin təmin olunması üçün iddiaçının müxtəlif şəxslərdən aldığı armatur, kərpic, taxta, daş, qum və sairdən ibarət olan materialların alınmasına sərf edilməli olan 132 (bir yüz otuz iki) min manat məbləğində pulun və 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə və Zərgərpalan küçəsinin kəsişməsində yerləşən "xxxx" Mənzil - tikinti Kooperativinin təssisçisidir və sədri olmuşdur. 16 fevral 2016-cı ildə kooperativin tikintisi və təmir işlərinin yarımçıq vəziyyətdə olan binasında hörgü, betontökmə, üzlükçəkmə və digər inşaat işlərinin yerinə yetirilməsi məqsədi ilə fiziki şəxs olan inşaatçı briqadasının rəhbəri Cavabdeh ilə aralarında “Razılaşma” tərtib edilmişdir. Cavabdeh rəhbərlik etdiyi inşaat briqadası yalnız işçi qüvvəsi funksiyalarını yerinə yetirirdi, inşaat işlərinin aparılması üçün zəruri olan hər növ tikinti materiallarının alınması və çatdırılmasını isə MTK təmin edirdi. Təxminən 5-6 ay ərzində inşaat briqadası nəzərdə tutulan işləri əsasən yerinə yetirdi və həmin müddətdə Cavabdeh iddiaçıdan 61.750 (altmış bir min yeddi yüz əlli) manat pulu əmək haqqı adı ilə nağd olaraq imzalı qeydiyyatla hissə-hissə qəbul etmiş, briqadanın əlavə xərclərinə sərf olunan 6000 (altı min) manat pul isə maddi çətinliklərə görə ödənilməmiş qaldı. Briqadanın icra etdiyi inşaat tikinti işlərində istifadə və sərf olunan müxtəlif sahibkarlardan və satıcılardan götürdüyü armatur, kərpic, taxta, daş, qum və sairdən ibarət materialların bir hissəsinin pulunu nağd hesablaşmalarla, müəyyən hissəsinin pulunu isə şəxsi nüfuzundan istifadə edərək sonra ödəmə şərti ilə alıb onları vaxtında inşaat briqadasına çatdırmışdır.İşlər başa çatdırıldıqdan sonra təmir-tikinti işlərinə istifadə edilmiş tikinti materiallarının alınmasına sərf olunan cəmi 132000 (yüz otuz iki) min manat pul "xxxx" Mənzil-tikinti Kooperativindən ödənilməli idi. Lakin, həmin vaxt kooperativdə sədrlik səlahiyyəti iddiaçıdan alınıb protokolla başqa şəxsə həvalə edildiyindən tikintiyə çəkilən həmin məbləği kooperativ hesablarında pul olmadığını bəhanə gətirərək ödəməkdən boyun qaçırdı. Cavabdeh və briqadanın üzvlərindən heç kim kooperativin üzvü olmadığından onunla razılaşmışlar ki, pulun bankdan götürülməsi məhkəmə yolu ilə həll edilsin. Ona tam etibar etdiyindən iddia tələbini də Cavabdeh adına hazırlamışlar. Cavabdeh tərəddüd etmədən əmin etdi ki, icra etdikləri inşaat işlərinə görə əmək haqları əsasən ödənilib, kooperativdən alacağı əlavə 6.000 min manatdan başqa heç bir təmənnası ola bilməz. Ona görə də hər ikisinin razılığı ilə 132 min manat pulun kooperativdən alınması məqsədi ilə Cavabdeh tərəfindən Bakı şəhəri 1 saylı inzibati məhkəməsinə iddia verildi və məhkəmənin 2-2(103)-369/2017 №-li, 13 iyun 2017-ci il tarixli qərarı onun adına çıxarıldı. Məhkəməyə həmçinin, tikintinin aparılması üçün iddiaçı tərəfindən alınan armatur, kərpic, taxta, daş, qum və sairdən ibarət olan materialların məbləği barədə sənədlər, Cavabdehla birgə tərtib etdikləri Aktlar da təqdim edilmişdir. Cavabdeh vədinə inanaraq əmin olmuşdur ki, o, razılaşmaya əməl edib tikinti materiallarına görə xərclədiyi və bir hissəsini də borclu qaldığı 132000 (yüz otuz iki) min manat pulu ona ödəyəcək. 3 il ərzində onunla tez-tez görüşürmüş və bildirirmişdir ki, hələ bankdan pulu ala bilmir. Bu arada borclu qaldığı mal sahibləri də haqlı olaraq onu narahat etməyə başladılar. Onlara vəziyyəti bildirmiş və borclarını ödəmək üçün tanışlarından borc pullar almağa məcbur olsa da, indiyə qədər tam ödəyə bilməmişdir. 2019-cu ilin sonlarında öyrənmişdir ki, Cavabdeh həmin ilin fevral-dekabr ayları ərzində pulu kooperativin rəhbərliyinin razılığı ilə "xxxx" SKT Bakı filialından hissə- hissə götürüb və bunu ondan gizlədir. Ondan pulu tələb etmiş və tikinti materiallarını götürdüyü şəxslərə borclu qaldığını bildirmişdir. O heç bir əsaslı səbəb göstərmədən pulu ona vermədi, əksinə bundan sonra onunla görüşmədi və telefon zənginə də cavab vermədi. Bundan sonra, Cavabdeh hərəkətləri barədə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Müstəntiqin 01 mart 2021-ci il tarixli qərarında şikayəti mülki xarakter daşıdığından aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etməli olduğu qeyd olunmuşdur. İddiaya əlavə etdiyi iki vərəqədə olan qeydlərdən aydındır ki, Cavabdeh rəhbərik etdiyi inşaat briqadası "xxxx" MTK-da işlədiyi müddətdə 23 (iyirmi üç) dəfə imza edərək əmək haqqı adı ilə ondan cəmi 61.750 (altmış bir min yeddi yüz əlli) manat pul götürmüşdür. Bu faktın gerçəkliyi aşağıdakı qaçılmaz suallara cavab tələb edir: Əgər (Cavabdeh düşüncəsinə görə) onun məhkəmə qərarı ilə kooperativdən aldığı 132 min manat işçi qüvvəsinin əmək haqqı və “götürdüyü” materialların puludursa, onda o hansı əsasla ikiqat əmək haqqı almışdır? Cavabdeh tikinti işlərinə istifadə olunan materialları kimlərdən götürmüşdür? Həmin şəxslər ona materialları verdiyini, ümumiyyətlə orıu bu işdə səlahiyyətli şəxs kimi tanıdıqlarını təsdiqləyirmi? Nəhayət, Cavabdeh ona qarşı hərəkətlərinə haqq qazandıra biləcək qanuni əsasları nədən ibarətdir? Beləliklə, Cavabdeh heç bir qanuni əsas olmadan mənimsədiyi, əslində rəhbərlik etdiyi briqada tərəfindən inşaat işlərinin icra edilməsi üçün işlərin aparıldığı müddətdə iddiaçının müxtəlif şəxslərdən aldığı armatur, kərpic, taxta, daş, qum və sairdən ibarət olan materialların alınmasına sərf edilməli olan 132000 (yüz otuz iki) min manat pulu ona ödəməkdən qanunsuz olaraq boyun qaçırır. Bununla o, aralarında olan razılaşmanın şərtləri üzrə üzərinə götürdüyü öhdəliyi qəsdən icra etməyərək qanunla nəzərdə tutulan hüquqlarını pozur. Ona görə də, hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət edir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 23 iyul 2021-ci il il tarixli, 2(011)-4081/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 132.000 (yüz otuz iki min) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Cavabdeh Bakı şəhəri Xətai rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(011)- 4081/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı "xxxx" MTK-nın sədri olaraq 20.02.2016-cı il tarixli podrat müqaviləsini onunla imzalamışdır. "xxxx" MTK-nın tikintisi və təmiri yarımçıq vəziyyətədə olan binasında icra edilən işlərin haqqı İddiaçı şəxsi vəsaiti hesabına deyil, kooperativin vəsaiti hesabına “Aqro Kredit” Səhmdar Cəmiyyəti vasitəsi ilə ödənilmişdir. Podrat müqaviləsi üzrə tərəf kimi "xxxx" MTK çıxış etmişdir. Ona görə də İddiaçı ümumiyyətlə ona qarşı pul tələbi barədə iddia ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Əgər mübahisə olsaydı, belə bir iddia ilə "xxxx" MTK çıxış etməli idi. Birinci instansiya məhkəməsi isə mülki işin bu mühüm əhəmiyyət kəsb edən halına diqqət yetirməmişdir, subyektiv hüququ olmayan şəxsin iddiasını icraata qəbul edərək qanunsuz,əsassız və ədalətsiz qətnamə qəbul etməklə, onun “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulan “ədalətli məhkəmə araşdırması” hüququnu pozmuşdur. "xxxx" MTK tərəfindən ona ünvanlanmış 41 saylı 06.10.2016-cı il tarixli məktubda göstərilir ki, 20.02.2016-cı il tarixli razılaşmaya əsasən, həqiqətən bütün işlər fiziki şəxs Cavabdeh tərəfindən icra edilmiş və təhvil verilmişdir. Bu barədə müvafiq aktlar tərtib edilmişdir. Cavabdeh həmin razılaşma əsasında gördüyü işin ümumi məbləği 207000 (iki yüz yeddi min) manat təşkil etmişdir.Həmin məbləğdən 75000(yetmiş beş min) manat ödənilmişdir. Qalan 132000 (yüz otuz iki min) manat məbləği MTKnın hesabında pulu olduğu halda, cəmiyyət həmin məbləği ödəməkdən imtina edir. Bu məktub hazırki iş üzrə İddiaçı tərəfindən imzalanmış və kooperativin möhürü ilə təsdiq olunmuşdur. Məhkəmə bu məktub barəsində araşdırma aparmamış, tərəflərin izahatlarını almamış, qətnamədə yalnız onun adını çəkməklə kifayətlənmiş, iş üzrə toplanılmış sübutların məcmusu ilə ona qiymət verməmişdir. Halbuki, iddiaçı "xxxx" MTK-nın sədri kimi həmin məktubu imzalamaqla kooperativin Cavabdeh borclu olduğunu etiraf etmişdir. Müqavilə münasibəti olduğu halda, məhkəmə mübahisəni əsassız varlanmadan irəli gələn mübahisə kimi xarakterizə etmişdir. Tərəflər arasında 20.02.2016-cı il tarixdə “Podrat” müqaviləsi bağlanılmışdır. Ona ödənilən pul "xxxx" MTK-ya məxsus pul olmuşdur. İddiaçı 132000 (yüz otuz iki min) manat pulu şəxsi vəsaiti kimi kimlərə ödəməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Sual olunur: Əgər "xxxx" MTK-nın tikintisi və təmiri yarımçıq vəziyyətdə olan binasına 132000 (yüz otuz iki min) manat dəyərində material göndərən şəxslər olmuşdursa, onlar nə üçün məhkəməyə müraciət etməmişlər? Yaxud İddiaçı ayrı-ayrı şəxslərə bu qədər borcu olmuşdirsa,həmin borcu ödəmədiyi halda onlar arasında hansısa bir məhkəmə prosesi olmuşdurmu? “Razılaşma” ya uyğun olaraq icra olunmuş işin haqqı cavabdehə "xxxx" MTK tərəfindən ödənilmişdir. İddiaçı cavabdehə şəxsi vəsaitindən heç bir haqq ödəməyib. Onun şahidləri dindirilməmiş, müqavilə münasibəti olduğu halda, məhkəmə əsassız varlanmaya istinad etmiş, 3 illik iddia müddətini tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, onunla "xxxx" MTK arasında 20.02.2016-cı il tarixli razılaşma, əslində isə podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilədə də, qeyd olunur ki, o, bütün işləri- işçi qüvvəsi və material da daxil olmaqla yerinə yetirəcək, pulunu isə "xxxx" MTK ödəyəcəkdir. Əgər iddiaçı ona material vermişdirsə, razılaşmada bu hal nəzərdə tutulardı. İddiaçı ona heç bir material verməmişdir. Ona gördüyü işin pulu ödənilmədiyi üçün məhkəməyə müraciət etimiş, məhkəmə 132000 manat pulun "xxxx" MTK-dan onun xeyrinə tutulmasını qət etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, ona verilən suallara cavab olaraq bildirdi ki, razılaşmada cavabdehin işçi qüvvəsindən və öz materialından istifadəsinə görə müvafiq haqqın nəzərdə tutulması formal olaraq qeyd olunub. Bakı şəhəri 1 saylı İnzibati-İqtisadi Məhkəməsində işə baxılmasını özü təşkil etmişdir. Məhkəmə "xxxx" MTK-dan cavabdehin xeyrinə 132000 manat pulun tutulmasını qət etməsinə baxmayaraq, həmin pul ona çatmalıdır. Məhkəmə qətnamələrində qeyd olunan onun tərəfindən "xxxx" MTK-nın sədri kimi 22.09.2016-cı il tarixdə verdiyi məktub formal olaraq verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməməlidir. Bakı ki, iş materiallarında olan "xxxx" MTK ilə Cavabdeh arasında imzalanmış 20.02.2016cı il tarixli Razılaşmaya əsasən, Kooperativin hazırda tikintisi və təmiri yarımçıq vəziyyətdə olan mövcud binasında hörgü, betontökmə, üzlük çəkmə və digər inşaat işlərinin aparılması məqsədi ilə əldə edilən bu razılaşmaya görə "xxxx" Mənzil-Tikinti Kooperativi öhdəsinə götürür: Cavabdeh inşaat briqadası ilə birlikdə kooperativin binasında icra etdikləri hər növ işlərə ümumi nəzarəti həyata keçirmək; görülən işlər tam başa çatdıqdan sonra, inşaatçıların yerinə yetirdikləri ümumi işlərə görə əmək haqqının, həmçinin həmin işlərə onlar tərəfindən sərf olunmuş bütün materialların dəyərini razılaşmanın əldə edildiyi zaman Azərbaycan manatının qüvvədə olan məzənnəsi ilə hesablaşmaq şərti ilə, uyğun həcmli mənzil sahəsi ilə təmin etməklə ödənməsini həyata keçirmək; görülmüş işlərin həcminin hesablanmasını, mütəmadi olaraq hər iki tərəfin imzaları ilə təsdiq edilən Forma-2 və digər müvafiq sənədlər əsasında həyata keçirmək; Razılaşmada nəzərdə tutulan inşaat işlərinin aparılması məqsədi ilə Cavabdeh aşağıdakıları vəzifə olaraq öhdəsinə götürür: rəhbərlik etdiyi inşaatçı briqadanın görəcəyi işləri dəqiqləşdirməklə, icrasını dayandırmalara yol vermədən keyfiyyətli vəziyyətdə yerinə yetirmək; inşaat işlərinin yüksək mərtəbəli binada aparıldığını nəzərə almaqla, normal iş şəraiti yaratmaq, texniki təhlükəsizlik tədbirlərini təşkil etmək; materiallardan, elektrik, qaynaq və digər avadanlıqlardan istifadə, həmçinin işgörmə zamanı yarana biləcək digər təhlükəsizlik riskləri inşaatçıların və onun rəhbərinin üzərinə düşür, MTK bunlara görə cavabdehlik daşımır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(103)-369/2017 saylı, 13.06.2017-ci il tarixli qətnaməsinə əsasən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.11.2016-cı il tarixli, 2-2(81)-1856/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən müəyyən edilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi ilə cavabdeh "xxxx" MTK-dan Cavabdeh xeyrinə 132.000 manat əsas borc və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-369/2017 saylı, 13.06.2017-ci il tarixli qətnaməsində qeyd olunmuşdur ki, iş materiallarına əlavə edilmiş "xxxx" MTK tərəfindən Cavabdeh ünvanlanmış 41 saylı, 06.10.2016-cı il tarixli məktubunda göstərilir ki, razılaşmaya əsasən Cavabdeh tərəfindən bütün işlər (öhdəliklər) icra edilmiş və təhvil verilmişdir. Bu barədə tərəflərindən müxtəlif aktlar tərtib edilmişdir. Cavabdeh həmin razılaşma əsasında gördüyü işin ümumi məbləği 207.000 manat təşkil etmişdir. Həmin məbləğdən 75000 manat "xxxx" QSC BOKT vasitəsilə MTK tərəfindən ödənilmişdir. Qalan 132.000 manat məbləği isə "xxxx" QSC BOKT təşkilatı "xxxx" MTK-nin hesabına pulu olduğu halda ödəməkdən imtina etmişdir. Məktub "xxxx" MTK-nın sədri, eyni zamanda qanuni təmsilçisi İddiaçı tərəfindən imzalanmışdır. İş materiallarında olan Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 tərəfindən 01.03.2021-ci il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarına əsasən İddiaçı təsisçisi olduğu "xxxx" Mənzil Tikinti Kooperativi ilə bağlanmış podrat müqaviləsinə əsasən həmin kooperativin binasında təmir-tikinti işlərinin aparılması həvalə edilmiş Cavabdeh təmir-tikinti işləri ilə əlaqədar məhkəmə qərarına əsasən əldə etdiyi 45.000 manat pulu mənimsəməsi və alacağı 87.000 manat pulu da mənimsəmək fikrində olması barədə etdiyi müraciəti üzrə aparılmış araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən, cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan "xxxx" MTK-nın sədri İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 22.09.2016-cı il tarixli məktubdan görünür ki, 20.02.2016-cı il tarixli razılaşmaya əsasən, Cavabdeh tərəfindən bütün işlər (öhdəliklər) icra edilmiş və təhvil verilmişdir. Bu barədə tərəflərindən müxtəlif aktlar tərtib edilmişdir. Cavabdeh həmin razılaşma əsasında gördüyü işin ümumi məbləği 207.000 manat təşkil etmişdir. Həmin məbləğdən 75000 manat "xxxx" QSC BOKT vasitəsilə MTK tərəfindən ödənilmişdir. Qalan 132.000 manat məbləği isə "xxxx" QSC BOKT təşkilatı "xxxx" MTK-nin hesabına pulu olduğu halda ödəməkdən imtina etmişdir. İş materiallarında olan İddiaçı notarial təsdiq edilmiş ərizəsindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1856/2016 saylı 23.11.2016-cı il tarixli qətnaməsi "xxxx" MTK-nın nümayəndəsi X8 24.11.2016-cı il tarixdə rəsmi qaydada təqdim edilmiş, 24.11.2016-cı il tarixdə qətnamə Ş.Hüseynov tərəfindən "xxxx" MTK-nın sədri kimi İddiaçı təqdim edilmiş və tərəfindən iş qovluğuna əlavə edilmişdir. 28.11.2016-cı il tarixdə "xxxx" MTK-nın yeni sədri vəzifəsinə X6 təyin edilmiş, 29.11.2016-cı il tarixdə həmin qətnamə qovluqla birlikdə yeni sədr X2 təhvil verilmişdir. İş materiallarında olan "xxxx" MTK-nın sədri İddiaçı, podratçı Cavabdeh və nümayəndə Kazımov A. tərəfindən imzalanan akta əsasən, “Azin” qroup-un işçilərinə və gözətçilərə hörgü və suvağa 5000 manat, aqlaya əməkhaqqı üçün 5000 manat, 3 nəfər gözətçinin 12 aylıq məvacibi 10800 manat, işıq 12 aylıq 3800 manat, su və qrunt suyu 4400 manat, 3 nəfər ofis işçilərinə 13000 manat, kranın 2 aylıq icarə haqqı 5000 manat, krançının 3 aylıq əmək haqqı 2100 manat, texniki nəzarətçi 3 ay üçün 2400 manat, sahə rəisi 12 ay üzrə 400 manat, avtomobilə, binaya dəyən zərər 150+250=400 manat, ümumi 52300 manat "xxxx" MTK-nın sədri İddiaçı xərcləmişdir. İş materiallarında olan "xxxx" MTK-nın sədri İddiaçı, podratçı Cavabdeh və nümayəndə Kazımov A. tərəfindən imzalanan 25.07.2016-cı il tarixli akta əsasən Zərgərpalan və Tolstoy küçələrinin birləşməsində tikilən obyektin görülmüş işlərin həcmi (materiallar kərpic) cəmi 11113 manat təyin edilir. İş materiallarında olan 15.07.2016-cı il tarixli qəbzdən görünür ki, "xxxx" MMC-nin direktoru X3 "xxxx" MTK-nın sədri İddiaçı MTK-ya alınan materialın pul vəsaitini almışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, iddiaçını dostu vasitəsilə 2005-2006-cı illərdə tanımış, sonradan onunla iş birliyi olub, cavabdehi isə tanımır. 2016-cı ildə iddiaçı ona müraciət edərək, Zərgərpalan küçəsində tikintisini həyata keçirdiyi obyekt üçün beton lazım olduğunu bildirmiş, o isə öz beton zavodundan beton vermişdir. İddiaçı verilmiş betonun gətirilməsi xərclərini vermiş, betonun dəyərini isə sonradan ona qaytarmışdır. Betonun dəyəri təqribən 11-12 min manat məbləğində olmuş, iddiaçı isə ona daşıma xərcləri ilə birgə 2000 və 3000 olmaqla, hissə-hissə 5000 manat pul vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, iddiaçını 2016-cı ildən kərpic zavodundan tanıyır, cavabdehi bir neçə dəfə görüb, sonradan tanımışdır ki, İddiaçı yanında tikinti işi ilə məşğuldur. İddiaçıya 23000 manatlıq kərpic vermiş, sonradan verdiyi kərpicin pulunu tam ala bilməmiş, 22000 manat borcu qalmışdır. Malın sifarişini, gətirilməsini və digər məsələləri İddiaçıla danışmış, bu barədə Cavabdehla heç bir danışığı olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, iddiaçı atasıdır, Cavabdeh 2016-cı ildən tanıyır. Onun atası ilə tikintidə iş görüb, lakin atası materialları şəxsən özü alıb. Cavabdeh tikintidə 2016-cı ilin qış aylarından 2016-cı ilin may ayına qədər işləyib. Tikinti "xxxx" MTK-nın olub, Cavabdeh qoşulub işləmişdir. Kreditlə bağlı tikinti dayanmış, sonra davam etməmişdir. Tikinti üçün “Dərnəgül” bazarından armatur, taxta almışlar və materiallar bazara məxsus maşınlarda gəlib. Daha sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iş getmişdir. 14300 manat taxtaya, 31000 manat armatura pul xərclənmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsası kimi əsassız varlanmaya istinad edərək, qeyd etmişdir ki, Cavabdeh heç bir qanuni əsas olmadan mənimsədiyi, əslində “Razılaşma” əsasında rəhbərlik etdiyi inşaatçı briqadası tərəfindən "xxxx" Mənzil-Tikinti Kooperativinin tikintisi başa çatmamış binasında hörgü, betontökmə, üzlükçəkmə və digər inşaat işlərinin icra edilməsinin təmin olunması üçün iddiaçının müxtəlif şəxslərdən aldığı armatur, kərpic, taxta, daş, qum və sairdən ibarət olan materialların alınmasına sərf edilməli olan 132000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, əsassız varlanma ilə balı irəli sürülmüş iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Hazırkı işdə isə qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunmur. Belə ki, işdə olan sübutlarla müəyyən olunur ki, "xxxx" MTK ilə Cavabdeh arasında 20.02.2016-cı il tarixli Razılaşma (Podrat müqaviləsi) bağlanmışdır. Həmin razılaşmanın (podrat müqaviləsi) şərtlərinə əsasən Cavabdeh tikintisi və təmiri yarımçıq vəziyyətdə olan binasında hörgü, betontökmə, üzlük çəkmə və digər inşaat işlərinin aparılmasını öhdəsinə götürmüş, "xxxx" MTK Cavabdeh inşaat briqadası ilə birlikdə kooperativin binasında icra etdikləri hər növ işlərə ümumi nəzarəti həyata keçirmək; görülən işlər tam başa çatdıqdan sonra, inşaatçıların yerinə yetirdikləri ümumi işlərə görə əmək haqqının, həmçinin həmin işlərə onlar tərəfindən sərf olunmuş bütün materialların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MTK-nın sədri İddiaçı Cavabdeh ünvanlandığı 22.09.2016-cı il tarixli məktubda qeyd etmişdir ki, 20.02.2016-cı il tarixli razılaşmaya əsasən Cavabdeh tərəfindən bütün işlər (öhdəliklər) icra edilmiş və təhvil verilmişdir. Bu barədə tərəflərindən müxtəlif aktlar tərtib edilmişdir. Cavabdeh həmin razılaşma əsasında gördüyü işin ümumi məbləği 207.000 manat təşkil etmişdir. Həmin məbləğdən 75000 manat "xxxx" QSC BOKT vasitəsilə MTK tərəfindən ödənilmişdir. Qalan 132.000 manat məbləği isə "xxxx" QSC BOKT təşkilatı "xxxx" MTK-nin hesabına pulu olduğu halda ödəməkdən imtina etmişdir. Cavabdeh podrat müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirdiyindən, "xxxx" MTK tərəfindən müqavilə şərtləri pozulduğundan, cavabdeh 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.11.2016-cı il tarixli, 2-2(81)- 1856/2016 nömrəli qətnaməsi ilə "xxxx" MTK-dan Cavabdeh xeyrinə 132.000 manat əsas borc və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-2(103)-369/2017 saylı, 13.06.2017-ci il tarixli qətnaməsinə əsasən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.11.2016-cı il tarixli, 2-2(81)-1856/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qüvvədə olan məhkəmə qətnamələrində qeyd olunmuşdur ki, iş materiallarına əlavə edilmiş "xxxx" MTK tərəfindən Cavabdeh ünvanlanmış 41 saylı, 06.10.2016-cı il tarixli məktubunda göstərilir ki, razılaşmaya əsasən Cavabdeh tərəfindən bütün işlər (öhdəliklər) icra edilmiş və təhvil verilmişdir. Bu barədə tərəflərindən müxtəlif aktlar tərtib edilmişdir. Cavabdeh həmin razılaşma əsasında gördüyü işin ümumi məbləği 207.000 manat təşkil etmişdir. Həmin məbləğdən 75000 manat "xxxx" QSC BOKT vasitəsilə MTK tərəfindən ödənilmişdir. Qalan 132.000 manat məbləği isə "xxxx" QSC BOKT təşkilatı "xxxx" MTK-nin hesabına pulu olduğu halda ödəməkdən imtina etmişdir. Məktub "xxxx" MTK-nın sədri, eyni zamanda qanuni təmsilçisi İddiaçı tərəfindən imzalanmışdır. İddiaçı qeyd edir ki, cavabdehin "xxxx" MTK-dan almalı olduğu 132000 manat pul cavabdehə deyil, ona verilməlidir ona görə ki, materialı cavabdehə o, vermişdir. Bunun sübutu kimi, məhkəməyə təqdim etdiyi şahid ifadələrinə, akta, qəbzə, “cinayət işinin başlanılmasının rədd edilməsi” barədə qərara istinad etmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Kollegiya birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələrinə qiymət verərək qeyd edir ki, həmin ifadələr mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, şahid Heydər Heydərov cavabdehi tanımır. Habelə ona məxsus beton zavodunun olması və iddiaçıya beton verməsi ilə bağlı heç bir yazılı sənəd iddiaçı tərəfindən təqdim edilməmişdir. Ona görə də, həmin şahid ifadəsinin həqiqiliyi təsdiq olunmur. Digər şahid X20 Qasımovla heç bir danışığı olmadığını qeyd edir. Habelə iddiaçıya kifayət qədər böyük həcmdə kərpic verməsi ilə bağlı heç bir yazılı sənəd iddiaçı tərəfindən təqdim edilməmişdir. Ona görə də, həmin şahid ifadəsinin həqiqiliyi də təsdiq olunmur. Bundan başqa, həmin şahidlərin ifadələrində qeyd olunan tikinti materiallarının məhz "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 20.02.2016-cı il tarixli Razılaşma (podrat müqaviləsi) üzrə görülmüş işlərdə istifadə olunması da hər hansı sübutla təsdiq olunmur və şahidlər də bu faktı qeyd etməmişlər. Digər şahid Səməd Mədətovun bildirdiyi faktların (tikinti materiallarının alınması ilə bağlı) təsdiqi ilə bağlı hər hansı bir yazılı sənəd də iddiaçı tərəfindən təqdim edilməmişdir. Ümumiyyətlə şahid ifadələri ilə bağlı kollegiya qeyd edir ki, MTK tərəfindən aparılan tikintidə istifadə olunan inşaat materiallarının alınması ilə bağlı halların şahid ifadələrinə əsasən təsdiq edilməsi qəbul edilə bilməz. Çünki hüquqi şəxs olan və hər il vergi hesabatları verən MTK tərəfindən yazılı sənədlər (qaimə faktura, elektron qaimə, vergi hesab-fakturası və s.) olmadan tikinti materiallarının əldə etməsi mövcud qanunvericiliyə (Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanuna, Vergi Məcəlləsinə və s.) və işgüzar adətlərə uyğun deyil. Ona görə də, həmin şahid ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz. İş materiallarında olan "xxxx" MTK-nın sədri İddiaçı, podratçı Cavabdeh və nümayəndə Kazımov A. tərəfindən imzalanan akt “Azin” qroup-un işçilərinə və gözətçilərə hörgü və suvağa 5000 manat, aqlaya əmək haqqı üçün 5000 manat, 3 nəfər gözətçinin 12 aylıq məvacibi 10800 manat, işıq 12 aylıq 3800 manat, su və qrunt suyu 4400 manat, 3 nəfər ofis işçilərinə 13000 manat, kranın 2 aylıq icarə haqqı 5000 manat, krançının 3 aylıq əmək haqqı 2100 manat, texniki nəzarətçi 3 ay üçün 2400 manat, sahə rəisi 12 ay üzrə 400 manat, avtomobilə, binaya dəyən zərər 150+250=400 manat, ümumi 52300 manat "xxxx" MTK-nın sədri İddiaçı xərclənməsi qeyd olunmaqla, Cavabdeh İddiaçı tərəfindən materialın verilməsinin sübutu kimi qəbul edilə bilməz. Çünki həmin aktda bununla bağlı heçnə qeyd edilməmişdir. Həmçinin iş materiallarında olan 15.07.2016-cı il tarixli qəbzdə qeyd olunur ki, "xxxx" MMC-nin direktoru X3 "xxxx" MTK-nın sədri İddiaçı MTK-ya alınan materialın pul vəsaitini almışdır. Həmin qəbzdə hansı materialın alınması, materialın həcmi və s. kimi heç bir məlumat qeyd edilməmişdir. Bundan başqa, həmin qəbzdə qeyd olunan tikinti materiallarının məhz "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 20.02.2016-cı il tarixli Razılaşma (podrat müqaviləsi) üzrə görülmüş işlərdə istifadə olunması da hər hansı sübutla təsdiq olunmur. Ona görə də, həmin qəbz də mötəbər sübut kimi qəbul oluna bilməz. Göründüyü kimi, iddiaçı artıq qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən olunmuş cavabdehin podrat müqaviləsi üzrə gördüyü işə görə "xxxx" MTK tərəfindən cavabdehə ödənilməli olan 132000 manat məbləğində pulun, materialın əvəzi olaraq ona ödənilməli olması ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Əksinə, iddiaçı 2016-cı ildə özünün "xxxx" MTK-nın sədri kimi yazdığı məktublarda bütün işlərin cavabdeh tərəfindən görülməsini və 132000 manat "xxxx" MTK-nın cavabdehə borcunun olmasını etiraf etmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Eyni zamanda iddia əsasız olduğuna görə iddia müddətinin ötürülüb-ötürülməməsinə qiymət verilməsinə lüzum yoxdur. Çünki Mülki Məcəllənin 372 və 377-ci maddələrinin birgə təfsirindən müəyyən olunur ki, iddia müddətinin ötürülüb-ötürülməməsinə qiymət verilməsi üçün ilk olaraq hüququn pozulması, sonra isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün müəyyən edilməlidir. Hazırki işdə də cavabdeh tərəfindən iddiaçının hər hansı hüquqlarının pozması halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 23 iyul 2021-ci il il tarixli, 2(011)- 4081/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar