Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9542/2020 21.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi və avtomobilin qaytarılması tələbinə dair mülki iş üzrə iddianı təmin etmə tədbiri barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)-6580/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəmiyyətin mülkiyyətində olan “KİA” markalı “Forte” modelli, Az **-PD-*** dövlət qeydiyyat nişanlı avtomaşının cavabdehin qanunsuz istifadəsindən alınaraq ona qaytarılması, cavabdehdən onun xeyrinə 11826 manat əsas lizinq borcu, 1860 manat lizinqdən istifadəyə görə faiz borcu, 1000 manat hesablanmış penya olmaqla, cəmi 14686 manat borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı eyni zamanda məhkəməyə iddianı təmin etmə tədbirinə dair ərizə verərək, cavabdehin qanunsuz istifadəsində olan və İddiaçınə məxsus olan “KİA” markalı “Forte” modelli, Az **-PD-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyularaq həm cavabdeh, həm də digər şəxslər tərəfindən istismarının qadağan olunması və məcburi saxlanılmaqla İddiaçı məsul saxlancına verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 6580/2020 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan “KİA Forte” minik markalı, Az **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismarı Cavabdeh və başqa şəxslərə qadağan edilmişdir. Cavabdeh şikayət verərək həmin qərardadın qismən ləğv edilməsini və “KİA” markalı “Forte” modelli, Az **-PD-*** qeydiyyat nömrəli avtomobilinin istismarının qadağan edilməklə iddiaçıya təhvil verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, maddi cəhətdən çətinlik çəkir və bunun nəticəsi kimi lizinq ödənişlərini edə bilmir. O, iddiaçı ilə şifahi razılığa gəlmiş və ona qeyrirəsmi olaraq ödənişlərinə 1-2 ay möhlət verilmişdir. Belə olan halda, maşının istismarı qadağan olunmaqla iddiaçıya verilsə, onun əsas borcuna hesablanmış faizlər və cərimələr lizinq obyekti iddiaçıya məhkəmə qərardadı ilə təhvil verildiyi gündən dayandırılar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 6580/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)-6580/2020 saylı qərardadı Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şikayətin məzmunundan da görünür ki, Cavabdeh lizinq ödənişlərini vaxtlı-vaxtında ödəmədiyini etiraf edir və lizinq obyekti olan avtomobilin istismarının qadağan edilməsinə razıdır. Bununla yanaşı, o, lizinq obyektinin lizinq təşkilatına qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh özü könüllü şəkildə lizinq obyekti olan avtomobili lizinq təşkilatına qaytara bilər və bunun üçün məhkəmə tərəfindən qərardad çıxarılmasına zərurət yoxdur. Bundan əlavə, lizinq obyektinin geri qaytarılması iddianın predmetini təşkil edir, bu barədə qərardad çıxarılması iddia tələbi ilə üst-üstə düşməklə mübahisənin qabaqcadan mahiyyəti üzrə həll edilməsi kimi qiymətləndirilə bilər. Halbuki, Azərbaycan Respublikası MPM-nin157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlili qərardadın ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası MPM-in 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 6580/2020 saylı qərardadı Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9542/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9542/2020
21.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver