Məhkəmə qərarları › İş №2(103)-9551/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9551/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9551/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X4 katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə (Cavabdeh) qarşı ("xxxx" KB ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «hərracın etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(005)-3082/2021 saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdeh "xxxx" MMC-yə (Cavabdeh) qarşı ("xxxx" KB ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «hərracın etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(005)- 3082/2021 saylı qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia təmin edilmiş, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası, şikayəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Apellyasiya şikayətinə əlavə olunmuş dövlət rüsumunun ödənilməsinə dair ********* nömrəli qəbzdən görünür ki, orada rüsumun təyinatı Bakı Apellyasiya Məhkəməsi üçün deyil, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi üçün ödənilməsi kimi qeyd edilmişdir. Bu səbəbdən də, həmin qəbz hazırkı apellyasiya şikayəti üzrə dövlət rüsumunun Bakı Apellyasiya Məhkəməsinə ödənilməsini təsdiq edən sənəd kimi qəbul edilə bilməz. MPM-in 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə (Cavabdeh) qarşı ("xxxx" KB ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «hərracın etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(005)-3082/2021 saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar