Məhkəmə qərarları › İş №2(103)-9577/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9577/2021

07.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9577/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5142/2021 saylı 30 iyul 2021-ci il tarixli və 13 avqust 2021-ci il tarixli qərardadlarından Cavabdeh1 tərəfindən verilmiş şikayətlərinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Bakı şəhəri 23 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri və cavabdehin adına rəsmiləşdirilmiş Opel Vita markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə iddiaçının, ½ hissəsinə cavabdehin paylarının müəyyən olunması; cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında 16 fevral 2016-cı il tarixində Bakı şəhəri 23 saylı Notariat ofisində bağlanmış Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 113 saylı binanın yaxınlığında yerləşən 0.025 ha torpaq sahəsi ilə bağlı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinin ½ hissəsinə iddiaçının, ½ hissəsinə cavabdehin paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan əlavə iddiaçı iddianı təmini tədbiri barədə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Cavabdeh1 mülkiyyətində olmuş, hazırda digər Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri 23 saylı Notariat ofisində bağlanan Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 113 saylı binanın yaxınlığında yerləşən 0.025 ha torpaq sahəsinin və hazırda Cavabdeh1 mülkiyyətində olan Opel Vita markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5142/2021 saylı 30 iyul 2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, mübahisə məhkəmədə mahiyyəti üzrə həll olunana qədər Cavabdeh1 mülkiyyətində olan Opel Vita minik markalı **-UT-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 1998, mühərrik 02JC5414, ban: WOLOSBF08X4040227) avtomobilin özgəninkiləşdiriməsi qadağan edilmişdir. Bundan əlavə iddiaçı iddianı təmini tədbiri barədə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Cavabdeh3 adına bağışlama müqaviləsi ilə özgəninkiləşdirilmiş, Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 113 saylı binanın yaxınlığında yerləşən 0.025 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5142/2021 saylı 13 avqust 2021ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, mübahisə məhkəmədə mahiyyəti üzrə həll olunana qədər Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 113 saylı binanın yaxınlığında yerləşən 0.025 ha torpaq sahəsinin özgəninkiləşdiriməsi qadağan edilmişdir. Cavabdeh1 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5142/2021 saylı, 30 iyul 2021-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh1 həmçinin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5142/2021 saylı, 13 avqust 2021-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22(004)-5142/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 2(004)-5142/2021 saylı 30 iyul 2021-ci il tarixli və 13 avqust 2021-ci il tarixli qərardadlarından Cavabdeh1 tərəfindən verilmiş şikayətlərin təmin edilməməsi, şikayətlərin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5142/2021 saylı 30 iyul 2021-ci il tarixli və 13 avqust 2021-ci il tarixli qərardadlarından Cavabdeh1 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ayrıca akt şəklində qəbul edilmiş qərardadlardan verilmiş şikayətlərə birlikdə baxaraq təmin etməmiş və baxılması üçün apellyasiya məhkəməsinə göndərimişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267.1-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 269.1-ci maddəsin görə şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Həmin Məcəllənin 269.2 ci maddəsinə görə şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi 2(004)-5142/2021 saylı iş üzrə 30 iyul 2021-ci il tarixli və 13 avqust 2021-ci il tarixli qərardadlarından Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə birlikdə baxmaqda haqlı olmamışdır. Belə ki, hər iki qərardad müxtəlif vaxtlarda ayrıca akt şəklində qəbul edilmiş və Cavabdeh1 ayrıayrılıqda şikayət verilmişdir. Kollegiya hesab edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq hər bir qərardad üzrə verilmiş şikayətə ayrı-ayrılıqda baxılıq hüquqi qiymət verilməlidir. Ona görə də, kollegiya Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5142/2021 saylı 30 iyul 2021-ci il tarixli və 13 avqust 2021-ci il tarixli qərardadlarından verilmiş şikayətlərin digər mümkünlük şərtlərini müzakirə etmədən hesab edir ki, şikayət qeyrimümkün hesab edilməli və yuxarıda qeyd olunan tələblərə riaət edilməsi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5142/2021 saylı 30 iyul 2021-ci il tarixli və 13 avqust 2021-ci il tarixli qərardadlarından Cavabdeh1 tərəfindən verilmiş şikayətlərə baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş qeyd olunan tələblərə riaət edilməsi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar