Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9582/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(009)-1746/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qarşı əsassız yaranan 231 manat 90 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Kəlbəcər rayonundan məcburi köçkündür. Kəlbəcər rayonu, Zəylik kəndində qeydiyyatda olsa da, faktiki yaşayış ünvanı ünvan 2ldiriş göndərərək, 231 manat 90 qəpik borcun olduğu bildirilmişdir və bu borcun guya 2017-ci ilə qədər yarandığını bildirmişdir. Məcburi köçkün olduğu üçün 1993-cü ildən 2017-ci ilədək kommunal xərcləri dövlət tərəfindən qarşılanmışdır. Belə olan halda borc bu dövr ərzində yaranıbsa, o pulu o niyə ödəməlidir. Bununla bağlı «Azəriqaz» İB-nə üvanladığı müraciətə 26 aprel 2021-ci il tarixli məktubunda şablon cavab verərək, məsələnin əsas predmetindən yayınmışdır. 06.06.2018-ci il tarixində və 10.01.2021-ci il tarixində sayğac iki dəfə dəyişdirilmişdir, amma qalıq borc haqqında heç bir xəbərdarlıq olunmayıb. Bunu «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» Aktdan da aydın görmək oalr. Bundan əlavə, 06.06.2018-ci il tarixində sayğac dəyişilərkən, yəni mexaniki sayğacdan smart sayğaca keçərkən dövlətin onlara ayırdığı limitdən qalan 162 manat smart karta köçürülmüşdür. Əgər borcları var idisə, niyə vaxtında çıxarılmayıb? Burdan belə qənaətə gəlmək olur ki, yaranmış borc ya texniki səbəbdən, ya da ki, başqa səbəbdən qəsdən yaranmışdır. Çünki yaşadığı evdə yalnız istifadə olunan 4 göz sobadır, hansı ki, bu soba ilə yalnız yemək bişirilir və praktiki mümkün deyildir ki, yuxarıda yazılan qədər borc yığılsın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(009)-1746/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı əsassız yaranmış borcun silinməsi tələbinə dair iddia tələbinin əsassız olduğundan təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1746/2021 saylı iş üzrə 27.07.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, O məcburi köçkün olduğu halda, ona göstərilən məbləğdə borc hesablanması qanunsuzdur. Ona görə də iddiasının təmin edilməsini xahiş etmişdir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzrə qazdan istifadəyə görə 2013-cü ildə 256 AZN borc yaranmışdır. Müəyyən ödənişlər edildikdən sonra hal-hazırda borc 237.20 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X7 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, iddiaçı yeni kod almalıdır, lakin bununla bağlı müraciət etməmişdir. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan “Qaz paylayıcısı ilə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 11.06.2018-ci il tarixli, AKX-0005276/06-2018 nömrəli müqavilədən görünür ki, həmin müqavilə «Azəriqaz» İB ilə Səbail rayonu, Nemənzadə küç., bina 31, mənzil 28 ünvanın sahibi Nəcəfov Əhəd arasında bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Qeyd edilən müqavilənin 2.2.1-ci bəndinə əsasən paylayıcı, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək hüququna malikdir. Həmin müqavilənin 2.3.1-ci və 2.3.6-cı bəndlərinə əsasən istehlakçı qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. Adı çəkilən müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikası Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər bir kub.metr üçün 0,10 manat məbləğində müəyyən edilir. İş materiallarında olan abonentin saldosundan aydın olur ki, Səbail rayonu, Nemənzadə küç., bina 31, mənzil 28 ünvanda qazdan istifadəyə görə 2013-cü ildən 256 manat məbləğində borc yaranmışdır. Həmin borcdan müəyyən ödənişlər edilmiş və 21.04.2021-ci il tarixə həmin borc məbləği 237,90 manat olmuşdur. İş materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti tərəfindən İddiaçı ünvanlanmış 26.04.2021-ci il tarixli cavab məktubundan görünür ki, onun istehlakçı hesabında yaranmış borcun araşdırılması barədə ərizəsinə baxılmışdır. Araşdırma zamanı ərizəçinin istifadəsində olmuş mexaniki tipli qaz sayğacı vasitəsi ilə mənzildə istifadə olunmuş təbii qazın dəyəri tam ödənilmədiyindən onun istehlakçı hesabında 256.00 manat borc yaranmışdır. Mənzilin qaz təchizatının dayandırılmaması üçün yaranmış borcun karta hər ödəniş aparıldıqda müəyyən faizi tutulmaqla ödənilməsi üçün ərizəçinin istifadəsində olmuş Smart tipli qaz sayğacının kartına keçirilmişdir. Ərizəçinin nəzərinə çatdırılmışdır ki, 2017-ci ilin yanvar ayından kommunal xidmət xərclərinin məcburi köçkünlər tərəfindən ödənişini təmin etmək məqsədilə həmin vəsait yemək xərci üçün müavinətlə bağlı plastik karta əlavə edilməklə, məcburi köçkünlərin özlərinə ödənilir. Bildirilmişdir ki, 21.04.2021-ci il tarixinə ərizəçinin istehlakçı hesabında mövcud olan 237,90 manat borc məbləği onun tərəfindən ödənilməlidir. Təqdim edilmiş Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Səbail rayon sektorunun 45 saylı, 02.07.2021-ci il tarixli cavab məkrubundan görünür ki, Kəlbəcər rayonundan olan İddiaçı Səbail rayon ərazisində 078509 saylı məcburi köçkünlərin qeydiyyat vərəqəsilə 30.08.1999-cu ildə məcburi köçkün kimi Ö.F.Nemanzadə küçəsi, ev 31, mənzil 28 (qohum evi) ünvanında qeydiyyata alınmışdır. Ailə tərkibi: özü İddiaçı, arvadı X2, oğlu X8, qızı X6. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, İddiaçı ünvan 5 ünvanında yerləşən qohumunun evində 1999-cu ildən ailə üzvləri ilə birlikdə məcburi köçkün kimi qeydiyyata alınaraq yaşamışdır. 2013-cü ildə iddiaçının istifadəsində olmuş mexaniki tipli qaz sayğacı vasitəsi ilə mənzildə istifadə olunmuş təbii qazın dəyəri tam ödənilmədiyindən onun istehlakçı hesabında 256.00 manat borc yaranmışdır. Mənzilin qaz təchizatının dayandırılmaması üçün yaranmış borcun karta hər ödəniş aparıldıqda müəyyən faizi tutulmaqla ödənilməsi üçün istehlakçı tərəfindən iddiaçının istifadəsində olmuş Smart tipli qaz sayğacının kartına keçirilmişdir. Eləcə də, məhkəmə iclasında müəyyən olunmuşdur ki, 2017-ci ilin yanvar ayından kommunal xidmət xərclərinin məcburi köçkünlər tərəfindən ödənişini təmin etmək məqsədilə həmin vəsait yemək xərci üçün müavinətlə bağlı plastik karta əlavə edilməklə, məcburi köçkünlərin özlərinə ödənilir. 21.04.2021-ci il tarixinə qazdan istifadəyə görə iddiaçının istehlakçı hesabında 237,90 manat borc mövcuddur ki, istehlakçı tərəfindən iddiaçıdan həmin borcun ödənilməsi tələb olunur və bu səbəbdən iddiaçı mövcud olan borcun silinməsi üçün məhkəməyə hazırki iddia ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən mənzildə istifadə olunmuş təbii qazın dəyəri tam ödənilmədiyindən onun istehlakçı hesabında borc yaranmışdır və həmin borcun əsassız hesablanmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız yaranmış borcun silinməsi tələbinə dair iddia tələbinin əsassız olduğundan təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, iddia məbləği 2000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 404-.1-ci maddəsinə əsasən (Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 404.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(009)-1746/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-9582/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9582/2021
13.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver