Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9630/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(006)-4711/2021 saylı qərardadından İddiaçı tərəfındən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(006)- 4711/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair» iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı İddiaçı tərəfindən həmin qərardaddan şikayət verilərək, qərardadın ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ona verilmiş sözə inanaraq iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə vermişdir. Lakin cavabdeh təşkilat tərəfindən ona verilmiş sözə əməl olunmadığından, hesab edir ki, iddia ərizəsi üzrə işə mahiyyəti üzrə baxılmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin olunmaması və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X2 şikayəti müdafiə edərək, təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(006)-4711/2021 saylı qərardadının ləğv edilərək, işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsi xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası Cavabdeh ASC-nin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(006)-4711/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Kollegiya eləcə də şikayətin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-in 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçılar və ya cavabdehin vəsatəti üzrə onlar məhkəmə iclasında iştirak etməmələri və bu haqda məhkəməyə məlumat verməmələrini üzrlü səbəblərdən baş verməsi haqqında sübutla təsdiq etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Göründüyü kimi Mülki Prosessual Məcəllənin 260.5-ci maddəsində bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində qərardadın ləğv edilməsi nəzərdə tutulmamışdır. Bundan əlavə qanunvercilikdə Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsasla baxılmamış saxlanılmış iddia üzrə icraatın təzələnməsi qanunda nəzərdə tutulmadığından kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçı yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququna malikdir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(006)-4711/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı İddiaçı tərəfındən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(006)-4711/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9630/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9630/2021
21.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver