Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9664/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X23 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi X4, nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-91/2021 saylı, 30.07.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı – cavabdehlər Bakı şəhəri 2 saylı Notariat ofisinə və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı və mirasın qəbul edilməsi müddətinin uzadılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 avqust 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv hesab olunması, iddiaçının qanunla müəyyən edilmiş müddəti üzrlü səbəbdən ötürməsini nəzərə alaraq qanunla müəyyən edilmiş müddətin bərpa edilməsi, iddiaçının və cavabdehin 1/2 bərabər pay hüquqlarının müəyyən edilməsi və iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin 2 saylı Notariat ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 10.02.2018-ci il tarixdə vəfat etmiş X10 doğma oğludur. İddiaçı anası ilə həm atasının sağlığında, həm də o vəfat etdikdən sonra onun iddiaçıya verdiyi evdə yaşamışdır. İddiaçının atasının vərəsəsi olduğunu təsdiqləyən heç bir sənəd olmadığı üçün atasının ölümündən sonra vərəsə ola bilməmişdir. Köhnə sənədlərdə iddiaçının soyadının və atasının adı fərqli olduğuna görə atasının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsini ala bilmirdi. Atasının həyat yoldaşı olan cavabdeh iddiaçını atasının vərəsəsi kimi tanımaqdan imtina edir. Atalığın tanınması faktının müəyyən edlilməsinə dair məhkəmə aktını qanuni qüvvəsini aldıqdan sonra iddiaçı yeni şəxsiyyət vəsiqəsi almışdır. İddiaçı atasının ona vermiş olduğu evdə atasının sağlığında və vəfatından sonra da yaşamaqla atasından qalmış mirası faktiki olaraq qəbul etmiş sayılır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur . Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-91/2021 saylı, 30.07.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməsi, 10.02.2018-ci il tarixdə vəfat etmiş X7 miras qalmış əmlakının qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin İddiaçı tərəfindən ötürülməsi üzrlü hesab edilsin və həmin müddət bərpa edilməsi, X2 "xxxx" ASC-nin depozit hesabında olan 25.000 manat pul və 459,04 manat depozit faizi və buraxılış ili 2008-ci il olan X45 Prado Mi markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil barəsində 2 saylı Notariat ofisi tərəfindən Cavabdeh2 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 11 avqust 2018-ci il tarixli, 2V-145 və 2V-146 nömrələr ilə reyestrdə qeyd edilmiş 1 səhifədən ibarət Şəhadətnamələr etibarsız hesab edilməsi və həmin miras əmlaklara İddiaçı və Cavabdeh2 1\2 hissələrdə bərabər pay hüquqları müəyən edilməsi, İddiaçı və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsi 2 saylı Notariat ofisinə həvalə edilməsi, İddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 20.40 manat dövlət rüsumu Cavabdeh2 alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıda göstərilən səbəblərə görə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)4071/2020 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsi ləğv olunmalıdır.Belə ki, ilk öncə qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsmə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İddiaçı öz ərizəsində məhkəmədən 11.08.2018-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini xahiş etmiş, lakin məhkəmə heç bir qanuni əsas göstərmədən iddia tələbindən kənara çıxaraq 11 avqust 2018-ci il tarixli, 2V- 145 və 2V-146 nömrələr ilə reyestrdə qeyd edilmiş 1 səhifədən ibarət Şəhadətnamələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul etmişdir."Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli qərarının 3.5-ci bəndində göstərilmişdir ki, "MPM-nin 218.3-cü maddəsinə əsasən hakim (məhkəmə tərkibi) işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim (məhkəmə tərkibi) qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bu zaman hakim qətnamədə istinad etdiyi qanunu göstərməli və müstəsnalığın nədən ibarət olmasını əsaslandırmalıdır".Bundan başqa Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandmlmalıdır. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.Lakin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1071/2020 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsindən də göründüyü kimi hakim iş üzrə qətnamə qəbul edilərkən məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərilən hallara, habelə tərəfindən təqdim edilmiş sübutlara (rəsmi sənədlərə və şahid ifadələrinə) heç bir hüquqi qiymət verməmiş və ümumiyyətlə münasibət bildirməmişdir. Belə ki, iddiaçının atası olan mərhum X24 ilə 21.06.1994-cü il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Ailə qurduqdan sonra evi və maddi imkanı olmadığına görə X24 onun valideynlərindən faktiki miras qalmış, böyüdüyü və həmin dövürdə yaşadığı Bakı şəhəri Səbail rayonu Ə.Yaqubov küçəsi 17 saylı binanın 1-ci mərtəbəsində yerləşən 1/15 saylı mənzilinə köçmüşdür. X24 ailə qurduqdan sonra 04.11.1994-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarları İcrası Baş İdarəsinin 12 saylı X31 fəlilə vəzifəsinə işə düzəlmiş və 3 il sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarları İcrası Baş İdarəsinin 12 saylı cəzaçəkmə müəssisəsinə fotoqraf vəzifəsinə keçirilmişdir.11.02.2000-ci il tarixdə, yəni iddiaçının doğulduğu 03.11.2001-ci il tarixdən daha öncə həmin vazifədən azad edilmiş və ömrünün sonuna kimi rəsmi və ya qeyri rəsmi heç bir işlə məşğul olmamış, heç bir gəlir yeri olmamış, habelə hər hansı pensiya və yaxud müavinat almamışdır. X10 hətta işlədiyi qısa müddət ərzində belə aldığı məvacib özünü saxlamağa belə yetmədiyindən ailənin bütün xərci daima onun əldə etdiyi vəsait hesabına olmuşdur.Belə ki, o, 1966-cı ildən 2009-cu ilə kimi neft və qaz çıxarma sənayesində müxtəlif vəzifələrdə çalışmışdır və bu müddət ərzində daim kifayət qədər yüksək əmək haqqı almışdır. 29.04.2009-cu il tarixdə təqaüdə çıxdıqdan sonra isə pensiya almışdır. Ancaq çox təəssüflər olsun ki, halal zəhməti ilə qazandığı pullar heç bir yerdə işləməyib ona qazanc yeri kimi baxan X10, onun miras qoyub getdiyi iddiaçının və onun anasının komfortlu həyat sürməsinə xəbəri olmadan sərf olunmuşdur.Onuda qeyd edir ki, X24 iddiaçının anası X21 ilə qeyri-rəsmi münasibətdə olmasını, habelə münasibətdən 03.11.2001- ci ildə iddiaçının dünyaya gəlməsini öldüyü günə kimi ondan tamamən gizlətmişdir.Heç bir qazanc əldə etməsə belə mərhumun evin məişət işlərini görməsi, eləcədə gedəcək yerinin olmaması (ən azmdan mən elə düşünürdüm) tək yaşayan, övladı və maddi çətinliyi olmayan bir insan olaraq ona kifayət edirdi.X24 10.02.2018-ci il tarixdə kəskin miokard infaktı nəticəsində vəfat etdikdən sonra məlum olmuşdur ki, Ağəddin Səmədovun başqa bir qadınla münasibəti varmış və hətta həmin münasibətdən övladı olmuşdur.Hazırkı iş üzrə iddiaçı olan İddiaçı guya onun övladı olması barədə Lerik rayon X9 X17 31.10.2007-ci il tarixli, AZ 997141 nömrəli saxta məlumat əks olunmuş doğum haqqında şəhadətnamə belə almışdır.Hətta bununla da kifayətlənməyərək hazırkı iş üzrə iddiaçı olan İddiaçı valideynlərindən qalmış, böyüyüb yaşadığı Bakı şəhəri Səbail rayonu Ə.Yaqubov küçəsi 17 saylı binanın 1-ci mərtəbəsində yerləşən 1/15 savlı mənzilin yolun tikinti sahəsinə düşməsi səbəbindən sökülməsinə görə ona ödənilmiş kompensasiyanın pulu ilə alaraq yaşadığı Bakı şəhəri Xanlar küçəsi 41 saylı evin 7 saylı mənzilinə 2015-ci ildə gizli yolla pasport qeydiyyatına saldırmışdır.Məhz bundan sonra Məhkəməyə müraciət etməyi nəticəsində Bakı şəhər Səbail Rayon Məhkəməsi (hakim Şahin Abdullayev) tərəfindən qəbul edilmiş 24.05.2018-ci il tarixli, 2(009)-1687/2018 saylı qətnaməsi ilə hər iki qanunsuzluğun qarşısı alındı.İddia ərizəsinin əsassızlığı ilə bağlı yuxarıda qeyd etdiklərindən savayı əlavə olaraq bildirir ki, böyüdüyü və yaşadığı Bakı şəhəri Səbail rayonu Ə.Yaqubov küçəsi 17 saylı binanın 1-ci mərtəbəsində yerləşən 6 otaqlı 1/15 saylı mənzil valideynlərinin istifadəsində və sahibliyində olmuş, daha sonra valideynlərindən ona və 2 bacısına faktiki olaraq miras qalmışdır. X24 ilə 21.06.1994-cü il tarixdə rəsmi nikaha daxil olduqdan sonra sonuncu ilə qeyd edilən mənzildə yaşamağına və 08.05.1997-ci ildə həmin mənzilə paport qeydiyyatına aldırmağına baxmayaraq X10 ailə qurduqdan sonra cavabdehlə yaşamasından savayı həmin mənzilə heç bir aidiyyatı yoxdur. Qeyd edilən mənzilin 2 otağında o, 2 otağında bacısı X11, digər 2 otağında isə bacısı X12, bacısının vəfat etməsindən sonra isə onun oğulları X25 və X22 yaşamışdır. Yaşayış evi tikildiyi gündən mənzil valideynlərinin və daha sonrada onların sahibliyində və istifadəsində olmasına baxmayaraq, lakin mülkiyyətinə keçirməmişdir. Lakin Anasının vəfatından sonra onunla bağlanmış kirayə müqaviləsi ləğv olunaraq cavabdehlə kirayə müqaviləsi bağlanmışdır.Bu səbəbdən ailə üzvlərinin hamsının razılığı ilə mənzilin onun adına rəsmiləşməsi üçün tərəfindən AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuş, keçmiş 26 Bakı Komissarı rayonu Zəhmətkeş deputatları Soveti İcraiyyə Komitəsinin 09.06.1972-ci il tarixli 34 nömrəli protokolundan çıxarışına, keçmiş 26 Bakı Komissarı rayonu X35 İcraiyyə Komitəsinin 18.03.1983-cü il tarixli 35/3607 nömrəli qərarına, Səbail Rayon İcra Hakimiyyəti başçısının 26.10.1999-cu il tarixli 1447 nömrəli Sərəncamına və Səbail Rayon İcra Hakimiyyəti başçısının 25.05.2001-ci il tarixli 273 nömrəli sərəncamına əsasən əsasən 06.04.2005-ci ildə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində onun adına rəsmiləşdirilmişdir.Qeyd edilən fakt mülki işin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Məhkəməyə göndərilmiş 14.10.2020-ci il tarixli **********34 nömrəli məktubu və həmin məktuba əlavə edilmiş sənədlərlə də öz təsdiqini tapır.2011-ci ilin dekabr ayında "X41" avtomobil yolu və qovşaqlarının tikintisi ilə əlaqədar mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu Ə.Yaqubov küçəsi 17 saylı binanın 1-ci mərtəbəsində yerləşən 1/15 saylı mənzilin yolun tikinti sahəsinə düşməsi səbəbindən sökülməsinə görə kompensasiya olaraq 217.048,20 iki yüz on yeddi min qırx səkkiz manat iyirmi qəpik) manat ödənilmişdir. Həmin vəsaitin 39.350 (otuz doqquz üç yüz əlli) manatına 19.03.2012ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış (reyestr N0 lS-6723) alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Səbail rayonu, Xanlar küçəsində yerləşən 2 otaqlı 7 nömrəli mənzilini alaraq həmin mənzilə köçmüşdür.25.000 (iyirmi beş min) manatına 31.03.2014-cü il tarixdə 2008 model Toyota Prado" markalı maşın almışdır.Lakin amtomaşının ona məxsus vəsait hesabına alınmasına baxmayaraq onun istəyi üzərinə X8 adına rəsmiləşmişdir.Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 Səmədovun qardaşı) və X22 məhkəmədə sərbəst ifadə verərək mərhum Ağaəddin Səmədovun ailə qurduqdan sonra cavabdehə məxsus Bakı şəhəri Səbail rayonu Ə.Yaqubov küçəsi 17 saylı binanın 1-ci mərtəbəsində yerləşən 1/15 saylı mənzilinə köçdüyünü, vəfat etdiyi günə kimi heç bir yerdə çalışmadığını və birgə nikah dövründə əldə etdiyim əmlak olan "X45 Prado" markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili 2011-ci ilin dekabr ayında "X41" avtomobil yolu və qovşaqlarının tikintisi ilə əlaqədar mülkiyyətində dan Bakı şəhəri Səbail rayonu Ə.Yaqubov küçəsi 17 saylı binanın 1-ci mərtəbəsində yerləşən 1/15 saylı mənzilin yolun tikinti sahəsinə düşməsi səbəbindən sökülməsinə görə kompensasiya olaraq 217.048,20 (iki yüz on yeddi min qırx səkkiz manat iyirmi qəpik) manat vəsait hesabına alındığını, habelə bank hesabında olan pullarında həmin vəsaitin qalığı olduğunu təsdiq etmişlər. Lakin məhkəmə qətnamədə bu halı qətnamədə ümumiyyət qeyd etməmiş və heç bir münasibət bildirməmişdir.Onuda qeyd edir ki, o, 2 saylı Notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 11 avqust 2018-ci il tarixli Şəhadətnaməyə əsasən "X45 Prado" markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili miras olaraq qəbul etdikdən və öz adına rəsmiləşdirdikdən sonra alqı-müqaviləsi əsasında X1. Və bu barədə məhkəmə iclasında işə baxan hakimə bildirmişdir.Lakin məhkəmə bu fakta qətnamədə heç bir münasibət bildirməmişdirAzərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi ilə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Dediklərinin sübutu olaraq; l)Səbail rayonu 45 saylı Mənzil Kommunal İstismar sahəsinin 658 nömrəli, 16.03.2011-ci il tarixli arayışının əslini; 2)"X41" avtomobil yolu və qovşaqlarının tikintisi ilə əlaqədar Bakı şəhəri Səbail rayonu ərazisində yolun tikintisi altına düşən obyektlərin qiymətləndirilməsi barədə protokolun surətinin; 3)Səbail rayonu 45 saylı Mənzil Kommunal İstismar sahəsinin 98 nömrəli, 07.08'.2020-ci il tarixli məktubunun əslini; 4) AN-İ seriyalı ******* (1S-6723 reyestr) nömrəli 19.03.2012-ci il tarixli alqı-satqı müqaviləsinin notarial təsdiq edilmiş surətini; 5) AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********59 nömrəli 12.06.2020-ci il tarixli məktubunun əslini; 6)AR DİN BDYPİ-nin 49938-1220 nömrəli 18.06.2020-ci il tarixli məktubunun əslini; 7) AR ƏƏSMN yanında DSMF-nin 1 saylı Bakı Ərazi şöbəsinin **********3 nömrəli 08.06.2020-ci il tarixli məktubunun əslini; 8) mərhum X18 məxsus əmək kitabçasının notarial qaydada təsdiq ılunmuş surətini; 9) özünə məxsus əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətini; 10) Bakı şəhər Səbail Rayon Məhkəməsinin (hakim Ş.Abdullayev) qanuni qüvvəsini almış 2(009)-1687/2018 saylı 24.08.2020-ci il tarixli qətnaməsinin surətini; 11) həmçinin sorğu əsasında AR DİN BDYPİ tərəfindən verilmiş 08.06.2020-ci il tarixli 49938- 220 nömrəli məktubu məhkəməyə təqdim etmişdir.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər- arvadın hər birinin əmlakıdır).Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1 və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Qeyd olunan Məcəllənin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. Qeyd edir ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair" 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Göründüyü kimi, qanunvericiliyin yuxanda sadalanan maddələrinin tələbinə əsasən "Toyota Prado" markalı maşın "X41" avtomobil yolu və qovşaqlarının tikintisi ilə əlaqədar mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu Ə.Yaqubov küçəsi 17 saylı binanın 1-ci mərtəbəsində verləşən 1/15 saylı mənzilin yolun tikinti sahəsinə düşməsi səbəbindən sökülməsinə görə kompensasiya olaraq ödənilmiş 217.048,20 (iki yüz on yeddi min qırx səkkiz manat iyirmi qəpik) manat vəsait hesabına alındığına görə və həmçinin "xxxx" ASCdə X8 adına açılmış hesabda olan 25.000,0 manat pul həmin vəsaitin qalıq hissəsi olduğundan iddia tələbi təmin edilməməlidir. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh və onun vəkili şikayətin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.Əlavə olaraq depozitə qoyulmuş 25.000,0 manatın bacısının oğlu Vüqara aid olduğunu bildirmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi X14, nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdirlər. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh və vəkili məhkəmə iclasında iştirak etməmişdirlər (Vəkil2 həmtəsisçisi olduğu vəkil bürosunun açılış mərasimi ilə bağlı məhkəmə prosessində iştirak edə bilməyəcəyi barədə məlumat xarakterli məktub göndərmişdir.)Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-cı maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası tərəfləri dinləyərək, iş üzrə materialları və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-91/2021 saylı, 30.07.2021ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə anadan olmuşdur. AZ-İV 349901 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası X24, anası X5r. AZ–İ № 908623 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 10 fevral 2018-ci il tarixdə vəfat etmişdir. Cavabdeh2 tərəfindən 2 saylı Notariat Kontoruna yazılmış ərizənin surətindən görünür ki, ərizədə X10 vəfatından sonra avtomaşın və əmanətin miras qaldığı qeyd olunmuşdur. Vİİ-ЖГ 404748 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə Cavabdeh2 21.06.1994-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. 11.08.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, "xxxx" ASC-də hesabda olan 25.000 manat depoziti və 459,04 manat depozit faizini Cavabdeh2 miras əmlak kimi qəbul etmişdir. 11.08.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 2008-ci il buraxılışlı və ** CC *** dövlət qeydiyyat nişanlı X45 Prado Mi markalı avtomobili Cavabdeh2 miras əmlak kimi qəbul etmişdir. İş materiallarının İ cild 83-cü səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X46 İdarəsinin 08.06.2020-ci il tarixli, 49938-1220 saylı məktubuna qoşma olaraq təqdim etdiyi mübahisəli nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinə dair kompyuter çıxarışına əsasən Cavabdeh2 2 saylı Notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 11 avqust 2018-ci il tarixli Şəhadətnaməyə əsasən "X45 Prado" markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili miras olaraq qəbul etdikdən və öz adına rəsmiləşdirdikdən sonra alqı-müqaviləsi əsasında 13.08.2018-ci il tarixdə başqa şəxsə satmışdır. İddiaçının tərəfin izahatından və iş materiallarından aydın oldu ki, İddiaçı X2 oğlu olmaqla miras əmlakdan pay almaq üçün notariat kontoruna müraciət etsə də, imtina cavabı almışdır. Belə ki, iddiaçı ata adı və soyadının məhkəmə yolu ilə müəyyənləşdirilməsi üçün atasının vəfatından sonra məhkəməyə müraciət etdiyi vaxtlarda cavabdeh sözügedən miras əmlakları qəbul etmiş və həmin əmlaklar üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir.Məhkəmə Kollegiyası, iddiaçı tərəfindən onun mərhum atası X7 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması üçün müəyyən olunmuş müddətin ötürülməsi səbəblərini üzrlü hesab edir və həmin müddətin bərpa olunmasını məqsədəuyğun hesab edir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 09 iyul 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Yasamal rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yasamal rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə xx.xx.2000-ci il təvəllüdlü X15 atasının mərhum 20.09.1954-cü il təvəllüdlü X24 olması faktı müəyyən edilmişdir. Məhkəmə Kollegiyası göstərilənlərə əsasən qeyd edir ki, İddiaçı atasının ölümündən sonra mirası qəbul etməsi üçün qanunla müəyyənləşdirilən müddəti ötürməsi həqiqətən də üzrlü səbəblərdən baş vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Sadalanan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq, məhkəmə Kollegiyası hesab edir ki, İddiaçı mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin keçməsi səbəbləri üzrlü olduğundan, mirasın qəbulu müddəti bərpa edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız olunması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Az. Resp. Mülki Məcəllənin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsiə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəməyə təqdim olunmuş sübutlara, araşdırılmış iş materiallarına, işdə iştirak edən şəxslərin izahatına qiymət verib və yuxarıda istinad edilən qanunvericilik aktlarını rəhbər tutaraq məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı iddia tələbi X2 "xxxx" ASCnin depozit hesabında olan 25.000 manat pul və 459,04 manat depozit faizi və buraxılış ili 2008-ci il olan X45 Prado Mi markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil barəsində 2 saylı Notariat ofisi tərəfindən Cavabdeh2 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 11 avqust 2018-ci il tarixli, 2V-145 və 2V-146 nömrələr ilə reyestrdə qeyd edilmiş 1 səhifədən ibarət şəhadətnamə verildiyi andan etibarsız hesab edilməsi hissədə təmin olunmalıdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi miras qoyan X10 arvadı Cavabdeh2 və İddiaçı 1/2 hissədə pay hüququnu müəyyən etməkdə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.Hazırda mübahisə edilən miras əmlak Kapital Bank” ASCnin depozit hesabında olan 25.000 manat pul və 459,04 manat depozit faizi və buraxılış ili 2008-ci il olan X45 Prado Mi markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobildir və pul da mülkiyyət kimi qəbul edilməlidir. Bu qiymələndirmə Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərindən irəli gəlir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfındən Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulan "mülkiyyət" və ya "əmlak" anlayışları çox geniş çərçivədə şərh olunur. Həmin maddə ilə bağlı Avropa Məhkəməsinin presedentlərinə əsasən: daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar (səhmlər, patentlər), iddia barədə arbitraj qərarları, əmək haqqı, pensiya hüququ, ev sahibinin icarə haqqı almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar və s. "Van Marle və başqaları Niderlanda qarşı", 26 iyun 1986-cı il işində məhkəmə qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində ifadə olunmuş "əmlak" anlayışı ilə əhatə olunur. "Pravednaya Rusiya Federasiyasına qarşı", 18.11.2004-cü il; "Kopetski Sloveniyaya qarşı", № 9 44912/98, 2004 və "Aunola Finlandiyaya qarşı" 15.03.2001-ci il işlərində Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya öz-özlüyündə qocalığa görə pensiya hüququnu və konkret həcmdə sosial ödəmələrə təminat vermir. Bununla belə, "tələb" hətta pensiyaya münasibətdə, əgər o milli qanunvericiliklə kifayət qədər əsası malikdirsə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi baxımından özündə "mülkiyyəti" təmsil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin məcəllənin 32.2 və 32.2.1-ci maddələrinə görə, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri daxildir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Sadalanan normalardan göründüyü kimi, nikah dövründə ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. Belə olan halda X32 Dadaş oğlundan miras qalmış Kapital Bank” ASCnin depozit hesabında olan 25.000 manat pul və 459,04 manat depozit faizi və buraxılış ili 2008-ci il olan X45 Prado Mi markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil mərhumun arvadı Cavabdeh2 ilə birgə nikah dövründə əldə edilmiş əmlak sayılmalıdır. Kollegiya qeyd edir ki, Cavabdeh2 apellyasiya şikayətində və izahatında "Toyota Prado" markalı nəqliyyat vasitəsinin "X41" avtomobil yolu və qovşaqlarının tikintisi ilə əlaqədar mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu Ə.Yaqubov küçəsi 17 saylı binanın 1-ci mərtəbəsində verləşən 1/15 saylı mənzilin yolun tikinti sahəsinə düşməsi səbəbindən sökülməsinə görə kompensasiya olaraq ödənilmiş 217.048,20 (iki yüz on yeddi min qırx səkkiz manat iyirmi qəpik) manat vəsait hesabına alındığına görə və həmçinin "xxxx" ASCdə X8 adına açılmış hesabda olan 25.000,0 manat pulun isə həmin kompensasiya vəsaitinin qalıq hissəsi olduğuna, beləliklə də, mərhumun adına olsa da cavabdehlə mərhumun birgə nikah dövründə əldə etdiyi mülkiyyət hesab olunmamasına istinad etsə də bu mötəbər sübutlarla təsdiqini tapmamışdır.Belə ki, iş materiallarının İ cild səhifə 118də iddia ərizəsinə Cavabdeh2 Etiraz ərizəsində bildirmişdir ki, kompensasiya olaraq ödənilmiş 217.048,20 (iki yüz on yeddi min qırx səkkiz manat iyirmi qəpik) manat vəsaitinin 50.000,0 (əlli min) manatı bacısı oğlu X16, 50.000,0 (əlli min) manatı bacısının digər oğlu X19, 50.000,0 (əlli min) manatı bacısı X6 çatmış, Cavabdeh2 67.048,0 manat qalmış, sonuncu məbləğin 39.350,0 manatına 19.03.2012-ci il tarixdə Bakı şəhəri Səbail rayonu, Xanlar küçəsində yerləşən 2 otaqlı 7 nömrəli mənzili alaraq, qalan 27.698,0 manatın 25.000,0 manatına isə 31.03.2014-cü ildə "Toyota Prado" markalı nəqliyyat vasitəsini almışlar. Göründüyü kimi, sadə riyazi hesablama ilə hesabladıqda belə cavabdehə verilmiş kompensasiya vəsaitinin (67.048,0 manat) ümumi məbləği ilə həmin kompensasiya vəsaitindən əldə olunmuş mənzilə (39.350,0 manat) + nəqliyyat vasitəsinə çəkilmiş xərclər (25.000,0 manat) + həmçinin depozitə qoyulmuş 25.000,0 manatın ümumi cəmi (89.350,0 manat) uyğun gəlmir.Həmçinin, depozitə pul vəsaitinin qoyulması və nəqliyyat vasitəsinin alınması kompensasiya məbləği aldıqdan sonra təxminən 2il müddətində həyata keçirilmişdir. Həmçinin, apellyasiya baxışı zamanı cavabdeh və vəkili depozitə qoyulmuş 25.000,0 manatın bacısının oğlu Vüqara aid olduğunu bildirsə də bunu da təsdiq edəcək sübutlar təqdim edilməmişdir. Odur ki, Kollegiya nəticəyə gəlir ki, X32 Dadaş oğlundan miras qalmış Kapital Bank” ASCnin depozit hesabında olan 25.000 manat pul və 459,04 manat depozit faizi və buraxılış ili 2008-ci il olan X45 Prado Mi markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil mərhumun arvadı Cavabdeh2 ilə birgə nikah dövründə əldə edilmiş əmlak sayılmalıdır, beləliklə də birinci instansiya məhkəməsi miras qoyan X10 arvadı Cavabdeh2 və İddiaçı 1/2 hissədə pay hüququnu müəyyən etməkdə düzgün nəticəyə gəlməmişdir. Bundan başqa Kollegiya qeyd edir ki, Cavabdeh2 2 saylı Notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 11 avqust 2018-ci il tarixli Şəhadətnaməyə əsasən "X45 Prado" markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili miras olaraq qəbul etdikdən və öz adına rəsmiləşdirdikdən sonra iş materiallarının İ cild 83-cü səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X46 İdarəsinin 08.06.2020-ci il tarixli, 49938-1220 saylı məktubuna qoşma olaraq təqdim etdiyi mübahisəli nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinə dair kompyuter çıxarışına əsasən alqı-müqaviləsi əsasında 13.08.2018-ci il tarixdə başqa şəxsə satmışdır. Belə olan halda Kollegiya qeyd edir ki, nəqliyyat vasitəsii üzərində tərəflərin bərabər paylarının müəyyən edilməsi tələb olunsa da həmin nəqliyyat vasitəsi başqa şəxsin mülkiyyətindədir.İddiaçının payın müəyyən edilməsini tələb etdiyi nəqliyyat vasitəsi başqa şəxslərin mülkiyyətində olduğu müəyyən edildiyindən, iddia bu hissədə təmin oluna bilməz. Göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-91/2021 saylı, 30.07.2021ci il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, 10.02.2018-ci il tarixdə vəfat etmiş X7 miras qalmış əmlakının qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin İddiaçı tərəfindən ötürülməsi üzrlü hesab edilərək həmin müddət bərpa edilməli, X2 "xxxx" ASC-nin depozit hesabında olan 25.000 manat pul və 459,04 manat depozit faizi və buraxılış ili 2008-ci il olan X45 Prado Mi markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil barəsində 2 saylı Notariat ofisi tərəfindən Cavabdeh2 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 11 avqust 2018-ci il tarixli, 2V-145 və 2V-146 nömrələr ilə reyestrdə qeyd edilmiş 1 səhifədən ibarət Şəhadətnamələr etibarsız hesab edilməli, və miras əmlak "xxxx" ASC-nin depozit hesabında olan 25.000 manat pul və 459,04 manat depozit faizinə İddiaçı ¼ və Cavabdeh2 3\4 hissələrdə pay hüquqları müəyən edilməli, iddia qalan hissədə rədd edilməlidir. Bu zaman Kollegiya pul vəsaitinin Cavabdeh2 tərəfindən depozitdən götürülsə də, pulun əvəz edilən əşya olduğunu nəzərə alır. Kollegiya eyni zamanda qeyd edir ki, buraxılış ili 2008-ci il olan X45 Prado Mi markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından cavabdehin əldə etdiyi pul vəsaitindən iddiaçının gələcəkdə payını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-91/2021 saylı, 30.07.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. 10.02.2018-ci il tarixdə vəfat etmiş X7 miras qalmış əmlakının qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin İddiaçı tərəfindən ötürülməsi üzrlü hesab edilərək həmin müddət bərpa edilsin. X2 "xxxx" ASC-nin depozit hesabında olan 25.000 manat pul və 459,04 manat depozit faizi və buraxılış ili 2008-ci il olan X45 Prado Mi markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil barəsində 2 saylı Notariat ofisi tərəfindən Cavabdeh2 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 11 avqust 2018-ci il tarixli, 2V-145 və 2V-146 nömrələr ilə reyestrdə qeyd edilmiş 1 səhifədən ibarət Şəhadətnamələr etibarsız hesab edilsin. Miras əmlak "xxxx" ASC-nin depozit hesabında olan 25.000,0 (iyirmi beş min) manat pul və 459,04 (dörd yüz əlli doqquz manat dörd qəpik) manat depozit faizinə İddiaçı ¼ və Cavabdeh2 3\4 hissələrdə pay hüquqları müəyən edilsin. İddia qalan hissədə təmin olunmasın. Ödənilmiş 30 manat dövlət rüsumuna görə15 (on beş) manat cavabdehdən tutularaq iddiaçıya ödənilsiin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-9664/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9664/2021
08.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver