Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9691/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun etibarnamə əsasında nümayəndəsi və vəkili X4, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-151/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdə aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 0.1177 hektardan ibarət olan 5832 nömrəli bağ sahəsinə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və Cavabdeh adına verilmiş ******* saylı, 13 fevral 2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin və aktın etibarsız hesab edilməsi, torpaq sahəsində tikilmiş hasar və darvazanın cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi arasında bağlanmış 05.08.2003cü il tarixli müqavilənin, həmçinin 27.10.2001-ci il tarixli aktın etibarsız hesab edilməsi, eyni zamanda mülkiyyətində olan torpaq sahəsində tikilmiş hasar və darvazanın cavabdeh İddiaçı vəsaiti hesabına sökülərək çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-151/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Adbul-Lətif qızına qarşı Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 0,1177 hektardan ibarət olan 5832 nömrəli bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və Cavabdeh adına verilmiş ******* saylı, 13.02.2019cu il tarixli çıxarışın ləğv edilməsi tələbinə dair ilk iddiasının rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı ilə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi arasında bağlanmış 05.08.2003-cü il tarixli müqavilənin və 27.10.2001-ci il tarixli aktin Cavabdeh aid hissədə etibarsız hesab edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 0,1177 hektardan ibarət olan 5832 nömrəli bağ sahəsində tikilmiş hasar və darvazanın İddiaçı vəsaiti hesabına sökülməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-151/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, 5832 nömrəli bağın istifadəyə verilməsi haqqında 31814 saylı, 05 avqust 2003-cü il tarixli müqavilə mövcuddur, həmin müqavilənin ləğvi üçün əsas olan hallar müəyyən edilməmişdir. Cavabdeh verilmiş sərəncamın hansı hallarda onun müqaviləsindən üstün olmasının hüquqi əsasları müəyyən edilməmişdir. Bundan əlavə 27.10.2001-ci il tarixli aktın ona aid olan hissədə niyə etibarsız hesab olunmasıda müəyyən edilməmişdir. İlk iddia tələbində qeyd olunan reyestr qeydinin etibarsız hesab edilməsinə məhkəmə ümumiyyətlə münasibət bildirməmişdir. Halbuki Cavabdeh adına verilmiş orderdə müvaffiq idarənin möhürü mövcud deyildir. Çıxarış verilən zaman dövlət reyestrində bu hala toxunulmamış möhür olmayan yalnız ksero surətdən ibarət olan sənəd əsas hesab edilmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (008)-151/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili X6 apelyasiya şikayətini müdafiə etdiklərini bildirərək, ilk iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış etdilər, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-151/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-151/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Bakı şəhər İcra Hakimiyyətinin Z-48-112 saylı, 02.12.2015-ci il tarixli Arxiv Arayışının surətindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 30.11.1992-ci il tarixli, 1977 saylı sərəncamına əsasən, Cavabdeh Əbüllətif qızına 25 №li Ləhic Bağlar Tikinti Kooperativindən bağ sahəsi ayrılmışdır.(İ.vər. 29) İş matеriallarında olan, Azərbaycan Respublikası Bakı şəhəri icraiyyə komitəsinin X2 və istismarı brliyinin Ləhiş bağlar sahəsindəki 25 №-li kooperativinin 1 №-li Orderinin surətindən görünür ki, 30.11.1992-ci il tarixli, 1977 saylı sərəncama əsasən 0,12 ha ümumi sahəsi olan 5832 №-li bağ sahəsi Cavabdeh Əbdüllətif qızına ayrılmışdır.(İ.vər. 26) İş matеriallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********12 saylı, 20.11.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Bakı şəhəri icraiyyə komitəsinin X2 və istismarı brliyinin Ləhiş bağlar sahəsindəki 25 №-li kooperativinin 1 №-li Orderinin arxiv nüsxəsi İdarənin arxivində mövcuddur və həmin nüsxənin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilir.(İ.vər. 201 - 202) İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* №-li, 13.02.2019-cu il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5832 saylı 0,1177 ha bağ sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 864 nömrəli reyestr kitabının 81892 nömrəli vərəqində qeydiyyata alınmışdır.(İ.vər. 27) İş materiallarında olan, 12.02.2019-cu il tarixdə tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5832 saylı bağ sahəsinə dair 12.02.2019-cu il tarixli A№ 339542 №-li Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.(İ.vər. 28) İş materiallarında olan, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının R-175-112 saylı, 28.12.2018ci il tarixli Arxiv arayışının surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 17.03.1997-ci il tarixli 233 №-li sərəncamına əsasən İddiaçı 5832 №-li Ləhiş bağ massivində sahə ayrılmış və həmin Bakı şəhər İcra Hakimiyyəti Başçısının 30.07.2003-cü il tarixli 381 №-li sərəncamı ilə X2 və İstismarı birliyinin 29.07.2003-cü il tarixli protokolu təsdiq edilmişdir.(İ.vər. 10) İş materiallarında olan, Bakı şəhər X3 Ləhiş sahəsi üzrə böyük mühəndisi M.Ə.Ağakişiyevin, sahə mühəndisləri A.S.Məmmədovun və T.Ə.Ələkbərovun iştirakı ilətərtib edilmiş 27 oktyabr 2001-ci il tarixli Aktın surətindən görünür ki, Ləhiş ərazisində yoxlama-baxış zamanı 1988-1992-ci illər ərzində verilmiş bağ sahələrinin bir çoxunun bu günə qədər istifadəsiz qalaraq zibilxanalara çevrilməsi və antisanitariya yaranması halları yaranmışdır. Buna görə də, 5832 №-li bağ sahəsi də daxil olmaqla bir sıra bağ sahələrinin X3 boş bağlar balansınadaxil olmasının məqsədəuyğunluğu qeyd olunmuşdur.(İ.vər. 11) İş materiallarında olan, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış Ləhiş ərazisindəki 5832 nömrəli bağ sahəsinin istifadəyə verilməsi haqqında 31814 saylı, 05 avqust 2003-cü il tarixli Müqavilənin surətindən görünür ki, 5832 nömrəli bağ sahəsi həmin müqaviləyə əsasən 10 illik müddətinə, yəni 05.08.2013-cü ilə qədər İddiaçı istifadəsinə verilmişdir.(İ.vər. 12 - 13) İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********46 saylı, 22.11.2018-ci il tarixli imtina barədə bildirişdən görünür ki, İddiaçı 01.11.2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ərizə ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 5832 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi cavabı verərək bildirmişdir ki, adıçəkilən bağ sahəsinə dair digər şəxsin adına order mövcuddur.(İ.vər. 8) Məhkəmə kollegiyası iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətində göstərdiyi dəlilləri ilə bağlı aşağıdakiları qeyd edir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşinmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd edilən hüquq normalarının tələblərini və işin qeyd edilən hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf mübahisələndirilən qeydiyyatın etibarsız hesab edilməsi və Seriya RX ******* saylı, 13.02.2019-cu il tarixli Çıxarışın ləğv edilməsi üçün heç bir hüquqi əsas müəyyən edilməmişdir. Belə ki, Cavabdeh Əbdul-Lətif qızı mübahisə predmeti olan bağ sahəsini qanunvericiliyə uyğun qaydada əldə etmiş və həmin daşınmaz əmlak üzərində öz mülkiyyət hüquqlarını qanuni əsaslarla qeydiyyatdan keçirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin ilk iddia üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azdalıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlməkdə də haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. İş materiallarında olan iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı birinci nistansiya məhkəməsinə təqdim etdiyi 31814 saylı, 05.08.2003-cü il tarixli müqavilədə bağlanma tarixi 05.08.2003-cü il göstərilsə də, istifadəçi İddiaçı şəxsiyyət vəsiqəsinin verilmə tarixi 12.06.2004-cü il olaraq qeyd edilmişdir. Bu halda 05.08.2003-cü il tarixli müqaviləyə 12.06.2004-cü il tarixdə, yəni bir il sonra verilmiş şəxsiyyət vəsiqəsinin qeyd edilməsi həmin müqavilənin mötəbərliyini şübhə altına alır və qeyd edilən sübut haqqında şübhələrin yaranmasına əsas verməklə, mötəbər olmadığı müəyyən edilir. Bundan başqa 27.10.2001-ci il tarixdə tərtib edilmiş akt Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində və ya Bakı şəhər İcra Hakimiyyətində qeydə alınmadığından, həmin aktın da mötəbərliyi şübhə altında olmaqla, iş üçün əhəmiyyətli sübut sayıla bilməz. Odur ki, məhkəmə kollegiyası birinci nistansiya məhkəməsinin qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətində qeyd etdiyi hallarla bağlı hər hansı mötəbər sübutları apelyasiya şikayətinə əlavə etməmiş və məhkəmə iclasında iştirak edərkən apelyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Bundan başqa iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlərə əsasən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Buna görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-151/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-9691/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9691/2021
16.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver