Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9704/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə, iddiaçı X1 cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh4 qaşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 12 sentyabr 2019-cu il tarixli qətnamədən Cavabdeh6 verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehlərə qarşı irəli sürdüyü “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Yasamal Rayon Məhkəməsi iş üzrə 12.09.2019-cu il tarixdə qəbul etdiyi qətnamə ilə iddianın qismən təmin edilməsini, maddi zərərin əvəzi olaraq 280.500 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun Cavabdeh1 Mənzil Tikinti Kooperativindən tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh6 həmin qətnamədən apellyasiya şikayəti vermiş və Rayon Məhkəməsi həmin apellyasiya şikayətini qəbul edərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki işin materiallarından görünür ki, qətnamə rabitə orqanı vasitəsilə iş üzrə tərəflərə, o cümlədən Cavabdeh6nə göndərilmişdir. 03.02.2021-ci il tarixdə Rayon Məhkəməsi qətnaməni icraya yönəltmiş və bu barədə “İcra vərəqəsi” vermişdir. Rayon Məhkəməsi “İcra vərəqəsində” qeyd etmişdir ki, qətnamə 09.12.2020-ci il tarixdə qüvvəyə minmişdir (cild İİ, vərəq 2-3). “İcra vərəqəsinə” əsasən Bakı Şəhəri Yasamal İcra və Probasiya Şöbəsi tərəfindən 06.02.2021-ci il tarixdə icraat başlanmışdır (cild İİ, vərəq 11). Cavabdeh6 apellyasiya şikayətini Rayon Məhkəməsinə 03.08.2021-ci il tarixdə daxil olmuşdur (cild İİ, vərəq 63-67). Qətnamənin artıq icraya yönəldilməsi və apellyasiya şikayətinin məhz bundan sonra verilməsi Məhkəmə üçün belə qənaətə gəlməyə əsas verir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti Cavabdeh6 tərəfindən ötürülmüşdür. Apellyasiya şikayəti verilməsi müddətini ötürmüş Cavabdeh6 “buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə” ərizəni Rayon Məhkəməsinə verməmişdir. Rayon Məhkəməsi isə prosessual müddətin Cavabdeh6 tərəfindən ötürülübötürülməməsini araşdırmamışdır. MPM-nin 363.1.3-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin yuxarıda qeyd edildiyi kimi, Rayon Məhkəməsi qanunun bu tələbinə əməl etməmiş, prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsini müzakirə etmədən şikayəti mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsi Rayon Məhkəməsi tərəfindən müzakirə edilmədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Bundan başqa Məhkəmə qeyd edir ki, MPM-nin tələblərinə görə, apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilir (maddə 108.1.4.). Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (maddə 361.3.). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1.2.). Cavabdeh6 apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, rüsum Kiçik Müəssisəsinin adından deyil, X2 adından ödənilmişdir. Odur ki, bu səbəbdən Məhkəmə hesab edir ki, apellyasiya şikayətinə əlavə olunmuş qəbz dövlət rüsumunun müəyyən edilmiş qaydada ödənilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Yaranmış vəziyyət isə işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-nin 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Rayon Məhkəməsi MPM-nin 364-cü maddəsinə əsasən apellyasiya şikayətini geri qaytarmalı idi, lakin bunu etməmişdir. Odur ki, Cavabdeh6 apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Çünki MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh4 qaşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 12 sentyabr 2019-cu il tarixli qətnamədən Cavabdeh6 verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9704/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9704/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver