Məhkəmə qərarları › İş №2(103)-9757/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9757/2021

16.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9757/2021 16.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1, İlk iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Rəhman Ağayevin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” ilk və Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1nə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələrinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyul 20121-ci il tarixli, 2(004)-68/2021 saylı qətnaməsindən ilk iddia üzrə İddiaçı və üçüncü şəxs Rəhman Ağayev tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 15.08.2006-cı il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2009-2010-cu illərdə daşınmaz əmlak almaq istəmiş, bu barədə bir çox şəxsə, o cümlədən yaxın tanışı olan Rasim Kərimova da demişdir. Rasim tanıdığı inşaat şirkəti olduğunu və şirkətin Yasamal rayonu ərazisində inşa etdiyi binadan sərfəli qiymətə və hissə-hissə ödəmək şərti ilə obyekt ala biləcəyini bildirmişdir. Ona etibar etdiyinə görə əvəzindən şirkətlə danışıqlar aparmasını xahiş etmişdir. Şrkətin təsisçisi Azadla danışıqlar aparıldıqdan sonra Bakı şəhəri, Yasamal rayonu, 558/566-cı məhəllə, Hüseyn Cavid prospekti ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 487 kv.m olan qeyri-yaşayış sahəsinin ******* manata, onun altındakı zirzəminin isə 300000 manata alqı-satqısı ilə bağlı razılığa gəlmişlər. Müqavilə bağlananda dərhal 500000 manat ilkin ödəniş etmiş, geri qalan vəsaiti isə hissə-hissə ödəməklə 2015-ci ilin iyun ayında tam bitirmişdir. Həmin əmlaklarla bağlı borcunun olmamasına dair maliyyə arayışları da verilmişdir. Elə həmin vaxtdan etibarən bu əmlaklar istifadəsinə verilmiş, o isə, obyekti Rasim Kərimova icarəyə vermişdir. Daha sonra 2018-ci ildə Rasim onunla əlaqə saxlayaraq Azad Nağıyevin təsisçisi olduğu "xxxx" MMC-dən Rasimin qardaşı Nizaminin adına alınan qeyri-yaşayış sahəsi ilə bağlı Azadın və Valehin qanunsuz əməlləri barədə ona məlumat vermişdir. Həmin vaxt ölkədə olmadığı üçün obyektin sənədləşmə işlərinin aparılmasını Rasimdən xahiş etmişdir. Rasim etibarnamə əsasında qeyri-yaşayış sahəsinə çıxarışın verilməsi barədə iddia ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, iddia təmin edilmiş və həmin qərar qanuni qüvvəyə minərək adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan sonra Rasimdən həmin obyekti satmasını xahiş etmiş, o da, 2019-cu ilin yanvar ayında obyekti satışa çıxarmış və 08.02.2019-cu il tarixdə ******* manata X1. Qeyriyaşayış sahəsi satılan ərəfədə Rasim Azada aid olduğunu bildiyi əşyaları obyektdən çıxararkən sonradan adının Cavabdeh2 olduğunu öyrəndiyi şəxs 7-8 nəfərlə birlikdə gələrək Rasimə maneçilik yaratmış və aralarında mübahisə yaranmışdır. Məhəmməd bu obyektlə bağlı onda müqavilə olduğunu demişdir. Rasim isə orda dava-dalaş yaranacağını görmüş və ona görə də mübahisənin qanuni həlli üçün dərhal 27-ci Polis Bölməsinə şikayət etmişdir. Sonradan Rasim, Məhəmməd və Azad bu məsələ ilə bağlı söhbət aparmış və Azad obyekti ona satdığını, Məhəmmədə isə borcunun olduğunu demiş və Məhəmməddən vaxt istəmişdir. Daha sonra Cavabdeh2 şikayəti əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmış, bu epizodla bağlı X17 qarşı Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri, X18 isə CM-in 313-cü maddəsi ilə ittiham irəli sürülmüş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə verilmişdir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılarkən X24 izahat verərək göstərmişdir ki, qeyri-yaşayış sahəsi 2010-cu ildə Qalinaya satılmış, Məhəmmədə verdiyi 2006-cı il tarixli müqavilə sonradan 17.01.2019-cu il tarixdə tərtib edilmiş və həmin müqaviləni müvəqqəti olaraq 600000 ABŞ dollarının zəmanəti olaraq vermişdir. Həmçinin, 29.08.2019-cu il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində X24 ifadə verərək bir daha həmin mənzilin ancaq ona satıldığını, Cavabdeh2 verilmiş müqavilə 17.01.2019-cu il tarixdə Azadın Məhəmmədə olan borcunun girovu məqsədi ilə tərtib edilib imzalanıldığını təsdiq etmişdir. Həmçinin bildirmişdir ki, 17.01.2019-cu il tarixdə Məhəmməd Azad ilə görüşmüş və İddiaçı adına olan çıxarışı Azada göstərərək obyekti satdığını, lakin nəyə görə onun borcunu qaytarmadığını deyərək ona hədə-qorxu gəlmiş, borcun təminatı olaraq ancaq obyektlə bağlı müqavilə bağlandığı təqdirdə borcu gözləyə biləcəyini və şikayət etməyəcəyini demişdir. Ona görə də Azad həmin müqaviləni bağlamaq məcburiyyətində qalmışdır. Bundan başqa, mübahisələndirilən müqavilədə alqı-satqının dəyəri olaraq ******* ABŞ dolları göstərilmişdir. Azad Nağıyev həmçinin ifadəsində onu da qeyd etmişdir ki, “payçılarla bağlanan bütün müqavilələrdə pulun valyutası manat olaraq göstərilmişdir. Məhəmmədə verilən müqavilədə dollar kimi göstərilməsinin səbəbi ona 600000 ABŞ dollar borcunun olmasıdır və Məhəmməd israrla tələb etdiyi üçün valyuta ABŞ dolları kimi yazılıb.” Bundan başqa, 2010-cu ildə Cavabdeh1nə müraciət edəndə Azad Nağıyev bildirmişdi ki, qeyri-yaşayış sahəsi altındakı zirzəmi ilə birlikdə satılır və ayrı-ayrı şəxslərə satılması qeyri-mümkündür, birinci mərtəbənin satışları ancaq bu qaydada aparılır, çünki, heç kəs başqasının obyektinin altındakı zirzəmini almır. Ona görə qeyri-yaşayış sahəsini alarkən, zirzəmini almaq fikri olmasa da, onunla birlikdə eyni zamanda zirzəmini də almalı olmuşdur. Lakin, Cavabdeh2 adına ancaq qeyri-yaşayış sahəsi ilə əlaqədar müqavilə verilmiş və zirzəmi ilə əlaqədar hər hansı müqavilə bağlanılmamışdır. Qeyri-yaşayış sahəsinin ancaq altındakı zirzəmi ilə birlikdə satılması mümkün olduğu halda, Cavabdeh2 adına ancaq qeyri-yaşayış sahəsi ilə bağlı müqavilənin olması da həmin müqavilənin formal olmasına və real alqı-satqı olmadığına dəlalət edir. Bundan əlavə, bu günədək aparılmış araşdırmalar əsasında da təsdiq olunmuşdur ki, tərəflər arasında mübahisə yaranan günədək qeyri-yaşayış sahəsi onun sahibdiyində və istifadəsində olmuş və keçən müddət ərzində hər hansı şəxs onun bu sahibliyinə və istifadəsinə etiraz etməmiş, eləcə də iddiaçının həmin sahədən çıxarılmasını tələb etməmişdir. Halbuki, həqiqətən də Cavabdeh2 həmin əmlakı əldə etmiş olsaydı və 17.01.2019-cu il tarixədək bu əmlakla bağlı əlində müqaviləsi olsaydı, əmlaka sahiblik edər və ən pis halda başqa şəxslərin həmin əmlakdan istifadə etməsinin qarşısını alardı. Lakin, bunları etməmiş və aparılmış araşdırmalar zamanı bunun səbəblərini ağlabatan formada izah edə bilməmişdir. Bu hal da mübahisələndirilən müqavilənin sonradan tərtib edilməsini bir daha təsdiq edir. Göründüyü kimi, Cavabdeh1 ilə Cavabdeh2 arasında mübahisəli qeyri-yaşayış sahəsinə dair bağlanmış qeyri-yaşayış sahəsinin alqı-satqısı barədə müqavilənin 17.01.2019-cu il tarixdə tərtib edilməsinə və bu zaman onun razılığı alınmadan ona məxsus əmlak üzərində sərəncam verilməsinə, həm də tərəflər öz aralarında borc və ipoteka müqavilələri bağlamaq əvəzinə alqı-satqı müqaviləsini bağlamasına görə bu müqavilə etibarsız əqddir. Həmçinin, Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1nə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında 01.11.2010-cu il tarixdə saxta tərtib edilmiş qeyriyaşayış sahəsinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində göstərdikləri yalan və uydurmadan ibarətdir. Belə ki, X24 istintaq zamanı 12.03.2019-cu il tarixdə onunla üzləşmə zamanı və 30.04.2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən, onun obyektini saxta sənədlə sataraq dələduzluq etdiyini etiraf etmiş və obyektin alqı-satqısının onun göstərdiyi kimi baş verdiyini göstərmişdir. Belə ki, 2006-ci ildə Yasamal rayonu, H.Cavid prospektindəki 16 mərtəbəli 3-cü binanın 1-ci mərtəbəsində olan 485 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsini və onun altında olan zirzəmisini satmaq qərarına gəlmiş və 600000 ABŞ dollarına ona satmışdır. Pulu hissə-hissə ödəmiş və buna görə də onunla müqavilə bağlamışlar və maliyyə arayışı vermişlər. Külli miqdarda borcu olduğuna görə 2017-ci ilin may ayının sonlarında obyekti tanışı Rasimə ******* manata, zirzəmisini isə 300000 manata satmış və elə həmin tarixdə də Rasimin adına saxta alqı-satqı müqaviləsi tərtib etmişlər. Bu zaman obyektin ona məxsus olduğunu Rasimə demişdir. Lakin bir müddətdən sonra Rasim müqaviləni və maliyyə arayışını gətirib, xahiş etmişdir ki, müqaviləni və maliyyə arayışını 2010-cu il tarixə öz adına deyil, İddiaçı adına rəsmiləşdirsin. O da, 2018-ci ilin fevral ayında qardaşı N.Nağıyevlə müqaviləni və maliyyə arayışını dəyişərək İddiaçı adına 2010-cu il tarixə saxta tərtib etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki,mübahisələndirilən müqavilədə alqısatqının dəyəri olaraq ******* ABŞ dolları göstərilmişdir. A.Nağıyev isə göstərmişdir ki, güya bütün payçılarla müqavilələrdə pulun valyutası manatla, Cavabdeh2 verilən müqavilədə isə onun təkidilə 600.000 ABŞ dolları kimi göstərilmişdir. Bu göstərilən də yalandır və heç bir sübuta əsaslanmır. Belə ki, Azaddan qeyri-yaşayış sahəsini alarkən onun altında olan zirzəmini də 400.000 ABŞ dollarına almasını razılaşmış və buna görə də müqavilədə obyektin dəyəri 1.000.000 ABŞ dolları göstərilmişdir. İddiaçı adına tərtib olunmuş alqı-satqı müqaviləsinin saxta olmasını yuxarıda sadaladığı sübutlardan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 05.04.2019-cu il tarixli, 8335 saylı rəyi ilə də tam sübut olunur. Həmin rəydə göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş “Mənzil tikintisi haqqında 01.11.2010-cu il tarixli müqavilənin sonunda “Payçı İddiaçı” yazılarından aşağıdakı imza X25 tərəfindən yox, X24 tərəfindən yox, X22 tərəfındən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.” İddiaçı adına tərtib olunmuş 01.11.2010-cu il tarixli müqavilədə göstərilən ünvan, həmin binaya DƏDRX tərəfindən ancaq 2011-ci ildə verilmişdir. Bu xüsusat da həmin müqavilənin saxta olmasını təsdiq edir. Həmin müqavilə saxta olduğuna görə ərizəsinə əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi özünün 23.10.2018-ci il tarixli qərarını ləğv etmiş, həmin qərarı Bakı Apellyasiya Məhkəməsi qüvvədə saxlamış və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 16.09.2019-cu il tarixli qərarı ilə İddiaçı iddiasını rədd etmiş və həmin iddiadan irəli gələn bütün hüquqi nəticələri ləğv etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 05.04.2019-cu il tarixli 8335 saylı rəyində göstərilir ki, ekspertizaya təqdim olunmuş Cavabdeh1 MTK tərəfindən tikilən yaşayış sahəsindəki qeyri-yaşayış sahəsinin alqı-satqısına dair 15.08.2006-cı il tarixli müqavilənin aşağı hissəsində “N.X.Nağıyev” yazılarının qarşısındakı imza, Cavabdeh2 adına olan 15.08.2006-cı il tarixli 01/08 nömrəli maliyyə arayışının sonunda “N.X.Nağıyev” yazılarının qarşısındakı imza, 01.11.2010-cu il tarixli müqavilənin sonunda "N.X.Nağıyev” yazılarının qarşısındakı imza X24 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş,”Super İnşaat” MTK tərəfindən tikilən yaşayış sahəsindəki qeyri-yaşayış sahəsinin alqı-satqısına dair 15.08.2006-cı il tarixli müqavilənin aşağı hissəsində “X4” yazılarından aşağıdakı imza-Cavabdeh2 tərəfindən icra olunmuşdur. Ekspertiza Mərkəzinin 03.04.2019-cu il tarixli 8334 saylı rəyində göstərilir ki, təqdim edilmiş Cavabdeh1 MTK tərəfindən tikilən yaşayış binasındakı qeyri-yaşayış sahəsinin alqı-satqısına dair 15.08.2006-cı il tarixli müqavilədə, 15.08.2006-cı il tarixli, 01/08 nömrəli maliyyə arayışında olan möhür əksləri bir başa relyef klişe vasitəsilə vurulmuşdur. Tədqiq olunan möhür əksləri Cavabdeh1 MTK-yə məxsus “Azərbaycan Respublikası Bakı şəhəri - Cavabdeh1 MTK”məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Göründüyü kimi, ”Super İnşaat” MTK ilə İddiaçı arasında, ona məxsus qeyri-yaşayış sahəsinə dair müqavilə 2017- ci ilin may ayında saxta bağlanmışdır və buna görədə Q.X23 cinayət əlaqəsinə girərək, həmin saxta müqaviləni pərdələmək məqsədilə 28.02.2019-cu ildə obyekti formal olaraq, heç bir vəsaiti olmayan X1. Burada belə bir sual yaranır: İddiaçı həqiqətən də obyekti Ağayev Rəhmana satmışdırsa, onda niyə və hansı maraqlardan məhkəməyə Ağayev Rəhman deyil, İddiaçı iddia ərizəsilə müraciət edir. Buna görədə İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış həmin alqı-satqı müqaviləsi etibarsız əqddir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28.07.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, cavabdehlər İddiaçı və Cavabdeh1 arasında bağlanmış 01.11.2010-cu il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi qət edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 və Cavabdeh1 MTK arasında bağlanmış 15.08.2006-cı il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqısı müqaviləsi əslində 17.01.2019-cu il tarixdə geri tarixlə tərtib edilmiş və X14 Cavabdeh2 olan borcunun girovu məqsədi ilə, başqa sözlə digər əqdi pərdələyən yalan əqd olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 15.02.2019-cu il tarixdə və 07.03.3019-cu il tarixdə X24 izahat verərkən göstərmişdir ki, “Cavabdeh2 ilə 1993-cü ildə çalışdığı İran Milli Bankında tanış olmuşam və o zamandan aramızda tədricən isti münasibət yaranmışdır. Hətta 7-8 il əvvəl onun oğluna kirvəlik etmişəm. 2005-2007-ci illərdə hissə-hissə olmaqla Cavabdeh2 mənə ümumilikdə 600000 ABŞ dolları məbləğində borca pul vermişdir. Lakin maddi çətinliklərim olduğundan həmin borcu ona qaytara bilməmişəm. 2007-ci ilin əvvəllərində onun müdir olduğu "xxxx" ASC-nin "Nərimanov" filialından ******* ABŞ dolları məbləğində kredit götürdüm, həmin puldan Cavabdeh2 115000 ABŞ dollarını özünə götürərək bu vəsaiti və faizini özü ödəcəyini bildirsə də, həmin kredit borcunu tam olaraq özüm ödəmişəm. 17.12.2018-ci il tarixdə Cavabdeh2 ona borclu olduğum 600000 ABŞ dolları məbləğində pulun müqabilində zəmanət olaraq Bakı şəhəri. Yasamal rayonu, 558/566-cı məhəllə, H. Cavid prospektindəki bir girişli 16 mərtəbəli 3-cü yaşayış binasıının 1-ci mərtəbəsində olan 485 kv metr sahəli qeyri-yaşayış sahəsinin guya ona satılması barədə müqavilə və maliyyə arayışının verilməsini tələb etdi və nəticədə mən köhnə tarixə, yəni 15.08.2006-cı il tarixli guya həmin əmlakın ******* ABŞ dollarını ona satılmasını təsdiq edən müqavilə və maliyyə arayışını Məhəmmədə təqdim etdim. Bu sənədlər Nağı Nağıyevin adından tərtib edilmişdir. Həmin sənədlərdə ******* ABŞ dolları yazmaqla məqsədim 15.08.2006-cı il tarixində onunla şərikliyimin təsdiqini göstərməyim olmuşdur. Əslində isə həmin əmlakı 03.06.2005-ci il tarixdə hazırda "xxxx" ASC-nin sədri olan Elxan Ağayevin adına rəsmiləşdirərək "xxxx" ASC-dən 600000 ABŞ dolları məbləğində kredit götürmüşdüm. Elxan Ağayevin adına rəsmiləşdirilməsinə səbəb çıxarışı olmayan əmlakın girov qismində qoyulmasının mümkünsüzlüyü olmuşdur. Bu kredit səhv etmirəmsə 2009-cu ildə tam olaraq ödədim. 01.11.2010-cu il tarixdə həmin əmlakı Rasim Kərimovun vasitəçiliyi ilə onun tanışı İddiaçı ******* manata satdım. Bildiyim qədər o, həmin əmlak üzrə çıxarış və texniki pasportun alıması üçün məhkəməyə müraciət etmiş və mülki iddiası təmin edilmişdir... ”.Həmçinin iş materiallarına əlavə edilmiş 07.03.2019-cu il tarixli şahidin dindirmə protokolundan göründüyü kimi X24 ona verilən suala cavab olaraq bildirmişdir ki, “Məhəmməd yalan deyir. Mən ondan 600000 ABŞ dolları pulu hissə-hissə borc olaraq almışam. Yəni əmlakı satıb həmin pulu ondan almamışam”. Daha sonra mülki iş üzrə 28.07.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X25 izahatında qardaşı X14 dediklərini təsdiq etmiş və göstərmişdir ki, “2010-cu ildə obyekt Qalinaya verilib, ödənişlər isə 2015-ci ildə başa çatmışdır. 2015-ci ildə obyektin ünvanı dəyişib. Məhəmməd qardaşımın dostu və kirvəsidir. Mən Məhəmmədin müqaviləsini 2019cu ilin 17 yanvarında imzalamışam. Axşam saat 7-8 arası ofisə gəldim. Məhəmməd və onun qardaşı da orda idi. Baxmadan müqaviləyə imza atdım. 2 gün sonra qardaşım dedi ki, Məhəmmədə 600.000 ABŞ dolları borcu olduğuna görə müqaviləni borcun girovu kimi imzalayıb verib. Qardaşım borcun faizlərinə görə müqavilədə qiymətin 1.000.000 ABŞ dolları göstərdiyini demişdi. Mən işləyəndə mühafizəçilər yox idi. Biz qeyri-yaşayış sahələrini onların altındakı zirzəmilərlə birlikdə satırdıq. Çünki belə daha sərfəli olurdu. Heç kim başqasına məxsus obyektin altındakı zirzəmini almaq istəmirdi. Ona görə də qərar verdik ki, obyekt və altındakı zirzəmilər eyni adama satılsın. Qalina da obyekti almaq istəyəndə bu şərti ona demişdik. Əslində Qalina zirzəmini istəmirdi. Amma zirzəmini almadığı halda onun üstündəki obyekti də satmayacağımızı bildikdən sonra o, zirzəmini almışdı. Bakı Ağır Cinayətlər Məhkəməsində mənim də, qardaşımın da izahatları dəyişdirilmişdi. Biz məhkəmədə də ibtidai araşdırmada verdiyimiz izahatı bildirmişdik. Hətta buna görə sonradan protokola düzəliş verilməsi üçün ərizə də vermişdik məhkəməyə, amma düzəltmədilər ifadələrimizi. İzahatlarımızı təhrif olunmuş formada hökmə yazıblar”. Lakin məhkəmə nə X14 Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində verdiyi 15.02.2019-cu il və 07.03.3019-cu il tarixli izahatlarını, nə də ki, X15 28.07.2021-ci il tarixdə məhkəmə iclasında verdiyi şahid ifadələrini sübutlar siyahısına daxil etməmiş və onlara hüquqi qiymət verməmişdir. Bununla yanaşı məhkəmə iclasında şahid qismində dindirilməsi üçün X14 iştirakı təmin edilməmişdir. Belə ki, cəzaçəkmə müəssisəsində olduğuna görə X24 müstəqil şəkildə məhkəmə iclasında iştirak edə bilməzdi və tərəfindən onun məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün deyildir. Ona görə də X14 Bakı İstintaq Təcridxanasından gətirilərək növbəti məhkəmə iclasında dindirilməsi barədə məhkəməyə vəsatət verilmiş, lakin məhkəmə sadəcə onun ünvanına bildiriş göndərməklə kifayətlənmiş, nədənsə, vəsatəti təmin etməmiş və məhkum X14 məhkəməyə gətirilməsi üçün prosessual tədbirləri görməmişdir. Daha sonra X24 və X15 izahatları ilə aşkar şəkildə təsdiq olunur ki, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasındakı 15.08.2006-ci il tarixli müqavilə əslində 17.01.2019-cu il tarixdə tərtib edilmişdir. Cavabdeh2 bu faktı təkzib etdiyi üçün İddiaçı vəkili tərəfindən Cavabdeh2 müqaviləsinin həqiqətən də 2006-cı il tarixdə, yoxsa 2019-cu il tarixdə möhürlənib imzalanması ilə bağlı xüsusi bilik tələb edən halın müəyyən edilməsi üçün sənədlərin texniki ekspertizasının keçirilməsi barədə məhkəməyə vəsatət verilmişdir. Çünki 2006-ci il və 2019-cu il arasında uzun müddət, 13 il fərq var və belə bir vəziyyətdə sənədin hansı tarixdə tərtib edilməsi sənədlərin texniki ekspertizası keçirilməklə müəyyən edilə bilərdi. Halbuki, məhkəmə bu vəsatəti də nəsənsə təmin etməmişdir. Bundan başqa, 2010-cu ildə ilk iddia üzrə iddiaçılar Cavabdeh1 MTK-ya müraciət edərkən Azad Nağıyev onlara bildirmişdir ki, qeyri-yaşayış sahəsi altındakı zirzəmi ilə birlikdə satılır və ayrı-ayrı şəxslərə satılması qeyri-mümkündür. Birinci mərtəbənin satışları ancaq bu qaydada aparılır. Çünki, heç kəs başqasının obyektinin altındakı zirzəmini almır. X14 bu izahatları onun qardaşı X25 tərəfindən 28.07.2021-ci il tarixdə məhkəmə iclasında bir daha təsdiq olunmuşdur (Nağı Nağıyevin şahid ifadəsi yuxarıda qeyd edilmişdir). Ona görə ilk iddia üzrə iddiaçı qeyri-yaşayış sahəsini alarkən onunla birlikdə eyni zamanda zirzəmini də almalı olmuşdur. Halbuki, onun zirzəmini almaq fikri olmamışdır. Lakin, göründüyü kimi Cavabdeh2 adına ancaq qeyri-yaşayış sahəsi ilə əlaqədar müqavilə verilmiş və zirzəmi ilə əlaqədar hər hansı müqavilə bağlanılmamışdır. Qeyri- yaşayış sahəsinin ancaq altındakı zirzəmi ilə birlikdə satılması mümkün olduğu halda, Cavabdeh2 adma ancaq qeyri-yaşayış sahəsi ilə bağlı müqavilənin olması da həmin müqavilənin formal olmasına və real alqı-satqı olmadığına dəlalət edir. Bundan əlavə, aparılmış araşdırmalar əsasında da təsdiq olunmuşdur ki, tərəflər arasında mübahisə yaranan günədək qeyri-yaşayış sahəsi ilk iddia üzrə iddiaçının sahibdiyində və istifadəsində olmuş və keçən müddət ərzində hər hansı şəxs onun bu sahibliyinə və istifadəsinə etiraz etməmiş, eləcə də ilk iddia üzrə iddiaçının həmin sahədən çıxarılmasını tələb etməmişdir. Halbuki, əgər həqiqətən də Cavabdeh2 həmin əmlakı əldə etmiş olsaydı və 17.01.2019-cu il tarixədək bu əmlakla bağlı əlində müqaviləsi olsaydı, əmlaka sahiblik edər və ən pis halda başqa şəxslərin həmin əmlakdan istifadə etməsinin qarşısını alardı. Lakin, bunları etməmiş və ibtidai və məhkəmə istintaqları zamanı bunun səbəblərini ağlabatan formada izah edə bilməmişdir. Bu hal da 15.08.2006-cı il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqısı müqaviləsinin sonradan tərtib edilməsini bir daha təsdiq edir. Birinci instansiya məhkəməsi nədənsə iş üçün əhəmiyyətli olan bu halların heç birinə qiymət verməmiş, hətta X14 ibtidai araşdırmada verdiyi 15.02.2019-cu il tarixli və 07.03.2019-cu il tarixli izahatlarını, həmçinin məhkəmə iclasında dindirilən şahid X15 izahatını sübutlar siyahısına daxil etməmiş, bu dəlillərlə 15.08.2006-cı il tarixli müqavilənin əhəmiyyətsiz əqd olduğu təsdiq olunduğu halda, hansı səbəbdən həmin dəlilləri sübut kimi qəbul etməməsinin səbəblərini qətnamədə göstərməmiş, X14 şahid qismində dindirilməsi üçün onun məhkəmə iclasında iştirakını təmin etməmiş və həqiqəti bu proseslərin əsas iştirakçısı və icraçısı olan X24 ilə birgə araşdırılmasına şərait yaratmamış, 15.08.2006-cı il tarixli müqavilənin həqiqətən də 2006-cı ildə yoxsa 2019-cu il tarixdə tərtib edilməsinin müəyyən edilməsi üçün sənədlərin texniki ekspertizasının keçirilməsi barədə ilk iddia üzrə iddiaçının vəsatətini təmin etməmiş, işdə ziddiyyət doğuran və bir-birini təkzib edən hallar olduğu halda, bunların heç birini yoxlamamış, bir sözlə bütün araşdırmanı birtərəfli - Cavabdeh2 lehinə apararaq tərəflərin təqdim etdiyi sübutlara qərəzli yanaşmış və heç bir sübutla təsdiq olunmadığı və hər hansı maddi hüquqi əsası olmadığı halda 01.11.2010-cu il tarixli müqaviləni etibarsız hesab etmişdir. Bununla yanaşı 15.08.2006-cı il tarixli qeyriyaşayış sahəsinin alqı-satqı müqaviləsinin formal və əhəmiyyətsiz əqd olmasını təsdiq edən digər fakt müqavilədə onun dəyərinin xarici valyutada (1000000 ABŞ dolları) ifadə olunmasıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Bununla yanaşı Azad Nağıyev izahat verərkən onu da qeyd etmişdir ki, "payçılarla bağlanılan bütün müqavilələrdə pulun valyutası manat olaraq göstərilmişdir. Məhəmmədə verilən müqavilədə dollar kimi göstərilməsinin səbəbi ona 600.000 ABŞ dolları borcumun olmasıdır və Məhəmməd israrla tələb etdiyi üçün valyuta ABŞ dolları kimi yazılmışdır”. Həmçinin, Cavabdeh2 bu günə kimi izahatlarında qeyri-yaşayış sahəsini 600000 ABŞ dolları müqabilində aldığını bildirmişdir. Obyektin 600000 ABŞ dolları müqabilində alındığı halda 15.08.2006-cı il tarixli müqavilədə onun dəyərinin 1.000.000 ABŞ dolları göstərilməsinin səbəblərinə aydınlıq gətirərkən isə Cavabdeh2 fərqli mövqelər ortaya qoymuşdur. Belə ki, o, cinayət işi üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 11.02.2019-cu il tarixdə ibtidai araşdırma, həmçinin sonradan məhkəmə araşdırmaları zamanı izahatında qeyd etmişdir ki, "Azad Nağıyevin təkidi ilə 15.08.2006-cı il tarixli müqavilədə həmin qeyri-yaşayış sahəsinin dəyəri 1.000.000 ABŞ dolları göstərilmişdir”. Birinci instansiya məhkəməsi müqavilədə ödənişin xarici valyutada ifadə olunmasının qanunla yolverilməz olduğunu, müqavilədə ******* ABŞ dolları göstərildiyi halda guya Cavabdeh2 satıcıya 600000 ABŞ dolları ödəməsinin səbəblərini və bu zaman Cavabdeh2 verdiyi izahatlar arasındakı ziddiyyəti, eyni zamanda Azad Nağıyevin bu barədə izahatını təhlil etməmiş və 15.08.2006-cı il tarixli müqavilənin formallığını açıq-aşkar göstərən bu dəlillərə nədənsə qiymət verməmişdir. Bununla yanaşı məhkəmənin işin halları ilə bağlı çox səthi araşdırma aparmasını təsdiq edən digər fakt isə aşağıdakılardan ibarətdir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 15.08.2006-cı il tarixli müqavilə və eyni tarixli maliyyə arayışına əsasən mübahisələndirilən əmlakı aldığını iddia edir. Halbuki, Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Qeyd olunan maddənin mənasına görə, şəxs əmlaka o halda mülkiyyət hüququ əldə edir ki, o, kooperativin üzvü, yəni kooperativin “payçı”sı olsun və eyni zamanda pay haqqını tam ödəmiş olsun. İş materiallarına əlavə edilmiş 15.08.2006-cı il tarixli müqavilədən də göründüyü kimi Cavabdeh2 həmin müqavilədə “payçı” statusunda olmuşdur. Lakin, qarşılıqlı iddia üzrə iddiaçının kooperativə üzv olması barədə kooperativin hər hansı qərarı olmamış, o, əmlakı kooperativdən aldığını bildirsə də, onun kooperativə üzvlüyə qəbul edilməsi ilə bağlı ümumi yığıncağın qərarını bu günədək keçən məhkəmə çəkişmələrində məhkəməyə təqdim etməmişdir. Eyni zamanda yuxarıda qeyd edildiyi kimi 15.08.2006-cı il tarixli müqavilədə obyektin qiyməti 1.000.000 ABŞ dolları göstərilsə də, Cavabdeh2 izahatlarında MTK-ya 600.000 ABŞ dolları ödədiyini bildirmişdir. Göründüyü kimi Cavabdeh2 MM-nin 178.8-ci maddəsinə əsasən pay haqqını da tam ödəməmişdir. Halbuki, Mülki Məcəllənin yuxarıda qeyd olunan tələblərinə görə, hazırki halda qeyri-yaşayış sahəsinin Cavabdeh2 mülkiyyətində olması, hər hansı şəxsin ifadələri ilə deyil, iddiaçının kooperativə üzv olmasına dair kooperativin ümumi yığıncağının qərarı ilə, eyni zamanda pay haqqının onun tərəfindən tam ödənilməsini təsdiq edən maliyyə arayışı ilə müəyyən edilə bilər. Lakin, iddiaçı bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, məhkəmə isə iş üçün əhəmiyyətli olan bu halı ümumiyyətlə araşdırmamışdır. Bundan başqa, hətta qarşılıqlı iddia üzrə iddiaçının kooperativə üzvlüyü barədə hüquq müəyyənedici sənədi olsaydı belə nəzərə alınmalıdır ki, yenə də İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış 01.11.2010-cu il tarixli alqısatqı müqaviləsi etibarsız hesab edilə bilməzdi. Ona görə ki, qeyri-yaşayış sahəsi fərdi müəyyən əşyadır və borclu əşyanı bir neçə kreditora verməsi barədə öhdəlik götürdüyü halda, mübahisənin hansı qaydada həll ediləcəyi qanunvericilikdə dəqiq şəkildə tənzimlənmişdir. İşin hallarından da görünür ki, İddiaçı qeyri-yaşayış sahəsinə görə pay haqqını tam ödəmişdir. Cavabdeh1 MTK isə obyekti onun mülkiyyətinə verməsi barədə öhdəlik götürmüş, bu öhdəliyini icra edərək qeyri-yaşayış sahəsini İddiaçı sahibliyinə və istifadəsinə vermişdir. Ona görə də ilk iddia üzrə iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək mübahisələndirilən əmlaka dair 21.12.2018-ci il tarixli çıxarışı da ala bilmişdir. Bir sözlə, Cavabdeh1 MTK (borclu) qeyri-yaşayış sahəsini İddiaçı (kreditor) mülkiyyətinə vermiş və Qalinaya qarşı öhdəliyini icra etmişdir. MM-nin 452.1-ci maddəsinə görə isə bu halda digər kreditor - Cavabdeh2 Cavabdeh1 MTK-dan dəymiş zərəri tələb etmək hüququna malik olur. Bununla yanaşı məhkəmə 01.11.2010-cu il tarixli alqı-satqı müqaviləsinin nəticələrini də ləğv etmiş və beləliklə növbəti səhvə yol vermişdir. Belə ki, nəzərə almaq lazımdır ki, 28.07.2021-ci il tarixli məhkəmə qətnaməsi ilə etibarsız hesab edilən 01.11.2010-cu il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinin hüquqi nəticəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.10.2018-ci il tarixli qərarıdır. Çünki 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.10.2018-ci il tarixli qərarı 01.11.2010cu il tarixli alqı- satqı müqaviləsinə və eyni tarixli maliyyə arayışına əsasən qəbul edilmişdir. Göründüyü kimi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi digər məhkəmənin qərarını ləğv etmişdir ki, bu qanunla yolverilməzdir. Daha sonra məhkəmə prosessual normaların tətbiqində də səhvə yol vermişdir. Belə ki, məhkəmə MPM-nin 82.4-cü maddəsinə əsaslanaraq hesab etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101 )- 91/2020 saylı, 15.10.2020-ci il tarixli hökmü hazırki iş üçün preyudisial əhəmiyyət kəsb edir və qətnamədə də həmin hökmə istinad edir. Hesab edir ki, sözügedən cinayət işi üzrə müəyyən olunan hallar İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış 01.11.2010-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. İşin apellyasiya baxışı zamanı X12 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsindən həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs R.Ağayev apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk və qarşılıqlı iddiaların rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən şəxsin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X12 hazırki mübahisədə vicdanlı əldə edəndir. Belə ki, mübahisə predmetinin Rəhman Ağayev tərəfindən əldə edilməsi barədə məhkəmənin nəzərinə çatdırırıq ki, adıçəkilən şəxs 2018-ci ilin sonlarında icarəyə vermək və digər kommersiya məqsədləri üçün istifadə etmək məqsədi ilə obyekt almaq qərarına gəlmişdir. 2019-cu ilin yanvar ayının ortalarında bu barədə Pərviz adlı şəxsə (makler) müraciət edərək Yasamal rayonu ərazisində münasib obyekt olduğu halda ona məlumat verməsini xahiş etmişdir. Pərviz isə Yasamal rayonu, Hüseyn Cavid prospekti ərazisində ******* manata qeyri-yaşayış sahəsinin satılması barədə Rəhman Ağayevə məluma vermiş, həmçinin obyekti real olaraq almaq istədiyi halda qiymətdə endirimin edilməsinin mümkünlüyünü ona bildirmişdir. Bir neçə gün sonra X30 birlikdə obyektə baxmağa getmiş və bu zaman Pərviz əmlakın mülkiyyətçisi barəsində Rəhmana məlumat verərək qeyri-yaşayış sahəsinin bir xanıma məxsus olduğunu, lakin onun Azərbaycanda olmadığını, əmlakla bağlı bütün səlahiyyətlərini Rasim adlı şəxsə həvalə etdiyini və obyektin alqı-satqısı ilə bağlı danışıqların Rasimlə aparılacağını bildirmişdir. Obyektdə Pərviz və Rəhman Ağayevi həmin şəxs - Rasim Kərimov qarşılamış və obyekti gəzdirərək onları əmlakla tanış etmişdir. Həmin vaxt Rəhman Ağayev obyektin içərisində bır sıra əşyalar görmüş, Rasim Kərimov əşyaların ona aid olduğunu, alqı-satqı olduğu halda ən qısa müddətdə əşyaların çıxarılaraq obyektin ona tam boş halda təhvil veriləcəyini bildirmişdir. Obyektin qiyməti ilə bağlı razılığa gəlmək üçün isə Rəhman Ağayev və Rasim Kərimov "Metropol" restoranında (Rasim Kərimovun bildirməsinə görə bu restoran ona məxsus olub) bir neçə dəfə görüşmüşlər. Rasim Kərimov qeyri-yaşayış sahəsinin ******* manata satmaq istədiyini bildirsə də, qeyri-yaşayış sahəsinin təmirsiz, əmlakın olduğu küçənin isə əlverişsiz vəziyyətdə olmasını nəzərə alaraq uzun danışıqlardan sonra nəhayət, əmlakın ******* manata satılması ilə bağlı tərəflər arasında razılıq əldə olunmuşdur. Daha sonra isə Rəhman Ağayev qeyri-yaşayış sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın həqiqiliyini, əmlak üzərində hər hansı həbsin və ya yüklülüyün olub-olmamasını, eyni zamanda İddiaçı Rasim Kərimova verdiyi etibarnamənin qüvvədə olub-olmamasını yoxlatmaq üçün Rasim Kərimovdan vaxt istəmişdir. Sözügedən sənədlərin qüvvədə olması Rəhman Ağayev tərəfindən müəyyən edilkdən sonra isə tərəflər arasında 08 fevral 2019-cu il tarixdə Bakı şəhəri 41 saylı Notariat Kontorunda daşınmaz əmlakın alqısatqısına dair müqavilə bağlanılmış və X12 1.900.000 manat pulu notariusun depozit hesabı vasitəsi ilə köçürmə yolu ilə satıcıya ödəmişdir. Həmçinin həmin vaxt Rasim Kərimov qeyri-yaşayış sahəsinin boşaldılması üçün 1 ay möhlət istəmiş, Rəhman Ağayev isə bununla razılaşmışdır. Əmlakın alqı-satqı müqaviləsi bağlandıqdan sonra isə 11 fevral 2019-cu il tarixdə X12 ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən əmlakla bağlı çıxarış almışdır. Nə qeyri-yaşayış sahəsinin alınması barədə danışıqların getdiyi və bu məqsədlə obyektə baxıldığı vaxtlarda, nə də ki, alqı-satqı edilərkən Ağayev Rəhman ƏmirasOan oğlu əmlakla bağlı hər hansı mübahisənin olmasını bilməmiş, bunun üçün hər hansı səbəb də olmamışdır. O, qeyri-yaşayış sahəsinə baxarkən Cavabdeh2 orada görməmiş, obyektə rahat şəkildə baxmış, bəyənmiş, onun qiyməti barəsində əvvəlki mülkiyyətçi ilə razılığa gəlmiş, daha sonra həmin əmlakla bağlı daşınmaz əmlakın dövlət reyestrindəki məlumatların həqiqiliyini yoxlatmış və bundan sonra müqaviləni bağlamışdır. Bu müddətdə heç vaxt Cavabdeh2 obyektdə olmamış və ona sahiblik etməmişdir. Əks halda Rəhman Ağayev obyektə baxa bilməzdi. Ümumiyyətlə o, qeyri-yaşayış sahəsi ilə bağlı hər hansı mübahisənin mövcudluğundan xəbəri və ya belə bir vəziyyətdən şübhələnmiş olsa idi, kifayət qədər yüksək məbləğdə pul ödəyərək əmlakı almazdı. Rəhman Ağayev İddiaçı, Cavabdeh2 və digər şəxslər arasında sözügedən obyektlə bağlı mübahisələrin olmasından 2019-cu ilin mart ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi tərəfindən izahat vermək üçün çağırıldıqdan sonra xəbəri olmuşdur. Bundan sonra o, obyektin təhvil verilməsini Rasim Kərimovdan tələb etmiş, lakin Rasim obyektin Cavabdeh2 tərəfindən qanunsuz zəbt edildiyini və hazırda bununla bağlı araşdırmalar aparıldığını bildirmiş, tezliklə məsələni həll edəcəyinə, obyekti təhvil verəcəyinə söz vermiş, lakin obyekti təhvil verməmişdir. Buna görə də 2019cu ilin mart ayının 29-u X3 Qalina Novruz qızı və Cavabdeh2 qarşı "qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli, 2(004)- 2958/2019 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh DƏDRX-nin 1 sayk Bakı Ərazi İdarəsinə qarşı inzibati işə baxılıb yekunlaşanadək mülki iş üzrə icraat dayandırılmışdır. Birinci instansiya məhkəməsi mülkiyyət hüququ əsasında X9 məxsus əmlakla bağlı mübahisəyə onun iştirakı olmadan baxmaqla, maraqlarına toxunan məsələni hüquqlarının pozulması ilə nəticələnməklə həll etmiş və bununla da kobud prosessual pozuntuya yol vermişdir. İlk iddia üzrə İddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüququ olmamışdır. Belə ki, o, Cavabdeh2 və "xxxx" MTK arasında bağlanmış 15 avqust 2006-cı il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqısı müqaviləsini mübahisələndirir. Halbuki, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında X9 məxsus olmuşdur. İlk iddia üzrə iddiaçı 08 fevral 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlamaqla əmlaka dair bütün hüquqlarını (sahiblik, istifadə, sərəncam) X9 ötürmüşdür. İddiaçı mübahisə predmeti olan əmlaka dair hər hansı hüququ qalmamışdır. İlk iddia üzrə iddiaçı bu əmlakla bağlı hüquqi bağlılığının və statusunun (mülkiyyətçi və s.) nədən ibarət olmasını göstərməmiş, birinci instansiya məhkəməsi isə onun belə bir iddia qaldırmaqda subyektiv hüququnun olub-olmamasını yoxlamamışdır. Birinci instansiya məhkəməsi Cavabdeh2 belə bir iddia qaldırmaqda subyektiv hüququnun olub-olmamasını yoxlamamışdır. Halbuki, qarşılıqlı iddia üzrə iddiaçının da hazırki iddianı qaldırmaqda subyektiv hüququ yoxdur. Ona görə ki, Cavabdeh2 tələbi əsl cavabdehlərə qarşı yönəlməmişdir. Yuxarıda qeyd edildiyi kimi 08 fevral 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanıldıqdan sonra İddiaçı mübahisə predmeti olan əmlaka dair bütün hüquqları X2. İddiaçı, eyni zamanda "xxxx" MTK artıq bu əmlaka münasibətdə aidiyyəti olmayan şəxslərdir. Digər tərəfdən Cavabdeh2 iddia tələbinin ikinci hissəsi, yəni "01 noyabr 2010-cu il tarixli müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi" tələbi birbaşa X9 yönəlmişdir. Apellyasiya baxışı zamanı ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil3 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, ilk və qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətlərini qəbul etməyərək onların təmin edilməməsini xahiş etdi və bildirdi ki, mübahisəli qeyri yaşayış sahəsi bu günədək Cavabdeh2 sahibliyində və istifadəsindədir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırkı apellyasiya baxışının predmetini həm ilk, həm də qarşılıqlı iddia tələbi təşkil edir. İş materialları əsasında müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15.10.2020-ci il tarixli, 1(101)-91/2020 saylı hökmü ilə X24 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 il 06 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 01 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzalar ayrıayrılıqda qismən toplanılmış və əlavə cəza əsas cəzaya birləşdirilməklə ona qəti olaraq 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən cəza təyin edilməmişdir. Məhkəmənin hökmünə əsasən, X24 19.07.1999-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində Ko-19 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış, ********** nömrəli VÖEN-lə Vergilər Nazirliyində vergi uçotuna durmuş Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin 22.04.2005-ci il tarixli təsis müqaviləsinə əsasən 20% payla 5 nəfər təsisçilərdən biri olmaqla həmin kooperativə faktiki rəhbərliyi və idarəçiliyi həyata keçirən vəzifəli şəxs kimi faktiki olaraq direktor vəzifələrini icra edərək vəzifəli şəxs olmaqla, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə özünə olan inamdan aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək niyyəti ilə rəhbərlik etdiyi Kooperativ tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, H.Cavid prospektində tikintisinə başlanılmış çoxmərtəbəli, çoxmənzilli yaşayış kompleksinin 1 girişli, 16 mərtəbəli, 3-cü yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 485 m2 təşkil edən qeyri-yaşayış sahəsini Kooperativin təsisçilərinin 01.04.2004-cü il tarixli qərarı ilə və həmin tarixli 09 nömrəli əmrlə Kooperativin sədri təyin olunmuş qardaşı X25 ilə Cavabdeh2 arasında bağlanmış “qeyri-yaşayış sahəsinin alqısatqısına dair” 15.08.2006-cı il tarixli müqavilə əsasında ******* ABŞ dolları məbləğ göstərilib sonuncuya faktiki olaraq 600000 ABŞ dollarına sataraq Nağı Nağıyevlə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında həmin tarixdə Kooperativin Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, H.Cavid prospektində yerləşən mərkəzi ofisində, xidməti otağında rəsmi sənəd olan qeyd edilən müqavilənin məzmununa gələcəkdə həmin obyektlə bağla digər şəxslərlə əqdlər bağlayacağı halda Cavabdeh2 razılaşdırılan məbləği tam ödəməməsini əsas gətirərək tamah və şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı etmiş, həmin sahəni Cavabdeh2 satmasına və pulu şəxsən sonuncudan qəbul etməsinə baxmayaraq, 2017-ci ilin may ayının sonlarında qeyd olunan binadan qeyri-yaşayış sahəsi almaq üçün ona müraciət etmiş tanışı X16 həmin sahənin sonuncuya satılmasına dair Cavabdeh2 razılığını aldığını bildirərək aldatmaqla ******* manata Rasim Kərimova satmaqla bağlı razılığa gəlib həmin məbləğdə pulu sonuncudan 2017-ci ilin may ayında Kooperativin mərkəzi ofisində, xidməti otağında aldıqdan sonra sonuncunun tanışı İddiaçı adına 2018-ci ilin fevral ayından əvvəlki, yəni 02.11.2010-cu il tarixə xidməti otağında məzmununa tamah və törətdiyi dələduzluq cinayətini pərdələməkdən ibarət şəxsi niyyətlə guya obyektin 01.11.2010-cu il tarixdə İddiaçı ******* manat məbləğində pul müqabilində satılması barədə bilə-bilə yalan məlumatlar daxil etməklə hazırladığı rəsmi sənəd olan “mənzil tikintisi haqqında” 01.11.2010-cu il tarixli müqaviləni onun dələduzluq cinayətindən xəbərsiz olan Kooperativin sədri Nağı Nağıyev tərəfindən imzalanmasına və Kooperativin möhürünün vurulmasına nail olub Nağı Nağıyevlə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında təkrarən vəzifə saxtakarlığı etmiş, X13 ******* manat məbləğində pulunu qulluq mövqeyindən istifadə etməklə ələ keçirib ona külli miqdarda ziyan vuraraq dələduzluq etmiş, həmin əməli ilə fiziki şəxs Cavabdeh2 öz qeyri-yaşayış sahəsinə normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.04.2019-cu il tarixli 8334 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, Cavabdeh1 MTK tərəfindən tikilən yaşayış binasındakı qeyri-yaşayış sahəsinin alqı-satqısına dair 15.08.2006-cı il tarixli müqavilədə, 15.08.2006-cı il tarixli 01/08 nömrəli maliyyə arayışında və “Mənzil tikinti haqqında” 01.11.2010-cu il tarixli müqavilədə olan möhür əksləri birbaşa relyef klişe vasitəsilə vurulmuşdur. Tədqiq olunan möhür əksləri Cavabdeh1 MTK-nə məxsus “Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh1 MTK” məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə-xətşünaslıq ekspertinin 05.04.2019-cu il tarixli, 8335 nömrəli rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim olunmuş, Cavabdeh1 MTK tərəfindən tikilən yaşayış binasındakı qeyri-yaşayış sahəsinin alqı-satqısına dair 15.08.2006-cı il tarixli müqavilənin aşağı hissəsində “N.X.Nağıyev” yazılarının qarşısındakı imza; X5 adına olan 15.08.2006-cı il tarixli, 01/08 nömrəli maliyyə arayışının sonunda “N.X.Nağıyev” yazılarının qarşısındakı imza; Mənzil tikintisi haqqında 01.11.2010-cu il tarixli müqavilənin sonunda“N.X.Nağıyev” yazılarının qarşısındakı imza X25 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, Cavabdeh1 MTK tərəfindən tikilən yaşayış binasındakı qeyri- yaşayış sahəsinin alqı-satqısına dair 15.08.2006-cı il tarixli müqavilənin aşağı hissəsində “X4” yazılarından aşağıdakı imza Cavabdeh2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, Mənzil tikintisi haqqında 01.11.2010-cu il tarixli müqavilənin sonunda “Payçı İddiaçı” yazılarından aşağıdakı imza X25 tərəfindən yox, X24 tərəfindən yox, X22 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış 15.08.2006-cı il tarixli 01/08 nömrəli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, H.Cavid prospektindəki 1 girişli, 16 mərtəbəli, 3-cü yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 485 m2 təşkil edən qeyri-yaşayış sahəsinə görə X6 Cavabdeh1 MTK-ya maliyyə borcu yoxdur. Cavabdeh1 MTK tərəfindən tikilən yaşayış binasındakı qeyriyaşayış sahəsinin alqı-satqısına dair 15.08.2006-cı il tarixli müqavilədən görünür ki, Kooperativin sədri X25 Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, H.Cavid prospektindəki 1 girişli, 16 mərtəbəli, 3-cü yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 485 m2 təşkil edən qeyri-yaşayış sahəsinin ümumi qiyməti ******* ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Mənzil tikinti haqqında 01.11.2010-cu il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, H.Cavid prospekti 54D ünvanında inşa edilən 1 girişli, 16 mərtəbəli, 3-cü yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 487 m2 təşkil edən qeyri-yaşayış sahəsi üçün müqavilə qiyməti ******* manat müəyyən olunmuşdur. 02.11.2010-cu il tarixli, 04/11 nömrəli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, H.Cavid prospekti 54 D saylı çoxmərtəbəli yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur. Həmin binanın 1 -ci mərtəbəsində yerləşən, ümumi sahəsi 487 m2 olan qeyri- yaşayış sahəsinə görə İddiaçı Cavabdeh1 MTK-ya maliyyə borcu yoxdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.10.2018-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 558566-cı məhəllə, H.Cavid prospekti 54D ünvanında inşa edilən 1 girişli, 16 mərtəbəli, 3-cü yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 487 m2 təşkil edən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21.12. 2018-ci il tarixli, ******* nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, H.Cavid prospekti 54D ünvanında inşa edilən 1 girişli, 16 mərtəbəli, 3-cü yaşayış binasının 1 -ci mərtəbəsində yerləşən, ümumi sahəsi 487 m 2 təşkil edən qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Daşınmaz əmlakın alqı-satqısı haqqında 08.02.2019-cu il tarixli, ******* nömrəli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, H.Cavid prospekti 54D ünvanında yerləşən, ümumi sahəsi 487 m 2 təşkil edən qeyri-yaşayış sahəsi İddiaçı tərəfindən X9 ******* manata satılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 21.05.2019-cu il tarixli, 1(103)-1215/2019 saylı qərardadının surətindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03.04.2019-cu il tarixli qərardadı ilə Cavabdeh2 ərizəsi təmin edilmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 23.10.2018-ci il tarixli qərarı və həmin qərarın icrasının doğurduğu hüquqi nəticələr ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21.05.2019-cu il tarixli, 1(103)-1215/2019 saylı qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin olunmamış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03.04.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 07.05.2021-ci il tarixli, 1(103)-300/2021 saylı qərarının surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91/2020 saylı, 15.10.2020-ci il tarixli hökmündən zərərçəkmiş şəxs LPO "xxxx" KB ASC-nin vəkili X19, məhkum olunmuş X14 müdafiəçisi X26, məhkum edilmiş şəxslər X24 və X27 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı iddia tələbi X7 hüquqlarına və qanuni mənafelərinə toxunsa da, birinci instansiya məhkəməsində sonuncu işə cəlb olunmadan məhkəmə araşdırması aparılmış və mübahisələndirilən qətnamə qəbul olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 387.2-ci və 387.2.4-cü maddələrinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası ilk və qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh1 MTK tərəfindən ilk öncə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 satılmış və sonuncu onun dəyərini tam ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarından görünür ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Buna baxmayaraq, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 bu günə kimi mübahisəli qeyri-yaşayış sahəsinə dair hüquqlarını reallaşdıra bilmir. Belə ki, qeyd olunan qeyri-yaşayış sahəsi Cavabdeh1 MTK tərəfindən qanunsuz olaraq təkrarən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı satılmışdır. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsinin 01.012.2021-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 558/566-cı məhəllə, Hüseyn Cavid prospekti 54 D ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X11r, həmin şəxs əmlakı 08.02.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında İddiaçı Norvuz qızından almışdır. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara istinadən belə nəticəyə gəlir ki, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanan müqavilə əhəmiyyətiz əqddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.3cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Təsadüfi deyildir ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 25.04.2018-ci il tarixli Qanunda da tikilməkdə olan binada mənzili əldə etmək üçün ilk müqavilə bağlayan şəxsin xeyrinə təminat qeydinin aparılmalı olduğu müəyyən edilmişdir. Bu isə artıq onu təsdiq edir ki, dövlətin qanunvericilik siyasəti mənzil əldə etmək üçün ilk müqavilə bağlayan şəxsin müdafiəsinə yönəlib. Mülki Prosessul Məcəllənin 2.2-ci maddəsinə görə mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Odur ki, təminat qeydinin tətbiqinə qədər eyni mənzilə dair 2 və daha çox şəxslə müqavilə bağlanmasının qarşısının alınması üçün məhkəmələr belə mübahisələri birinci müqaviləni bağlayan şəxsin xeyrinə həll etməlidir. Əks yanaşma ona səbəb olacaq mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə deyil, sui-istifadələrə rəvac verəcək, mənzil tikintisi ilə məşğul olan podratçılar daha çox qazanc əldə etmək üçün birinci şəxsin sifarişi və maliyyəsi ilə inşa edilən mənzili ikinci şəxsə satacaqlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-nin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. İş üzrə müəyyən edilir ki, mübahisəli qeyri yaşayış sahəsi bu günədək Cavabdeh2 sahibliyində və istifadəsindədir. Məhkəmə kollegiyası qarşılıqlı iddia ərizəsinin “İddiaçı və Cavabdeh1 arasında bağlanmış 01.11.2010-cu il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilədən irəli gələn bütün hüquqi nəticələr ləğv edilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, qarşılıqlı iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03.04.2019-cu il tarixli qərardadı ilə həmin məhkəmənin 23.10.2018-ci il tarixli qərarı və qeyd edilən qərarın icrasının doğurduğu hüquqi nəticələr ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21.05.2019-cu il tarixli, 1(103)-1215/2019 saylı qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin olunmamış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03.04.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur və belə olan halda həmin müqavilənin hüquqi nəticələrinin yenidən ləğv edilməsinə zərurət yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, cavabdehlər İddiaçı və Cavabdeh1 arasında bağlanmış 01.11.2010-cu il tarixli qeyri-yaşayış sahəsinin alqısatqısına dair müqavilə etibarsız hesab edilməli, qarşılıqlı iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrin rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28.07.2021-ci il tarixli, 2(004)-68/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ilkin iddiası təmin edilməsin. İlk iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qarşılıqlı iddia qismən təmin olunsun. Cavabdehlər İddiaçı və Cavabdeh1 arasında Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 558-566-cı məhəllə, 54 D ünvanında yerləşən ümumi sahəsi 487 m2 təşkil edən qeyri-yaşayış sahəsinin alqı-satqısına dair bağlanmış 01.11.2010-cu il tarixli müqavilə etibarsız hesab edilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar