Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-978/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə (açar sözlər: subroqasiya qaydasında pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2(003)- 2565/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Mitsubishi L200” markalı **-PL-*** qeydiyyat nişanlı avtomobil “Özgün Yapı Sanayi və Ticarə Anonim Şirkətinin AR-dakı filialının mülkiyyətindədir.
2. Nəqliyyat vasitələrinin sığorta şəhadətnaməsinə əsasən “Özgün Yapı Sanayi və Ticarə Anonim Şirkətinin AR-dakı filalı ilə "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti arasında 01 aprel 2020-ci il tarixdə sığorta müqaviləsi bağlanmışdır.
3. X1 “Maz 54331 yük” markalı **-TZ-*** qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, butapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək, digər hərəkətlər etməyi 1 il müddətinə, 18 sentyabr 2020ci il tarixədək Cavabdeh etibar etmişdir.
4. 24 iyun 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 24 iyun 2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
5. 12 noyabr 2020-ci il tarixli servis aktına əsasən “Mitsubishi L200” markalı **-PL- *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər 29850 manat məbləğində müəyyən olunmuşdur.
6. A-176/20 saylı sığorta aktına əsasən “Özgün Yapı Sanayi və Ticarə Anonim Şirkətinin AR-dakı filalının sığortalanmış “Mitsubishi L200” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərlə bağlı maddi ziyanın ümumi məbləği olan 29750 manat müəyyən edilmiş, həmin məbləğ 13 noyabr 2020-ci il tarixli invoys əsasınjp "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Özgün Yapı Sanayi və Ticarə Anonim Şirkətinin AR-dakı filalına ödənilmişdir.
7. 29 mart 2024-cü il tarixli pretenziya məktube bkz "xxxx" Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh 10 iş günü ərzində zərərin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmə orqanına müraciət ediləcəyi bildirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24779,94 manat məbləğində sığorta ödənişi, 164,34 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqının, cəmi 24944,68 manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia işin yuxarıda qeyd olunan halları ilə əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Mitsubishi L200” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 29850 manat müəyyən edilmişdir. Dəymiş zərər məbləğindən şərtsiz azad olma 100 manat çıxılaraq, zərər məbləği 29750 təşkil edilmişdir. İddia ərizəsinə əlavə edilmiş subroqasiya tələblərinin reyestrindən çıxarışından görünür ki, “Maz 54331 yük” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən 4970,06 manat məbləğində sığorta ödənişi cəmiyyətin hesabına ödənilmişdir. 29 mart 2024-cü il tarixli, 404/24 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Mitsubishi L200” markalı, **-PL-*** dövlət nişanlı avotəqliyyat vasitəsinə dəymiş zərərin qalıq hissəsinə görə ödənilməli olan 24779,94 manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/5785 saylı, 15 avqust 2024-cü il tarixli rəyindən görünür ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 16 oktyabr 2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Mitshubishi L200” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 28014 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti 24064 manat, təmirbərpa işlərinin qiyməti 3950 manat. Avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 27051 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti - 23101 manat, təmir-bərpa işlərinin qiyməti 3950 manat. Cədvəldə qiyməti qeyd olunmayan 1 ədəd ehtiyat hissəsinin adı aydın olmadığından tədqiqat aparmaq mümkün olmadı.
11. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 24 iyun 2020-ci il tarixdə Bakı Qazax yolunun 157-ci km-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Maz 54331 yük” markalı ** TZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə toqquşaraq zədələnmişdir. Göründüyü kimi yolnəqliyyat hadisəsi 2020-ci il tarixdə baş vermişdir. İddia predmetini sığorta müqaviləsi üzrə münasibətlər təşil edir. Beləliklə, iddiaçı 3 illik iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. AR Mülki Məcəllənin 372-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Göründüyü kimi iddiaçı qanunla müəyyən olunmuş ümumi iddia müddətini də ötürmüşdür.
12. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2(003)- 2565/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 21980,94 manat məbləğində sığorta ödənişi əvəzi və ödənilmiş 156 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 22136,94 manat alınaraq "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.
13. Qətnamənin əsaslarına görə, iddiaçı "xxxx" ASC-nin iddiasının əsası kimi istinad etdiyi xx.xx.2020-ci il tarixdə Bakı Qazax yolunun 157-ci km-də Cavabdeh tərəfindən idarə olunan “Maz 54331 yük” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “Mitsubishi L200” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yolnəqliyyat hadisəsi törətməsi sübut olunur. Bununla da sığortalanmış xx.xx.2020-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan “Maz 54331 yük” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Mitsubishi L200” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində vurulmuş ziyan iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı "xxxx" ASC-yə keçmişdir. Vurulmuş ziyan iddiaçı "xxxx" Sığorta Şirkəti ASC tərəfindən aradan qaldırıldığından, bununla da göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-yə keçdiyindən, bununla da "xxxx" Sığorta Şirkəti ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yarandığından, sığorta ödənişi cavabdehdən tutulmalıdır. Mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədildiyindən vurulmuş ziyan Cavabdeh alınaraq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nə ödənilməlidir. Rəyi vermiş şəxsin xüsusi biliyinin olduğunu nəzərə alaraq məhkəmə həmin rəylə razılaşır, avtomobilə dəymiş zərərin və təmir-bərpa xərclərinin 27051,0 manat olduğunu işin hallarına uyğun sayır. Belə ki, iddiaçı sığortalıya həmin məbləğdə sığorta ödənişi ödəməli idi. Məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və qeyd edir ki, rəydən göstərilənlər işin faktiki hallarına uyğun gəlir. Avtomobilə ümumilikdə dəymiş zərərin məbləği 27051,0 manat müəyyən edilməli, həmin məbləğdən sığorta müqaviləsində nəzərdə tutulmuş 100,0 manat şərtsiz azadolma (franşiza) məbləği və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığrtası növü üzrə ödənilmiş 4970,06 manat çıxıldıqda sığorta ödənişi 21980,94 manat məbləğində (27051,00-4970,06-100=21 980,94 manat) təşkil edir. Odur ki, iddia qismən təmin edilməli və Cavabdeh 21980,94 manat sığorta ödənişi məbləği alınaraq iddiaçıya ödənilməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936, 1091,1096, 1097, 1108-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazin dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayətinin dəlillərinə görə, yol-nəqliyyat hadisəsi 2020-ci il tarixdə baş vermişdir. İddia predmetini sığorta müqaviləsi üzrə münasibətlər təşil edir. Beləliklə, hazırki iddianı qaldıran iddiaçı 3 illik iddia müddətini ötürmüşdür. Göründüyü kimi iddiaçı qanunla müəyyən olunmuş ümumi iddia müddətini də ötürmüşdür.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir; Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərarında şərh etdiyi hüquqi mövqeyinə əsasən, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin;
Apellyasiya baxişinin hədləri
21. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
22. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə nəticəyə gəlinir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalıdır.
23. Apellyasiya şikayətinin dəlilini yalnız iddia müddətinin tətbiq olunmaması təşkil edir.
24. İş materiallarının 65-ci vərəqəsindən görünür ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilsə də birinci instansiya məhkəməsi tərəfindən həmin ərizəyə heç bir münasibət bildirilməmişdir. Yəni, birinci instansiya məhkəməsi tərəfindən hüququn tətbiq edilməsində səhv buraxalaraq tətbiq edilməli olan qanun tətbiq edilməmişdir və bu hal mülki prosessual qanunvericiliyin tələblərinə əsasən qətnamənin ləğvi üçün əsasdır.
25. İddia müddətinin tətbiqi barədə ərizə onunla əsaslandırılır ki, hadisə 24 iyun 2020-ci il tarixdə baş vermişdir, iddia predmetini sığorta müqaviləsi üzrə münasibətlər təşil edir və buna görə də iddiaçı müqavilə tələbləri üzrə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür.
26. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, tərəflər arasında hər hansı müqavilə münasibətləri mövcud deyildir. Bundan başqa iddianın predmetini müqavilə öhdəliklərinin yerinə yetirilməsi deyil, zərərin əvəzinin ödənilməsi təşkil edir. Buna görə də müqavilə tələbləri üzrə nəzərdə tutulmuş 3 illik iddia müddəti hazırkı mübahisəyə tətbiq oluna bilməz. Hazırkı tələbə ümumi iddia müddəti şamil edilir və iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət etmiş, iddia müddətini ötürməmişdir.
27. Tələbi qiymətləndirərkən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, yol nəqliyyat hadisəsi Cavabdeh tərəfindən törədilmiş, həmin hadisə nəticəsində sığortalanmış avtomobilə vurulmuş zərər iddiaçı tərəfindən aradan qaldırılmış və subroqasiya hüququ ona keçmişdir. Buna görə də sığorta ödənişinin cavabdehdən tutulması üçün əsaslar mövcuddur.
28. Zərərin məbləği ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyinə uyğun olaraq avtomobilə ümumilikdə dəymiş zərərin məbləği 27051 manat müəyyən edilməli, həmin məbləğdən sığorta müqaviləsində nəzərdə tutulmuş 100 manat şərtsiz azadolma (franşiza) məbləği və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığrtası növü üzrə ödənilmiş 4970,06 manat çıxıldıqda tutulmalı olan məbləğ 21980,94 manat (27051,00-4970,06-100=21980,94 manat) təşkil edir.
29. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri normalar baxımından işin halları ilə qismən təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apelyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin olunmalıdır.
30. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2(003)- 2565/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2(003)- 2565/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 21980,94 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 156 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin 44 manat məbləğində hissəsi Cavabdeh, 6 manat məbləğinjə hissəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasimov
Günay Axundova
Xəyal Sarıyev