Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9783/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" QSC və İsmayıllı Rayon Dövlət Notariat Kontoruna qarşı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" QSC və İsmayıllı Rayon Dövlət Notariat Kontoruna qarşı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə cavabdeh "xxxx" QSC arasında 15.09.2009-cu il tarixli 15L00000830 saylı Kredit Xətti Müqaviləsi bağlanmışdır. Həmin nüqaviləyə əsasən İddiaçı1 100.000 (yüz min) manat məbləğində k-edit xətti açılmışdır. Həmin müqavilənin 1.3-cü maddəsində göstərilmişdir ki, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşması ilə müəyyən edilir. İddiaçı1 ilə cavabdeh "xxxx" QSC arasında bağlanmış 15.09.2009-cu il tarixli 15L00000830 saylı Kredit Xətti Müqaviləsinin təminatı olaraq İddiaçı1 ilə "xxxx" QSC ilə arasında 16.09.2009-cu il tarixli 15M000000157 saylı və 18.09.2012-ci il tarixli 26M000000281 saylı İpoteka müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən İddiaçı1 məxsus İsmayıllı şəhəri, M.F.Axundov küçəsində olan 0.01029 ha torpaq sahəsində yerləşən 3 girişli, 61.6 kv.m ümumi, 61,6 kv.m əsas sahədən ibarət 1 mərtəbəli Qeyri yaşayış binası (mağaza) və İsmayıllı şəhəri, R.Behbudov küçəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 102,52 kv.m yaşayış, 210,24 kv.m köməkçi sahədən ibarət 29 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bundan başqa sözügedən kredit xətti müqaviləsi əsasında İddiaçı2 ilə "xxxx" QSC arasında 15.07.2011-ci il tarixli 26S000000775 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin İddiaçı1 ilə cavabdeh "xxxx" QSC arasında bağlanmış 15.09.2009-cu il tarixli 15L00000830 saylı Kredit Xətti Müqaviləsinin təminatı daraq İddiaçı2 ilə "xxxx" QSC arasında 15.07.2011-ci il tarixli 26M000000094 saylı İpoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı2 məxsus İsmayıllı rayonu, İsmayıllı kəndində olan 0.1 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 109.5 kv.metr yaşayış, 99.5 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda 15 sentyabr 2009-cu il tarixli 15L000000830 saylı Uzunmüddətli Kredit Müqaviləsinə əsasən İddiaçı1 "xxxx" QSC arasında 05 fevral 2015-ci il tarixli 026R********** saylı Kredit Razılaşması müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı1 aylıq faiz dərəcəsi 1.5% olmaqla, 48 ay müddətinə 193.000 ABŞ dolları məbləğində kredit verilmişdir və həmçinin "xxxx" QSC ilə İddiaçı1 arasında həmin kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 07 aprel 2015-ci il tarixli, H5R**********S saylı Saziş bağlanmışdır. Qeyd olunmalıdır ki, İddiaçı1 ilə cavabdeh "xxxx" QSC arasında 15.09.2009-cu il tarixli 15L00000830 saylı Kredit Xətti Müqaviləsi bağlanmış, həmin müqavilənin 1.3-cü maddəsinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtlərinin hər dəfə tərəflər arasında bağlanan və həmin müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşması ilə müəyyən edilməsi qeyd olunmuş və həmin müqavilənin təminatı olaraq 16.09.2009-cu il tarixli 15M000000157 saylı, 15.07.2011-ci il tarixli 15M000000094 saylı və 18.09.2012ci il tarixli 26M000000281 saylı İpoteka müqavilələri bağlanmış olsa da, sözügedən ipoteka müqavilələrində təmin edilmiş öhdəliyin məbləği, müddəti və faiz dərəcəsi göstərilməmişdir. Eyni zamanda 15 sentyabr 2009-cu il tarixli 15L000000830 saylı Uzunmüddətli Kredit Müqaviləsinə əsasən İddiaçı1 ilə "xxxx" QSC arasında bağlanmış 05 fevral 2015-ci il tarixli 026R********** saylı Kredit Razılaşması və həmçinin "xxxx" QSC ilə İddiaçı1 arasında həmin Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 07 aprel 2015-ci il Tarixli, 026R**********S saylı Saziş üzrə İddiaçı2 ilə "xxxx" 3SC arasında hər hansı müqavilə bağlanmamış və onun həmin Razılaşma və Saziş üzrə öhdəliyi üzərinə götürməsinə dair hər hansı razılığı alınmamışdır. Göstərilənlərə əsasən İddiaçı1 ilə "xxxx" QSC arasında bağlanmış 16.09.2009-cu il tarixli 15M000000157 saylı və 18.09.2012-ci il tarixli 26M000000281 saylı İpoteka müqavilələrinin və İddiaçı2 ilə "xxxx" QSC arasında bağlanmış 15.07.2011-ci il tarixli 26M000000094 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Qətnamədən iddiaçıların nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini rədd edərkən əsas olaraq İsmayıllı rayon Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli və Şəki Apelyasiya Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli qətnamələrinə istinad etmişdir. Halbuki, Şəki Apelyasiya Məhkəməsinin 18 yanvar 2017- ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə müddətin bərpası barədə vəsatət Şəki Apelyasiya Məhkəməsi tərəfindən təmin edilməmiş, sözügedən qətnamənin yuxarı məhkəmə instansiyalarında mübahisələndirilməsi üçün şərait yaradılmamışdır. Apellyasiya baxışı zamanı iddiaçı tərəf apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək iddia tələblərinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı "xxxx" QSC-nin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş cavabdeh İsmayıllı Rayon Dövlət Notariat Kontorunun nümayəndəsi apellyasiya baxışına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu halın işin baxılmasına mane olmadığını nəzərə alan Kollegiya, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrıayrılıqda müzakirə edib, tərəflərin izahatlarını və çıxışlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin həqiqi hallarına, iş üzrə toplanmış sübutlara uyğun olduğundan qanuni hesab olunur. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, İddiaçı1 ilə Cavabdeh1 QSC arasında bağlanmış 15.09.2009-cu il tarixli, 15L000000830 nörməli kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən İddiaçı1 60 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 830 nömrəli, 15.07.2011-ci il tarixli kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında Sazişdən görünür ki, 15.09.2009-cu il tarixli, 15L000000830 nörməli kredit xətti müqaviləsinin 1.1 və 1.2-ci bəndlərinə dəyişiklik edilmiş və kredit alana 200000 ABŞ dolları kredit xəttinin açılması və kredit müqaviləsinin müddətinin 180 ay müddətinə uzadılması razılaşdırılmışdır. İddiaçı2 ilə Cavabdeh1 QSC arasında bağlanmış 16.07.2011-ci il tarixli, 26S000000775 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı2 İddiaçı1 ilə Cavabdeh1 QSC arasında bağlanmış 15.09.2009-cu il tarixli, 15L000000830 nörməli kredit xətti müqaviləsi üzrə zamin durmuşdur. İddiaçı1 ilə Cavabdeh1 QSC arasında bağlanmış 026R********** saylı, 05.02.2015ci il tarixli kredit razılaşmasından görünür ki, bank 193000 ABŞ dolları məbləğində pul vəsaitini aylıq 1.5% 48 ay müddətinə İddiaçı1 kredit vermişdir. 16.09.2009-cu il tarixli, 15M000000157 nörməli ipoteka müqaviləsindən görünür ki, ipoteka verən Mövlamov X2 şəhəri, M.F.Axundov küçəsində mülkiyyətində olan 0.01029 ha torpaq sahəsində yerləşən 3 girişli, 61.6 kv.m ümumi, 61.6 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasını 15.09.2009-cu il tarixli 15L000000829 və 15L000000830 nörməli kredit xətti müqaviləsi üzrə ipoteka yüklü etmişdir. 15.07.2011-ci il tarixli, 26M000000094 nörməli ipoteka müqaviləsindən görünür ki, ipoteka verən Mövlamov X3 şəhəri, İsmayıllı kəndində mülkiyyətində olan 0.1 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evini 15.09.2009-cu il tarixli 15L000000830 nörməli kredit xətti müqaviləsi üzrə ipoteka yüklü etmişdir. 18.09.2012-ci il tarixli, 26M000000281 nörməli ipoteka müqaviləsindən görünür ki, ipoteka verən Mövlamov X2 şəhəri, R.Behbudov küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı 29 nörməli fərdi yaşayış evini 15.09.2009-cu il tarixli 15L000000830 nörməli kredit xətti müqaviləsi üzrə ipoteka yüklü etmişdir. Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2/2020 saylı, 25.06.2020-ci il tarixli qətnaməsindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 18 yаnvаr 2017-ci il tarixli, 2(037)-05/2017 saylı qətnaməsi ilə iddiaçı «Аccess bаnk» Qаpаlı Səhmdаr Cəmiyyəti cavabdehlər Mövlаmоv Rаmil Məhərrəm оğlu, Mövlаmоv Rəşаd Məhərrəm оğlu, Mövlаmоv Məhərrəm Mövlаm оğlu, Mövlаmоvа Günel Fuаd qızı və Mövlаmоvа Tərаnə İlhаm qızınа qаrşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. Həmin qətnamədən İddiaçı1 tərəfindən apelyasiya şikayəti verilmiş və Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2/2020 saylı, 25.06.2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, İsmayıllı Rayon Məhkəməsinin 18 yаnvаr 2017-ci il tarixli, 2(037)-05/2017 saylı qətnaməsinin dəyişdirilməsi; Mövlаmоv Məhərrəm Mövlаm оğlunun mülkiyyətində оlаn Rəşid Behbudov küçəsində yerləşən 0,06 hа tоrpаq sаhəsi ilə birlikdə həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 312.76 kv ümumi 102.52 kv yaşayış 210.24 kv yardımçı sahədən ibarət 29 nömrəli fərdi yaşayış evinin ilkin sаtış qiyməti 150000 (yüz əlli min) manat məbləğində müəyyən edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2/2020 saylı, 18.06.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı2 və onun vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edilmiş, ərizə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən düzgün olaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı1 ilə "xxxx" QSC arasında bağlanmış 16.09.2009-cu il tarixli 15M000000157 saylı və 18.09.2012-ci il tarixli 26M000000281 saylı İpoteka müqavilələrinin və İddiaçı2 ilə "xxxx" QSC arasında bağlanmış 15.07.2011-ci il tarixli 26M000000094 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, məhkəmə araşdırması zamanı həmin müqavilələrin etibarsız hesab edilməsi üçün hər hansı bir hal aşkar edilməmişdir. İddiaçıların nümayəndəsi bu halları mübahisələndirilən müqavilələrdən iddiaçıların məlumatsız olduqları və müqavilələrin iddiaçılar tərəfindən imzalanmaması ilə əsaslandırsa da, sadalananlar ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübutlar təqdim etməmişdir. Bunun əksi olaraq iş materialları və tərəflərin izahatları ilə iddiaçı «Аccess bаnk» Qаpаlı Səhmdаr Cəmiyyətinin cavabdehlər Mövlаmоv Rаmil Məhərrəm оğlu, Mövlаmоv Rəşаd Məhərrəm оğlu, Mövlаmоv Məhərrəm Mövlаm оğlu, Mövlаmоvа Günel Fuаd qızı və Mövlаmоvа Tərаnə İlhаm qızınа qаrşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə İsmayıllı Rayon Məhkəməsində baxılan zaman hazırki iş üzrə İddiaçı1 vəsatəti ilə iş üzrə mühasibatlıq və əmtəşünaslıq ekspertizasının təyin edilməsi, müqavilədəki imzalarnan bağlı ilə hər hansı mübahisə olmaması və xəttşünaslıq ekspertizasının keçirilməsin dair də vəsatətin verilməməsi müəyyən edilmişdir. Bundan başqa məhkəmə həmçinin qeyd edir ki, İddiaçı1 tərəfindən İsmayıllı Rayon Məhkəməsinin 18 yаnvаr 2017-ci il tarixli, 2(037)-05/2017 saylı qətnaməsi apelyasiya qaydasında mübahisələndirilmiş, apelyasiya şikayətlərinin əsasınə isə əmlakların qiymətinin aşağı olması və tələb olunan borcun çox olması, birdəfəlik ödənişin edilməsinin mümkünsüzlüyü təşkil etmiş, iddiaçı tərəfindən hazırki idda ərizəsində gösdərilən hallar və eləcə də, mübahisələndirilən müqavilələrin onun tərəfindən imzalanmaması həmin apelyasiya şikayətində ümumiyyətə mübahisələndirilməmişdir. Məhkəmə iddia tələbini rədd edərkən onu da vurğulayır ki, iddiaçıların nümayəndəsi iddia tələbinin əsası kimi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il və 25.07.2019-cu il tarixli qərarlarını göstərsə də, müvafiq məhkəmələr tərəfindən qəbul edilmiş İsmayıllı Rayon Məhkəməsinin 18 yаnvаr 2017-ci il tarixli, 2(037)-05/2017 saylı qətnaməsi və eləcə də, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2/2020 saylı, 25.06.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında mübahsəyə dair artıq yekun məhkəmə qərarları qəbul edilərək qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçıların nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(004)- 4146/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9783/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9783/2021
21.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver