Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9793/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, Cavabdeh3 və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Qusar rayon notariat ofisinin xüsusi notariusu X3, Bakı şəhəri 26 saylı notariat ofisi və AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı "alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğvi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 24.06.2021- ci il tarixli, 2(004)-2108/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Qusar rayon notariat ofisinin xüsusi notariusu X3, Bakı şəhəri 26 saylı notariat ofisi və AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış 27.08.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh4 ilə Cavabdeh1 ilə bağlanmış 27.11.2020- ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 25.12.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 29.10.2010-cu il tarixdə Cavabdeh2 ilə nikaha daxil olmuşdur. Bu barədə onlara 29.10.2010-cu il tarixli AZ-İ seriyalı 627864 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Birgə nikah dövründə ünvan 1i ünvanında torpaq sahəsi almışlar. Həmin torpaq sahəsinin alqı-satqısı üçün əri Cavabdeh2 19.07.2018-ci il tarixli etibarnamə və razılıq ərizəsi vermişdir. Bundan sonra onlar birgə nikah dövründə ünvan 1i ünvanında 02.12.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında ikinci - sahəsi 4 ha olan torpaq sahəsi almışlar. Həmin torpaq sahəsinin satılması barədə onun heç bir məlumatı və razılığı olmayıb. Belə ki, əri Cavabdeh2 digər Cavabdeh3 08.08.2020-ci il tarixli etibarnamə vermiş, sonuncu isə həmin etibarnamə əsasında, Cavabdeh2 adından qeyd edilən torpağı 27.08.2020-ci il tarixli AN-İ seriyalı 086758 saylı alqı-satqı müqaviləsi əsasında X1. Qusar rayon notariat ofisinin xüsusi notariusu onun iştirakı olmadan və ikinci aİdıqları torpağın satılması ilə bağlı razılıq ərizəsinin olmamasına baxmayaraq, alqı-satqı müqaviləsini təsdiq etmişdir. Həmçinin Cavabdeh2 da həmin alqı-satqı müqaviləsində iştirak etməmişdir. Bundan sonra Cavabdeh4 həmin torpaq sahəsini 27.11.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satmış və sonuncunun adına 25.12.2020-ci il tarixli ********** saylı çıxarış verilmişdir. Onun Cavabdeh2 torpağın alqı-satqısı ilə bağlı etibarnamə və razılıq ərizəsi verərkən ünvan 1ində ikinci aldıqları 4 ha torpaq sahəsi onların mülkiyyətində olmamışdır. Yəni, onun tərəfindən Cavabdeh2 verilmiş etibarnamə və razılıq ərizəsi əvvəllər aldıqları torpaq sahəsinə aid olmuşdur. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün onun razılığının olmaması «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edir. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Belə ki, ümumi mülkiyyətində olan torpaq sahəsinin onun razılığı və iştirakı olmadan satılması onun hüquqlarının pozulması deməkdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2(004)-2108/2021 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2(004)-2108/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı və Cavabdeh2 torpağın alqı-satqısı ilə bağlı iradə ifadələrinin olmaması, həmin etibarnamə və razılıq ərizəsi verilərkən mübahisə edilən torpaq sahəsinin ümumiyyətlə iddiaçının və onun ərinin mülkiyyətlərində olmaması, İddiaçı və onun əri Cavabdeh2 torpağın satılması barədə məlumatlarının olmaması, Qusar rayon notariat ofisinin xüsusi notariusu tərəfindən “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qayadaları haqqında” Təlimatın tələblərinin pozulması nəzərə alınmamışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Qusar rayon notariat ofisinin notariusu X3, Bakı şəhəri 26 saylı notariat ofisinin nümayəndəsi və AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümyəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2(004)-2108/2021 nömrəli qətnaməsi qismən ləğv edilməli, Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış 27.08.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə iddia tələbinin Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış 27.08.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən göürünür ki, Cavabdeh2 ilə X6 29.10.2010- cu il tarixdə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Əlimərdanova soyadı verilmişdir. İş materiallarında olan 27.08.2020-ci il tarixli alqı-satqı müqaviləsinə dair notariat işində olan sənədlərdən görünür ki, İddiaçı Cavabdeh2 ümumi etibarnamə vermiş, həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, notariat kontoruna müraciət etməyi, notariat qaydada rəsmiləşdirilən sənədləri imzalamağı, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, bütün əmlakına dair AR ƏMDK yanında DƏDRX idarələrində onun adından ərizə verməyi, imza etməyi və s. səlahiyyətlər verilmişdir. Notarius tərəfindən bu etibarnamənin verilməsi ilə bağlı mülki qanunvericiliyinin tələbləri, habelə hüquq və vəzifələri etibar edən qismində İddiaçı ətraflı izah olunmuşdur. İş materiallarında olan 27.08.2020-ci il tarixli alqı-satqı müqaviləsinə dair notariat işində olan sənədlərdən görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh3 etibarnamə verilmiş, həmin etibarnamə ilə sonuncuya ünvan 1i ünvanında yerləşən 4 ha torpaq sahəsi üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, özəlləşdirmək, icarəyə vermək, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdləri bağlamağı, qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı, bu əqdlər üzrə haqqhesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, vərəsəlik işlərini həyata keçirməyi, vərəsəlik hüququ haqqında şəhadətnamə almağı və s. səlahiyyətlər vermişdir. İş materiallarında olan 27.08.2020-ci il tarixli alqı-satqı müqaviləsinə dair notariat işində olan İddiaçı əvəzinə 19.07.2018-ci il tarixdə Cavabdeh2 tərəfindən imzalanmış və notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, o, əri Cavabdeh2 məxsus olan ünvan 1i ünvanında yerləşən torpaq sahələrinin satılmasına etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir mübahisəsi olmayacaq. İş materiallarında olan 27.08.2020-ci il tarixli alqı-satqı müqaviləsinə dair notariat işində olan sənədlərdən görünür ki, ünvan 1i ünvanında yerləşən 4 ha torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətində olmuşdur. İş materiallarında olan 27.08.2021-ci il tarixli, AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı Müqaviləsindən görünür ki, ünvan 2i ünvanında yerləşən 4 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən Cavabdeh4 satılmışdır. Həmin alqı-satqı müqaviləsini Cavabdeh2 adından etibarnamə əsasında çıxış edən Cavabdeh3 imzalamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 4 ha torpaq sahəsi 23.09.2020-ci il tarixdə Cavabdeh4 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan X5 tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, arvadı Cavabdeh4 məxsus ünvan 2i ünvanında yerləşən 4 ha torpaq sahəsinin satılmasına etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir mübahisəsi olmayacaq. İş materiallarında olan Cavabdeh4 ilə Cavabdeh1 arasında notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, Cavabdeh4 məxsus olan ünvan 1i ünvanında yerləşən torpaq sahəsinin (1/1 hissə,4 ha) 60000 manat qiymətə satılması barədə razılığa gəlmişlər. İş materiallarında olan 27.11.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsindən görünür ki, ünvan 1i ünvanında yerləşən 4 ha torpaq sahəsi Cavabdeh4 tərəfindən Cavabdeh1 satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 4 ha torpaq sahəsi 25.12.2020-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, ünvan 1ində yerləşən 4.0 ha torpaq həsinə isə Cavabdeh2 adına dövlət reyestrindən 04.06.2020-il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. Qeyd olunan 4.0 ha torpaq sahəsini Cavabdeh2 Qusar Rayon Notariat Kontorunun 28.08.2020-ci il tarixli, 4Ə-1682 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 adına özgəninkiləşdirmiş və dövlət reyestrindən Cavabdeh4 adına 23.09.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. Cavabdeh4 həmin torpaq sahəsini Bakı şəhəri, 28 saylı notariat ofisinin 27.11.2020- ci il tarixli, 4Ə-442 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirmiş və dövlət reyestrindən Cavabdeh1 adına 25.12.2020-ci il tarixli, ******* qeydiyyat nömrəli, **********42 reyestr nömrəli çıxarış işlənmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış 27.08.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsində rədd edərkən iş materiallarında olan İddiaçı əvəzinə 19.07.2018-ci il tarixdə Cavabdeh2 tərəfindən imzalanmış və notarial qaydada təsdiq olunmuş ərizəyə və ümumi etibarnaməyə istinad etsə də, nəzərə almamışdır ki, qeyd edilən razılıq ərizəsi və məhkəmənin əsaslandığı ümumi etibarnamə mübahisə edilən torpaq sahəsinə aid edilə bilməz. Çünki həmin ərizə və etibarnamə 19.07.2018-ci il tarixdə verilmiş, mübahisəli torpaq isə 1 il 5 ay sonra yəni 02.12.2019-cu il tarixdə onların mülkiyyətinə daxil olmuşdur (İddiaçı və Cavabdeh2 tərəfindən əldə edilmişdir). AR Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. AR Mülki Məcəlləsinin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Beləliklə, məhkəmə kollegiyası iddia tələbinin qeyd olunan hissəsi ilə bağlı hesab edir ki, Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış 27.08.2020-ci il tarixli, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin predmetini təşkil edən ünvan 1ində yerləşən 4 ha torpaq sahəsi İddiaçı ilə Cavabdeh2 birgə nikahı dövründə əldə edildiyindən və həmin torpaq sahəsi üzərində sərəncam verilməsi ilə bağlı İddiaçı tərəfindən notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi verilmədiyindən iddia tələbi həmin hissədə təmin edilərək Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış 27.08.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. AR Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmçinin kollegiya hesab edir ki, Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış 27.08.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, həmin müqavilə əsasında Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış və hazırda xitam verilmiş hüquqla bağlı qeyd də ləğv edilməlidir. İddia tələbinin bu hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş etsə də, tələbin mahiyyətindən görünür ki, iddiaçının bu tələbi əslində dövlət reyestrində aparılmış müvafiq qeydin ləğvinə yönəlmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə etibarsızlığı iddia edilən Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış 27.08.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilmiş pul məbləğinin kimə aid olması, həmin məbləğin əmlakın satıcısına verilib verilməməsinin müəyyən olmaması kimi halları nəzərə alaraq, həmin müqavilənin etibarsız sayılmasından sonra tərəflərin aldıqlarını bir-birinə qaytarması ilə bağlı məsələ açıq saxlanılmalı, tərəflərə bu məsələ ilə bağlı ayrıca məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin Cavabdeh4 ilə Cavabdeh1 arasında bağlanmış 27.11.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 25.12.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan sübutlardan görünür ki, Cavabdeh4 ilə Cavabdeh1 arasında Bakı şəhəri 26 saylı notariat ofisində reyestrdə 4Ə-442 nömrə ilə qeyd alınmış 27.11.2020-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi notariat qaydasında təsdiqlənmiş, həmin vaxtı satılan torpaq sahələri üzərində Cavabdeh4 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, reyestrdə olan həmin qeydə hər hansı etiraz daxil olmamışdır. AR Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. (S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Plenum qərarı) Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. (H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli Qərarı) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. ("xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2018-ci il tarixli Plenum qərarı) Hazırki iş üzrə Cavabdeh1 vicdanlı alıcıdır, belə ki, o, sözügedən torpaq sahəsinin alqı-satqısında heç bir qanun pozuntusuna yol verməmişdir. Bundan əlavə, mübahisəli torpaq sahəsinin alınması zamanı o bilmirdi və bilə bilməzdi ki, əvvəlki alqı-satqı prosesi qanunvericiliyə zidd formada aparılmış və satıcılar tərəfindən qeyri-qanuni hərəkətlə torpaq sahəsi özgəninkiləşdirilmişdir. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddianı Cavabdeh4 ilə Cavabdeh1 arasında bağlanmış 27.11.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 25.12.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi hissəsində təmin etməməkdə düzgün qənaətə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2(004)-2108/2021 nömrəli qətnaməsi qismən ləğv edilməli, Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış 27.08.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.2 və 384.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər və qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2(004)-2108/2021 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddiaçı "alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğvi" tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış 27.08.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9793/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9793/2021
24.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver