Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-982/2022 21.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X6 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı, Cavabdeh və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sazişin ləğvi və pul tələbinə” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 461/2021 saylı işi üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə X9 arasında bağlanmış 17.04.2017-ci il tarixli sazişin ləğv edilməsi, 17.04.2017-ci il tarixli sazişdə nəzərdə tutulmuş 50000 manat məbləğində aliment ödənişinin Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: - Cavabdeh ilə X9 arasında bağlanılmış və ünvan 2ariat kontorunda təsdiq edilmiş 17.04.2017-ci il tarixli sazişinə əsasən Cavabdeh rəsmi nikahda olduğu X8 birgə nikahdan olan uşaqları - 11.01.2011-ci il təvəllüdlü X2 və 30.06.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün aliment qismində birdəfəlik olaraq 50000 manat məbləğində nağd pul vəsaitinin verilməsi, X1 Söhrab Həsən oğlu tərəfindən verilən 50.0 manat məbləğində nağd pul vəsaitinin qəbul etməsi və Cavabdeh qarşı aliment tələbi ilə bağlı heç bir iddiasının olmadığının bildirməsini öhdəsinə götürmüşlər; - Nərimanov rayon Məhkəməsinin 2(005)- 3590/2017 saylı, 18.05.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olmuş yetkinlik yaşına çatmayan uşaqları 11.01.2011-ci il təvəllüdlü X2 və 30.06.2014-cü il təvəllüdlü X3 anası X4 yanında qalması qət edilmiş, alimentin ödənilməsi ilə bağlı məsələnin tərəflər arasında bağlanmış sazişlə həll edildiyi təsbit edilmişdir; - - İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 18.11.2020-ci il tarixli xəbərdarlıq məktubu ilə Cavabdeh 10 gün müddətində aralarında bağlanmış 17.04.2017-ci il tarixli sazişin ləğv edilməsi və 50000 manat məbləğində aliment ödənişinin İddiaçı ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacaqı barədə xəbərdarlıq edilmişdır; - ünvan 2ariat ofisi tərəfindən Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Vəkil1 ünvanlanmış 19.11.2020-ci il tarixli məktubla 17.04.2017-ci il tarixdə ünvan 2ariat ofisində Cavabdeh ilə X9 arasında bağlanmış "Alimentin ödənilməsinə dair saziş” üzrə ödənilməli olan pul vəsaiti notariusun depozit hesabı vasitəsi ilə ödənilmədiyi və həmin pul vəsaitinin ödənilməsi ilə bağlı notariat işinə heç bir rəsmi sənəd əlavə edilmədiyi cavab verilmişdir (səh.18, 15, 19, 9, 11,45). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-461/2021 saylı işi üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3, 233.3, 360, 385.1.1, 385.1.2, 387.1; Mülki Məcəllənin 421.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 may 201 7-ci il tarixli 2(005)-3590/2017 nömrəli qətnaməsinin Məmmədova (Əmiraslanova) Azadə Azər qızı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aliment tələb etmir, alimentin ödənilməsi ilə bağlı məsələ tərəflər arasında bağlanmış sazişlə həll edilmişdir.Bununla da Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 may 2017-ei il tarixli 2(005)- 3590/2017 nömrəli qətnaməsinin təsviri və əsaslandırır hissəsində də 11.01.2011-ci il təvəllüdlü X2 və 30.06.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment qismində birdəfəlik Əmiraslanova (Məmmədova) Azadə Azər qızının 50000 manat pulu ondan alması və alimentlə bağlı iddiasının olmaması öz əksini tapmışdır. Eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 18 may 2017-ci il tarixli 2(005)-3590/2017 nömrəli qətnaməsinin təsviri və əsaslandırıcı hissəsində də 11.01.2011-ci il təvəllüdlü X2 və 30.06.2014-cıi il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment qismində birdəfəlik Əmiraslanova (Məmmədova) Azadə Azər qızının 50000 manat pulu ondan alması və alimentlə bağlı iddiasının olmaması müəyyən edildiyindən 17.04.2017-ci il tarixli sazişdə nəzərdə tutulmuş 50000 manat məbləğində alimentin ödənilməsinin mıibahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. 21.10.2020-ci il tarixdə İddiaçı ona qarşı aliment tələbi ilə bağlı Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət etmişdir.Bakı şəhəri Səbail rayon Məhkəməsinin (hakim Şəhla Süleymanova) 20 noyabr 2020-ci il tarixli 2(009)-2337 2020 nömrəli qətnaməsinə əsasən, İddiaçı aliment tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Əmiraslanova (Məmmədova) Azadə Azər qızı ilə 17.04.201 7-ci il tarixli saziş bağlanarkən aliment qismində 50000 manat əldə edəcəyinə ümid etmiş və bu vəsait ona ödənilmişdir. O. müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmadığından, onun tələbi ilə aralarındakı saziş ləğv edilə və ondan onun xeyrinə eyni vəsait təkrar tutula bilməz. Əgər 50000 manat məbləğində pulu verməmişdisə İddiaçı nəyə görə məhkəmə iclasında bildirirdi ki, ona 50000 manat məbləğində pul verilməyib Cavabdeh dedikləri yalandır.Həmin məhkəmə iclas protokolunda cavabdeh X9 izahat verərək bildirmişdir ki, birgə nikahdan olmuş uşaqların yetkinlik yaşma çatanadək saxlanması ilə bağlı məsələni öz aralarında saziş bağlamaqla həll etdikdən bu səbəbdən iddiaçıya qarşı hər hansı aliment tələbinin olmadığını bildirir. Bundan başqa saziş bağlandığı 17 aprel 2017-ci il tarixdə pul verilməmişdirsə nəyə görə 3 il 6 ay müddətində X9 aliment tələb etmirdi. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı ilə cavabdehin münasibətləri pozulmasaydı nikahın pozulması barədə məhkəməyə müraciət etməzdilər və alimenlin birdəfəlik verilməsi barədə iddiaçı və cavabdeh aralarında saziş bağlamazdılar və həmin sazişi notariat kontorunda təsdiq etməzdilər. Tərəfindən pulun verilməsi barədə saziş 50 saylı notariat kontoru tərəfindən təsdiq edildiyinə görə alimentin verilməsi barədə əlavə hər hansı sənədin tərtib edilməsinə ehtiyac olmamışdır. Birinci instansiya məhkəməsi sübutlara qiymət verərkən, maddi və prosessul hüquq normasını tətbiq edərkən bilməliydi ki, 17 aprel 2017-ci il tarixdə saziş bağlanan vaxt pulun verilməsi ilə bağlı notariusun depoziti hesabına hər hansı məbləğin mədaxil edilməsi məcburi deyildi. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4145/2021 saylı işi üzrə 02.06.2021-ci il tarixli qətnaməsi ilə, Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(009)-461/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5213/2021 saylı işi üzrə 01.11.2021-ci il tarixli qərarı ilə, Cavabdeh Həbib oğlunun kassasiya şikayəti qismən təmin edilməsi və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4145/2021 nömrəli, 02 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. Qərarda Azərbaycan Respublikasının Mülki Məcəlləsi 421.1, 421.2; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.1, 14.2, 77.1, 82.3, 233.3, 407.2, 416, 417.1.1, 418.1, 418.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanması nəticəsinə gələrkən səhvə yol vermişdir. İddia tələbi iddiaçı ilə cavabdeh arasında bağlanmış aliment sazişinin ləğvi və həmin saziş əsasında 50000 manat aliment məbləğinin cavabdehdən tutulması barədədir. İddiaçı tələbinin əsası kimi ona istinad edib ki, aliment sazişində nəzərdə tutulmuş pul məbləğinin ödənilməsi üçün dəfələrlə cavabdehə şifahi, 18.11.2020-ci il tarixdə isə xəbərdarlıq məktubu ilə müraciət edib, lakin cavabdeh öhdəliyini yerinə yetirməyib. Birinci instansiya məhkəməsi də iddianı Mülki Məcəllənin 421.1 və 421.2-ci maddələrinə əsasən təmin edərkən ona istinad edib ki, tərəflər arasında bağlanmış müqavilə konsessual müqavilədir və bağlandığı andan qüvvəyə minməyib, müqavilə tərəfi olan Cavabdeh Azadə Əmiraslanovaya 50000 manat pul verməsi təsdiq edilmir. Müqavilə notariat qaydada təsdiq olunsa da, pulun verilməsi ilə bağlı notariusun depozit hesabına hər hansı məbləğ Cavabdeh tərəfindən mədaxil edilməmişdir. Digər tərəfdən Sazişdə qeyd edilmişdir ki, "Cavabdeh 50000 manat verir”, digər tərəf isə "həmin pulu qəbul edir”. Yəni Sazişdə pulun onun bağlandığı vaxtdan əvvəl və ya sonra verilməsi və ya müqavilə bağlanan vaxt və ya sonra qəbul edilməsi müəyyən olunmur. İddiaçı Sazişin ləğv edilməsi və Saziş üzrə 50000 manat pulun ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bununla bağlı hər hansı hərəkət etməmişdir. Apellyasiya məhkəməsi də eyni mövqedən çıxış etmişdir. Məhkəmə kollegiyası sazişdə Cavabdeh 50000 manat verir, digər tərəf isə "həmin pulu qəbul edir” ifadələrinin pulun verilməməsi anlamına gəlməsi barədə gəlinən nəticəni həmin ifadələrin Mülki Məcəllənin müqavilənin təfsiri ilə bağlı 404-cü maddəsinin tələbləri baxımından qiymətləndirilmədiyi üçün əsaslı saymır. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə görə qanunvericilik tələb edir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə yalnız müqavilədəki söz və ifadələrin hərfi mənası ilə məhdudlaşmamalı, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalıdır. Üstəlik, müqaviləyə qədərki danışıqlar və tərəflərin sonrakı hərəkətləri də nəzərə alınmalıdır. İşdən isə görünür ki, birinci instansiya məhkəməsi, həmçinin apellyasiya məhkəməsi qeyd edilən sazişdəki Cavabdeh 50000 manat verir, digər tərəf isə "həmin pulu qəbul edir” ifadələrini təfsir edərkən Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinin tələblərinə əməl etməmiş, həmin ifadələrin yalnız hərfi mənasına üstünlük vermişlər. Məhz buna görə də sonda da belə qənaətə gəlinib ki, sazişdə pulun onun bağlandığı vaxtdan əvvəl və ya sonra verilməsi və ya müqavilə bağlanan vaxt və ya sonra qəbul edilməsi müəyyən olunmur. Halbuki sazişin şərtləri qanunvericiliyin tələbinə uyğun təfsir edilsəydi, pulun verilib-verilməməsi əsaslı şəkildə, hər hansı şübhədən kənar qaydada müəyyən edilə bilərdi. Bundan əlavə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18.05.2017-ci il tarixli 2(005)-3590/2017 nömrəli qətnaməsinin (i.v. 15) hazırki iş üzrə preyudisial xarakterli olması qeyd edilsə də, qətnamənin 2-ci vərəqinin 4-cü abzasında "Cavabdeh ilə X9 arasında 17.04.2017-ci il tarixdə bağlanmış və notariat qaydada təsdiq edilmiş sazişə əsasən Cavabdeh rəsmi nikahda olduğu X7 birgə nikahlarından olmuş yetkinlik yaşına çatmayan uşaqları 11.01.2011-ci il təvəllüdlü X5 və 30.06.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment qismində birdəfəlik olaraq 50000 manat məbləğində nəğd pul vəsaiti vermiş, X9 isə həmin məbləğdə pulu qəbul etmiş və Cavabdeh qarşı aliment tələbi ilə bağlı heç bir iddiasının olmadığını bildirmişdir” cümləsinə preyudisiallıq baxımından qiymət verilmədiyi üçün bu hissədə gəlinən nəticə də əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı bir tərəfdən aliment sazişinin ləğvini, digər tərəfdən də həmin saziş üzrə cavabdehin öhdəliyini icra etməsini tələb etmiş, birinci instansiya məhkəməsi də cavabdehin müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmasına istinadən hər iki tələbi təmin etmişdir. Mülki Məcəllənin 424.2-ci maddəsinə görə isə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Müqavilənin ləğv edilməsi ilə tərəflərin öhdəliklərinə xitam verildiyi halda, cavabdehdən ləğv edilmiş aliment sazişi üzrə pul tutulması barədə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə ziddiyyətli olmuş, apellyasiya məhkəməsi də buna diqqət yetirməmişdir. Tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, saziş bağlanan zaman münasibətlərinin gərginləşdiyini, saziş üçün notariusa müaciət etdikdən bir ay sonra rəsmi olaraq boşandıqlarını, məhkəmə iclası zamanı qarşı tərəfin 50000 manatı əldə etdiyini inkar etmədiyini və pulun verilməməsinə görə şikayət vermədiyini, saziş notariusda bağlanmamışdan əvvəl pulu avtomobildə verdiyini, saziş bağlanan zaman onun vəkilinin olmadığını, iddiaçının vəkilinin təklifi ilə notariusda təsdiq etdiklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, Nərimanov rayon Məhkəməsinin qətnaməsinin təsviri hissəsində tərəflər arasında 17.04.2017-ci il tarixli müqavilənin bağlanıldığını, müqaviləyə əsasən Cavabdeh alimnet məbləği olaraq birdəfəlik 50000 manat verdiyini və Əmiraslanova Azadənin isə həmin məbləği qəbul etdiyini, gələcəkdə aliment tələbinin olmayacağını qeyd etdiyini, eyni zamanda Nərimanov Rayon Məhkəməsinin 18.05.2017-ci il tarixli protokolunda da hakimin cavabdehdən aliment barədə soruşduqda aliment məbləği olaraq 50000 manat ödədiyini bildirdiyini, hakimin iddiaçıdan hər hansı etirazının olduğunu soruşan zaman isə heç bir etirazının olmadığını bildirdiyini, tərəflər arasında müqavilə bağlanan zaman pulun depozitə qoyulmasının məcburi olmadığını, depozitə pul qoyulmanın alqı-satqı və ya borc müqavilələrinin bağlanılması zamanı məcburi olduğunu, tərəflər arasında bağlanılmış müqavilənin konsesual yox real müqavilə olduğunu, çünki tərəflərin hər hansı öhdəliyi gələcəkdə ediləcək öhdəlik olaraq götürmədiklərini, pulun verildiyini və iddiaçı tərəfindən alındığını, notarisuda sadəcə olaraq imzaların təsdiq olunduğunu bildirmişdir Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, pul barədə saziş bağlanılmasına baxmayaraq, 50000 manatın ona təqdim edilmədiyini, qarşı tərəfin pulu ona verəcəyinə inandığını, lakin nə saziş bağlanılan zaman nə də sonrakı dövrdə pulun ona verilmədiyini bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin icraatı zamanı Nərimanov Rayon Məhkəməsinə verilmiş sorğu nəticəsində əldə edilmiş 2(005)-359/2017 saylı işin materialında mövcud olan 18.05.2017-ci il tarixli məhkəmə iclas protokoluna əsasən (səh.22) müəyyən edilmişdir ki, Cavabdeh ifadəsində uşaqları yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment qismində birdəfəlik olaraq 50000 manat məbləğində nağd pul məbləği vermişdir.X9 isə uşaqları yetkinlik yaşına çatanadək saxlanılması ilə bağlı məsələni öz aralarında saziş bağlamaqla həll etdiklərini bu səbəbdən iddiaçıya qarşı hər hansı aliment tələbinin olmadığını bildirmişdir.Eyni zamanda ünvan 2ariat ofisinə edilmiş sorğu əsasında, 17.04.2017-ci ildə rəsmiləşdirilmiş 3M-258 reyestr saylı Sazişə dair notariat işində saxlanılan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmiş və fərqli hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 324, 385 - 389, 421-441, 560,881; Mülki Prosessual Məcəlləsinin 77, 81- 82, 88, 372, 385 - 390, 420-cı maddələrinə və kassasiya instansiya məhkəməsinin göstərişlərinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar sübuta yetirilmədiyindən və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməlidir. Mülki Məcəllənin 441.1- 441.4-cü maddələrinə əsasən: - Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır; - Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər; - Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər; - Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Diqqətə çatdırılmalıdır ki, iş üzrə mübahisələndirilən saziş üzrə ödənilməli məbləğin qarşılığında iddiaçının digər mülki iş üzrə iddiadan imtinası şərtləndirilmiş və pul vəsaitlərinin ödənilmədiyi təqdirdə qarşılıqlı icranın, yəni aliment üzrə iddiadan imtina edilməsi öhdəliyindən imtina edilməsi kimi iddiaçının imkanları olsada bunu həyata keçirməmiş, əksinə razılığın bildirmiş, bu preyudisiya əhəmiyyəti daşıyan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Bununla da, Mülki Məcəllənin 881.1 və 881.2-ci maddələrinə müvafiq barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll etmiş, iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olmuş, barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddiaların mövcud olduğu müəyyən edilməmişdir. Qeyd edilənlərdən əlavə qeyd edilməlidir ki, sazişin şərtləri ilə iddiaçının pul vəsaitlərinin qəbul etdiyi təsbit edilmiş, iddiaçı bir tərəfdən aliment sazişinin ləğvini, digər tərəfdən də həmin saziş üzrə cavabdehin öhdəliyini icra etməsini tələb etmiş, müqavilənin ləğv edilməsi ilə tərəflərin öhdəliklərinə xitam verildiyi halda, cavabdehdən ləğv edilmiş aliment sazişi üzrə pul tutulması barədə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə ziddiyyətli olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin, qətnamə ləğv və iddia rədd edilməlklə iş üzrə yeni qətnamə qəbul edilməli, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərcləri onları ödəyən şəxslərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-461/2021 saylı işi üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “sazişin ləğvi və pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-982/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-982/2022
21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver