Məhkəmə qərarları › İş №2(103)-9824/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9824/2021

01.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9824/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2(011)-3816/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-dən 321,90 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh İB tərəfindən ona məxsus ünvan 1 ünvana əsassız olaraq borc yazılmış, həmin borcun Cavabdeh İB-nin hesabına silinməsi barədə Bakı şəhəri Xəta Rayon Məhkəməsində iddia qaldırmış, iddiası təmin edilmişdir. Lakin Cavabdeh tərəfindən hesablanan borca görə tutulmuş 321,9 manat məbləğində pul ona geri qaytarılmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2(011)-3816/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı X2 tərəfindən qaz sərfiyyatına görə aparılan ödənişlərdən tutulan 321,9 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, 20 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh nümayəndəsi apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətə görə, iddiaçıya məxsus mənzildə quraşdırılmış qaz sayğacı Birliyin nümayəndələri tərəfindən çıxarılmış və dövlət yoxlamasından keçirilməsi üçün göndərilmişdir, yoxlamanın rəyinə əsasən sayğaca müdaxilə edildiyi müəyyən edilmiş, ona görə 321,90 manat dəymiş ziyanın ödənilməsi istehlakçıdan tələb edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə görə işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 02.10.2019-cu il tarixli 2(011)-1260/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh İB tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı hesablanmış sayğacın dəyəri olaraq 236 manat və 1494,2 manat borc məbləğlərini silmək vəzifəsi Cavabdeh İB-nə həvalə edilmişdir. Abonent saldosundan görünür ki, istehlakçının smart kart vasitəsilə etdiyi ödənişlərdən Cavabdeh tərəfindən 321,9 manat məbləğində pul tutulmuş və abonentin hesabına bərpa edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hesablanmış borc və sayğacın dəyəri silinmişdir. İddiaçı hazırda həmin borc üzrə ondan tutulmuş məbləği tələb etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3816/2021 saylı iş üzrə 11 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar