Məhkəmə qərarları › İş №2(103)-983/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-983/2022

28.02.2022 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-983/2022 28.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə Cavabdeh2 vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5226/2019 saylı, 11 oktyabr 2019cu il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh1 və qarşılıqlı iddia üzrə Cavabdeh2 tərəfindən ayrılıqda verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 327.3 kv/m, yaşayış sahəsi 147.8 kv/m, yardımçı sahəsi 179.5 kv/m olan 7 otaqlı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İddiaçıla Cavabdeh1 arasında 07 fevral 2018-ci il tarixdə Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda icarə müqaviləsi bağlanıb, yuxarıda göstərilən fərdi yaşayış evinin 164 kv/m hissəsi 07 fevral 2019-cu il tarixədək müddətə Cavabdeh1 icarəyə verilmişdir. Mübahisə tərəflərin həmin müqavilədən irəli gələn öhdəliklərinin icra edilməməsi ilə bağlı yaranmışdır. İddiaçı iddia ərizəsi (sonradan dəqiqləşmə ərizəsi) ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 07 fevral 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, icarə obyektindən istifadəyə görə 07 fevral 2018-ci il tarixdən 02 sentyabr 2019-cu il tarixədək yaranmış 5660 manat məbləğində borcun, aylıq icarə haqqına görə 792 manat dövlət vergisinin, cavabdeh tərəfindən qeyd edilən obyektə vurulmuş 7000 manat maddi ziyanın, 5000 manat mənəvi ziyanın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 18.482 manat məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılıb ki, icarə müqaviləsinin şərtinə görə icarə müddəti 07.02.2019-cu il tarixədək müəyyən edilmişdir. Müqavilənin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. Müqavilənin pozulması ilə bağlı heç bir təklif irəli sürülmədiyi üçün müqavilənin müddəti 07.02.2020-ci il tarixədək uzadılmışdır və hazırda qüvvədədir.Həmin müqavilənin 4-cü bəndinə əsasən aylıq 300 (üç yüz) manatdır. Buna baxmayaraq, 07 fevral 2018-ci il tarixdən hazıradək icarəyə verilən həmin sahənin istifadəsinə görə cavabdeh tərəfindən iddiaçıya icarə haqqı kimi heç bir məbləğdə pul vəsaiti ödənilməmişdir.Nəticədə Cavabdeh1 iddiaçıya 07 fevral 2018-ci il tarixdən 02 sentyabr 2019-cu il tarixədək olan müddət ərzində 5660 (beş min altı yüz altmış) manat məbləğində borcu yaranmışdır.Yığılmış icarə haqqının ödənilməsilə bağlı olaraq, iddiaçı tərəfindən dəfələrlə cavabdehə xəbərdarlıqlar edilmişdir. Həmçinin cavabdehə borcun ödənilməsinə dair pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanmış və 7 iş günü ərzində iddiaçıya olan borcun ödənilməsi xahiş edilmişdir. Lakin cavabdeh xəbərdarlıqların heç birinə məhəl qoymayaraq hələ də icarə haqqını ödəməmiş, bununla da icarə müqaviləsinin 4-cü bəndinin tələbini kobud şəkildə pozmuşdur. Müqaviləsinin 9-cu bəndinə görə icarəçi hər ay aylıq icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə vergi ödəyir. Qanunla icarə obyektindən istifadəyə görə 300 manat icarə haqqının 14%-nin vergi kimi ödənilməsi müəyyən edilmişdir. Lakin cavabdeh icarə müqaviləsinin bağlandığı gündən 02 sentyabr 2019-cu il tarixədək yığılmış 792 manat məbləğində vergini ödəməmişdir.Bundan başqa, cavabdeh icarə obyektindən istifadə etdiyi müddət ərzində obyektə ciddi ziyanlar vurmuş, obyektin tavan hissəsində su sızmasından qaynaqlanan çətin bərpa edilən ziyan əmələ gəlmiş, obyektin pəncərələri cavabdeh tərəfindən götürülmüş, orada həmçinin yanğın izləri qalmışdır. Cavabdeh ilk əvvəllər obyekti tərk edəcəyi təqdirdə obyektə vurduğu zərəri aradan qaldıracağına söz versə də, sonradan bu sözünə də əməl etməmişdir. Nəticədə, obyektə 7000 manat miqdarında ziyan dəymişdir.İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 424.2, 424.3, 424.5, 425.1, 689.2, 690, 700.1, 1096.1 və 1096.2-ci maddələrinə istinad etmişdir. Həmçinin, X7 da qarşılıqlı iddia (sonradan dəqiqləşmə) verərək, İddiaçı və Cavabdeh2 3000 ABŞ dolları və 30773 manat pulun tutulmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırlıb ki, obyektə dair icarə müqaviləsi 07 fevral 2018-ci ildə bağlansa da, obyektdə işə 04 noyabr 2017-ci ildə başlayıblar. Razılıq belə olub ki, tərəflər şərik işləyəcək, bütün xərclər çıxılandan sonra gəlir 70-30 faiz nisbətində bölünəcək, icarə haqqı ödənilməyəcək.Ticarət obyekti kimi işlətmək üçün obyektin şəraiti olmayıb, buna görə razılıq olub ki, qarşılıqlı iddiaçı oranı öz hesabına təmir etdirsin. Bu səbəbdən qarşılıqlı iddiaçı obyektdə əsaslı təmir işləri aparıb, tikinti materialları alıb və buna 2250 manat vəsait xərcləyib.Bundan əlavə, qarşılıqlı iddiaçının Badamdar qəsəbəsində çay evi bağlandığı üçün oradakı mebelləri hazırkı mübahisədə adı keçən obyektə gətirib quraşdırıb və buna 4500 manat pul xərcləyib.Qarşılıqlı iddiaçı göstərilənlərdən əlavə, obyektin işləmsinə görə işçilərə əmək haqqı və qarşılıqlı cavabdehin özünün və qardaşlarının qonaqlarına 2873 manat pul xərcləməklə, 24023 manat vəsait sərf edib. Üstəlik, qarşılıqlı cavabdehin sürücüsünə 3000 ABŞ dolları verib ki, obyekt üçün qab-qacaq alsın.Beləliklə, qarşılıqlı iddiaçı 04 noyabr 2017-ci ildən son iş gününə kimi mebellərə 4500 manat, işçilərə və qarşılıqlı cavabdehin qonaqlarına 24023 manat, qab-qacaq üçün 3000 ABŞ dolları xərcləyib. Obyekt hazır olan kimi onu obyektdən uzaqlaşdırıblar.Nəticədə onun 30773 manat və 3000 ABŞ doları mənimsənilib.Bu işdə qarşılıqlı cavabdeh İddiaçı bacısı oğlu Cavabdeh2 etibarnamə üzrə nümayəndə kimi çıxış edib, icarə müqaviləsi onunla bağlayıb. Bu səbəbdən pul hər iki şəxsdən tutulmalıdır. Qarşılıqlı iddia üzrə Cavabdeh2 iddiya etiraz olaraq göstərib ki, İddiaçı onun doğma dayısıdır.İddiaçıla Cavabdeh1 arasında icarə müqaviləsi bağlanmışdır. Rauf cəmi 2-3 ay oranı işlədib, sonra aralarında narazılıq yaranıb və ayrılmaq qərarına gəliblər. Rauf “Kamaz” markalı maşınla əşyalarını obyektdən çıxarıb. Yasamal Rayon Məhkəməsinin 2(004)-5226/2019 saylı, 11 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış 07 fevral 2018-ci il tarixli icarə müvaqiləsi ləğv edilmiş, ilkin iddia tələbinin qalan hissəsi və qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd edib ki, hazırda hər iki iddiaçı bir-birinə qarşı pretenziya irəli sürsələr də, ilkin və qarşılıqlı iddia tələbləri əsaslılıq baxımdan öz təsdiqini tapmamışdır. Belə ki, proses gedişatında izahatı (ifadələri) alınmış proses iştirakçıları hər iki iddia tələbini təşkil edən əsasları təkzib etmişlər. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsi hesab edib ki, ilkin iddia tələbi qismən təmin edilməklə, tərəflər arasında bağlanılmış 07 fevral 2018-ci il tarixli icarə müqaviləsi ləğv edilməli, ilkin iddia tələbi qalan hissədə rədd edilməli, habelə, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385-386, 427.3, 429.1.3, 442, 448.1, 685.2.1, 700.1, 700.3 və 705-ci maddələri ilə əsaslandırmışdır. İddiaçı və qarşılıqlı iddia üzrə Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayəti verib, qətnamənin qismən ləğv, iddianın tam təmin edilməsini xahiş etmişlər.Apellyasiya şikayətlərinin dəlilləri: - məhkəmə qərar qəbul edərkən Mülki Məcəllənin 424-cü maddəsinin tələblərinə riayət etməmişdir. Məhkəmənin çıxardığı qətnamədən aydın olur ki, əgər bir tərəf öhdəliyini əsassız olaraq yerinə yetirmirsə, öhdəliklərin icrasına məhkəmə qaydasında xitam verilə bilər və bu işdə məhkəmə tərəflər arasındakı mövcud müqaviləni ləğv etsə də, həmin müqavilənin qüvvədə olduğu müddətdə Cavabdeh1 öz öhdəliklərindən əmələ gələn borcunun ödənilməsi ilə bağlı heç bir qərar qəbul etməmişdir; - İddiaçı heç vaxt bacısı oğlu Cavabdeh2 Cavabdeh1 pul təklif etməsi ilə bağlı tapşırıq verməmişdir və Cavabdeh2 tərəfindən də Cavabdeh1 pul təklif edilməmişdir; - bundan başqa Cavabdeh1 qanunsuz olaraq İddiaçı obyektinə hücum edərək oradan İddiaçı məxsus 28710 manatlıq əşya və 7500 manat pulu götürmüş və bu məsələ ilə bağlı hazırda Nəsimi rayon Polis idarəsində araşdırma aparılır; - həmçinin Cavabdeh1 İddiaçıla şərik olması ilə bağlı göstərilənlər absurddur və həqiqətə uyğun deyil . Bundan başqa məhkəmə Cavabdeh2 məhkəməyə təqdim etdiyi ərizəni əsassız səbəblərdən qəbul etməyərək qanunsuz qətnamə çıxarmışdır. Qarşılıqlı iddiaçı R.Seyidzadə də apellyasiya şikayəti verib qətnamənin qismən, qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. R.Seyidzadə apellyasiya şikayətini qarşılıqlı iddia tələbinin dəlillərinə uyğun əsaslandırıb. Apellyasiya məhkəməsi 27.01.2020-ci il tarixli qərardadı ilə kompleks məhkəmə tikintitexniki və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 10/123 saylı, 30.12.2020-ci il tarixli məhkəmə tikinti texniki rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri təqribən 4502.0 manat məbləğindədir. Məhkəmə Ekspertizası Mərkəzinin 9/364 saylı, 27.01.2021-ci il tarixli iqtisadekspertizalarının rəyinə əsasən, ekspert baxışına təqdim olunmuş malların istifadədə olması nəzərə alınmaqla hazırki vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 5635.0 manat, ekspert baxışına təqdim olunmamış malların istifadədə olması nəzərə alınmaqla hazırki vəziyyətdə nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 6034.50 manatdır. Apellyasiya məhkəməsi fərdi yaşayış evinin həyətyanı sahəsindəki metal konstruksiyaya baxış da keçirmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-228/2021 nömrəli, 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməmiş, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X4 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5226/2019 saylı işi üzrə 11.10.2019-ci il tarixli qətnaməsi (qarşılıqlı iddia hissəsində) dəyişdirilmiş, qarşılıqlı iddia qismən təmin edilərək, İddiaçı və Cavabdeh2 müştərək qaydada 5068.50 (beş min altmış səkkiz manat əlli qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh1 ödənilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. Apellyasiya məhkəməsi yerli müayinənin nəticələrinə əsasən müəyyən edib ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki metal kontruksiyanın qurulma işləri 2018-ci ilə təsadüf edir; mübahisəli fərdi yaşayış evinin həyətyanı sahəsində yerində müayinə keçirilən zaman üç mərtəbə və mansardlı qeyri yaşayış sahəsi müşahidə edilmişdir. Cavabdeh1 həyətdə mövcud olan dəmirdən tikilini (çardaq) özünün hazırlatdırdığını, hazırlanması üçün 4000 ABŞ dolları pul xərclədiyini, iki soyuducudan birini özünün aldığını, 3-cü mərtəbədə böyük zalda “karalevski” bilyard stolu alıb yerləşdirdiyini, 2-ci mərtəbədə 2 otağı özünün təmir etdirdiyini, həmin yeri kabinetləri ilə birlikdə restoran kimi işlətmək fikirləri olduğunu, o zaman mansardda təmir işlərinin davam etdiyini, divanların və jurnal stolunun ona məxsus olduğunu, cəmi 4 divan olduğunu, mansardın giriş hissəsini və sağ otağı onun təmir etdirdiyini, bir çox daşınar əmlakların yerində olmadığını bildirdi. Ünvanı kafe kimi fəaliyyətini davam etdirən Sobəddin adlı şəxs Cavabdeh1 dediklərinə etiraz etmədi və həyətdə olan vitrin soyuduculardan birinin ona məxsus olduğunu, icarə münasibətlərində Sərdarı tanıdığını bildirdir. Apellyasiya məhkəməsi qeyd edib ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş hallardan qismən səhv nəticəyə gəlmişdir. Belə ki, qarşılıqlı zidd olan mövqelərə müvafiq hüquqi cəhətdən adlandırılan icarə müqaviləsi bağlansa da, həqiqətdə müqavilənin təyinatına uyğun münasibətlərin mövcudluğu sübuta yetirilməmişdir. Belə ki, qarşılıqlı iddianın icarə müqaviləsinin formal bağlanması və əslində birgə fəaliyyət barədə dəlilləri şahid ifadələri ilə təsdiq edilsə də, qarşı tərəf bunu təkzib (öz iddialarını təsdiq) edən mötəbər sübutlar təqdim etməmiş, əksinə, əmlakın təhvil-təsliminin həyata keçirilməməsi (aktın və ya digər sənədin mövcud olmaması) və təmir işlərinin aparılmasında qarşılıqlı iddia üzrə cavabdehlərin iştirak etmələri barədə dəlilləri, icarə müqaviləsində buna dair müddəaların təsbit edilməməsi məhz müqavilə tərəflərinin birgə fəaliyyət göstərmələri və öz aralarında tapşırıq müqaviləsindən əlavə, qarşılıqlı iddia üzrə Cavabdeh2 ilə mülki münasibətlərdə iştirakı təsdiq edilmişdir.Bununla belə, müqavilənin adlandırılmasından asılı olmayaraq mülkiyyətçi tərəfindən onun ləğvi ilə bağlı irəli sürülən tələbin təmin edilməməsi üçün əsaslar müəyyən edilməmişdir. İlk iddiaçı tərəfindən mövcud münasibətlərə xitam verilməsi istəyi qarşılıqlı iddiaçı qarşısında çəkilmiş xərclər üzrə mülki məsuliyyəti müəyyən edən haldır. Qeyd edilənlərə əsasən, tarazlıq, ağlabatanlıq və mülki dövriyyədə olan mütənasiblik meyarlarını nəzərə alaraq apellyasiya məhkəməsi hesab edib ki, ekspertiza ilə müəyyən edilən (təmir və mövcud əşyaların) dəyərləri üzrə məbləğlərin yarısı –(4502/2+5635/2 =5068,50 manat məbləğində pul vəsaiti qarşılıqlı iddiaçıya qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən müştərək qaydada qaytarılmalıdır. Apellyasiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 139, 146, 152, 158, 228, 324, 385-388, 404, 700-705-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 88, 103.1, və 106.2-ci maddələri ilə əsaslandırmışdır. Qarşılıqlı iddia üzrə cavabdehlər kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsi, işin yeni apellyasya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01.11.2021-ci il tarixli, 2(102)-5247/21 saylı Qərarı ilə qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-228/2021 nömrəli 26 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılmışdır. İşə yenidən apellyasiya qaydasında baxılarkən Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 vəkili Nümayəndə özlərinin apellyasiya sikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilsə də, iş üzrə qarşılıqlı iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası tərəflərin vəkilini dinləyərək, iş materiallarını araşdıraraq və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01.11.2021-ci il tarixli, 2(102)-5247/21 saylı Qərarındakı mövqeyini nəzərə alaraq hesab edir ki, ilk iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətləri qismən təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5226/2019 saylı, 11 oktyabr 2019-cu il tarixli qətnaməsi qismən-ilk və qarşılıqlı iddianın rədd olunmuş hissəsində ləğv olunmalı, ikin iddia tələbi qismən təmin olunmalı, Cavabdeh1 5.660,0 (beş min altı yüz altmış) manat icarə haqqı tutularaq ilk iddia üzrə İddiaçı ödənilməli, ilk iddia qalan hissədə təmin olunmamalı, qarşılıqlı iddia tələbi qismən təmin olunmalı, cavabdeh İddiaçı 2.250,0 (iki min iki yüz əlli) manat təmir xərci tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin olunmamalı, qarşılıqlı iddia üzrə Cavabdeh2 apelyasiya şikayəti təmin olunmamalıdır. Kollegiya apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, tərəflər apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini müvafiq olaraq ilk və qarşılıqlı iddianın rədd olunmuş hissəsində mübahisələndirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə Kollegiyası hazırkı apellyasiya baxışının predmeti olan İddiaçı Cavabdeh1 ilə bağlanmış 07 fevral 2018-ci il tarixli icarə müqaviləsi əsasında icarə obyektindən istifadəyə görə 07 fevral 2018-ci il tarixdən 02 sentyabr 2019-cu il tarixədək yaranmış 5660 manat məbləğində borcun tutulması tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə: Maddə 685.2.1. Kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 705. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd edilməlidir ki, Apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”) Məhkəmə Kollegiyası hesab edir ki, icarə müqaviləsinin mövcudluğu tərəflərin icarə hüquq münasibətlərində olması prezumpsiyasını yaradır və bu prezumpsiyanın təkzib edilməsi yükü MPM-in 80 və 81-ci maddələrinə uyğun sübut təqdim etməklə cavabdehin üzərinə düşür. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtinə görə icarə müddəti 07.02.2019cu il tarixədək müəyyən edilmişdir. Müqavilənin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. Müqavilənin pozulması ilə bağlı heç bir təklif irəli sürülmədiyi üçün müqavilənin müddəti 07.02.2020-ci il tarixədək uzadılmışdır.Həmin müqavilənin 4-cü bəndinə əsasən aylıq 300 (üç yüz) manatdır. Buna baxmayaraq, icarə obyektindən istifadəyə görə 07 fevral 2018-ci il tarixdən 02 sentyabr 2019-cu il tarixədək (bu tarixdən obyekt boşaldılmışdır) yaranmış 5660 manat məbləğində icarə haqqı cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir.Nəticədə Cavabdeh1 iddiaçıya 07 fevral 2018-ci il tarixdən 02 sentyabr 2019-cu il tarixədək olan müddət ərzində 5660 (beş min altı yüz altmış) manat məbləğində borcu yaranmışdır.Yığılmış icarə haqqının ödənilməsilə bağlı olaraq, iddiaçı tərəfindən dəfələrlə cavabdehə xəbərdarlıqlar edilmişdir. Həmçinin cavabdehə borcun ödənilməsinə dair pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanmış və 7 iş günü ərzində iddiaçıya olan borcun ödənilməsi xahiş edilmişdir. Lakin cavabdeh xəbərdarlıqların heç birinə məhəl qoymayaraq icarə haqqını ödəməmiş, bununla da icarə müqaviləsinin 4-cü bəndinin tələbini kobud şəkildə pozmuşdur. Odur ki, Kollegiya hesab edir ki, ilk iddia 5660 (beş min altı yüz altmış) manat məbləğində borcun tutulması hissəsində əsaslıdır və təmin olunmalıdır. Daha sonra ilk İddiaçı iddia edir ki, Müqaviləsinin 9-cu bəndinə görə icarəçi hər ay aylıq icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə vergi ödəyir. Qanunla icarə obyektindən istifadəyə görə 300 manat icarə haqqının 14%-nin vergi kimi ödənilməsi müəyyən edilmişdir. Lakin cavabdeh icarə müqaviləsinin bağlandığı gündən 02 sentyabr 2019-cu il tarixədək yığılmış 792 manat məbləğində vergini ödəməmişdir. İlk iddia tələbinin aylıq icarə haqqına görə 792 manat dövlət vergisinin ödənilməsi hissəsi ilə bağlı isə Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: Maddə 124.1. Daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir. 124.2. İcarə haqqı və royaltidən gəlir əldə edən fiziki şəxslərdən bu Məcəllənin 124.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa və ya onun tərəfindən ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur. 124.3. Rezident müəssisələrə və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş məbləğlər bu maddə üzrə vergitutma obyekti deyildir. 124.4. Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə Kollegiyası Vergi Məcəlləsinin yuxarıdakı müddəalarından çıxış edərək nəzərə alır ki, İddiaçı Cavabdeh1 obyektini kirayəyə verib və kirayə haqqı 300 manat müəyyən olunub. İş materiallarından görünür ki, hər ikisinin VÖEN-i vardır, yəni vergi ödəyicisi kimi vergi uçotunda qeydiyyatdadırlar. Bu halda VÖEN-i olan fiziki şəxs, yəni Cavabdeh1 14% məbləğində vergini ödəmə mənbəyindən tutaraq büdcəyə köçürür və rüblük bəyannamədə əks etdirir. İcarəyə verən VÖEN-i olan fiziki şəxs isə illik gəlir vergisi bəyannaməsini təqdim edərkən bəyannamənin müvafiq sətrində 300 manat gəlirini qeyd edir, lakin həmin məbləğdən bir dəfə ödəmə mənbəyində vergi tutulduğu üçün Vergi Məcəlləsinin 100-cü maddəsinə əsasən həmin məbləğ ümumi gəlirdən çıxılır və bəyannamənin müvafiq sətri olan daşınmaz əmlakın icarəyə verilməsindən ödəmə mənbəyində vergi tutulmuş gəlir sətrində 300.0 manat məbləğ qeyd olunur ki, eyni məbləğ iki dəfə vergiyə cəlb edilməsin. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsininə əsasən: Maddə 100. Gəlirin dəqiqləşdirilməsi Fiziki şəxsin aldığı və bu Məcəllənin 122-ci, 123-cü, 124-cü, 150.1.9-cu və 150.1.10-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikasında ödəmə mənbəyindən vergi tutulmuş dividend, faiz, icarə haqqı, royalti, daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlər lotereyalardan və idman mərc oyunlarından əldə edilən uduşlar ümumi gəlirdən çıxılır. Yuxarıda qeyd edilənlərə əsasən ilk iddia tələbinin aylıq icarə haqqına görə 792 manat dövlət vergisinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi ilə bağlı tələb əsassızdır və təmin olunmamalıdır. Həmçinin, ilk iddiaçı idddia edir ki, Cavabdeh1 icarə obyektindən istifadə etdiyi müddət ərzində obyektə ciddi ziyanlar vurmuş, obyektin tavan hissəsində su sızmasından qaynaqlanan çətin bərpa edilən ziyan əmələ gəlmiş, obyektin pəncərələri cavabdeh tərəfindən götürülmüş, orada həmçinin yanğın izləri qalmışdır. Cavabdeh ilk əvvəllər obyekti tərk edəcəyi təqdirdə obyektə vurduğu zərəri aradan qaldıracağına söz versə də, sonradan bu sözünə də əməl etməmişdir. Nəticədə, obyektə 7000 manat miqdarında ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1.maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə Kollegiyası qeyd edir ki, Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən Cavabdeh1 icarə obyektindən istifadə etdiyi müddət ərzində obyektə ziyan vurmasını- (obyektin tavan hissəsində su sızmasından qaynaqlanan çətin bərpa edilən ziyan əmələ gəlməsini və.sair ) təsdiq edəcək sübutları ilk İddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, iş materiallaında olan (2-ci cild, səh 6-30) Əmlak Ekspert Mərkəzinin 12.02.2020-ci il tarixli Mütəxəssis rəyinə əsasən təmir uzun müddət əvvəl olunmuşdur, yəni mübahisədə adı keçən obyektin mövcud təmir işlərinin 1991-1995-ci illərə aid olduğu ehtimal olunur.(i/v-28) Odur ki, Kollegiya hesab edir ki, ilk iddia 7000 (yeddi min) manat məbləğində dəymiş ziyan tutulması hissəsində əsassızdır və təmin olunmamalıdır. İlk iddia tələbinin cavabdeh tərəfindən vurulmuş 5000 manat mənəvi ziyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı isə Kollegiya qeyd edir ki, həmin tələbini təsdiq edəcək sübutları ilk İddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə Kollegiyası ilkin iddia tələbinin mənəvi ziyanla bağlı olan hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. “Mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah edir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31.05.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri-digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən, bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə Kollegiyası qeyd edir ki, ilkin İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində baş verməsi, qanunsuz hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxslərin təqsiri nəticəsində ona 5.000 (beş min) manat məbləğində ziyan dəyməsi ilə bağlı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə Kollegiyası hesab edir ki, ilkin iddia bu hissədə də təmin edilməməlidir. Həmçinin, qarşılıqlı iddiaçı Cavabdeh1 iddia edir ki, obyektdə əsaslı təmir işləri aparıb, tikinti materialları alıb və buna 2250 manat vəsait xərcləyib.Bundan əlavə, qarşılıqlı iddiaçının Badamdar qəsəbəsində çay evi bağlandığı üçün oradakı mebelləri hazırkı mübahisədə adı keçən obyektə gətirib quraşdırıb və buna 4500 manat pul xərcləyib.Qarşılıqlı iddiaçı göstərilənlərdən əlavə, obyektin işləmsinə görə işçilərə əmək haqqı və qarşılıqlı cavabdehin özünün və qardaşlarının qonaqlarına 2873 manat pul xərcləməklə, 24023 manat vəsait sərf edib. Üstəlik, qarşılıqlı cavabdehin sürücüsünə 3000 ABŞ dolları verib ki, obyekt üçün qab-qacaq alsın.Nəticədə onun 30773 manat və 3000 ABŞ doları mənimsənilib.Bu işdə qarşılıqlı cavabdeh İddiaçı bacısı oğlu Cavabdeh2 etibarnamə üzrə nümayəndə kimi çıxış edib, icarə müqaviləsi onunla bağlayıb. Bu səbəbdən pul hər iki şəxsdən tutulmalıdır. Əvvəla, Məhkəmə Kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə Cavabdeh2 düzgün olmayaraq cavabdeh qoyulmuşdur.Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilən mübahisəsiz halı ondan ibarətdir ki, icarə müqaviləsi İddiaçıla Cavabdeh1 arasında bağlanmışdır. Belə olan halda, Cavabdeh2 qarşılıqlı iddiaçı Cavabdeh1 qarşısında öhdəliyinin nəyə əsaslanması iş materiallarından görünmür. Odur ki, qarşılıqlı iddia Cavabdeh2 münasibətdə ümumiyyətlə əsassızdır və təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallaında olan (1-ci cild, səh 60) Bakı şəhəri Nəsimi RPİ İstintaq İdarəsinin 12.08.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd olunması haqqında” Qərardan görünür ki, Cavabdeh1 izahatında bildirmişdir ki, “.....Obyektə gələrək özünə aid əşyaları götürmüşdür...”. iddiaçı Cavabdeh1 iddia edir ki, cavabdehin sürücüsünə 3000 ABŞ dolları verib ki, obyekt üçün qab-qacaq alsın, hazırda həmin pulu tələb edir. Bakı şəhəri Nəsimi RPİ İstintaq İdarəsinin 12.08.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd olunması haqqında” Qərardan və ilk iddia üzrə İddiaçı nümayəndəsi Cavabdeh2 izahatından müəyyən olunur ki, iddiaçı Cavabdeh1 3000 ABŞ dolları qab-qacaq üçün pul versə də, həmin qabları da digər əşyaları ilə birgə aparmışdır. Odur ki, iddia tələbi cavabdeh İddiaçı 3000 ABŞ dolları pul vəsaitinin alınaraq iddiaçı Cavabdeh1 verilməsi hissəsində əsassızdır. Məhkəmə Kollegiyası qarşılıqlı iddiaçının Badamdar qəsəbəsində çay evi bağlandığı üçün oradakı mebelləri hazırkı mübahisədə adı keçən obyektə gətirib quraşdırıb və buna xərclədiyi 4500 manat pul vəsaiti, göstərilənlərdən əlavə, obyektin işləmsinə görə işçilərə əmək haqqı və qarşılıqlı cavabdehin özünün və qardaşlarının qonaqlarına 2873 manat pul xərcləməklə, sərf etdiyi 24023 manat pulun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddiaçıya ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddiaçı Cavabdeh1 bu tələblərini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Daha sonar Məhkəmə Kollegiyası qarşılıqlı iddiaçının obyektin təmirinə xərclədiyi 2250 manat pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddiaçıya ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, iş materiallaında olan (2-ci cild, səh 6-30) Əmlak Ekspert Mərkəzinin 12.02.2020-ci il tarixli Mütəxəssis rəyinə əsasən təmir uzun müddət əvvəl olunmuşdur, yəni mübahisədə adı keçən obyektin mövcud təmir işlərinin 1991-1995-ci illərə aid olduğu ehtimal olunur.(i/v-28) Həmçinin, həmin Rəydə qeyd edilmişdir ki, tədqiq edilən metal konstruksiya (talvar konstruksiya) işlərinin görülməsinin 2018-ci ilə aid olduğunu demək mümkündür.Nəzərə alsaq ki, həmin dövrdə obyekt artıq qarşılıqlı iddiaçı Cavabdeh1 icarəsinə verilmişdir, həmin işləri qarşılıqlı iddiaçı Cavabdeh1 öz vəsaiti hesabına gördüyünü iddia edir və nəhayət qarşılıqlı iddia üzrə cavabdeh İddiaçın vəkili məhkəmə zamanı həmin işləri İddiaçı gördüyünü bildirsə də bunu təsdiq edəcək sübutlar iş materiallarında müəyyən olunmamışdır, odur ki, qarşılıqlı iddiaçı Cavabdeh1 obyektin təmirinə xərclədiyi 2250 manat pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddiaçıya ödənilməsi tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 680.1. Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: 680.1.1. binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri; 680.1.2. heyvanın kirayəyə verildiyi halda - qulluq və bəsləmə xərcləri. 680.2. Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. Kollegiya qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 10/123 saylı, 30.12.2020-ci il tarixli məhkəmə tikinti-texniki rəyinə əsasən, mübahisədə adı keçən obyektin təmir işlərinə çəkilən xərc 4502 manat məbləğində müəyyən olunsa da qarşılıqlı iddiaçı iddiasında təmirə 2250 manat vəsait xərcləməsini bildirmişdir. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 9/364 saylı, 27.01.2021-ci il tarixli rəyində isə 15 sentyabr 2020-ci il tarixli təhvil-təslim aktına əsasən təqdim edilmiş avadanlıqların qiymətləri müəyyən edilmişdir. 15 sentyabr 2020-ci il tarixli təhvil-təslim aktı ilə malların kimlər tərəfindən təhvil verilib-alınması isə qarşılıqlı iddiaçıya aid deyildir. Daha sonra Məhkəmə Kollegiyası qeyd edir ki, qarşılıqlı iddia üzrə Cavabdeh2 apelyasiya şikayəti təmin olunmamalıdır.Belə ki, qarşılıqlı iddia üzrə Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh olsa da, apelyasiya şikayətini öz adından vermiş, lakin şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5226/2019 saylı, 11 oktyabr 2019-cu il tarixli qətnaməsinin dayısı İddiaçı iddiasının pul tələbinə dair hissəsində qismən ləğv olunması və İddiaçı iddiasının tam təmin olunmasını xahiş etmişdir.Halbuki, İddiaçı özü öz adından Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5226/2019 saylı, 11 oktyabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və həmin şikayətə hazırkı qətnamədə Məhkəmə Kollegiyası qiymət vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İlk iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5226/2019 saylı, 11 oktyabr 2019cu il tarixli qətnaməsi qismən-ilk və qarşılıqlı iddianın rədd olunmuş hissəsində ləğv olunsun. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi qismən təmin olunsun. Cavabdeh1 5.660,0 (beş min altı yüz altmış) manat icarə haqqı tutularaq ilk iddia üzrə İddiaçı ödənilsin. İlk iddia qalan hissədə təmin olunmasın. Qarşılıqlı iddia tələbi qismən təmin olunsun. Cavabdeh İddiaçı 2.250,0 (iki min iki yüz əlli) manat təmir xərci tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin olunmasın. Qarşılıqlı iddia üzrə Cavabdeh2 apelyasiya şikayəti təmin olunmasın. Ekspertiza keçirilməsinə çəkilmiş xərc cəmi 200 (iki yüz) manat ilk iddiaçı İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar