Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-987/2024 11.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: mirasda məcburi payın tamamlanması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X13 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı "məcburi payın tamamlanması" tələbinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-3016/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatı Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr, Cəbiyev küçəsində yerləşən 26 nömrəli evin 26 nömrəli mənzili X4 adına xx.xx.1995-ci il tarixdə qeydə alınmışdır.
2. xx.xx.2014-cü il tarixli, 7E-24060 reyestr nömrəli etibarnamə əsasında X1 Ramiz Oruc oğluna xx.xx.2064-cü il tarixinədək bütün əmlakını idarə etməyi, üzərində sərəncam verməyi və s. hərəkətləri etməyi etibar etmişdir.
3. X4 adından nümayəndəsi Cavabdeh1 xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ünvan 1 ünvanında yaşayış sahəsi 29,47 kv.m. olan mənzili Cavabdeh2 bağışlamışdır.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nümrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən 26 nömrəli evin yaşayış sahəsi 29.6 kv.m, yardımçı sahəsi 12.9 kv.m., ümumi sahəsi 42.5 kv.m olan 2 otaqlı 26 nömrəli mənzili Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-ci il tarixdə qeydiyyata alınmışdır.
5. X8 tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2014-ci il tarixli 24060 reyestrli etibarnamə xx.xx.2019-cu il tarixdə ləğv olunmuşdur.
6. Notarial qaydada təsdiqlənmiş xx.xx.2020-ci il tarixli vəsiyyətnaməyə əsasən X8 bütün əmlakını İddiaçı Nurəddin qızına vəsiyyət etmişdir.
7. X8 Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sözügedən bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və onun əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. X8 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
9. Həmin iddia üzrə İddiaçı Nurəddin qızı iddiaçının hüquqi varisi qismində tanınmışdır.
10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-209/2020 nömrəli qətnaməsi ilə Cavabdeh2 ilə X4 adından Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, Cəbiyev küçəsi, ev 26, 26 saylı mənzil ilə bağlı xx.xx.2014-cü il tarixli (3 saylı Bakı “ASAN Xidmət” mərkəzi notariat kontorunda xx.xx.2014-cü il tarixdə verilmiş 24060 reyestr nömrəli etibarnamə əsasında) bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bağışlama müqaviləsi əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı, ******* saylı, **********09-05301-093023 reyestr nömrəli çıxarışın ləğv edilməsi və xüsusi mülkiyyət dövlət reyestrində əvvəlki vəziyyətinə qaytarılması, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir.
11. İkinci apellyasiya baxışı zamanı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-340/2022 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı X4 Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
12. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-3714/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı "məcburi payın tamamlanması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 bağışlanmış Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 26 nömrəli evin 26 nömrəli mənzil hesabına onun məcburi payının tamamlanması barədə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 26 nömrəli evin 26 nömrəli mənzilin üzərində onun 50 faiz həcmində məcburi payının tanınması barədə və ya tamamlanmamış hissənin dəyəri, habelə hazırki iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100,40 manat, MTT ərizələrinin verilməsinə görə ödənilmiş 20,80 manat və vəkil qonorarı üçün ödənilmiş 250 manat məbləğində vəsaitin Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
14. Daha sonra İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 bağışlanmış Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 26 nömrəli evin 26 nömrəli mənzil hesabına onun məcburi payının tamamlanması və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 26 nömrəli evin 26 nömrəli mənzilin ½ hissəsinə onun məcburi payının tanınması barədə, habelə hazırki iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100,40 manat, MTT ərizələrinin verilməsinə görə ödənilmiş 20,80 manat və vəkil qonorarı üçün ödənilmiş 250 manat məbləğində vəsaitin Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
15. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 26 nömrəli evin 26 nömrəli mənzil xx.xx.1995-ci ildə verilmiş Qeydiyyat vəsiqəsinə əsasən iddiaçının mərhum X2nun xüsusi mülkiyyətində olmuşdur. 1935-ci il təvəllüdlü atasının ahıl və xəstə olmasından sui-istifadə edən onun qardaşı oğlu Cavabdeh1 xx.xx.2014-cü il tarixində mərhum atasından etibarnamə almış və bir həftədən sonra xx.xx.2014-cü il tarixində atasının mülkiyyətində olan mənzili öz oğlu Cavabdeh2 bağışlamışdır. O isə öz növbəsində mənzilə dair DƏDRX-dən öz adına RX seriyalı ******* nömrəli çıxarış almışdır. Atası bu barədə məlumat aldıqda dərhal 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Cavabdeh1 verdiyi xx.xx.2014-cü il tarixli 24060 reyestrli etibarnaməni xx.xx.2019-cu il tarixində ləğv etmiş və məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-209/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə mərhum atası – iddiaçı X4 Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” iddiası təmin edilmiş, Cavabdeh2 ilə X4 adından Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, Cəbiyev küçəsi, ev 26, 26 saylı mənzil ilə bağlı xx.xx.2014-cü il tarixli (3 saylı Bakı “ASAN Xidmət” mərkəzi notariat kontorunda xx.xx.2014-cü il tarixdə verilmiş 24060 reyestr nömrəli etibarnamə əsasında) bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bağışlama müqaviləsi əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı, ******* saylı, **********09-05301- 093023 reyestr nömrəli çıxarış ləğv edılməsi və xüsusi mülkiyyət dövlət reyestrində əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-385/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək Cavabdeh2 ilə X4 adından Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, Cəbiyev küçəsi, ev 26, 26 saylı mənzil ilə bağlı xx.xx.2014-cü il tarixli (3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi notariat kontorunda xx.xx.2014-cü il tarixdə verilmiş 24060 reyestr nömrəli etibarnamə əsasında) bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bağışlama müqaviləsi əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı, ******* saylı, **********9-05301-093023 reyestr nömrəli çıxarış ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4512/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-385/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-340/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-209/2020 saylı qətnaməsi ləğv edilmiş, mərhum atası – iddiaçı X4 Cavabdeh2 qarşı bagışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 3714/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə atasının hüquqi varisi kimi verdiyi kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-340/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X2 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Vəfat etməmişdən əvvəl atası özünə məxsus bütün əmlaklarını Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2020-ci il tarixli vəsiyyətnamə ilə iddiaçıya vəsiyyət etmişdir. X3 və X9 Bakı şəhəri 14 saylı Notariat ofisində verdikləri xx.xx.2021-ci il tarixində verdikləri ərizələrə əsasən miras əmlakda özlərinə çatan paydan onun xeyrinə imtina etmişlər. Bundan başqa, atası vəfat edənə kimi onunla birlikdə ünvan 2 ünvanında yaşamış, atasının vəfatından sonra onun dəfnini təşkil etmiş və yas mərasimlərinin xərclərini çəkmişdir.
16. Eyni zamanda, iddiaçının nümayəndəsi və vəkili müddətin buraxılmamış hesab olunması və ya bərpası barədə ərizə göndərərək bildirmişdir ki, göründüyü kimi İddiaçı Nurəddin qızı mərhum atası X5 mirasına münasibətdə onun övladı kimi həm də məcburi pay sahibi olmuşdur. İş materiallarında olan Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3714/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarının təsviri hissəsindən göründüyü kimi miras qoyan tərəfindən hələ miras açılmamışdan əvvəl və onun sağlığında onun özü tərəfindən ünvan 1 ünvanında ümumi sahəsi 42.5 kv.m , yaşayış sahəsi 29.6 kv.m olan 2 otaqlı mübahisəli mənzilə dair xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və onun əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə iddia qaldırılmışdır. Həmin icraatda şahid qismində iştirak etmiş və sözügedən bağışlama müqaviləsini etibarsız əqd kimi xarakterizə etmiş hazırki iş üzrə İddiaçı daha sonra miras qoyan N.Abdullayev vəfat etdiyindən prosesin sonrakı gedişatında və növbəti məhkəmə instansiyalarında iddiaçının hüquqi varisi qismində tanınaraq sonrakı prosessual hərəkətləri davam etdirmiş və sözügedən bağışlama müqaviləsinin ümumiyyətlə etibarsız hesab edilməsini və əhəmiyyətsiz əqd kimi doğurduğu bütün hüquqi nəticələrinin etibarsız hesab olunmasını tələb etmişdir. Belə olan halda, iddiaçını hüquqi varis qismində təmsil etdiyi bir məhkəmə icraatında eyni əqdi, yəni xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsini tələb edən İddiaçı digər tərəfdən də həmin etibarsız əqdin doğurduğu nəticələri tanıyaraq onun əsasında Mülki Məcəllənin 1200-cü maddəsində müəyyən edilmiş məcburi payın tamamlanması barədə iddia qaldırması bir-birini mahiyyət etibarilə təkzib edən, maddi hüquqi baxımdan və mahiyyət etibarilə paradoksal xarakter daşıyan iddia tələbi olardı. Başqa sözlə, Mülki Məcəllənin 1200-cü maddəsində vərəsənin etibarsız əqd əsasında deyil məhz etibarlı, qanuni əqd - bağışlama müqaviləsi əsasında bağışlanılmış hədiyyədən öz məcbur payının tamamlanmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. Çünki həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onsuz da onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Hazırki iş üzrə İddiaçı isə xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi üzrə iddiaçının hüquqi varisi qismində həmin bağışlamanın etibarsız əqd hesab olunması və doğruduğu hüquqi nəticə kimi DƏDRX-dən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi tələbini müdafiə etdiyindən digər tərəfdən Mülki Məcəllənin 1200-cü maddəsində müəyyən edilmiş qaydada sözügedən bağışlamaq münasibətdə öz məcburi payının tamamlanmasını tələb etməsi dolayısı ilə əqdin etibarsızlığı tələb ilə bağlı hüquqi varis qismində iştirak etdiyi ilkin iddia icraatı üzrə müdafiə etdiyi iddia tələbin dolayısı ilə təkzib etmiş olardı və həmin bağışlamanı dolayısı ilə həm də legitim əqd kimi tanımış olardı. Beləliklə, İddiaçı hədiyədə məcburi payının tamamlanmasına dair iddia tələbi irəli sürməsi üçün müvafiq bağışlama müqaviləsinə Mülki Məcəllənin 1200-cü maddəsində müəyyən edilmiş hüququnun tətbiqini tələb etmək üçün ilk növbədə onu legitim əqd kimi tanımaq olduğundan bu onun həmin əqdin etibarsızlığı ilə bağlı digər iddia icraatındakı prosessual iştirakçılığına (iddiaçının hüquqi varisi) zidd olduğundan belə iddia tələbinin irəli sürülməsi mümkün olmamışdır. Belə bir iddia tələbinin irəli sürülməsi sözügedən bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı iddia tələbindən mahiyyət etibarı ilə dolayısı ilə imtina etmək və bununla bağlı cavabdehin əqdin etibarlı və qanuni olması istiqamətindəki dəlillərini etiraf etməklə nəticələnə bilərdi ki, bu da prosessual tərəfin hüquqi varisi qismində prosessual iştirakçılığın məqsədlərinə zidd idi. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Eyni zamanda, qeyd olunduğu kimi, onsuz da mərhum miras qoyan N.Abdullayev və onu hüquqi varisi və hazırki iş üzrə İddiaçı tərəfindən xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və onun əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə iddia qaldırılmaqla nəinki sözügedən mənzilin bir hissəsinə və ya ondakı hər hansı bir paya, ümumilikdə mahiyyət etibarilə mənzilin bütövlükdə tələb olunması bağlı iddia qaldırılmışdı. Həmin iddia tələbi yekun məhkəmə aktına əsasən təmin edilmiş olsa həmin bağışlama müqaviləsinin etibarsız hesab olunması ilə həm də onun doğurduğu hüquqi nəticə kimi əldə edilənlərin geri qaytarılması, yəni mənzilin miras qoyanın mülkiyyətinə qayıtması buradan isə miras qoyanın yeganə hüquqi varisi kimi (digər övladları iddiaçının xeyrinə imtina etməyə dair ərizə təqdim etmişdilər) İddiaçı vərəsəlik əsasında mülkiyyətinə keçməsi ilə nəticələnəcəkdi. Başqa sözlə, Abşeron rayon məhkəməsinin icraatında olmuş 2(012)-209/202 nömrəli iş üzrə iddia tələbi çərçivəsində bilavasitə sözügedən mənzilin bütövlükdə cavabdehdən geri alınması nəzərdə tutulduğundan onun hansısa bir hissəsi üzrə məcburi payın tamamlanma tələbinin irəli sürülməsi prosesual qənaət prinsipinə ziddi olardı. Başqa sözlə, iddiaçının eyni tərəflər arasında bir məhkəmə mübahisəsində eyni predmeti bütövlükdə cavabdehdən tələb etməsi, digər məhkəmə icraatında isə eyni predmetin müəyyən bir hissəsini və ilkin iddia tələbinin əsaslarını təkzib edən əsaslar müəyyən bir hissəsinin tələb etməsi həm də məntiqə ziddi idi. Qeyd edilənlərə əsasən iddia müddətinin buraxılmamış hesab olunmaqla və ya bərpa edilməsini məhkəmədən xahiş etmişdir.
17. Cavabdeh2 iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tələbində qeyd edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi , ev 26-da yerləşən 26 saylı mənzil xx.xx.1995-ci ildən mərhum atasının xüsusi mülkiyyətində olmuşdur. Cavabdeh1 atasını aldatmış xx.xx.2024-cü il tarixdə etibarnamə alaraq mənzili öz oğlu Cavidana bağışlamışdır. Sonuncu DƏDRX-dən mülkiyyətə dair çıxarış almışdır. 5 il keçəndən sonra atası bu barədə bilib məhkəməyə müraciət etmiş, etibarnaməyə xitam vermişdir. Məhkəmə mübahisələri "bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi" predmeti üzrə başlamış, mübahisələrin davam etdiyi zaman mərhum atası xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə mübahisələri qeyd etdiyi iddia predmeti üzrə sona çatmış, məhkəmə qərarları qəbul edilmiş, iddia tələbləri rədd edilmişdir. İddiaçı hüquqi varis kimi məhkəmələrdə iştirak etmişdir. Bütün imkanlardan istifadə edən iddiaçı çıxış yolu olaraq hazırki qərəzli iddia tələbi ilə yenidən məhkəməyə müraciət etmişdir. İddia tələbləri əsassızdır. İddia ərizəsinə əlavə olunan sənədlər sırasında xx.xx.2020-ci il tarixli vəsiyyətnamə diqqəti cəlb edir. Vəsiyyətnaməyə istinad edən iddiaçı məcburi payın tamamlanmasını gündəmə gətirmiş, eyni zamanda Mülki Məcəllənin 1193 və 1200-cü maddələrinə istinad etmişdir. Miras qoyan şəxsin vəsiyyətnamə qoyduğu zaman hansı mülkiyyəti olmuşdur? (heç bir mülkiyyəti olmamışdır). Vəsiyyətnamədə olan imza mərhum X6 məxsus deyildir. Digər baxımdan X8 tərəfindən qoyulmuş vəsiyyətnamədə bütün əmlak qızı Lətafətə vəsiyyət edilmişdir. Vəsiyyətnamə qoyulduğu zaman X4 heç bir daşınmaz əmlakı, mülkiyyəti olmamışdır. 2014-cü ildə bağışlanmış əmlak artıq mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olmuşdur. 14 saylı Notariat ofisi vəsiyyətnamə qoyulduğu zaman hansı mülkiyyət sənədinə istinad etmişdir? sualı əsasında notariat sənədləri məhkəməyə təqdim edilməlidir. İddiaçı özü də təsdiq edir ki, mənzil 2014-cü ildə ona bağışlanmış, bundan sonra 5 il keçəndən sonra bağışlanma mübahisələndirilsə də, məhkəmə qərarları vasitəsilə bir daha təsdiq olunmuşdur ki, bağışlamanın etibarsız hesab edilməsi əsasları mövcud olmamışdır. İddiaçının güman etdiyi miras əmlak 2014-cü ildən hal-hazıradək cavabdehin mülkiyyətindədir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda əks olunmuş faktlar iddiaçının fikirlərini təkzib edir. Hesab edir ki, iddiaçının iddia tələbləri əsassızdır, yalnız məhkəmə süründürməçiliyinə rəvac vermə baxımından irəli sürülmüşdür. İlkin olaraq iddia ərizəsinə etirazda qeyd olunanlara əsasən məhkəmədən iddiaçının "məcburi payın tamamlanması tələbinə dair" iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 3016/2023 nömrəli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia təmin edilməmişdir.
19. Məhkəmə qeyd etmişdir ki, işdən göründüyü kimi X8 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və ölüm anınadək iddia olunan mülkiyyəti olmadığı halda xx.xx.2020-ci il tarixdə bütün əmlakını hazırki iddiaçıya vəsiyyət etmişdir.
20. Məhkəmə iddiaçının tələbinin əsası kimi istinad etdiyi atasının verdiyi vəsiyyətnaməni sübut kimi qəbul etməmiş və qeyd etmişdir ki, Mülki Məcəllənin 1224.0.2ci maddəsinə əsasən vəsiyyət edilmiş əmlak vəsiyyət edənin sağlığında itirildikdə və ya onun tərəfindən özgəninlkiləşdirildikdə qoyulmuş vəsiyyətnamə qüvvədən düşmüş sayılır.
21. Məhkəmə bu qənaətə gələrkən N.M.Abdullayevin öz sağlığında mülkiyyətində olan əmlak üzərində sərəncam verməsini, iddiaçının iddia etdiyi mübahisəli mənzilin xx.xx.2014-cü il tarixdə bağışlama müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətinə keçməsini və sonuncunun bu hüququnu xx.xx.2014-cü il tarixli mülkiyyət çıxarışı ilə rəsmiləşdirməsini və onun bu hüququnun qanuni qüvvəsini almış məhkəmə aktları ilə təsdiqlənməsini nəzərə almışdır.
22. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı mərhum atasının İ növbə vərəsəsi olmasına baxmayaraq mübahisəli əmlaka dair vəsiyyət üzrə vərəsəlik hüququ üzrə şəhadətnamə alınmasına dair heç bir sübut təqdim etməsə də, tələbi əsasən Mülki Məcəllənin 1200-cü maddəsində müəyyən edilmiş qaydada sözügedən bağışlamağa münasibətdə öz məcburi payının tamamlanması üzərində qurmuşdur. Həmin normada məcburi payın bağışlanmış əşya hesabına artırılması qaydası nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.
23. Bununla bağlı məhkəmə hesab etmişdir ki, əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli şərtinə iddiaçı tərəfindən riayət edilməmişdir.
24. İddiaçı tərəf müddətin buraxılmamış hesab olunması və ya bərpası barədə ərizəsində İddiaçı hədiyədə məcburi payının tamamlanmasına dair iddia tələbi irəli sürməsi üçün müvafiq bağışlama müqaviləsinə Mülki Məcəllənin 1200-cü maddəsində müəyyən edilmiş hüququnun tətbiqini tələb etmək üçün ilk növbədə onu legitim əqd kimi tanımaq olduğundan bu onun həmin əqdin etibarsızlığı ilə bağlı digər iddia icraatındakı prosessual iştirakçılığına (iddiaçının hüquqi varisi) zidd olduğundan belə iddia tələbinin irəli sürülməsi mümkün olmaması və belə bir iddia tələbinin irəli sürülməsi sözügedən bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı iddia tələbindən mahiyyət etibarı ilə dolayısı ilə imtina etmək və bununla bağlı cavabdehin əqdin etibarlı və qanuni olması istiqamətindəki dəlillərini etiraf etməklə nəticələnə bilməsi, bunun da prosessual tərəfin hüquqi varisi qismində prosessual iştirakçılığın məqsədlərinə zidd olması ilə əsaslandırsa da, məhkəmə bu dəlilləri əsassız və tərəfin subyektiv mülahizəsi kimi qiymətləndirmiş və qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən məcburi pay almaq hüququ olan şəxsin bağışlanmış əşyaya görə məcburi payın artmasını tələb etmək hüququ miras açıldığı vaxtadək hədiyyənin verilməsindən iki ildən az vaxt keçmiş olduqda yaranır. Yəni, bu vaxt imperativdir və ötürülərsə, onda hədiyyədən məcburi pay almaq hüququ yaranmır.
25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1193, 1200, 1224.0.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsini Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1, 217.4, 218.1-ci maddələrinə maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
26. İddiaçı qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X2 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Vəfat etməmişdən əvvəl atası özünə məxsus bütün əmlaklarını Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2020-ci il tarixli vəsiyyətnamə ilə iddiaçıya vəsiyyət etmişdir. X3 və X9 Bakı şəhəri 14 saylı Notariat ofisində verdikləri xx.xx.2021-ci il tarixində verdikləri ərizələrə əsasən miras əmlakda özlərinə çatan paydan onun xeyrinə imtina etmişlər. Bundan başqa, atası vəfat edənə kimi onunla birlikdə ünvan 2 ünvanında yaşamış, atasının vəfatından sonra onun dəfnini təşkil etmiş və yas mərasimlərinin xərclərini çəkmişdir. Göründüyü kimi İddiaçı Nurəddin qızı mərhum atası X5 mirasına münasibətdə onun övladı kimi həm də məcburi pay sahibi olmuşdur. Məhkəmə iddiaçının məcburi pay sahibi kimi hüquq sahibi olmasına düzgün qiymət verərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsini Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərildiyi kimi, qanun üzrə vərəsələrdən, birinci növbə vərəsələrin mirasda məcburi pay hüququ – vəsiyyətnamə ilə bağlı deyil və onların hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüququdur. İşin materiallarından görünür ki, iddiaçı mərhum atasının İ növbə vərəsəsi olmasına baxmayaraq mübahisəli əmlaka dair vəsiyyət üzrə vərəsəlik hüququ üzrə şəhadətnamə alınmasına dair heç bir sübut təqdim etməsə də, tələbi əsasən Mülki Məcəllənin 1200-cü maddəsində müəyyən edilmiş qaydada sözügedən bağışlamağa münasibətdə öz məcburi payının tamamlanması üzərində qurmuşdur. Məhkəmənin iddia tələbinin Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında məcburi payın tamamlanması tələbinin təmin edilməsi üçün tələb olunan 4 şərtin 3-nün mövcud olması (tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi) razılaşsalar da, qalan digər 1 şərtin mövcud olmaması - əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli şərtinə iddiaçı tərəfindən riayət edilməməsi barədə mövqeyi ilə razılaşmırlar. Belə ki, mülki qanunvericilikdə iddia müddəti institutu nəzərdə tutulduğu kimi iddia müddətinin üzrlü səbəbdən buraxılmış olması və müddətin bərpası mexanizmi də müəyyən edilmişdir. Bu mexanizm obyektiv səbəblərdən iddia müddətini buraxmış və ya ilk baxışda buraxmış kimi təəssürat yaranan iddiaçıların pozulmuş hüquqlarının bərpasını da ehtiva edir. İddiaçı müddətin buraxılmamış hesab olunması və ya bərpası barədə ərizəsini real, preyudisial əhəmiyyət kəsb edən və qanuni qüvvəyə minmiş məhkəmə qərarında müəyyən edilmiş məlum faktlarla əsaslandırdığından həmin ərizədəki xüsusatlar məhkəmə tərəfindən subyektiv mülahizə kimi qiymətləndirilə bilməzdi. Həm də məhkəmə bu barədə iddiaçının ərizəsini rədd edərkən öz mövqeyini onunla əsaslandırmağa çalışmışdır ki, mənzil 2014-cü ildə cavabdehə bağışlanmış, bundan sonra 5 il keçəndən sonra bağışlanma mübahisələndirilmiş, hətta iddiaçı özü bununla bağlı məhkəmə çəkişmələrində şahid qismində də ifadə vermişdir. Məsələ burasındadır ki, müvafiq ərizədən də göründüyü kimi iddiaçının mərhum atası sağlığında sonuncu tərəfindən qaldırılmış əqdin etibarsızlığına dair iddia icraatı üzrə şahid qismində izahat verərək müvafiq bağışlama müqaviləsinin etibarsızlığını göstərən İddiaçı digər icraatda həmin bağışlama müqaviləsini legitim əqd kimi qəbul edərək onun əsasında məcburi payın tamamlanması tələbini irəli sürə bilməzdi. Beləliklə, məhkəmə iddia müddətinin tətbiqi məsələsində səhvə yol vermiş və əsassız olaraq iddiaçının müddətin buraxılmamış hesab edilməsi və ya bərpası barədə ərizəsini təmin etməmişdir. Məhkəmə iddia müddətinin huraxılmamış hesab edilməsi və ya bərpası barədə ərizəmizi rədd edərkən aşağıdakı obyektiv halları nəzərə almamışdır: 1. İş üzrə materiallarında olan Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3714/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarının təsviri hissəsindən göründüyü kimi, miras qoyan tərəfindən hələ miras açılmamışdan əvvəl və onun sağlılığında onun (yəni, N.Abdullayevin) özü tərəfindən mübahisəli mənzilə dair xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və onun əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə iddia qaldırılmışdır. 2. İddiaçı hədiyədə məcburi payının tamamlanmasına dair iddia tələbi irəli sürməsi üçün müvafiq bağışlama müqaviləsinə Mülki Məcəllənin 1200-cü maddəsində müəyyən edilmiş hüququnun tətbiqini tələb etmək üçün ilk növbədə onu legitim əqd kimi tanımalı olduğundan bu onun həmin əqdin etibarsızlığı ilə bağlı digər iddia icraatındakı prosessual iştirakçılığına (iddiaçının hüquqi varisi) zidd olduğundan belə iddia tələbinin irəli sürülməsi mümkün olmamışdır. Belə bir iddia tələbinin irəli sürülməsi sözügedən bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı iddia tələbindən mahiyyət etibarı ilə dolayısı ilə imtina etmək və bununla bağlı cavabdehin əqdin etibarlı və qanuni olması istiqamətindəki dəlillərini etiraf etməklə nəticələnə bilərdi ki, bu da prosessual tərəfin hüquqi varisi qismində prosessual iştirakçılığın məqsədlərinə zidd idi. 3. İddiaçının eyni tərəflər arasında bir məhkəmə mübahisəsində eyni predmeti bütövlükdə cavabdehdən tələb etməsi, digər məhkəmə icraatında isə eyni predmetin müəyyən bir hissəsini və ilkin iddia tələbinin əsaslarını təkzib edən əsaslar üzrə müəyyən bir hissəsinin tələb etməsi həm də məntiqə zidd idi. 4. Həmin iş üzrə məhkəmə mübahisəsinin xronikasından göründüyü kimi, sözügedən mənzilin hədiyyə edilməsi ilə bağlı xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız əqd olması və heç bir hüquqi nəticə doğurmaması və ya əhəmiyyətli əqd hesab olunması və onun nəticələrinin qanuniliyi istiqamətində dilemması ilə bağlı nəinki İddiaçı, hətta məhkəmə instansiyalarında və hətta həmin məhkəmə instansiyalarının müxtəlif tərkibləri arasında vahid fikir və hüquqi mövqe olmamışdır. Beləliklə, Mülki Məcəllənin 1200-cü maddəsində məhz qanuni və əhəmiyyətli bağışlama müqaviləsi ilə verilmiş hədiyyədə vərəsənin məcburi payının tamamlanması hüququ nəzərdə tutulmuş, sözügedən bağışlama müqaviləsinin özü və doğurduğu hüquqi nəticələr isə ötən müddətdə məhkəmə mübahisəsi olduğundan və bununla bağlı ilk iki instansiya məhkəməsinin qərarının nəticələrinə əsasən iddiaçıda həmin əqdin etibarsızlığına dair qəti yəqinlik formalaşdığından və əqd etibarsız hesab olunduğu halda əmlakın özü bütövlükdə iddiaçının mülkiyyətinə keçəcəyindən iddiaçının onun müəyyən hissəsinin digər əsasla (özü də əqdin qanuniliyinin tanınması əsası ilə) tələb olunmasına lüzum qalmamış, lakin kassasiya instansiyası məhkəməsində kassasiya baxışından etibarən məhkəmənin həmin əqdə mövqeyi dəyişdikdən məhz əqdin hüquqi müqəddəratının həll olunması nəticəsində iddiaçıya həmin əqdin etibarlı əqd olması, belə bir qanuni əqdin mövcud olması məlum olmuş və həmin qərardan sonra onun belə bir hüququ yaranmışdır. 5. Hazırki iş üzrə qeyd olunan dövrdə mülki qanunvericiliklə müəyyənləşdirilmiş qaydada irəli sürülməsi mümkün olan və iddiaçıların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi istiqamətində prosessual qənaət prinsipi baxımından da ən səmərəli müdafiə vasitəsi sözügedən bağışlama müqaviləsinin mübahisələndirilməsi olmuş, iddiaçı da həmin müqaviləni bütün instansiyalar üzrə mübahisələndirdikdən, onun qanuni əqd olması kassasiya instansiyasıməhkəməsi tərəfindən tanındıqdan sonra bu fakt ona məlum olmuş və hazırki iddia tələbini irəli sürmüşdür. Məhkəmə isə iddia müddətinin bərpası və ya buraxılmamış hesab olunması üçün qeyd olunan əsasların heç birini nəzərə almamışdır. İddia müddətinin üzrsüz səbəbdən ötürülməsi və ya buraxılması sübut edilməmişdir. Məhkəmənin iddia müddətinin ötürülməsi və bunun üzrsüz səbəbdən baş verməsi barədə gəldiyi qənaət iş materialı, ələlxüsus iddiaçının bu barədə ərizəsindəki xüsusatlarla təkzib olunur.
28. Daha sonra iddiaçı apellyasiya şikayətinə əlavə təqdim edərək göstərmişdir ki, hazırki məhkəmə işinə baxılması dövründə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1 -ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərar qəbul edilmişdir. Həmin Qərarın 3cü bəndində qeyd olunmuşdur ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Beləliklə, həmin Qərardakı hüquqi mövqelər hazırda icraatda olan mübahisələr üzrə işlərə, o cümlədən hazırki mübahisəyə də şamil olunur. Konstitusiya Məhkəməsinin Plenumunun istinad olunan qərarındakı hüquqi mövqedə aydın olur ki, mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş hesab edilir və vərəsəlik hüququnun hər hansı müddətlə məhdudlaşdırılması hüququn prinsipləri və mülkiyyət hüquqlarının fundamental əsasları baxımından yolverilməzdir. Eyni zamanda, Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarındakı hüquqi mövqelər təkcə Mülki Məcəllənin 1246, 1273-1-ci maddələrinin deyil, həm də Mülki Məcəllənin 1200-cü maddəsinin tətbiqinə də analoji qaydada şamil edilməlidir. İddiaçı mübahisə predmeti olan mənzillə bağlı mirasın tamamlanması və pay almaq hüququndan heç vaxt imtina etməmiş, əksinə ötən müddət ərzində hüquqi varis kimi sözügedən bağışlama əqdinin mübahisələndirilməsinə dair iddia icraatını davam etdirmiş, daha sonra isə həmin əqdi etibarlı əqd kimi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilməsindən sonra həmin əqd üzrə məcburi payın tamamlanmasını məhkəmə qaydasında tamamlanması tələbini irəli sürmüşdür.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Cavabdeh2 apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri söz yığımından ibarət olmaqla, heç bir hüquqa söykənmədiyindən, əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, miras qoyan şəxsin vəsiyyətnamə qoyduğu zaman heç bir mülkiyyəti olmamışdır. 2014-cü ildə bağışlanmış əmlak artıq mülkiyyət hüqüqu ilə Cavabdeh2 məxsus olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. İddiaçı özü də təsdiq edir ki, mənzil 2014-cü ildə bağışlanmış, bundan sonra, 5 il keçəndən sonra bağışlanma mübahisələndirilsə də, məhkəmə qərarları vasitəsilə bir daha təsdiq olunmuşdur ki, bağışlamanın etibarsız hesab edilməsi əsasları mövcud olmamışdır. İddiaçının tələb etdiyi miras əmlak 2014-cü ildən hal-hazıradək onun mülkiyyətindədir. Digər baxımdan, iddiaçı qüvvəyə minmiş məhkəmə qərarlarına istinad edir və MPM-nin 82.3-cü maddəsini əsas gətirərək müəyyən edilmiş faktların yenidən mübahisələndirilməməsini bildirir. Miras qoyan X8 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Vəfat edən günə qədər miras qoyan öz sağlığında mülkiyyətində olan əmlak üzərində sərəncam vermiş, iddiaçının iddia etdiyi mübahisəli mənzil xx.xx.2014-cü il tarixdə bağışlama müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətinə keçmiş və Cavabdeh2 bu hüququnu xx.xx.2014-cü il tarixli mülıkiyyət çıxarışı ilə rəsmiləşdirmişdir. Yəni ki, miras qoyanın ölüm anınadək iddia olunan mülkiyyəti olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
30. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.
32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı: Qanun üzrə vərəsələrdən, birinci növbə vərəsələrin mirasda məcburi pay hüququ – vəsiyyətnamə ilə bağlı deyil və onların hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüququdur. Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: - tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; - əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; - əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; - həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Qeyd olunan maddə məcburi paya hüququ olan şəxslərin məcburi paylarının artırılmasını tələb etmək hüquqlarını müddətlə məhdudlaşdıraraq, yalnız hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına həmin payın tamamlanmasını mümkün hesab etmişdir. Qanunvericilikdə bu şəkildə məhdudlaşdırıcı müddətin müəyyən olunması əsasən bağışlama müqavilələri baxımından hüquqi etimadın təmin olunmasında tarazlığı qorumaq məqsədinə yönəlmişdir.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Hazırkı işdə iddia rədd olunduğundan və iddiaçı qətnaməni bütövlükdə mübahisələndirdiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apelyasiya şikayətinin və ona verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Mülki Məcəllənin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, həmin maddə məcburi paya hüququ olan şəxslərin məcburi paylarının artırılmasını tələb etmək hüquqlarını müddətlə məhdudlaşdıraraq, yalnız hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına həmin payın tamamlanmasını mümkün hesab etmişdir. Qanunvericilikdə bu şəkildə məhdudlaşdırıcı müddətin müəyyən olunması əsasən bağışlama müqavilələri baxımından hüquqi etimadın təmin olunmasında tarazlığı qorumaq məqsədinə yönəlmişdir.
39. Göründüyü kimi, məcburi pay almaq hüququ olan şəxsin bağışlanmış əşyaya görə məcburi payın artmasını tələb etmək hüququ miras açıldığı vaxtadək hədiyyənin verilməsindən iki ildən az vaxt keçmiş olduqda yaranır.
40. İşdən görünür ki, xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında X4 mülkiyyətində olmuş mənzil xx.xx.2014-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
41. Həmin müqavilə hədiyyə verən Cavabdeh2 sağlığında özü tərəfindən mübahisələndirilmiş lakin iddia təmin edilməmişdir.
42. Məhkəmə kollegiyası hesab edir ki, mənzil xx.xx.2014-cü il tarixdə cavabdehə bağışlandığından və miras açıldığı vaxtadək hədiyyənin verilməsindən iki ildən artıq müddət keçdiyindən iddiaçının iddiası təmin oluna bilməz.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 1200-cü maddəsində göstərilmiş iki illik müddət iddia müddəti deyil.
44. Belə ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir (B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı).
45. Yuxarıda qeyd olunan maddənin məzmunundan görünür ki, mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, məcburi paya hüququ olan şəxs məcburi payı tamamlamaq hüququnu itirir. Həmin şəxsin məhkəməyə iddia ilə müraciət etmə tarixi qeyd olunan müddətin başlanması və yekunlaşmasına təsir etmir.
46. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1200-cü maddəsi ilə bağlı öz hüquqi mövqeyini artıq yuxarıda istinad olunan xx.xx.2021-ci il tarixli Qərarında əks etdirmiş, həmin tarixdən sonra qəbul edilmiş digər Qərarında qeyd olunan maddəyə münasibətdə fərqli hüquqi mövqe irəli sürülməmişdir.
47. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
48. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 3016/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: