Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-987/2025 31.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsinə və Cavabdeh1nə qarşı mülki iş üzrə (Açar sözlər: pul və s.) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və X1 ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh1 nümayəndəsi X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin Sosial Sığorta və Fərdi Uçot Üzrə Mərkəzi Filialının nümayəndəsi X5, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Dövlət Sosial Müdafiə Fondu" Publik Hüquqi Şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3653/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan Cavabdeh1 “32 nömrəli şəhər poliklinikası” tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş əmrdən görünür ki, “32 nömrəli şəhər poliklinikası”nın təsərrüfat bölməsində mühafizəçi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-maddəsinin “e” bəndinə əsasən işçinin çalışmanın yaş həddinə çatması ilə əlaqədar xitam verilmişdir.
2. İş materiallarında olan Cavabdeh1 “32 nömrəli şəhər poliklinikası” tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş əmr №23-k saylı əmrindən görünür ki, həmin əmr “32 nömrəli şəhər poliklinikası”nın təsərrüfat bölməsində mühafizəçi vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilməsi, İddiaçı xx.xx.2012-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 126 məzuniyyət gününün son haqqı-hesabı əmək kitabçası və həmin əmrin surəti ƏM-nin 83cü maddəsinin 2-ci bəndinə uyğun olaraq son iş günü verilməsi barədə verilmişdir.
3. İş materiallarında olan DSMF-in Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-S-63806/2024 nömrəli məktubda qanunvericiliyin tələbləri nəzərə alınmaqla İddiaçı sığorta stajının hesablanmasında güzəştin tətbiq olunmasının mümkün hesab edilmədiyi qeyd olunmuşdur. Həmin məktubda həmçinin göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdən 280 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı həmin Qanunun 22- 1.2.1-22-1.2.3cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2007-ci il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11619,13 manat (2024-cü il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında onun yaşa görə əmək pensiyasının məbləği yenidən hesablanmış və pensiyasının məbləğində (280 manat) dəyişiklik olmamışdır. Təqdim edilən sənədlərin surətlərinə xx.xx.2006-cı il tarixədək İddiaçı faktiki sığorta stajı 19 il 8 ay olduğu halda, ona Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. İddiaçı yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, İddiaçı ilə telefon əlaqəsi saxlanılan zaman onun sığorta stajının ikiqat nəzərə alınaraq pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Qanunun 24-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması zamanı döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə, şəxsin qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətləri ikiqat ölçüdə, cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti ikiqat ölçüdə, əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsi müddəti üçqat ölçüdə daxil edilir.
4. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsi tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-5/2-S-23670/2024 nömrəli məktubda aşağıdakılar qeyd olunmuşdur: ”Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq İddiaçı müraciətinin araşdırılması ilə bağlı ona aid olan sənədlərin təqdim olunmasının təmin edilməsi üçün 32 nömrəli Şəhər Poliklinikasının Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, dəmiryol 8-də yerləşən ünvanına xx.xx.2024cü il tarixli 3-17-5/2-7830/2024 saylı məktub göndərilmiş, göndərilən məktub xx.xx.2024-cü il tarixində ünvana çatdırılmışdır. Lakin, müəssisə rəhbərliyi tərəfindən sənədlər tam təqdim (son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlər, iş vaxtının uçotu tabelləri və kollektiv müqavilə) olunmamışdır. Bu səbəbdən İddiaçı müraciətinin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Eyni zamanda, cəmiyyətin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən və araşdırmaya təqdim edilən əməkhaqqı bank hesabından çıxarışda son haqq-hesabının ödənilmədiyi məlum olmuşdur. Bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin (İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) tələbləri pozulmuşdur. Bu səbəbdən, 32 nömrəli Şəhər Poliklinikasının baş həkimi X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) xx.xx.2024-cü il tarixli MN1932018 saylı protokol tərtib edilərək, bu Məcəllənin 192.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixində inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirərkən İddiaçı ilə 32 nömrəli Şəhər Poliklinikasın rəhbərliyi arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) əsasən xitam verildiyi müəyyən edilmişdir. Həmçinin, onun son haqq-hesabının ödənilməsi üçün 32 nömrəli Şəhər Poliklinikasın rəhbərliyinə xx.xx.2024-cü il tarixli 3-17-5/2-15739/2024 nömrəli məktub göndərilmişdir. 32 nömrəli Şəhər Poliklinikasının rəhbərliyi tərəfindən sənədlər tam təqdim olunacağı təqdirdə İddiaçı müraciəti araşdırılaraq, cavab veriləcəkdir. Həmçinin İddiaçı pensiya təminatı ilə bağlı müraciətinə dair 6 aprel 2024-cü il tarixli 3- 17/1-S-8257/2024 nömrəli məktuba Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının məbləği 2006-cı ilin 1 yanvar tarixədək olan dövr üçün şəxslərin sığorta stajına əsasən formalaşan kapitala və 2006-cı ilin 1 yanvar tarixdən sonrakı dövr üçün fərdi hesabın sığorta hissəsində toplanan sığorta kapitalına uyğun olaraq müəyyənləşdirilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu ilin 1 yanvar tarixdən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin 1 yanvar tarixədək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Qanunun 22-1.2.1-ci maddəsinə əsasən 2019-2025-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı ilin 1 yanvar tarixinədək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qanunun 22- 1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1 dək faktiki sığorta stajı Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların 2006-cı il yanvarın 1dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixə qeydə alınaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq sığortaolunanların pensiya hüququ qazandığı tarixədək illər üzrə indeksləşdirilir. Qanunun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği 2023-cü il 1 fevral tarixindən 280 manat məbləğində müəyyən olunmuşdur. Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. İddiaçı xx.xx.2024-cü il tarixdən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada 280 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunmuşdur ki, İddiaçı əmək pensiyası xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2007-ci il tarixdən xx.xx.2024-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 11919,96 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında yenidən hesablanmış və pensiyasının məbləğində (280,00 manat) dəyişiklik olmamışdır. İddiaçı xx.xx.2024-cü il tarixli müraciəti ilə təqdim edilən sənədlərə əsasən xx.xx.2006-cı il tarixədək olan dövrə (xx.xx.1981xx.xx.1998, xx.xx.1999-xx.xx.2001-ci illər) faktiki sığorta stajı 19 il 8 ay olduğu halda, Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır.”
5. İş materiallarında olan Cavabdeh1 tərəfindən 9 saylı Mediasiya təşkilatına ünvanlanmış təklifə cavabda İddiaçı xx.xx.2024-cü il tarixli 23-k nömrəli xitam əmrində 126 istifadə etmədiyi məzuniyyət günlərinin kompensasiya olaraq ödənilməsi qeyd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 32 saylı Poliklinkasının rəhbərliyi tərəfindən əmək hüquqlarının pozulmasına görə əmək müqaviləsinin bağlandığı xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixə kimi fərdi hesabına köçürülməmiş pulun aylıq əmək haqqına uyğun köçürülməsi, əmək müqaviləsinə xitam verilərkən işlədiyi 2024-cü ilin yanvar ayının 1 və 3-cü tarixlərindəki günlər (bayram günləri) nəzərə alınmaqla son ödənclərin hesablanıb verilməsi, 7 iş ilində istifadə etmədiyi əmək məzuniyyəti üçün pul kompensasiyasının əmək stajına görə verilməsi nəzərdə tutulmuş əlavə məzuniyyətlər nəzərə alınmaqla hesablanıb verilməsi, əmək hüquqularının pozulması ilə əlaqədar ona vurulmuş mənəvi ziyana görə 6 000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona verilmiş İT-1 ******* saylı əmək kitabçasına görə xx.xx.1981-ci ildən əmək fəaliyyətinə başlamışdır. xx.xx.2006-cı il tarixdən Bakı şəhəri 32 saylı poliklinkasmda işə qəbul olunmuş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə, yəni çalışmanın yaş həddinə çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. Əmək fəaliyyətinə başlayana qədər Bakı Energetika Texnikomunda oxumuşdur (1976-1981 -ci illərdə). 1978- 1980-ci illərdə Orduda xitmət etmiş 32 saylı Bakı səhər Poliklinkasmda 17 il müddətində işləmişdir. Lakin, işdən çıxarkən əmək hüququları pozulmuşdur. Belə ki, qanunsuz olaraq fərdi hesabına 2006-cı ildən deyil 2012-ci ildən başlayaraq pul keçirilmişdir. Nəticədə şəxsi hesabının sığorta hissəsində mühasibatlıq tərəfindən 6 il müddətində pul köçürülmədiyindən sığorta hissəsində toplanan sığorta kapitalının miqdarı az olmuşdur. xx.xx.2024-cü ildə pensiya kartı alarkən ona bildirmişlər ki, onun fərdi hesabının sığorta hissəsində 14490 manat qeydə alınmışdır. Müvafiq icra hakimiyyəti orqanlarına müraciət etdikdə məlum olmuşdur ki, fərdi hesabının sığorta hissəsində 11919,96 manat pul vardır. Buna görə də ona pensiya təyinatı zamanı aşağı həddə aylıq pensiya təyin edilmişdir. 32 saylı şəhər poliklinkasında işlədiyi 17 il müddətində dəqiq bilmədiyi illərə görə 7 halda əmək məzuniyyətindən istifadə etməmişdir. 2023-cü ilin noyabr ayının 15-dən xx.xx.2023- cü il tarixə kimi xəbəri olmadan müdiriyyət tərəfindən əmək məzuniyyətinə buraxılmışdır. Lakin, faktiki olaraq işləmişdir. Ona verilmiş məzuniyyətlər zamanı müddət düzgün hesablanmamışdır. Əmək Məcəlləsinin 144-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 116-cı maddəsində əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası müəyyən edilmişdir. Həmin maddənin 1-ci hissəsinə əsasən iş stajının müddətlərinə görə 2,4,6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Lakin, ona bu əlavə məzuniyyətlər verilməmişdir. İstifadə etdiyi məzuniyyətə görə kompensasiya şəklində şikayətdən sonra 1833 manat pul ödənilmişdir. Bu hal 6 məzuniyyət haqqını ödəmir və əlavə məzuniyyət günləri nəzərə alınmamışdır. Əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbi pozulmuşdur. Bütün ödəniclər tam məbləğdə işdən çıxdığı gün verilməli olduğu halda verilməmişdir. 2024-cü ilin yanvar ayının 1 və 3-də işdə olduğu halda əmək haqqı ödənilməmişdir. Bu səbəblərdən Dövlət Əmək Müfəttişliyinin 32 nömrəli Bakı şəhər Polinlinkasının baş həkimi X3 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* saylı protokol tərtib edilərək bu Məcəllənin 192.4-cü maddəsinə əsasən 14.0-3.2024-cü il tarixində inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərar qəbul edilmişdir. Bütün bu aşkar qanunsuzluqlara görə pozulmuş əmək hüquqları cavabdeh tərəfindən aradan qaldırılmamışdır. Cavabdehin təqsiri üzündən hesabına pul köçürülmədiyindən illərlə gözlədiyi pensiya məbləği az hesablanmışdır. Nəticədə ona maddi və mənəvi ziyan dəymişdir. Hesab etmişdir ki, mənəvi ziyanın 6 min manat məbləğində müəyyənləşdirilməsi ədalətli olardı. xx.xx.2024-cü il tarixdə onunla yaşıd olan və təsərrüfat üzrə şöbə müdiri vəzifəsində işləyən Gülnisə Vəliyevanı, xadimə işləyən Fəridə Zeynalova və xadimə işləyən Şahnaz Nemətova işdən çıxarılarkən 32 saylı poliklinkanın rəhbərliyi tərəfindən əmək haqqları düzgün hesablanmamışdır. Bütün bunlar poliklinkada mühasibat uçotu qaydalarının kobud şəkildə pozulduğunu göstərir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3653/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddianın rədd edilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116, 144, 172.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarına, Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, qətnamə qəbul edilərkən mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 14-cü maddəsinin 1 bəndinə görə: Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində; qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasıını; işçilərin və işəgötürənin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. İddiaçıya verilmiş məzuniyyətlər zamanı müddət düzgün hesablanmamışdır. Əmək Məcəlləsinin 144-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 116-cımaddəsində əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası müəyyən edilmişdir. Həmin maddənin 1-ci hissəsinə əsasən iş stajının müddətlərinə görə 2,4,6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Lakin bu əlavə məzuniyyətlər verilməmişdir. İstifadə etdiyi məzuniyyətə görə kompensasiya şəklində şikayətdən sonra 1833 manat pul ödənilmişdir. Bu hal 6 məzuniyyət haqqını ödəmir və əlavə məzuniyyət günləri nəzərə alınmamışdır. Əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 172ci maddəsinin 4-cü hissəsinin tələbi pozulmuşdur. Bütün ödənişlər tam məbləğdə işdən çıxdığı gün verilməli olduğu halda verilməmişdir. 2024-cü ilin yanvar ayının 1 və 3-də işdə olduğu halda əmək haqqı ödənilməmişdir. Belə ki, MPM-nin 8.1-ci maddəsində göstərildiyi kimi ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilməmişdir. Məhkəmədə tərəfindən təqdim olunan hallar araşdırılmamışdır. MPM-nin 9-cu maddəsində ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi nəzərdə tutulsa da bu tələb yerinə yetirilməmişdir. Məhkəmə tərəfindən məhkəməyə bununla bağlı Əmək Müfəttişliyinə müraciət etdiyi barədə məlumat verməsinə baxmayaraq heç bir araşdırma aparılmamışdır. MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazimi şərait yaradır. 2024-cü ilin yanvar ayının 1 və 3 bayram günü olduğuna görə ikiqat ödəniş verilməli idi. Lakin həmin pul məbləği ödənilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə işdən azad edilmişdir. Mənim 7 gün məzuniyyətim olmuşdur. Lakin heç birinin pulu ödənilməyibdir. Dəfələrlə əmək qanunvericiliyinin tələblərinin pozulması barədə Əmək Müfəttişliyinə müraciət etmişəm. Həmin müraciətim əsasında baş həkim Əlisafa Hüseynov inzibati qaydada cəzalandırıblar. Amma bu baş həkimin səhvi deyildir. Bu səhv kadrlar şöbəsinin rəisi Ramilə və mühasib Mehribanın səhvidir. Ramiləyə 2023-cü ilin noyabr ayında pensiyaya çıxmağına az müddət qaldığını, verilməmiş 7-ci məzuniyətini saxlamasını, son haqq hesabda verməsini söyləmişdir. Lakin o, özbaşına iddiaçının ərizəsi olmadan o işdə ola-ola noyabrın 15-dən iddiaçını məzuniyyətə göndərir. İddiaçının bundan xəbəri olmamışdır. Sığortanın da düzgün hesablanmadığını bildirir. Belə ki, 2007-ci ildən əmək haqqı 69 manat ola-ola 40 manat göstərilmiş, 40 manata görə vergi tutulmuşdur. 2009-cu ilin yanvar-fevral aylarında əmək haqqını göstərməyiblər. Ona görə də sığorta stajı üçün pul köçürülməyib. İddiaçıdan 2006- 2007-ci illərdə vergi tutulmayıb. Lakin əmək haqqı olub, düzgün köçürməyiblər. Əgər işdə olmamışsa, deməli işdən çıxmalı idi. Cəmi 250 manat sığorta pulu köçürülüb. 2006-2012ci illər ərzində vergi düzgün köçürülmədiyinə görə sığorta pulu 11 min manat olmuşdur. Buna görə də pensiya məbləği az hesablanmışdır. Lakin bütün bunlar məhkəmədə tam araşdırılmamışdır. Bununla da hüquqları pozulmuşdur. Məhkəmə işə baxarkən qanunla qorunan hüquqlarını pozmuş, əsassız olaraq qətnamə qəbul etmişdir. İddiaçı 32 saylı Bakı şəhər Poliklinkasında 17 il müddətində işləmişdir. Lakin işdən çıxarkən əmək hüququları pozulmuşdur. Belə ki, qanunsuz olaraq fərdi hesabına 2006-cı ildən deyil, 2012-ci ildən başlayaraq pul keçirilmişdir. Nəticədə şəxsi hesabının sığorta hissəsində mühasibatlıq tərəfindən 6 il müddətində pul köçürülmədiyindən sığorta hissəsində toplanan sığorta kapitalının miqdarı az olmuşdur. xx.xx.2024-cü ildə pensiya kartı alarkən bildirmişlər ki, fərdi hesabının sığorta hissəsində 14490 manat qeydə alınmışdır. Müvafiq icra hakimiyyəti orqanlarına müraciət etdikdə məlum oldu ki, fərdi hesabının sığorta hissəsində 11919,96 manat pul məbləği vardır. Buna görə də pensiya təyinatı zamanı aşağı həddə aylıq pensiya təyin edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin Sosial Sığorta və Fərdi Uçot Üzrə Mərkəzi Filialının nümayəndəsi təqdim edilən ərizənin çıxış kimi qəbul edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Dövlət Sosial Müdafiə Fondu" Publik Hüquqi Şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi və Azərbaycan Resublikasının Səhiyyə Nazirliyi məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
17. Maddə 95. iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır.
18. Maddə 116. əmək stajından asılı olaraq işçilərə: beş ildən on ilədək əmək stajı olduqda — 2 təqvim günü; on ildən on beş ilədək əmək stajı olduqda — 4 təqvim günü; on beş ildən çox əmək stajı olduqda — 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin bir müəssisədə işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu əmək stajına işçinin əmək müqaviləsi üzrə faktik işlədiyi müddətdən başqa yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əmək haqqı saxlanıldığı dövrlər daxil edilir. Əmək stajına görə (o cümlədən əmək şəraitinə görə) əlavə məzuniyyətlər bu Məcəllənin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir.
19. Maddə 144. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər.
20. Maddə 172.4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
21. Maddə 296. bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Maddə 218.3 hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
28. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3653/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
36. Məhkəmə kollegiyası hazırkı iddia tələbi üzrə birinci insansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir.
37. Belə ki, iş materiallarında olan işəgötürən tərəfindən təqdim edilmiş işçinin şəxsi vərəqəsindən görünür ki, İddiaçı 2007-ci ilin may ayından 2023-cü ilin dekabr ayınadək fərdi hesabına aylıq əmək haqları köçürülmüşdür. İddiaçının bununla bağlı apellyasiya şikayətində qeyd etdikləri öz şəxsi mülahizələri olmaqla heç bir hüquqi əsası yoxdur. İddiaçı əsaslandığı halları təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.
38. Məhkəmə kollegiyası iddianın “7 iş ilində istifadə edilməmiş məzuniyyət üçün pul kompensasiyasının əlavə məzuniyyətlər nəzərə alınmaqla hesablanıb verilməsi” hissəsinə münasibətdə də qeyd edir ki, tələbin əsassız olması iş materialları ilə müəyyən edilir ki, iddiaçının istifadə etmədiyi məzuniyyət günlərinin sayı 126 gün olmaqla, həmin günlərə görə vergi tutulmaları çıxıldıqdan sonra ümumilikdə 1833.72 manat kompensasiya ödənilmişdir.
39. İddianın “əmək müqaviləsinə xitam verilərkən işlədiyi 2024-cü ilin yanvar ayının 1 və 3-cü tarixlərindəki günlər (bayram günləri) nəzərə alınmaqla son ödənclərin hesablanıb verilməsi” hissəsinə münasibətdə kollegiya qeyd edir ki, həmin hissədə də iddiaçı tərəfindən sübut təqdim edilməmişdir.
40. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
41. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
42. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri - əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
43. Məhkəmə iddia tələbinin “iddiaçıya vurulmuş mənəvi ziyana görə 6.000 manatın tutulması” hissəsinə münasibətdə haqlı olaraq hesab edir ki, iddia qeyd edilən hissədə də təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdeh tərəfindən ona mənəvi zərərin vurulması ilə əlaqədar sübut təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olan hal aşkarlanmamışdır.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, iddiaçı apellyasiya şikayətində qeyd etdiklərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinin tələbi baxımından hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3653/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər..