Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-991/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi ziyan tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)- 1767/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC-də sığortalanmış “İsuzu NKR 55E 16” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobillə «X6» markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermişdir. İddiaçının avtomaşını ilə "xxxx" ASC-də sığortalanmış “İsuzu NKR 55E 16” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomaşın toqquşmuş və nəticədə iddiaçının avtomaşınına maddi ziyan dəymişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Xocəsən yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi **-VG-*** dövlət qeydiyyat nişanlı “X8” markalı mikroavtobusa “İsuzi” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomaşının təqsiri nəticəsində ciddi ziyan dəymiş və avtomaşına dəymiş ziyan 4165 manat məbləğində qiymətləndirilmişdir. Bakı şəhəri Binəqədi rayon Ekologiya YPİ tərəfindən aparılan araşdırma nəticəsində “İsuzi” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X2 təqsiri təsdiq olunmuş və onun barəsində X11 haqqında qərar qəbul edilmişdir. F.Səyyadovun idarə etdiyi avtomaşını da hadisə zamanı başqa bir avtomaşın vurmuş və həmin şəxs barəsində onun idarə etdiyi avtomaşına münasibətdə inzibati qərar qəbul edilmişdir. Lakin onun idarə etdiyi avtomaşına dəyən ziyan F.Səyyadovun idarəçiliyində olan avtomaşının bir dəfə zərblə çırpılması nəticəsində yetirilmişdir. Ona da məlum olmuşdur ki, ona ziyan yetirən avtomaşın cavabdeh sığorta şirkəti tərəfindən sığortalanmışdır. Hadisə günü həmin şirkətin əməkdaşı tərəfindən avtomaşına baxış keçirilmiş və müayinə olunmuşdur. O, həmin avtomaşını cavabdehin Abşeron rayon Masazır qəsəbəsində yerləşən avtomobil təmiri servisinə də aparmış və orada avtomaşına baxış keçirilmişdir. O, avtomaşını təmir etdirmək istəyir, lakin sığorta dəymiş ziyanı hər dəfə də əsassız səbəb gətirməklə ödəmir, bu da onun hüquqlarının pozulmasına xidmət edir. Göstərilənləri nəzərə alaraq iddiaçı yol-nəqliyyat hadisəsi zamanı ona məxsus olan **-VG-*** dövlət qeydiyyat nişanlı “X8” markalı mikroavtobusa dəymiş 4165 manat məbləğində pulun və ödədiyi dövlət rüsumunun cavabdeh "xxxx" ASC tərəfindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1767/2022 saylı qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddia qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar «X6» markalı **-VG-*** dövlət nömrə nişanlı avtomaşına vurulmuş ziyanla bağlı "xxxx" Acıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə sığorta ödənişi kimi 3700 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 57 manat, cəmi 3757 (üç min yeddi yüz əlli yeddi) manat məbləğində pulun tutulması qət edilmişdir.
4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, təqdim olunan sənədlər əsasında iddiaçının idarə etdiyi nəqliyyat vasitəsinə zərər cavabdeh tərəfindən sığortalanmış nəqliyyat vasitəsi tərəfindən yetirildiyindən, 3-cü nəqliyyat vasitəsi “VAZ 2106” markalı, ** NZ *** dövlət qeydiyyat nişanlı avtomobil isə “İsuzu NKR 55E 16” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobillə sonradan arxadan toqquşduğundan, ikinci toqquşma hadisəsindən sonra “İsuzu NKR 55E 16” markalı avtomobilin təkrar iddiaçının idarə etdiyi avtomaşına dəyməsi məhkəmə tərəfindən müəyyən edilmədiyindən, bu hal yol-nəqliyyat hadisəsində iştrak edən 3 nəqliyyat vasitəsinin ilkin izahatları ilə də (izahatlarda 2-ci toqquşmadan sonra İsuzu NKR 55E 16” markalı avtomaşının təkrar iddiaçının avtomaşınına dəyməsi qeyd edilməyib) təsdiq olunduğundan «X6» markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomaşında olan zədələr ilk toqquşma zamanı yaranmış və bu səbəbdən vurulmuş ziyanla bağlı ödəniş edilməsinə məsuliyyət daşıyan sığorta təşkilatı məhz “İsuzu NKR 55E 16” markalı avtomobilin sığortalandığı hazırki tələb üzrə cavabdeh "xxxx" ASC-dir.
5. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 21.1, 21.2, 922.1, 923.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “İcbari sığortalar haqqında” AR Qanununun 3.1.2, 4.1, 15.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh apellyasiya şikayəti verərək, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1767/2022 saylı qətnaməsinin qismən ləğv edilərək 3700 manat həcmində zərər məbləğinin 50 % hissəsinin "xxxx"ASC-dən tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçının idarə etdiyi nəqliyyat vasitəsinə zərər cavabdeh tərəfindən sığortalanmış nəqliyyat vasitəsi tərəfindən vurulmuş və 3-cü nəqliyyat vasitəsinin dəymiş zərərdə rolu olmamışdır. Halbuki səlahiyyətli dövlət orqanının Arayışından da göründüyü kimi “MercedesBenz Sprinter” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər iki nəqliyyat vasitəsi tərəfindən vurulmuş və onlardan yalnız biri cavabdeh tərəfindən sığortalanmışdır. Bu səbəbdən də zərər məbləği zərərvuran hər iki nəqliyyat vasitəsinin sığortaçıları arasında müştərək qaydada bölünməlidir. Lakin məhkəmə öz qətnaməsində polis orqanı tərəfindən təqdim edilmiş TP ******* saylı X11 Haqqında qərarda və forma-4 arayışında X3 da təqsirli bilinməsi hallarını nəzərə almamışdır. Bu səbəbdən məhkəmə qətnamədə ödəniş edilməsinə məsulliyət daşıyan yeganə sığorta təşkilatı kimi "xxxx"ASCni müəyyən edərkən düzgün qərar qəbul etməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Apellyasiya baxışının hədləri
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
12. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
14. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə yöndəldiyindən, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
15. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
16. 923.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
17. 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
"İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun:
18. 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir.
19. 4.1-ci maddəsiən əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir.
20. 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.
AR Mülki Prosessual Məcəlləsi
21. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
25. İşin araşdırılması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, "xxxx" ASCdə sığortalanmış “İsuzu NKR 55E 16” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobillə «X6» markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermişdir. İddiaçının avtomaşınla "xxxx" ASC-də sığortalanmış “İsuzu NKR 55E 16” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomaşın toqquşmuş və avtomaşına maddi ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində sığorta hadisəsi baş verdiyindən və həmin yol-nəqliyyat hadisəsində iddiaçı zərərçəkən hesab olunduğundan, onun sığorta hadisəsi ilə bağlı sığorta ödənişi almaq hüququ yaranmışdır.
26. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun avtomaşınına cəmi 4165 manat məbləğində ziyan dəymişdir. Lakin sığorta şirkəti dəymiş ziyanı ödəmir. Belə ki, avtomobilə dəymiş maddi ziyanın qiymətləndirilməsi haqqında hesabata əsasən ona məxus avtomaşına dəymiş ziyanın 4165 manat təşkil etməsi tam təsdiq olunur. Bu səbəbdən iddiaçı avtomaşına dəymiş ziyana uyğun olaraq dəymiş ziyanın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
27. Kollegiya ilk növbədə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur və yaranmış mübahisə göründüyü kimi vurulmuş ziyanın bir hissəsinin onlar tərəfindən ödənilməməsi ilə əlaqədar olmuşdur. Yəni sığorta hadisəsinin baş verməsi işin mübahisəsiz halıdır.
28. Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçıya sığorta hadisəsi ilə bağlı sığorta ödənişinin ödənilməsindən imtina edilməməsini, lakin ona vurulmuş ziyanın yalnız 50%-i həddində kompensasiya verilməli olmasını göstərərək, bunu hadisənin digər sığorta təşkilatı tərəfindən sığortalanmış üçüncü nəqliyyat vasitəsinin iştirakı ilə də baş verməsi ilə əlaqələndirmiş və ziyanın 50%-ni həmin sığorta təşkilatı tərəfindən ödənilməli olmasını göstərmişdir.
29. Kollegiya qeyd edir ki, təqdim olunan sənədlər əsasında iddiaçının idarə etdiyi nəqliyyat vasitəsinə zərər cavabdeh tərəfindən sığortalanmış nəqliyyat vasitəsi tərəfindən yetirildiyindən, 3-cü nəqliyyat vasitəsi “VAZ 2106” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil isə “İsuzu NKR 55E 16” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobillə sonradan arxadan toqquşduğundan, ikinci toqquşma hadisəsindən sonra “İsuzu NKR 55E 16” markalı avtomobilin təkrar iddiaçının idarə etdiyi avtomaşına dəyməsi məhkəmə tərəfindən müəyyən edilmədiyindən, bu hal yol-nəqliyyat hadisəsində iştrak edən 3 nəqliyyat vasitəsinin sürücülərinin ilkin izahatları ilə də (izahatlarda 2-ci toqquşmadan sonra İsuzu NKR 55E 16” markalı avtomaşının təkrar iddiaçının avtomaşınına dəyməsi qeyd edilməyib) təsdiq olunduğundan, «X6» markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomaşında olan zədələr ilk toqquşma zamanı yaranmış və bu səbəbdən vurulmuş ziyanla bağlı ödəniş edilməsinə məsuliyyət daşıyan sığorta təşkilatı məhz “İsuzu NKR 55E 16” markalı avtomobilin sığortalandığı hazırki tələb üzrə cavabdeh "xxxx" ASC-dir. Bu səbəbdən məhkəmə cavabdehin qeyd edilən dəlillərini əsaslı hesab etmir.
30. Cavabdeh apellyasiya şikayətində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Forma-4 saylı arayışın birinci instansiya məhkəməsi trəfindən nəzərə alınmadığına istinad etsə də, kollegiya bu dəlili əsaslı hesab etmir.
31. Belə ki, cavabdehin özünün etiraf etdiyi kimi, hadisədən dərhal sonra səlahiyyətli orqan tərəfindən hadisənin təfərrüatları ilə bağlı arayışlar tərtib edilmiş, həmin arayışlar hadisənin iştirakçılarının verdikləri izahatlara uyğun olmuşdur.
32. Həmin arayışlar xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, elə həmin tarixdə də, hadisənin baş verməsində təqsirli olan şəxslərin barəsində inzibati məsuliyyətə cəlb edilmələri barədə qərar qəbul edilmişdir.
33. Belə olan halda, eyni orqan tərəfindən hadisənin baş verməsindən və təsirli şəxslərin məsuliyyətə cəlb edilməsindən 2 aydan artıq müddət keçdikdən sonra yenidən tərtib edilmiş arayışın hansı səbəbdən hadisədən dərhal sonra tərtib edilmiş arayışlardan daha mötəbər olmasını əsaslandırmamışdır.
34. Beləliklə, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən məhkəmənin mübahisə üzrə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
35. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin müəyyən edilən halları əsasında hüquqi cəhətdən qiymətləndirərək onları əsassız hesab edir.
36. Kollegiya həmçinin qeyd edir ki, hazırkı iddianın mübahisələndirilən hissədə qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1767/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.