Məhkəmə qərarları › İş №2(103)-9929/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9929/2020

29.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9929/2020 29.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 BOKT ASC-yə və «xxxx» MMC-yə qarşı «hərracın və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-4408/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 BOKT ASC-yə və «xxxx» MMC-yə qarşı (mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Binəqədi rayon İcra və Probasiya şöbəsi cəlb olunmaqla) «hərracın və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Şəhriyar kiiçəsı 11 ünvanda yerləşən fərdi yaşayış evinə dair «xxxx» MMC tərəfindən xx xxxxxx 2019-cu il tarixilə keçirilən hərracın və onun nəticələri haqqında 7602 nömrəli protokolun etibarsız hesab edilməsi, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən yeni verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun bərpa edilərək qeydə alınması və bu barədə ona müvafiq çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)- 4408/2020 saylı qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia təmin olunmamışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib olunmamış, şikayətin bütün hissəsində birinci instansiya məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunması xahiş edilmişdir ki, işdə də belə bir tarixli qətnamə mövcud deyildir MPM-nin 361.1 və 361.1.3-cü maddələrinin tələbinə görə, apellyasiya şikayətində barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı göstərilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən halı diqqət yetirməmişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda Azərbaycan Respublikası MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş həmin şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 BOKT ASC-yə və «xxxx» MMC-yə qarşı «hərracın və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-4408/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar