Məhkəmə qərarları › İş №2(103)-993/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-993/2023

18.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-993/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-993/2023 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X8 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(004)-4580/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1."xxxx" ASC tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 92a, mənzil 1042 (abonent kodu **********A1042) ünvana dair elektrik enerjisindən istifadəyə görə 109,63 manat məbləğində borc yazılmışdır. 2.İddiaçı həmin akt üzrə hesablanmış borcu qanunsuz hesab edərək, silinməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 92a, mənzil 1042 (abonent kodu **********A1042) ünvana dair elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 109,63 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC bazasında **********A1042 abonent kodu X3 adınadır. Məsələ burasındadır ki, Həsən ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı tərəfindən 2021-ci ilin avqust ayında alınmışdır. Həmin tarixdən etibarən 4 dəfə ötən ilin sentybr, oktyabr, noyabr və dekabr aylarında təqdim edilmiş bildirişlər üzrə sərfiyyat tərəfindən tam olaraq ödənilmiş və həmin bildirişlərdə hər hansı qalıq borc məbləğinin olması əksini tapmamışdır. Lakin xx.xx.2022- ci il tarixli bildirişdə isə ötən dövr üzrə sərfiyatın 189 kvt.s, ödənilməli məbləğin isə 15,12 manat olması qeyd edilsə də, haradansa bildirişdə onun 109,633 manat qalıq borcunun olması göstərilmişdir. Daha sonra ona bildirmişlər ki, əsassız hesab etdiyi məbləğ sərfiyata görədir. Məsələ ilə əlaqədar iki dəfə "xxxx" ASC-nin Elektron ünvan 1 elektron poçt ünvanına müraciət edərək, borcun yaranma əsasları və hesablama metodikası barədə məlumat verilməsini xahiş etmişdir. Daxil olmuş cavab məktublarında "xxxx" ASC tərəfindən elektrik sayğacının ekranı oxunmadığından onlar tərəfindən xx.xx.2022-ci iltarixində 053115 № akt tərtib edildiyi və sayğacın yenisilə əvəz edildiyi qeyd edilsə də, birbaşa suallarına cavab verilməmiş, borcun hansı səbəbdən və hansı qaydada hesablandığı əsaslandırılmamışdır. Belə ki, cavab məktublarında istinad edilən aktdan da məlumatsızdır, belə bir akt ona təqdim edilməmiş, ümumiyyətlə sayğacda hər hansı "problemin" olmasından xəbərsizdir. Göründüyü kimi "xxxx" ASC-yə ünvanlanmış sualları konkret cavablandırılmasa da, borcun yaranma səbəbinin sayğacın dəyişdirilməsi ilə əlaqəli olduğunu güman etmək mümkündür. Əgər belədirsə, onda hesablanmış borc əsassız və qanunsuzdur. 5.Daha sonra cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək ərizəsində qeyd etmişdir ki, iddia ərizəsində qeyd olunmuş **********A1042 koodun abunəçisi X2. "xxxx" ASC ilə İddiaçı arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmamışdır. "xxxx" ASC tərəfindən hesablanmış borc abunəçi X4 aiddir. Hər ay üzrə istifadə olunmuş elektrik enerjisinin hesabı abonentə təqdim edilir. Həmin qəbzdə abunə kodu (**********A1042), abunəçinin adı (Ələsgər Hidayət oğlu), ay ərzində istifadə olunmuş elektrik enerjisinin hesabı və ümumi borc qeyd edilir. "xxxx" ASC tərəfindən İddiaçı heç bir hüququ pozulmamışdır. İddiaçı iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi deyil. Belə ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. 6.Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, izahatına əlavə olaraq bildirmişdir ki, qarşı tərəf ərizə təqdim edib. Ərizədə qeyd olunur ki, onlarla İddiaçı arasında müqavilə bağlanılmayıb, ona görə də İddiaçı iddia qaldırmağa subyektiv hüququ yoxdur. İki əsasla hesab edir ki, təqdim olunmuş ərizə əsassızdır. Birincisi, əgər borc varsa, abonent mənzildəki elektrik sayğacının abonent kodunu öz adına keçirə bilmir. İkincisi, hansı qanunda qeyd olunub ki, "xxxx"a qarşı iddianı yalnız abonent qaldırmalıdır. O, vətəndaşdır, hər hansı orqanın, hüquqi şəxsin hərəkətləri onun hüquqlarına, mənafelərinə toxunursa, onun məhkəmə müdafiəsi hüququ var. Məhkəməyə də mənzilin onun mülkiyyətində olması ilə bağlı təsdiqedici sənədlər vermişdir. Bildiriş xəbərdarlıqlarında da, Nazirlər Kabinetinin qərarında da yazılıb ki, əgər abonentin elektrik sayğacında göstərilən məbləği 1 ay ərzində ödənilmədikdə mənzilə eletrik enerjisinin verilməsi dayandırılır. Əgər o həmin mənzilin mülkiyyətçisidirsə, o və onun ailəsi həmin mənzildə yaşayırsa, xəbərdarlıqda göstərilən müddətdən sonra onun hüquqları pozulacaqsa, təbii ki, o, məhkəməyə müraciət etməlidir. Burada subyektiv hüquqların olmamasından söhbət gedə bilməz. Əgər bildirirlərsə ki, İddiaçı hüququ yoxdur iddia qaldırmağa, onda işığın kəsilməməsinə dair təminat versinlər, Məmmədzadə Ələsgərə qarşı iddia qaldırsınlar, 109 manatı ondan istəsinlər. Lakin o belə hesab edir ki, Məmmədzadə Ələsgərin bu məsələdə heç bir təqsiri yoxdur. O, 2021-ci ilin avqust ayından mənzilə dair mülkiyyət hüquqlarını itirib, həmin mənzildə yaşamır, o elektrik sayğacını o istifadə edir, həmin mənzildə o yaşayır, elektrik enerjisinin istehlakçısı da odur. Əgər "xxxx" Məmmədzadə Ələsgərə qarşı iddia qaldırırdısa, onda bu günə kimi qaldırmalı idi. Ona görə də hesab edir ki, onun subyektiv hüquqlarının olmaması qəbuledilməzdir. 7.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər. Birincisi, iddiaçı 25 avqust 2021-ci ildə mənzilin mülkiyyətçisi olmasına dair çıxarış təqdim edib. 2021-ci ildə həmin mənzildə borc olmamışdır. Əgər 2021-ci ildə iddiaçı Asan Kommunala "xxxx"la müqavilə bağlamaq vəabonent kodunu öz adına keçirməklə bağlı müraciət etsə idi, onda heç bir problem olmazdı. Akt da həmin ünvan üzrə vaxtilə bununla müqavilə bağlayan şəxsin adına tərtib olunub. Onda invoysda 2011-ci il göstərilir, lakin ola bilər ondan əvvəl bağlanılıb. Onlarda İddiaçı abonent kimi qeydiyyatda deyil. Ona görə də onlar hesab edirlər ki, İddiaçı subyekt kimi həmin iddianı qaldıra bilməz. Onlar akt tərtib etmişlər, bütün sənədlər Məmmədzadə Ələsgərin adınadır. Belə ki, iddiaçı həmin mənzildən istifadə edə bilər. Lakin o onların abonenti deyil. Belə ki, protokol, akt hamısı Məmmədzadə Ələsgərin adına tərtib olunub İddiaçı deyə bilər ki, borc Məmmədzadə Ələsgərin adınadır, ona görə də o bu borcu müzakirə etmək istəmir. Lakin borc 2021-ci ildə deyil, 2022-ci ildə yaranıb. 2021-ci ildə iddiaçı çıxarışı alandan sonra mütləq Asan Kommunala müraciət edib su, qaz və işığı öz adına keçirməli idi. Onda heç bir problem olmazdı, akt da onun adına tərtib olunardı və aktın əsasında laboratoriya rəyindən həmin sərfiyyatı müzakirə edə bilərdilər. Lakin indi borc olduğu üçün abonent kodunu adına keçirmək istəsə, ona imtina gələcək. Borc olan zaman abonent kodu addan-ada keçirilmir. Borc ödənilməlidir, çünki indi o addan-ada keçirsə, bu günki günə o müqavilə əldə etmiş olacaq, həmin borc isə Məmmədzadə Ələsgərin adına qalacaqdır. Əməkdaşlar yaxınlaşıblar sayğaca və görüblər ki, həmin sayğacın üzərində göstərici yoxdur. Onlar laboratoriya işçilərini çağırıblar və laboratoriya işçiləri həmin protokolun əsasında yeni sayğac quraşdırıb. Üzərində göstərici olmayan sayğac göndərilib laboratoriyaya və xüsusi proqramla sərfiyyat oxunulub. Cərimə qeyd olunmayıb. 8.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 27 oktyabr 2022-ci il tarixli, 2(004)-4580/2022 saylı qətnaməsi ilə (hakim-Orxan Məmmədli) iddia təmin edilərək, İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 92a, mənzil 1042 ünvanına dair (abonent kodu **********A1042) elektrik enerjisinin istehlak edilməsinə görə 109,63 (yüz doqquz manat altmış üç qəpik) manat dəyərində hesablanmış borcun silinməsi qət edilmişdir. 9.İş materiallarında olan 21 fevral 2022-ci il və 23 fevral 2022-ci il tarixli Elektron ünvan 2 email adresindən Elektron ünvan 3 email adresinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, qalıq borc kimi 109.633 manatın haradan yarandığının araşdırılması barədə elektron şikayətə cavab olaraq bildirilir ki, elektrik sayğacının ekranı oxunmadığından tərəflərindən xx.xx.2022-ci il tarixində 053115 nömrəli akt tərtib edilmiş və sayğac yenisi ilə əvəz edilmişdir. Bu məlumat D/YƏ-20282 saylı xx.xx.2022-ci il tarixli xidməti məlumatla təsdiqlənmişdir. 10.İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 92a, mənzil 1042 ,(yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 153, M9, m6) xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. 11.İş materiallarında olan Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 053115 nömrəli, xx.xx.2022-ci il tarixli Protokoldan görünür ki, 14555405 nömrəli sayğacın tablosu oxunmadığından 240009 nömrəli akta əsasən sayğac yeni sayğac ilə (1913253 nömrəli) əvəz edilmişdir. Sayğacın göstəricisi xüsusi proqram əlavəsi ilə oxunmuş və göstərici 42940,558 müəyyən olunmuşdur. 12.İş materiallarında olan 17 yanvar 2022-ci il tarixli, 240009 saylı Aktdan görünür ki, 14555405 nömrəli sayğacın göstəricisi oxunmur. Bu səbəbdən sayğacın yenisi ilə əvəz edilməsi və laboratoriya şəraitində yoxlanılması müəyyən edilmişdir. Aktda istehlakçı kimi Məmmədzadə Ələsgərin adı qeyd edilmişdir. 13.Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 92a, 1042 saylı mənzillə bağlı "xxxx" ASC tərəfindən quraşdırılmış 14555405 nömrəli sayğacın tablosu oxunmadığından 240009 nömrəli akta əsasən sayğac yeni sayğac ilə (1913253 nömrəli) əvəz edilmişdir. Sayğacın göstəricisi xüsusi proqram əlavəsi ilə oxunmuş və göstərici 42940,558 müəyyən olunmuşdur. 17 yanvar 2022-ci il tarixli, 240009 saylı Aktdan görünür ki, 14555405 nömrəli sayğacın göstəricisi oxunmamış və bu səbəbdən sayğacın yenisi ilə əvəz edilməsi və laboratoriya şəraitində yoxlanılması müəyyən edilmişdir. Aktda istehlakçı kimi Məmmədzadə Ələsgərin adı qeyd edilmişdir. Lakin müəyyən olunur ki, "xxxx" ASC ilə bütün sənədləşmələrdə abonent kimi X3 adı qeyd edilmiş, **********A1042 saylı abunə kodu X3 adına olmuşdur. Belə ki, 17 yanvar 2022-ci il tarixli, 240009 saylı Akt tərtib edilərkən sözügedən mənzilin mülkiyyətçisi İddiaçı olmuş və elektrik enerjisinin istehlakı da o və ailə üzvləri tərəfindən olmuşdur. Daha sonra İddiaçı **********A1042 saylı abunə kodu üzrə özünün mənzilin mülkiyyətçisi olduğu dövrə təsadüf edən 109,633 manat borcu olduğunu öyrənmiş və "xxxx" ASC-yə borcun yaranma əsasları barədə məlumat verilməsini nəzərdə tutan elektron müraciət ünvanlamışdır. Cavab olaraq 21 fevral 2022-ci il və 23 fevral 2022-ci il tarixli Elektron ünvan 2 email adresindən Elektron ünvan 3 email adresinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, qalıq borc kimi 109.633 manatın haradan yarandığının araşdırılması barədə elektron şikayətə cavab olaraq bildirilir ki, elektrik sayğacının ekranı oxunmadığından tərəflərindən xx.xx.2022-ci il tarixində 053115 nömrəli akt tərtib edilmiş və sayğac yenisi ilə əvəz edilmişdir. Bu məlumat D/YƏ-20282 saylı xx.xx.2022-ci il tarixli xidməti məlumatla təsdiqlənmişdir. Hazırda İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 92a, mənzil 1042 (abonent kodu **********A1042) ünvana dair elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 109,63 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.Məhkəmə qeyd etmişdir ki, müvafiq sayğacın dəyişdirilməsi və akt tərtib edilməsi zamanı mənzilin mülkiyyətçisinə və bilavasitə elektrik enerjisini istiehlak edənə məlumat verilməmişdir və sayğacın korlanması da mülkiyyətçinin təqsiri səbəbindən olmamışdır. Belə ki, cavabdeh tərəf bunun əksini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarın tələblərinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır 15.Sadalanan xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 109,63 manat məbləğində borcun silinməsini tələb etməkdə haqlıdır və iddia tələbi təmin edilməli, İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 92a, mənzil 1042 ünvanına dair (abonent kodu **********A1042) elektrik enerjisinin istehlak edilməsinə görə 109,63 (yüz doqquz manat altmış üç qəpik) manat dəyərində hesablanmış borc silinməlidir. 16.Cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi ərizədə və verdiyi izahatda qeyd etdiyi İddiaçı iddia tələbiniirəli sürməyə imkan verən subyektiv hüququnun olmaması fikrinə gəldikdə isə məhkəmə həmin dəlili əsassız hesab edərək qeyd etmişdir ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 92a, mənzil 1042,(yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 153, M9, m6) xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Baxmayaraq ki, hər ay üzrə istifadə olunmuş elektrik enerjisinin hesabını göstərən qəbzdə və digər sənədlərdə abunəçinin adı X1 qeyd edilmişdir, xx.xx.2021-ci il tarixdən həmin mənzildə İddiaçı öz ailəsi ilə birgə yaşayış və elektri enerjisi də onlar tərəfindən istehlak olunmuş, müvafiq borc yaranmış, həmin tarixdən də borca görə ödənişlər məhz İddiaçı tərəfindən ödənilmişdir. Bu səbəbdən də İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ vardır. Belə ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 92a, 1042 saylı mənzilin mülkiyyətçisidir və həmin mənzil onun qanuni sahibliyində və istifadəsindədir. Buna görə də həmin mənzildə sayğac dəyişdirilərkən, müvafiq akt tərtib edilərkən mülkiyyətçiyə, elektrik enerjisini bilavasitə istehlak edən şəxsə məlumat verilməli idi. 17.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6, 7.11, 8.17, 8.17-2-ci;Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88, 217.4, 218.3, 216-220, 222, və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 18.Cavabdeh "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.Apellyasiya şikayətində qeyd olunur ki,xx.xx.2022-ci il tarixli 053115 saylı sayğac dəyişdirilməsi və quraşdırılmsaı protokolun əsasında 14555405 nömrəli sayğac ******* nömrəli yeni sayğacla əvəz edilmişdir. Sayğacın göstəricisi xüsusi proqram əlavəsi ilə oxunmuş və göstərici 42.940,558 müəyyən olunmuşdur və abonentə 951 kvts görə 109,63 manat hesabat təqdim edilmişdir. Qeyd olunan aktlar və protokol qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir, və akta əsasən hesablanmış istifadə olunmuş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

a)Məhkəmə icraatı iştirakçılarının izahatları

21.Məhkmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdi. 22.İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23.“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 24.Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. 25.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı maddəsinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 26.Həmin qərarın 7.11-ci maddəsinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. 27.Həmin qərarın 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 28.Həmin qərarın 8.17-2-ci bəndinə əsasən 8.17-2. istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 29.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 30.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 32.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam olaraq yoxlanması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33.Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(004)-4580/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 34.Belə ki, iş materiallarından göründüyü kimi müvafiq sayğacın dəyişdirilməsi və akt tərtib edilməsi zamanı mənzilin mülkiyyətçisinə və bilavasitə elektrik enerjisini istiehlak edənə məlumat verilməmişdir və sayğacın korlanması da mülkiyyətçinin təqsiri səbəbindən olmamışdır. Belə ki, cavabdeh tərəf bunun əksini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. 35.Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Bütün qeyd edilənlərə əsasən məhkəmə düzgün olaraq hesab etmişdir ki,iddia tələbi təmin edilməli və iddiaçının ünvanına hesablanmış 109,63 manat məbləğində borc ləğv olunmalıdır. 36.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 37.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 38.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 39.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 40.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(004)-4580/2022 saylı qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz .

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar