Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9934/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-1920/2021 saylı iş üzrə qəbul etdiyi 23 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Zəfəran sovxozu ünvanına dair əsassız hesablanmış 717,10 borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB tərəfindən ona məxsus Bakı şəhəri, Binə qəsəbəsi, Zəfəran Sovxozu ünvanda qaz itkisinin yarandığı müəyyən edilmiş, 717,10 manat məbləğində borc hesablanmışdır. Fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh İB daşıdığı halda qaz sayğacında yaranmış qüsura görə 717,10 manat məbləğində borcun hesablanmasına əsas olmuş hallar tamamilə qanunsuz və əsassız olduğu üçün həmin borc məbləği silinməlidir. Cavabdeh İB mənzildən kənarda quraşdırılmış sayğacdakı pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut təqdim etməmişdir, halbuki, bu halda sübut etmə yükü cavabdehin üzərinə düşür. Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Zəfəran Sovxozu ünvanına dair **********08780 (köhnə kod **********8000) saylı abonentin hesabına hesablanmış 939,10 manat məbləğində borcun həmin hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-1920/2021 saylı iş üzrə qəbul etdiyi 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və yenidən qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsi baxışı zamanı izahatında bildirmişdir ki, birliyin əməkdaşları tərəfindən sayğaca baxış zamanı sayğacdan kənar xətt olduğu aşkar olunmuş və foto şəkil çəkilmişdir. Məhkəmə iclası təxirə salınaraq cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə foto və video çəkliş təqdim ediməli idi, lakin heç bir sübut video çəkliş təqdim edə bilmədi. Mülki işin içində heç bir tutarlı sübut olmadığı halda hakim iddianı rədd etmişdir. İş materialında olan aktın surətindən isə müəyyən edilir ki, akt tərtib edilərkən hal şahidlərinin əvəzinə Cavabdeh İB-nin əməkdaşları iştirak edərək akta imza etmişlər. O isə eç bir akta imza etməmiş və aktlardan xəbəri olmamışdır. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, iddiaçının təqsiri müəyyən olmadığı, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 853,20 manat məbləğində hesablanmasını məhkəmə ağılabatan mühakimə hesab etməməldir. Məhkəmə islasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, əlavə olaraq bildirdi ki, cavabdeh tərəf sayğaca onun tərəfindən qanunsuz müdaxilə olması barədə hər hansı sübut təqdim etməmişdir. Həmçinin Bakı şəhəri, Binə qəsəbəsi, Zəfəran Sovxozu ünvanında daimi yaşayış olmur, yalnız yay fəslində həmin evdə yaşayış olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, kollegiya cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan iddiaçının abonent saldosundan (kod **********08780) görünür ki, 2019-cu il üçün abonentə 853,20 manat borc hesablanmışdır. İş materiallarında olan 31.01.2019-cu il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğacdan kənar qaz xətti aşkar olunmuşdur. İş materiallarından görünür ki, itirilmiş qazın bərpası üzrə hesablamaya əsasən 31.01.2019-cu il tarixli, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 180 gün təşkil edir. Hesabat zamanı qaz sərfi üzrə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və nəticədə 8532 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Birinci instansiya məhkəməsi baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus evə quraşdırılan qaz sayğacından kənar xətt olduğu aşkar edilmiş və qeyri-qanuni xətt ləğv edilməklə aktlaşdırlmışdır və akt əsasında 8532 m3 hesabat aparılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan nəticəsi ilə razılaşsa da hesab edir ki, iddia tələbi qismən əsaslı olmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçıya məxsus evə quraşdırılan qaz sayğacından kənar xətt olduğu aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir, iddiaçı sayğaca müdaxilənin edilmədiyini qeyd etsə də, bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinə görə isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qaz sayğacına qanunsuz müdaxilə aşkar edilərək, müvafiq akt tərtib edilməklə həmin xəttin ləğv edilməsi təmin edilsə də, borcun hesablanmasında səhvə yol verilmişdir, birinci instansiya məhkəməsi də iddianı bütövlükdə rədd etməklə işin faktiki hallarına düzgün qiymət verməmişdir. Belə ki, iş materiallarında olan abonentin saldosundan (i.v 9) görünür ki, iddiaçının istifadəsində 4 gözlü qaz plitələri (PQ-4) (1/1) və samovar (1/1) olmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən (i.v 10) isə görünür ki, dəymiş ziyanın hesablanması zamanı PQ-4, QSSQ və dəmir soba üçün itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla cəmi 8532 kub metr qazın dəyərinin ödənilməsi müəyyən edilmişdir. Halbuki abonentin saldosunda dəmir soba ilə bağlı hər hansı bir qeyd olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, dəmir soba üçün hər hansı əsas olmadan qazın itirilməsinə görə borc hesablanmışdır, birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarına dair araşdırma aparmadan iddia tələbini rədd etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, dəmir soba üçün 4536 kub metr itirilmiş qaza görə hesablanmış 453.6 manat borcun silinməsi hissəsində iddia tələbi əsaslı olduğundan iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçıya ümumilikdə 8532 kub metr itirilmiş qaza görə 853.2 manat borc hesablanmış, iddiaçı isə 939,10 manat məbləğində borcun silinməsini xahiş etmişdir ki, iddia tələbi həmin fərqə münasibətdə də əsassız olmuşdur. Beləliklə də, apellyasiyanэn nəticələri ilə mьəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiю qətnamə, maddi və prosessual hьquq normalarэnэn tələblərinə tam cavab vermir. Odur ki, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuю səlahiyyətinə əsaslanaraq Məhkəmə hesab edir ki, apellyasiya юikayəti qismən təmin edilməli, rayon məhkəməsinin qətnaməsi qismən ləрv edilməli, iddia tələbi qismən təmin edilməli, apellyasiya юikayətinin verilməsinə gцrə цdənilmiю dцvlət rьsumu iddiaзэnэn цzьnə xeyrinə tutulmalэdэr. MPM-nin 404-1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-1920/2021 saylı iş üzrə qəbul etdiyi 23 iyun 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********08780 saylı abunə koduna hesablanmış 453.6 (dörd yüz əlli üç manat altımış qəpik) manat məbləğində borc silinsin. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-9934/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9934/2021
27.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver