Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1001/2024 08.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Gəncə şəhəri 1 saylı notariat ofisi və Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi, əmlakın əvvəlki vəziyyətinə qaytarılması, vərəsəliyin müəyyən olunması, vərəsə tanınma və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2(044)-658/2022 nömrəli qərardadından Maraqlı şəxs ASC tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh3, Gəncə şəhəri 1 saylı notariat ofisi və Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə şəhər Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 06 oktyabr 2016-cı il tarixli 2V-1- 229 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və DƏDRX tərəfindən verilmiş 21 oktyabr 2018-ci il tarixli ********** nömrəli çıxarışın etibarsız hesab edilməsi; Gəncə şəhəri, Gəncə rayonlararası təhcizat bazasının “Savalan” bağçılıq massivi, sahə 3-də yerləşən bağ evinin əvvəlki vəziyyətinə qaytarılması; X1 miras qalmış bağ evinə vərəsəliyin müəyyən edilərək, vərəsə tanınması və onun miras mülkə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(044)- 658/2022 nömrəli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh2 Cavabdeh3 verilmiş 06 oktyabr 2016-cı il tarixli 2V-1- 229 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş 21 oktyabr 2018-ci il tarixli ********** nömrəli çıxarış etibarsız hesab edilməsi; Gəncə şəhəri Gəncə rayonlararası təhcizat bazasının “Savalan” bağçılıq massivi sahə 3-də yerləşən bağ ev ilkin hüquqi vəziyyəti qaytarılması; İddia tələbinin qalan hissədə təmin edilməməsi; İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli 2(104)- 2207/2022 nömrəli qətanaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(044)-658/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə yəni “Cavabdeh2 Cavabdeh3 verilmiş 06 oktyabr 2016-cı il tarixli 2V-1- 229 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş 21 oktyabr 2018-ci il tarixli ********** nömrəli çıxarış etibarsız hesab edilməsi; Gəncə şəhəri Gəncə rayonlararası təhcizat bazasının “Savalan” bağçılıq massivi sahə 3-də yerləşən bağ ev ilkin hüquqi vəziyyəti qaytarılması” hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamə maraqlarına toxunduğunu əsas gətirərək Maraqlı şəxs ASC qətnamədən apellyasiya şikayəti vermiş, eləcədə apellyasiya şikayətinin vermə müddətinin buraxılmamış hesab olunması və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmasına dair ərizə vermişdir. Gəncə Şəhər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2(044)-658/2022 nömrəli qərardadı ilə Maraqlı şəxs ASC-nin Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(044)-658/2022 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti, eləcədə “üçüncü şəxs qismində cəlb edilərək məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermək üçün prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə” ərizəsi geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Maraqlı şəxs ASC şikayət verərək, qərardadın ləğv olunmasıni və apellyasiya şikayətinə baxılması üçün mülki işin apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(044)-658/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1. maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2. maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxlərdə malikdir. Həmin Məcəllənin 364.2. maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər Məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(044)-658/2022 nömrəli qətnaməsindən Cavabdeh3 apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli 2(104)-2207/2022 nömrəli qətanaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(044)-658/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə yəni “Cavabdeh2 Cavabdeh3 verilmiş 06 oktyabr 2016cı il tarixli 2V-1- 229 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş 21 oktyabr 2018-ci il tarixli ********** nömrəli çıxarış etibarsız hesab edilməsi; Gəncə şəhəri Gəncə rayonlararası təhcizat bazasının “Savalan” bağçılıq massivi sahə 3-də yerləşən bağ ev ilkin hüquqi vəziyyəti qaytarılması” hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərarı ilə apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılması; Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməz olması; Məhkəmə aktlarının apellyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apellyasiya şikayəti (və ya şikayətləri) apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməli olması; Məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş kassasiya şikayətinin (və ya şikayətlərinin) icraata qəbulundan kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 411-ci maddəsinə əsasən imtina edilməsi qərara alınmışdır. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(044)- 658/2022 nömrəli qətnaməsi Maraqlı şəxs AS-nin hüquq və maraqlarına toxunsada, lakin yuxarıda da qeyd olunduğu kimi həmin qətnamə iş üzrə Cavabdeh3 tərəfindən mübahisələndirilmiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli 2(104)-2207/2022 nömrəli qətanaməsi ilə şikayət təmin edilməmişdir. Ona görədə kollegiya hesab edir ki, apellyasiya şikayətini geri qaytarmaqda birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 403.1. maddəsinə əsasən, bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Həmin Məcəllənin 403.2. maddəsinə əsasən isə, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilər. Ərizədə qəbul edilmiş qətnamə və ya qərardadla şəxsin hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Ərizəyə kassasiya şikayəti əlavə edilməlidir. Həmin Məcəllənin 403.2-3. maddəsinə əsasən, məhkəmə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin ərizəsinin təmin olunmasına dair qərardad qəbul etdikdə, ərizəyə əlavə edilmiş kassasiya şikayətini bu Məcəllənin 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398, 400, 403-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Q Ə R А R А А L D İ: Maraqlı şəxs ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2(044)-658/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1001/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1001/2024
08.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver