Məhkəmə qərarları › İş №2(104)-1005/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1005/2024

10.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1005/2024 10.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı1 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 İddiaçı1, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı mülki iş üzrə Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğvi, miras əmlak üzərində payın müəyyən edilməsi tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, ilkin və qarşılıqlı iddialar üzrə Cavabdeh1, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2, həmçinin ilkin və qarşılıqlı iddialar üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik qaydasında miras payın bölünüb verilməsi və mülkiyyət hüququnun tanınması tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı1, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik qaydasında miras payın bölünüb verilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 2(023)-715/2021 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, eləcə də ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, həmçinin ilkin və qarşılıqlı iddialar üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 10 sentyabr 2024cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Nikah haqqında arayışdan görünür ki, X7 və Cavabdeh4 Əsgər qızı xx.xx.1947-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar;

2. Arayışlara əsasən müəyyən olunur ki, İddiaçı1, X12 və Cavabdeh1 X7 ilə Cavabdeh4 Əsgər qızının birgə nikahından doğulmuş uşaqlarıdır.

3. Ölüm haqqında arayışdan görünür ki, X12 xx.xx.2013-cü il tarixdə ölmüşdür.

4. Doğum haqqında arayışdan görünür ki, Cavabdeh4 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur, atası X12, anası X14r.

5. 872 nömrəli torpaq qeydinə dair sənədin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 910 kv.m-dən ibarət həyətyanı torpaq sahəsi X6 istifadəsinə verilmişdir.

6. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1982-ci il tarixdə ölmüşdür.

7. Əmlakın bir hissəsinə mülkiyyət hüququ haqqında 20 iyun 1984-cü il tarixli, 5289 reyestr nömrəli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 Əsgər qızı xx.xx.1982ci ildə vəfat etmiş X6 arvadı olmaqla birgə nikah dövründə əldə etdikləri, X6 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 82,6 kv.m, qeyri-yaşayış sahəsi 119,2 kv.m olan, 1957-ci ildə tikilmiş 1 mərtəbəli, 4 otaqdan ibarət evin ½ hissəsinə mülkiyyət hüququ əldə etmişdir;

8. Qanun üzrə vərəsəlik hüququ haqqında 20 iyun 1984-cü il tarixli, 5290 reyestr nömrəli şəhadətnamənin surətində göstərilmişdir ki, 16 dekabr 1982-ci ildə vəfat etmiş X6 vərəsələri ünvan 2 ünvanında yaşayan arvadı Cavabdeh4 Əsgər qızı, oğlanları X12, İddiaçı1 və Cavabdeh1dur və onlar miras əmlakdan tam hissədə irs almalıdır. Miras əmlak ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 82,6 kv.m, qeyri-yaşayış sahəsi 119,2 kv.m, 1 mətəbəli, 4 otaqlı fərdi yaşayış evindən ibarətdir.

9. xx.xx.1987-ci il tarixli fərdi yaşayış evinə dair texniki pasportun surətindən görünür ki, Qazax şəhəri Orconokidze küçəsində yerləşən 41 nömrəli fərdi yaşayış evinə dair Cavabdeh4 Əsgər qızı, Tariel, Tahir və Cavabdeh1ların adına texniki pasport tərtib edilmişdir.

10. 08 iyul 2004-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, ünvan 3 evdə yaşayan Cavabdeh4 Əsgər qızı ölən günədək ona məxsus olan bütün əmlakını, onun harada olmasından və nədən ibarət olmasından asılı olmayaraq, o cümlədən ünvan 3 ünvanda yerləşən 1 otaqdan ibarət şəxsi evini, evin qarşısındakı qarajı, hamamı oğlu İddiaçı1 vəsiyyət etmişdir.

11. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 Əsgər qızı xx.xx.2008-ci il tarixdə ölmüşdür.

12. 14 yanvar 2009-cu il tarixli ərizədən müəyyən olunur ki, İddiaçı1 Qazax rayon notariat kontoruna ərizə ilə müraciət edərək mərhum anası Cavabdeh4 Əsgər qızından miras qalmış əmlakı harada olmasından və nədə ifadə olmasından asılı olmayaraq qəbul etdiyini bildirmişdir.

13. 2V-06-2552 reyestr nömrəli vərəsəlik işindən görünür ki, xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2008-ci ildə vəfat etmiş Cavabdeh4 Əsgər qızının vərəsəsi İddiaçı1dur və o, miras əmlakdan tam hissədə irs almalıdır. Cavabdeh4 Əsgər qızına məxsus Əmanət kassasında 83344 nömrəli əmanət kitabçasında olan puldan və üzərinə hesablanan faizlərdən ibarətdir.

14. 5003 5004 reyestr nömrəli vərəsəlik işindən görünür ki, 17 may 1989-cu il tarixli 5003 reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1982-ci ildə vəfat etmiş X6 arvadı Cavabdeh4 Əsgər qızı birgə nikah dövründə əldə etdikləri Moskviç 2140 markalı avtomobilin ½ hissəsinə mülkiyyət hüququ əldə etmişdir.

15. 17 may 1989-cu il tarixli 5004 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1982-ci ildə vəfat etmiş X6 vərəsəsi, ünvan 4 ünvanında yaşayan arvadı Cavabdeh4 Əsgər qızıdır və o, miras əmlakdan tam hissədə irs almalıdır. Miras əmlak, Moskviç 2140 markalı avtomobildən ibarətdir;

16. Qeydiyyat tarixi xx.xx.2017-ci il, qeydiyyat nömrəsi ********** olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi 82,6 kv.m, qeyri-yaşayış sahəsi 119,2 kv.m, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi Cavabdeh1 adına qeydə alınmışdır;

17. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 Saylı Tovuz Ərazi İdarəsindən alınmış 501-1/2716 inventar nömrəli qovluqda saxlanılan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə mərhum X6 vərəsələri arvadı Cavabdeh4 Əsgər qızı, oğulları X12 və Cavabdeh1 göstərilmişdir (şəhadətnamə möhürlə təsdiqlənməmişdir);

18. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 Saylı Tovuz Ərazi İdarəsindən alınmış 501-1/2717 inventar nömrəli qovluqda saxlanılan qanun üzrə vərəsəlik hüququ haqqında 5290 nömrəli şəhadətnamədən görünür ki, şəhadətnamədə mərhum X6 vərəsələri arvadı Cavabdeh4 Əsgər qızı, oğulları X12, İddiaçı1 və Cavabdeh1 göstərilmişdir (şəhadətnamə möhürlə təsdiqlənmişdir).

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

19. İlkin iddia üzrə İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, üçüncü şəxslər Qazax rayon notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə ünvan 6 ünvanında yerləşən, Qazax rayon Kommunal Təsərrüfatı Şöbəsinin 872 nömrəli torpaq qeydi ilə mərhum atası X6 adına verilmiş 910,0 kv.m torpaq sahəsindən vərəsəlik qaydasında onun vərəsəlik payının bölünüb verilməsi, Qazax rayon Dövlət Notariat Kontorunda mərhum anası Cavabdeh4 Əsgər qızının adına açılmış vərəsəlik şəhadətnaməsinin verildiyi andan etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Cavabdeh1 adına 2017-ci ilin dekabr ayında verilmiş **********57- 10301 qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verildiyi andan etibarsız hesab edilməsi, Qazax rayon X16 İcraiyyə Komitəsinin texniki inventarizasiya bürosunun verdiyi xx.xx.1984-cü il tarixli, 6 saylı qeydəalma vəsiqəsinə əsasən tərəflərin ilkin vəziyyətə qaytarılması, mərhum anasından miras qalmış ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən həm vəsiyyət, həm qanun üzrə vərəsəlik qaydasında onun payının bölünüb verilməsi və mülkiyyət hüququnun tanınması barədə qətnamə, işə baxarkən əməllərində qanunsuzluq, saxtakarlıq aşkar edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin Tovuz Ərazi İdarəsinin vəzifəli şəxsləri, habelə Qazax rayon notariat ofisinin notariusu və digər şəxslər barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

20. Cavabdeh2 iddiaçıya və digər cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Tariyel qızına qarşı (üçüncü şəxslər kimi Qazax rayon Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin Tovuz Ərazi İdarəsi) qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qazax şəhəri, M.Hüseyn küçəsi 41 ünvanında yerləşən, Qazax rayon Kommunal Təsərrüfatı Şöbəsinin 872 nömrəli torpaq qeydi ilə mərhum atası X6 adına verilmiş 910,0 kv.m torpaq sahəsindən vərəsəlik qaydasında onun vərəsəlik payının bölünüb verilməsi, Qazax rayon Notariat ofisində mərhum anası Cavabdeh4 Əsgər qızının adına açılmış vərəsəlik şəhadətnaməsinin verildiyi andan etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Cavabdeh1 adına 2017-ci ilin dekabr ayında verilmiş **********57-10301 qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verildiyi andan etibarsız hesab edilməsi, Qazax rayon Notariat Ofisinin xx.xx.1984-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş Qazax rayon X16 İcraiyyə Komitəsinin texniki inventarizasiya bürosunun verdiyi xx.xx.1984-cü il tarixli, 6 saylı qeydəalma vəsiqəsinin verildiyi andan etibarsız hesab edilməsi və onun mərhum atası X4 miras qalmış əmlakda miras payının vərəsəlik qaydasında bölünüb verilməsi, mərhum anasından miras qalmış ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən vərəsəlik qaydasında onun payının bölünüb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. İlkin iddia üzrə İddiaçı1 tələbini onunla əsaslandırmışdır ki, atasının ölümündən sonra anası onunla birlikdə yaşamış, atasından qalan mirası həm notarial, həm də bacısı Cavabdeh2 ilə birlikdə faktiki qəbul etmişlər. Anası vəfat etməmişdən əvvəl xx.xx.2004-cü ildə Qazax rayon Notariat Kontorunda ona vəsiyyətnamə verərək, bütün əmlakını, o cümlədən, Qazax şəhəri, Çaparidze küçəsi 52 saylı evi, qarajı ona vəsiyyət etmişdir. Anasının vəfatından sonra o xx.xx.2009-cu ildə qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etməsinə dair Qazax rayon Notariat Kontoruna 7E-1-81 reyestr nömrəli ərizə ilə müraciət etmişdir. Lakin, hazırda ona məlum olmuşdur ki, qardaşı Cavabdeh1 1984-cü il tarixli vərəsəlik işini və qeydəalma vəsiqəsini, habelə vərəsələrin dairəsini saxta yollarla gizlətməklə, yalnız öz adına qanunsuz yolla vərəsəlik işi açdırmış və miras əmlakı olan evi adına rəsmiləşdirmişdir. Bundan sonra Cavabdeh1 adına 2017-ci ilin dekabr ayında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və texniki pasport almışdır. Cavabdeh1 anasından miras qalmış təsərrüfatı idarə etməmiş və heç bir formada mirası qəbul etməmişdir. O, mirasın qəbul müddətində heç ölkədə də olmamışdır.

22. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 da tələbini ilkin iddia ilə oxşar məzmunda əsaslandırmışdır.

23. Cavabdeh qismində dindirilmiş Cavabdeh4 Tariyel qızı və Cavabdeh3 hər iki iddianı qəbul etmiş və təmin olunmasına etirazının olmadığını bildirmişlər.

24. Qazax Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 2(023)-715/2021 nömrəli qətnaməsi ilə (hakim Fəxri Məmmədov) İddiaçı1 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, üçüncü şəxslər Qazax rayon notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin Tovuz Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik qaydasında miras payın bölünüb verilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiasının təmin edilməməsi; Cavabdeh2 İddiaçı1, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, üçüncü şəxslər Qazax rayon notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin Tovuz Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik qaydasında miras payın bölünüb verilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi; İlk iddia üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun İddiaçı1, qarşılıqlı iddia üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun isə Cavabdeh2 aid edilməsi qət edilmişdir.

25. Birinci instansiya məhkəməsi mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1, 1145, 1146, 1151,1 və 1159.1.1, 1243, 1246-cı, 2000-ci il sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528, 532 və 552-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 89.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

26. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

27. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

28. İlkin və qarşılıqlı iddia üzrə Cavabdeh4 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

29. İlkin və qarşılıqlı iddia üzrə Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

30. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, atası X7 vəfat etdikdən sonra anası mərhum Cavabdeh4 Əsgər qızı ilə birgə nikah dövründə əldə etdikləri mülkiyyət Qazax şəhəri Orconokidze küçəsi, 41 saylı fərdi yaşayış evi xx.xx.1984-cü il tarixdə ½ hissəsi vərəsəlik qaydasında anasının, digər ½ hissəsi isə Cavabdeh4 Əskər qızının, onun, qardaşları X8 və Cavabdeh1 arasında bölünmüşdür. Eyni tarixli vərəsəlik şəhadətnamələri əsasında ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi onun, anası Cavabdeh4, qardaşları Tariel və Cavabdeh1ların mülkiyyətinə verilmişdir. Anasının ölümündən sonra 14 yanvar 2009-cu il tarixdə Qazax rayon notariat kontoruna anasından qalmış mirasa dair 7E-1-81 reyestr nömrəli ərizə vermişdir. Həmçinin notariat kontorunun 11 dekabr 2012-ci il tarixli 2V-06- 9552 reyestr nömrəli və vərəsəlik işi nömrəsi 2392 olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən mərhum anası Cavabdeh4 vərəsəsi kimi tanınmışdır. Hətta anası vəfat etməzdən əvvəl 08 iyul 2004-cü il tarixdə onun adına vəsiyyətnamə verərək, bütün əmlakı ona vəsiyyət etmişdir. O, atasından və anasından qalan mirası sahiblik etməklə və notarial qaydada qəbul etmişdir. Lakin, qardaşı Cavabdeh1 15 dekabr 2017-ci il tarixdə köhnə Orconokidze küçəsi, indiki Mehdi Hüseyn küçəsi, 41 ünvanında yerləşən xx.xx.1984-cü il tarixli qeydəalma vəsiqəsinə əsasən onların paylı mülkiyyətində olan evə dair öz adına çıxarış almışdır. Həmin çıxarış 20 iyun 1984-cü il tarixli 5290 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmişdir. Qeyd edilən vərəsəlik hüququ haqqında şəhadətnamə saxtalaşdırılmış və saxta sənədlərdən istifadə edilməklə, çıxarış alınmışdır.

31. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, habelə ilkin və qarşılıqlı iddia üzrə Cavabdeh4 apellyasiya şikayətini ilkin iddia üzrə İddiaçı1 ilə oxşar məzmunda əsaslandırmışlar.

32. İlkin və qarşılıqlı iddia üzrə Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, atası Akif Cəfərovun birinci növbə vərəsəsidir. Babasından və nənəsindən miras qalmış əmlakı atası, bibisi və əmiləri qəbul etmişdir. Atasından miras qalmış əmlakı isə sahiblik etməklə və idarə etməklə özü qəbul etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Apellyasiya instansiya məhkəməsində birinci icraat:

34. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2022-ci il tarixli 2(104)-1198/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək, Qazax Rayon Məhkəməsinin 2(023)-715/2021 saylı mülki iş üzrə 24 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək, İddiaçı1 və Cavabdeh4 iddia tələblərinin qismən təmin edilməsi; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın etibarsız sayılması; Mərhumlar - X7 və Cavabdeh4 Əsgər qızından miras qalmış, hazırda ünvanı Qazax şəhəri M.Hüseyn küçəsi 11 ünvanı olan miras əmlakın Cavabdeh4 Əsgər qızından miras qalmış hissəsinin onun qanun üzrə birinci növbəli vərəsəsi - oğlu Cavabdeh1 tərəfindən faktiki qəbul edilməsinin fakt kimi müəyyən edilməsi; 16 dekabr 1982-ci ildə ölmüş X5 miras qalmış ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 82,6 kv.m, qeyri-yaşayış sahəsi 119,2 kv.m, 1 mətəbəli, 4 otaqlı fərdi yaşayış evindən ibarət miras əmlakın ½ hissəsi üzərində onun arvadı Cavabdeh4 Əsgər qızının payı, qalan ½ hissəsi üzərində onun arvadı Cavabdeh4 Əsgər qızının və oğlanları X12, İddiaçı1 və Cavabdeh1 bərabər paylarının qeydə alınması nəzərə alınmaqla, hazırda ünvanı Qazax şəhəri M.Hüseyn küçəsi 11 ünvanı olan miras əmlakın 6/8 hissəsi üzərində Cavabdeh1, 1/8 hissəsi üzərində İddiaçı1, 1/8 hissəsi üzərində X9 paylarının müəyyən edilməsi; X12 öldüyündən mirasın onun payına düşən 1/8 hissəsi üzərində, onun qanun üzrə birinci növbəli vərəsəsi Cavabdeh4 payının müəyyən edilməsi; İddiaçı1 və Cavabdeh4 iddialarının qalan hissələrdə və qalan digər vərəsələrin miras əmlakda paylarının müəyyən edilməsi barədə olan iddialarının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

e) Kassasiya instansiyası məhkəməsində icraat:

35. İlkin və qarşılıqlı iddia üzrə Cavabdeh1, eləcə də ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmiş və şikayətlər mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 dekabr 2022-ci il tarixli 2(102)-5766/2022 nömrəli qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi; İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi; Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1198/2022 nömrəli mülki iş üzrə 23 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

f) Məhkəmə icraatı iştirakçılarının izahatları

37. 28 mart 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, atasının ölümündən sonra anası onunla birlikdə miras qalmış evdə yaşamışdır. Atasından qalan mirası həm notarial, həm də faktiki qəbul etmişdir. Anası Cavabdeh4 vəfat etməmişdən əvvəl xx.xx.2004-cü il tarixdə Qazax rayon notariat kontorunda vəsiyyətnamə verərək, bütün əmlakını, o cümlədən ünvan 3 evi və qarajı ona vəsiyyət etmişdir. Anasının vəfatından sonra xx.xx.2009-cu il tarixdə, yəni qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etməyinə dair Qazax rayon notariat kontoruna 7E-1-81 reyestr nömrəli ərizə ilə müraciət etmişdir. Sonradan isə ona məlum olmuşdur ki, qardaşı Cavabdeh1 1984-cü il tarixli vərəsəlik işini və qeydəalma vəsiqəsini, habelə vərəsələrin dairəsini saxta yollarla gizlətməklə, yalnız öz adına qanunsuz yolla vərəsəlik işi açdırmış və miras əmlak olan evi bütövlükdə öz adına rəsmiləşdirmişdir. Bundan sonra Cavabdeh1 adına 2017-ci ilin dekabr ayında hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. Halbuki, Cavabdeh1 anamdan miras qalmış təsərrüfatı idarə etməmiş və heç bir formada mirası qəbul etməmişdir. O, mirasın qəbul müddətində heç ölkə ərazisində olmamışdır.

38. 28 mart 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin və qarşılıqlı iddialar üzrə Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mərhum atası Akif Cəfərovun birinci növbəli vərəsəsidir. Babasından və nənəsindən miras qalmış əmlakı atası, bibisi və əmiləri qəbul etmişlər. Atasından miras qalmış əmlakı isə sahiblik və idarə etməklə o qəbul etmişdir.

39. 29 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, atasının ölümündən sonra anası onunla birlikdə miras qalmış evdə yaşamışdır. Atasından qalan mirası qardaşı Tahir Hüseynovla birlikdə faktiki qəbul etmişdir. Anası vəfat etməmişdən əvvəl xx.xx.2004-cü il tarixdə Qazax rayon notariat kontorunda qardaşı Tahir Hüseynova vəsiyyətnamə verərək, bütün əmlakını, o cümlədən ünvan 3 evi və qarajı qardaşı Tahirə vəsiyyət etmişdir. Hazırda isə ona məlum olmuşdur ki, qardaşı Cavabdeh1 1984-cü il tarixli vərəsəlik işini və qeydəalma vəsiqəsini, habelə vərəsələrin dairəsini saxta yollarla gizlətməklə, yalnız öz adına qanunsuz yolla vərəsəlik işi açdırmış və miras əmlak olan evi bütövlükdə öz adına rəsmiləşdirmişdir. Bundan sonra Cavabdeh1 adına 2017-ci ilin dekabr ayında hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. Cavabdeh1 onun anasından miras qalmış təsərrüfatı idarə etməmiş və heç bir formada mirası qəbul etməmişdir. O, mirasın qəbul müddətində heç ölkə ərazisində olmamışdır.

40. 29 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin və qarşılıqlı iddialar üzrə Cavabdeh1 apellyasiya şikayətlərini qəbul etməyərək izahatında bildirmişdir ki, mərhum anası Cavabdeh4 Əsgər qızının ölümündən sonra miras qalmış evdə yalnız o yaşamış və miras əmlakı idarə etmişdir. Ona görə də miras ev yalnız onun adına qeydə alınmışdır. Digər vərəsələr isə miras əmlakı qəbul etməmişlər.

41. 29 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin və qarşılıqlı iddialar üzrə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətlərini qəbul etməyərək izahatında bildirmişdir ki, nümayəndəsi olduğu şəxs miras qoyan Cavabdeh4 Əsgər qızının ölümündən sonra miras qalmış evdə yaşamaqla mirası idarə etmiş və beləliklə mirası qanuni və faktiki qəbul etdiyini şəksiz şəkildə nümayiş etdirmişdir. Ona görə də miras ev yalnız vərəsə Cavabdeh1 adına qeydə alınmışdır. Digər vərəsələr miras əmlakı qəbul etməmişlər.

42. 29 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin və qarşılıqlı iddialar üzrə Cavabdeh4 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddia tələbini qəbul etdiyini bildirmiş, lakin buna hüquqi qiymət verilməmişdir. Cavabdeh1 saxta sənədlərlə özünə vərəsəlik şəhadətnaməsi almışdır. Məhkəmə kolleguyasından ədalətli qərar qəbul olunmasını xahiş edir.

43. 23 iyun 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mərhum anası vəfat edəndən sonra Cavabdeh1 miras qalmış fərdi yaşayış evinin dam örtüyünü dəyişdirmişdir. Anası öləndən sonra həmin evdə heç kim yaşamamışdır. Ev anası öləndən 6-7 il sonra təmir edilmişdir. Özü həmin evdə yaşamasa da, lakin həmin evdə vərəsəlik payı vardır. Sədrlik edənin sualına cavab olaraq Cavabdeh2 bildirmişdir ki, 1978-ci ildə ailə qurub ər evinə köçmüş və həmin vaxtdan sonra miras qalmış evdə yaşamamışdır.

44. 16 aprel 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh1 saxta yolla vərəsəlik haqqında şəhadətnamə əldə etmiş, daha sonra isə miras əmlak olan fərdi yaşayış evini bütövlükdə öz adına rəsmiləşdirmişdir. Həmin saxtalaşdırılmış şəhadətnamədə ilkin şəhadətnamələrdəki məlumatlar təhrif edilmişdir. Əslində, vərəsəlik hüququ haqqında şəhadətnamədə həm onun, həm də digər vərəsələrin adı olsa da, lakin Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin vəzifəli şəxsləri ilə birlikdə qanunsuz olaraq yalnız özünü vərəsə kimi tanıtdırmışdır. O, miras qoyanın vəsiyyətnamə üzrə vərəsəsi olsa da, lakin işə baxan birinci instansiya məhkəməsi bu halı araşdırmamışdır. Sədrlik edənin suallarına cavab olaraq Tahir Cəfərəv bildirmişdir ki, fərdi yaşayış evinin ½ hissəsi atasının, ½ hissəsi isə anasının mülkiyyətində olmuşdur. Mərhum atası 1982-ci ildə, anası isə 2008-ci ildə vəfat etmişlər. Onların yaşadığı ev Qazax şəhəri Mehdi Hüseyn küçəsində yerləşən 41 nömrəli ev olmuşdur. Digər qardaşı Tariel Cəfərov evi isə mərhum valideynlərinin yaşadığı həyətdə başqa evdə yaşamışdır. X24 və Akif Cəfərov vəfat etmişlər. Mərhum qardaşı Akif Cəfərov və bacısı Cavabdeh2 ataları vəfat etməmişdən öncə mübahisəli evdən köçüb getmişlər. Mərhum anası vəfat etməmişdən öncə 2004-cü ildə ona vəsiyyətnamə vermişdir. Həmin vəsiyyətnamə ilə anası öz payına münasibətdə miras kütləsindən digər vərəsələri məhrum etmişdir.

45. 16 aprel 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, atası vəfat etdikdən sonra valideynlərinin birgə nikah dövründə əldə etdikləri fərdi yaşayış evinin ½ hissəsi xx.xx.1984-cü il tarixdə anasının adına keçmişdir. Evin digər ½ hissəsi də qanun üzrə vərəsəlik qaydasında anası Cavabdeh4 Əsgər qızı, qardaşları İddiaçı1, X12 və Cavabdeh1 arasında bölünmüşdür.

46. 16 aprel 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin və qarşılıqlı iddialar üzrə Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, miras qalmış fərdi yaşayış evi mərhum nənə və babasının birgə nikah dövründə əldə edilmiş əmlakları olduğundan xx.xx.1984-cü il tarixdə evin ½ hissəsi nənəsinin adına keçmiş, evin digər ½ hissəsi də qanun üzrə vərəsəlik qaydasında nənəsi Cavabdeh4 Əsgər qızı, əmiləri İddiaçı1, X12 və Cavabdeh1 arasında bölünmüşdür. Əmisi Cavabdeh1 saxta sənəddən istifadə edərək həmin əmlaka dair öz adına çıxarış almışdır. Çünki, çıxarışın verilməsinə əsas olmuş vərəsəlik şəhadətnaməsində başqa vərəsələrin də adı qeyd edilməsinə baxmayaraq, həmin şəhadətnamə əsasında verilmiş çıxarışda yalnız Cavabdeh1 əmlakda tam həcmdə payı qeydə alınmışdır.

47. 16 aprel 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mərhum nənəsindən və babasından qalmış miras onun X29 tərəfindən mirasa faktiki sahiblik etməklə və notarial qaydada qəbul etmişdir. Əmisi Cavabdeh1 nənəsindən qalan miras əmlakı qəbul etməmişdir. Əmisi Cavabdeh1 nənələrinin yas mərasimində bir neçə saatlıq iştirak etmiş, sonra isə Rusiya Federasiyasına getmişdir.

48. 17 may 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, qardaşı Cavabdeh1 məhrum anasının qanun üzrə birinci növbəli vərəsəsi kimi qəbul edilə bilməz. Çünki, mərhum anası evdəki payını ona vəsiyyət etmişdir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı1 bildirmişdir ki, mərhum qardaşı Tariel Cəfərovun arvadı vəfat etmişdir. Onun övlad isə Cavabdeh4dır.

49. 17 may 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin və qarşılıqlı iddialar üzrə Cavabdeh1 apellyasiya şikayətlərini qəbul etməyərək, izahatında bildirmişdir ki, vərəsəlik şəhadətnaməsi əsasında mübahisəli əmlaka dair adına çıxarış əldə etmişdir. Bu səbəbdən də apellyasiya şikayətlərinin dəlilləri əsassızdır. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh1 bildirmişdir ki, mübahisəli evin sahəsi 63 kvadratmetrdir. Həmin ev onun mülkiyyətindədir. Mərhum atası sağlığında onun qardaşlarıma da həmin həyətdən ayrıca ev tikdirib vermişdir, yəni qarşdaşlarının hər birinin öz evi var. Onun evi 910 kv.m torpaq sahəsində yerləşir. Ailənin kiçik oğlu olduğu üçün valideynləri ilə birlikdə yaşadığı ev onun payına düşmüşdür.

50. 17 may 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin və qarşılıqlı iddialar üzrə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətlərini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli evin yerləşdiyi həyətdə digər vərəsələr hər biri özlərinə ev tikdirmişlər. İlkin iddiaçının tələb ediyi əmlakın onun mərhum atasından qalmış miras kütləsinə daxil olduğunu sübut edən hər hansı sənəd təqdim edilməmişdir. Nümayəndəsi olduğu şəxs qanunla müəyyən edilmiş qaydada vərəsəlik şəhadətnaməsi əsasında mübahisəli əmlaka dair adına çıxarış əldə etmişdir. Bundan başqa, iddiaçı tərəfindən mübahisələndirilən vərəsəlik şəhadətnaməsi üzrə cizgi-sxemdə göstərilən tikilinin və onun yerləşdiyi torpaq sahəsinin uyğun olaraq Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportda göstərilmiş tikili və həmin tikilinin yerləşdiyi torpaq sahəsi ilə eyni olubolmamasının müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizası və məhkəmə torpaqşünaslıq-yerquruluşu ekspertizaları təyin edilməlidir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, Cavabdeh1 adına olan çıxarışın verilməsinə əsas olmuş sənədləri məhkəməyə təqdim edilmişdir. Onlarda başqa hər hansı sənəd yoxdur. Vərəsələrdən Tahir, Tariel və Akif Cəfərovlar mübahisəli evdən pasport qeydiyyatından çıxmışlar.

51. 17 may 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin və qarşılıqlı iddialar üzrə Cavabdeh4 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəli evdə doğulmuşdur və hal-hazırda da orada yaşayır. Həmin ev mərhum babasına məxsus olmuşdur. X29 vəfat etmişdir. Hesab edir ki, atasına çatası pay ona verilməlidir. Verilmiş suala cavab olaraq Cavabdeh4 bildirmişdir ki,anası və bacısı vəfat etdiyindən atasının tək vərəsəsi odur.

52. 17 may 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin və qarşılıqlı iddia üzrə Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mərhum atası Akif Cəfərov sağlığında ata-baba yurdunu tərk etmiş və bundan sonra orada yaşamamışdır. Buna baxmayaraq hesab edir ki, mərhum atası Akif Cəfərov miras qoyan Hüseynqulu Cəfərovun qanun üzrə birinci növbəli vərəsəsi olduğundan miras mülkdən pay almalıdır. Özü hal-hazırda ona məxsus ayrı evdə yaşayır. Ancaq, miras əmlakdan pay verilməsini tələb edir.

53. 14 avqust 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 izahatında bildirmişdir ki, Cavabdeh1 çıxarış almaq üçün təqdim etdiyi atasından miras qalmış əmlaka dair saxta vərəsəlik hüququ haqqında şəhadətnamədə Məhəmmədlə birlikdə mərhum anası Cavabdeh4 və mərhum qardaşı Tariel Cəfərovun adları qeyd edilmiş və mirasdan pay almaq hüquqları müəyyən edilmişdir. Ancaq, şəhadətnamə əsasında verilmiş çıxarışda yalnız Cavabdeh1 adı qeyd edilərək ev yalnız onun təkbaşına mülkiyyəti kimi qeyd edilmişdir. Saxta şəhadətnamə sübut kimi qəbul ediləcəyi halda belə nəzərə almaq lazımdır ki, xx.xx.2017-ci il tarixli çıxarışda mərhum anası Cavabdeh4 və qardaşı Tariel Cəfərovun da 1/3 hissədə payları qeyd edilməli idi. Bu saxtakarlıqlar ilk növbədə şəhadətnamədən onun adı çıxarmaq, ikinci növbədə isə mərhum anası və qardaşının əmlakdakı mülkiyyət payının çıxarışda göstərməməklə miras əmlaka bütövlükdə yiyələnmək məqsədilə həyata keçirilmişdir. Sonradan əvvəlki tarixə Cavabdeh1 adına qeyd edilmiş texniki pasportdakı naçalnik “Alıyev A” adlı vəzifəli şəxsin adından edilmiş imza da saxtadır. Onda həmin texniki pasportun ilkin olaraq verilmiş əsli vardır ki, iki sənəd arasındakı imzalar tamamilə fərqlidir. Həmin saxta texniki pasport 2017-ci ildə 1987-ci il tarixə hazırlanmışdır. Qanuni vərəsəlik hüququ haqqında şəhadətnamədə onun da adı qeyd edilmiş olsa da, lakin saxtalaşdırılmış şəhadətnamədə onun adı göstərilməmişdir. Beləliklə də, miras əmlakdakı vərəsəlik payından qanunsuz olaraq məhrum edilmişdir.

54. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 apellyasiya şikayətini müdafiə etdiyini qeyd edərək izahatında bildirmişdir ki, saxta vərəsəlik hüququ haqqında şəhadətnamə və çıxarışın tərtibi ilə bağlı qanunsuzluğa yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılaraq aidiyyəti dövlət orqanına göndərilsin. Araşdırılsın ki, Cavabdeh1 saxta sənədləri necə əldə etmişdir. İddiaçı1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

55. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətini müdafiə etdiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. Cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

56. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin və qarşılıqlı iddialar üzrə Cavabdeh4 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, ailədə iki uşaqdırlar və bacısı vəfat etmişdir. Anası da mərhum X29dan əvvəl vəfat etmişdir. Miras əmlakdan atasına çatası payın ona verilməsini istəyir. Cavabdeh4 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

57. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin və qarşılıqlı iddia üzrə Cavabdeh3 apellyasiya şikayətini müdafiə etdiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. Cavabdeh3 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

58. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin və qarşılıqlı iddialar üzrə Cavabdeh1 apellyasiya şikayətlərini qəbul etmədiyini və əvvəlki məhkəmə iclaslarında verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

59. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin və qarşılıqlı iddialar üzrə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətlərini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia ərizəsi prosessual qaydalara riayət olunmadan tərtib edilmişdir. İş üzrə ekspertiza keçirilməsi barədə vəsatət vermiş olsa da, lakin bu vəsatətə hüquqi qiymət verilməmişdir. Həmçinin, vərəsəlik hüququ haqqında şəhadətnamənin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

60. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsi

61. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.

62. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.

63. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.

64. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

65. Maddə 553. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət edilmədən də miras qəbul oluna bilər.

xx.xx.2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

66. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

67. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

68. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

69. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

70. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

71. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

72. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

73. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.

74. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.

75. Maddə 1201. Əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər.

76. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

77. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

78. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

79. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

80. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

81. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

82. Maddə 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

83. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

84. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

85. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

86. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

87. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir.

88. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, X7 ilə Cavabdeh4 Əsgər qızı 15 aprel 1947-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından İddiaçı1, X12, Cavabdeh1, Cavabdeh2 və X18 adlı övladları dünyaya gəlmişdir. ünvan 11 ünvanında yerləşən 910 kv.m-dən ibarət həyətyanı torpaq sahəsi Qazax rayon Kommunal Təsərrüfatı Şöbəsinin 872 nömrəli torpaq qeydi əsasında X6 istifadəsinə verilmişdir. Həmin ünvanda yerləşən fərdi yaşayış evi X7 ilə Cavabdeh4 Əsgər qızının birgə nikah dövründə əldə edilmişdir. X7 16 dekabr 1982-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri arvadı Cavabdeh4 Əsgər qızı, həmçinin övladları İddiaçı1, X12, Cavabdeh1, Cavabdeh2 və X18 olmuşlar. X1 miras qalan əmlak isə ünvan 11 ünvanında yerləşən yaşayış sahəsi 82,6 kv.m, qeyri-yaşayış sahəsi 119,2 kv.m, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin ½ hissəsi olmuşdur. Belə ki, miras qoyan X6 ölümündən sonra sözügedən evə xx.xx.1984-cü il tarixdə vərəsəlik işi açılmışdır. Cavabdeh4 Əsgər qızı mərhum əri X7 ilə birgə nikah dövründə əldə etdikləri miras əmlak olan evin ½ hissəsinə 20 iyun 1984-cü il tarixli 5289 reyestr nömrəli şəhadətnamə ilə mülkiyyət hüququ əldə etmişdir. Miras qoyanın vərəsələrindən arvadı Cavabdeh4 Əsgər qızı, həmçinin oğulları İddiaçı1, X12 və Cavabdeh1 miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsi ilə bağlı notariat orqanına müraciət etmişlər və adları qeyd olunan vərəsələrə evin miras qalmış ½ hissəsinə dair 20 iyun 1984-cü il tarixli 5290 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan əlavə, 08 iyul 2004-cü il tarixli vəsiyyətnamə ilə Cavabdeh4 Əsgər qızı ölən günədək ona məxsus olan bütün əmlakını, onun harada olmasından və nədən ibarət olmasından asılı olmayaraq oğlu İddiaçı1 vəsiyyət etmişdir. Cavabdeh4 Əsgər qızı 03 avqust 2008-ci il tarixdə vəfat etmişdir və onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri uşaqları İddiaçı1, X12, Cavabdeh1, Cavabdeh2 və X18 olmuşdur. Adları qeyd olunan X2 21 fevral 2006-cı il tarixdə, yəni miras qoyan Cavabdeh4 qabaq ölmüş olsa da, lakin işdəki sənədlərdən göründüyü kimi mərhum vərəsə Akif Cəfərovun da birinci növbəli vərəsələri olmuşdur. Eyni zamanda, miras qoyan Cavabdeh4 mirası açıldıqdan sonra birinci növbəli vərəsəsi X12 25 noyabr 2013-cü il tarixdə vəfat etmişdir. Miras qoyan Cavabdeh4 ölümündən sonra ondan miras qalan əmlak ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi 82,6 kv.m, qeyri-yaşayış sahəsi 119,2 kv.m, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin payına düşən (birgə mülkiyyət və mərhum ərindən vərəsəlik payı) 16/10 hissəsi olmuşdur. Miras qoyan Cavabdeh4 Əsgər qızının vərəsələrindən heç biri mirasın qəbulundan imtina etməmişlər. Həmçinin müəyyən olunmuşdur ki, hər iki miras qoyanın qanun üzrə birinci növbəli vərəsəsi olan Cavabdeh1 mərhum atası X5 miras qalmış əmlaka dair 1984-cü ildə 5290 reyestr nömrəsi ilə adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras mülk olan ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi 82,6 kv.m, qeyriyaşayış sahəsi 119,2 kv.m, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə dair tam həcmdə mülkiyyət hüququ əldə etmiş və bu barədə onun adına müvafiq çıxarış verilmişdir.

89. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə həm 16 dekabr 1982-ci il tarixdə ölmüş X5, həm də 03 avqust 2008-ci il tarixdə ölmüş Cavabdeh4 Əsgər qızından miras qalmış əmlakın vərəsələr arasında paylara bölünməsi tələb edilir. Məhkəmə kollegiyası miras qoyan Hüseynqulu Cəfərovun mirasının digər miras qoyan Cavabdeh4 mirasından daha əvvəl açıldığını nəzərə alaraq hesab edir ki, ilk növbədə miras qoyan X6 mirasının vərəsələr arasında paylara bölüşdürülməsi məsələsi həll edilməlidir.

90. Qeyd edilməlidir ki, vərəsəlik hüquq münasibətləri vərəsəliyin açıldığı zaman yaranır. Vərəsəlik miras qoyanın ölməsi ilə, yaxud onun ölmüş elan olunması ilə açılır. Miras qoyan X7 16 dekabr 1982-ci il tarixdə vəfat etmişdir. Buna görə də baxılan iddia tələbi 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Çünki, MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.

91. İşin mübahisəsiz hallarıdır ki, miras qoyan X7 16 dekabr 1982-ci il tarixdə vəfat etmiş və onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri arvadı Cavabdeh4 Əsgər qızı, həmçinin övladları İddiaçı1, X12, Cavabdeh1, Cavabdeh2 və X18 olmuşlar. X1 miras qalan əmlak isə ünvan 11 ünvanında yerləşən yaşayış sahəsi 82,6 kv.m, qeyriyaşayış sahəsi 119,2 kv.m, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin ½ hissəsindən ibarət olmuşdur.

92. Məhkəmə kollegiyası miras kütləsi ilə bağlı diqqətə çatdırır ki, ilkin və qarşılıqlı iddiada Qazax rayon Kommunal Təsərrüfatı Şöbəsinin 872 nömrəli torpaq qeydi əsasında X6 istifadəsinə verilmiş ünvan 11 ünvanında yerləşən torpaq sahəsinin vərəsəlik qaydasında paylara bölünməsi xahiş edilsə də, lakin həmin torpaq sahəsi miras qoyanın mülkiyyətində olmamışdır. Həmin torpaq sahəsi mərhum Hüseynqulu Cəfərovun istifadəsinə verilmiş torpaq olmuşdur ki, həmin torpaq sahəsinin miras kütləsinə daxil edilməsi yolverilməzdir.

93. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.

94. Göründüyü kimi, ölmüş şəxsin (miras qoyanın) öldüyü məqamadək malik olduğu əmlaka vərəsəlik açılması və vərəsələr arasında bölünməsi ilə bağlı hüquq münasibətləri yuxarıda istinad olunan qanunvericilik normaları ilə tənzimlənmişdir. Ölmüş şəxsin adına qeydiyyatdan keçməmiş və üzərində mülkiyyət hüququ qeydə alınmamış əmlakın mirasın kütləsinə daxil edilməsi və vərəsələr arasında bölünməsi yolverilməzdir.

95. Məhkəmə kollegiyası qeyd edir ki, vərəsəliyin açılması faktı və mirasın kütləsi müəyyən edildikdən sonra mübahisənin həllində növbəti təhlil mirasın vərəsələr tərəfindən qəbul edilib-edilməməsinin araşdırılmasından ibarətdir.

96. Miras qoyan X6 mirası açılan zaman (xx.xx.1982-ci il) qüvvədə olmuş qanunvericiliyin tələblərinə görə, istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilərdi ki, vərəsə, mirası qəbul etmiş olsun.

97. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin- vərəsənin - iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığını tələb etmir.

98. Bu baxımdan işin halları araşdırılarkən müəyyən olunur ki, miras qoyan X5 qalmış mirası onun birinci növbəli vərəsələri olan arvadı Cavabdeh4 Əsgər qızı, həmçinin oğulları İddiaçı1, X12 və Cavabdeh1 notariat orqanına müraciət etməklə mirası qəbul etmişlər. Belə ki, hazırkı apellyasiya baxışı zamanı sübutların tələb edilməsi barədə 14 avqust 2024-cü il tarixli məhkəmə qərardadı qəbul edilmiş və həmin qərardad əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 Saylı Tovuz Ərazi İdarəsindən 501-1/2716 və 501-1/2717 inventar nömrəli qovluqlarda saxlanılan 20 iyun 1984-cü il tarixli, 5290 reyestr nömrəli 2 fərqli vərəsəlik hüququ haqqında şəhadətnamələr məhkəməyə təqdim edilmişdir.

99. Həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr sistemli şəkildə tədqiq edilməklə müəyyən olunmuşdur ki, həmin şəhadətnamənin birində mərhum X6 vərəsələri - arvadı Cavabdeh4 Əsgər qızı, oğulları X12 və Cavabdeh1 göstərilmişdir. Lakin, sözügedən şəhadətnamə notariat orqanının möhürü ilə təsdiqlənməmişdir.

100. 501-1/2717 inventar nömrəli qovluqda saxlanılan və məhkəməyə təqdim edilmiş digər eyni tarixli və eyni nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamədə isə mərhum X6 vərəsələri - arvadı Cavabdeh4 Əsgər qızı, oğulları X12, İddiaçı1 və Cavabdeh1 göstərilmişdir. Həmin şəhadətnamə notariat orqanının möhürü ilə təsdiqlənmişdir.

101. Məhkəmə kollegiyası qeyd edir ki, 501-1/2716 inventar nömrəli qovluqda saxlanılan X1 miras qalmış əmlaka dair verilmiş (İddiaçı1 adı qeyd edilməmiş) vərəsəlik hüququ haqqında şəhadətnamə notariat orqanının möhürü ilə təsdiqlənməmişdir ki, bu halda da həmin şəhadətnamə qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası tərəfindən İddiaçı1 adı qeyd olunmayan 20 iyun 1984cü il tarixli, 5290 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə sübut kimi qəbul edilməmişdir.

102. Lakin, 501-1/2717 inventar nömrəli qovluqda saxlanılan və məhkəmə kollegiyasına təqdim edilmiş eyni tarixli və eyni nömrəli X1 miras qalmış əmlaka dair verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş, habelə notariat orqanının möhürü ilə təsdiqlənmişdir.

103. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ilkin və qarşılıqlı iddiada vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması xahiş edilsə də, lakin X1 miras qalmış əmlaka dair verilmiş İddiaçı1 adı qeyd olunmayan 20 iyun 1984-cü il tarixli, 5290 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə öz-özlüyündə əhəmiyyətsiz olmaqla heç bir hüquqi nəticəsi olmadığından kollegiya hesab edir ki, həmin (İddiaçı1 adı qeyd olunmayan) şəhadətnamənin yenidən etibarsız hala gətirilməsinə zərurət yoxdur.

104. İşin göstərilən hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, 501- 1/2717 inventar nömrəli qovluqda saxlanılan və məhkəmə kollegiyasına təqdim edilmiş 20 iyun 1984-cü il tarixli, 5290 reyestr nömrəli X1 miras qalmış əmlaka dair verilmiş (İddiaçı1 adı qeyd olunmuş) vərəsəlik hüququ haqqında şəhadətnamə mötəbər sübut kimi qiymətləndirilməlidir.

105. Bu qənaətinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, X1 miras qalmış əmlak 501-1/2717 inventar nömrəli qovluqda saxlanılan 5290 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras qoyanın vərəsələri arvadı Cavabdeh4 Əsgər qızı, oğulları X12, İddiaçı1 və Cavabdeh1 tərəfindən qəbul edilmişdir.

106. Miras qoyan X6 digər vərəsələri Cavabdeh2 və X18 isə vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməmişlər.

107. Eyni zamanda, adları qeyd olunan vərəsələr miras qoyan Hüseynqulu Cəfərovdan miras qalmış əmlakın saxlanması və normal təsərrüfatın aparılmasına yönələn hərəkətlər də etməmişlər. Belə ki, tərəflərin izahatları, habelə işdəki sənədlərlə bu hal öz təsdiqni tapmamışdır. Əksinə, hazırkı apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında Cavabdeh2 sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, 1978-ci ildə ailə qurub ər evinə köçmüş və həmin vaxtdan sonra miras qalmış evdə yaşamamışdır (bax qətnamənin 43-cü bəndi).

108. Miras qoyan X6 qanun üzrə birinci növbəli vərəsəsi X20 Nofəl Akif oğlu da hazırkı apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, mərhum atası Akif Cəfərov sağlığında ata-baba yurdunu tərk etmiş və bundan sonra orada yaşamamışdır (bax qətnamənin 52-ci bəndi).

109. İşin yuxarıda sadalanan hallarının yekun təhlili olaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, miras qoyan X6 ölümündən sonra ondan miras qalmış əmlak qanun üzrə birinci növbəli vərəsələri - arvadı Cavabdeh4 Əsgər qızı, oğulları X12, İddiaçı1 və Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Miras qoyan Hüseynqulu Cəfərovun digər qanun üzrə birinci növbəli vərəsələri isə mirası nə qanuni, nə də faktiki yolla qəbul etməmişlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, X1 miras qalmış ünvan 11 ünvanında yerləşən yaşayış sahəsi 82,6 kv.m, qeyri-yaşayış sahəsi 119,2 kv.m, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin ½ hissəsi üzərində 20 iyun 1984-cü il tarixli, 5290 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qanun üzrə birinci növbəli vərəsələr Cavabdeh4 Əsgər qızı, X12, İddiaçı1 və Cavabdeh1 hər birinin ¼ hissədə payları mövcuddur.

110. Bundan başqa, işdən müəyyən olunur ki, miras əmlaka dair ilkin və qarşılıqlı iddia üzrə Cavabdeh1 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilərkən şəhadətnamədə göstərilən digər vərəsələr Cavabdeh4 Əsgər qızı, oğulları X12 və İddiaçı1 da mirasda payları olması nəzərə alınmamış və ünvan 11 ünvanında yerləşən yaşayış sahəsi 82,6 kv.m, qeyri-yaşayış sahəsi 119,2 kv.m, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi üzərində Cavabdeh1 tam həcmdə payı müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin çıxarış etibarsız hesab edilməlidir.

111. Eyni zamanda, məhkəmə kollegiyası miras qoyan Cavabdeh4 Əsgər qızından miras qalmış əmlakla bağlı qeyd edir ki, miras qoyan Cavabdeh4 03 avqust 2008-ci il tarixdə öldüyündən ondan miras qalmış əmlak üzərində vərəsələrin paylarının müəyyən edilməsi məsələsi 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır.

112. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikas Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

113. X21 Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.

114. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.

115. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.

116. Daha sonra Plenum qərarda qeyd etmişdir ki, Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığı, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alınaraq, bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır.

117. Hazırkı iş üzrə iddia ərizəsi 29 mart 2021-ci il tarixdə yəni, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı qüvvəyə minməmişdən əvvəl məhkəmənin icraatında olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, miras qoyan Cavabdeh4 Əsgər qızından miras qalmış əmlakın bölünməsi məsələsi Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarındakı hüquqi mövqeyə uyğun həll edilməlidir.

118. İşin mübahisəsiz hallarıdır ki, 08 iyul 2004-cü il tarixli vəsiyyətnamə ilə Cavabdeh4 Əsgər qızı ölən günədək ona məxsus olan bütün əmlakını, onun harada olmasından və nədən ibarət olmasından asılı olmayaraq oğlu İddiaçı1 vəsiyyət etmişdir. Cavabdeh4 Əsgər qızı 03 avqust 2008-ci il tarixdə vəfat etmişdir və onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri - uşaqları İddiaçı1, X12, Cavabdeh1, Cavabdeh2 və X18 olmuşdur. Miras qoyan Cavabdeh4 ölümündən sonra ondan miras qalan əmlak ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi 82,6 kv.m, qeyri-yaşayış sahəsi 119,2 kv.m, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin payına düşən 10/16 hissəsi olmuşdur. Miras qoyan Cavabdeh4 Əsgər qızının vərəsələrindən heç biri mirasın qəbulundan imtina etməmişlər. X2 21 fevral 2006-cı il tarixdə, yəni miras qoyan Cavabdeh4 qabaq ölmüş olsa da, lakin işdəki sənədlərdən göründüyü kimi mərhum vərəsə Akif Cəfərovun da birinci növbəli vərəsəsi Cavabdeh3dur. Bundan əlavə, miras qoyan Cavabdeh4 mirası açıldıqdan sonra birinci növbəli vərəsəsi X12 25 noyabr 2013-cü il tarixdə vəfat etmişdir. Həmin vərəsənin də birinci növbəli qanun üzrə vərəsəsi Cavabdeh4dır.

119. Göründüyü kimi, miras qoyan Cavabdeh4 Əsgər qızının həm vəsiyyət üzrə vərəsəsi, həm də məcburi pay hüququna malik olan qanun üzrə vərəsələri vardır. Məhkəmə kollegiyası hesab edir ki, vəsiyyətnamə nəzərə alınmaqla həm də miras qoyan Cavabdeh4 məcburi pay hüququ olan qanun üzrə vərəsələrinin miras əmlak üzərində vərəsəlik payları müəyyən edilməlidir.

120. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

121. Mirasda məcburi pay – sosial-iqtisadi və əxlaqi yükü (əhəmiyyəti) olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Vəsiyyət azadlığını məhdudlaşdıran hal kimi çıxış edən mirasda məcburi pay hüququ ailə maraqlarının qorunmasına xidmət edir. Bu hüquq məcburi pay almağa səlahiyyəti olan şəxsin mirasda minimal iştirakını təmin edir. Hətta vəsiyyət edən MM-nin 1176-cı maddəsinə əsaslanmaqla qanun üzrə vərəsələrdən birini və ya bir neçəsini vəsiyyətnamə ilə mirasdan məhrum etdiyi halda belə, konstitusion əhəmiyyətli dəyərlərdən irəli gəldiyi üçün vəsiyyət edənin birinci növbə vərəsələrinin mirasda minimal iştirakı məhz məcburi pay hüququ ilə təmin edilir.

122. Məhkəmə kollegiyası miras qoyan Cavabdeh4 Əsgər qızının miras kütləsinin həcmini, vərəsələrinin sayını və vəsiyyətnaməni nəzərə alaraq qeyd edir ki, miras əmlak olan ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi 82,6 kv.m, qeyri-yaşayış sahəsi 119,2 kv.m, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin miras qoyan Cavabdeh4 payına düşən 10/16 hissəsi üzərində miras qoyanın vəsiyyətnamə üzrə vərəsəsi İddiaçı1 8/16 hissədə, Cavabdeh1 3/16 hissədə, mərhum X9 3/16 hissədə, digər birinci növbəli vərəsələr Cavabdeh2 və X11 isə hər birinin 1/16 hissədə payları müəyyən edilməlidir.

123. Yuxarıda göstərildiyi kimi miras qoyan Cavabdeh4 Əsgər qızının birinci növbəli vərəsələri olan mərhum X18 və mərhum X12 vəfat etmişlər. X3 birinci növbəli qanun üzrə vərəsəsi Cavabdeh3 və mərhum X9 birinci növbəli qanun üzrə vərəsəsi isə Cavabdeh4dır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, miras qoyan Cavabdeh4 Əsgər qızının miras əmlakından vərəsəsi X13 çatası pay sonuncunun qanun üzrə birinci növbəli vərəsəsi mərhum Cavabdeh3 və mərhum X10 çatası miras payı isə onun vərəsəsi olan Cavabdeh4 verilməlidir.

124. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, miras əmlak olan ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi 82,6 kv.m, qeyri-yaşayış sahəsi 119,2 kv.m, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin texniki pasportunun etibarsız hesab edilməsinə zərurət yoxdur. Ona görə ki, müəyyən olunmuş paylara münasibətdə hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində müvafiq qeyd aparıldığı halda, bu əmlaka dair yeni texniki pasportun tərtib edilməsi yolveriləndir.

125. Məhkəmə kollegiyası həmçinin İddiaçı1 “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin Tovuz Ərazi İdarəsinin vəzifəli şəxsləri, habelə Qazax rayon notariat ofisinin notariusu və digər şəxslər barədə xüsusi qərardad qəbul edilərək prokurora xəbər verilməsi” barədə vəsatətinə münasibətdə qeyd edir ki, bu müraciət hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə müvafiq qərarı qəbul etməsi mümkündür. Hazırkı apellyasiya baxışı zamanı isə, qeyd olunan orqanların vəzifəli şəxslərinin hərəkətlərində cinayət əlamətləri aşkar edilməmişdir.

126. Birinci instansiya məhkəməsi isə yuxarıda göstərilən halları hərtərəfli, tam və obyektiv araşdırıb düzgün hüquqi qiymət vermədən iş üzrə müəyyən edilmiş faktlra və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək ilkin və qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir.

127. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, eləcə də ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, həmçinin ilkin və qarşılıqlı iddialar üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 2(023)-715/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İlkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilsin. Cavabdeh1 adına verilmiş qeydiyyat tarixi xx.xx.2017-ci il, qeydiyyat nömrəsi ********** olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış etibarsız hesab edilsin. Miras qoyan Cavabdeh4 Əsgər qızından miras qalmış ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi 82,6 kv.m, qeyri-yaşayış sahəsi 119,2 kv.m, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin 10/16 hissəsi üzərində İddiaçı1 8/16 hissədə, Cavabdeh1 3/16 hissədə, mərhum X9 3/16 hissədə, digər birinci növbəli vərəsələr Cavabdeh2 və X11 isə hər birinin 1/16 hissədə payları müəyyən edilsin. Miras qoyan Cavabdeh4 Əsgər qızının qanun üzrə birinci növbəli vərəsəsi olan mərhum X18 vəfat etdiyindən onun miras əmlak olan ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi 82,6 kv.m, qeyri-yaşayış sahəsi 119,2 kv.m, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə dair 1/16 hissəsi üzərində müəyyən olunan payı onun qanun üzrə birinci növbəli vərəsəsi olan ilkin və qarşılıqlı iddialar üzrə Cavabdeh3 verilsin. Miras qoyan Cavabdeh4 Əsgər qızının qanun üzrə birinci növbəli vərəsəsi olan mərhum X12 vəfat etdiyindən onun miras əmlak olan ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi 82,6 kv.m, qeyri-yaşayış sahəsi 119,2 kv.m, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə dair 3/16 hissəsi üzərində müəyyən olunan payı onun qanun üzrə birinci növbəli vərəsəsi olan ilkin və qarşılıqlı iddialar üzrə Cavabdeh4 verilsin. Apellyasiya şikayətləri qalan hissədə təmin edilməsin. İlkin və qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar