Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1016/2024 30.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evin və onun yerləşdiyi torpaq sahəsinin ölçülməsinə yaradılan maneənin aradan qaldırılması, həmçinin evə köçürülmə tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2(125)-382/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Gəncə şəhəri Sevinc (Məhsəti) qəsəbəsinində yerləşən evə köçürülməsi, Cavabdeh evin və torpaq sahəsinin ölçüsünü aparmaq üçün dəvət etdiyi şəxslərə maneə törətməsinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2(125)-382/2024 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia qismən təmin edilərək, Gəncə şəhəri, Sevinc (Məhsəti) qəsəbəsindəki evin yerləşdiyi torpaq sahəsinin ölçülməsinə maneələrin yaradılmasınin Cavabdeh qadağan edilməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmaması hissədə ləğv olunmasını və həmin hissədə iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Gəncə şəhəri Sevinc (Məhsəti) qəsəbəsində yerləşən evi var. Həmin evin yerləşdiyi 0.04 ha torpağa dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmış Kadastr sənədi mövcuddur. O, evini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin vasitəsilə dövlət qeydiyyatına aldırmaq istəyi ilə həmin orqana ərizə vermişdir. Lakin Cavabdeh həmin orqanın mütəxəssislərinə evini ölçməyə imkan verməmişdir. Cavabdeh onun gəlinidir. Evi ona və oğluna ayrı (sərbəst) həyat yaşamaları üçün vermişdir. Amma evə sahibliyini özü etmiş, xərclərini öz vəsaiti hesabına ödəmişdir. Son zamanlar oğluna münasibətdə gərginlik olduğundan Cavabdeh onu evin sahibi kimi saymaqdan imtina etmiş, üstəlik zorakı hərəkətlərə yol verib, mütəxəssislərlə yanaşı onu da evə buraxmamışdır. Mülki iş materiallarında olan: X8 və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Kirovabad şəhər XDS İK-nin xx.xx.1986-cı il tarixli 13 saylı protokoluna və Həmkarlar təşkilatının xx.xx.1986-cı il tarixli 02 saylı protokolundan çıxarışa əsasən 400 kv.m sahəsi bağ evi tikmək üçün İddiaçı verilmişdir; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişindən görünür ki, “Farforist” bağçılıq yoldaşlığı tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, torpaq sahəsinə müayinə baxışı keçirilməsinə şərait yaradılmadığı aşkar edilmişdir; Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Valya onun qonşusudur və eyni küçədə yaşayırlar. Heç bir ədavətləri yoxdur, münasibətləri yaxşıdır. 2009-cu ildə orada torpaq sahəsi alıb ev tikdirmiş, 2011-ci ildə oraya köçəndən sonra Valyanı tanımışdır. O, köçəndə, Valya uşaqlarıyla Rusiya Federasiyasından qayıtmışdır, sonuncunun ərinin həmin avxt qayıdıbqayıtmadığını dəqiq xatırlamır. Valya əri ilə həmin evdə çox iş görmüşdür, evin xərci ilə bağlı ikisi də çalışmışdır. Valya “Quran” oxuyaraq pul qazanırdı, əri İntiqam da Şəmkirdə işləyib pul qazanmışdır. Təxmini 7-8 il əvvəl Nəzakət toya gəlmişdi, orada Nəzakəti tanımışdır. Nəzakət toydan sonra qayıtmış və bir neçə ildən sonra ölkəyə birdəfəlik gəlmişdir. Keçən ilə kimi Valya evdə əsaslı təmir işləri görmüşdür. Boşananda Valyanın əri burada idi, boşanmadan sonra əri Rusiya Federasiyasına getmişdir. Arada gəlib qısa müddət qaldıqdan sonra yenə qayıtmışdır. Təxmini nə vaxt boşandıqlarını xatırlamır. Evin Valyanın olduğunu, lakin Nəzakətin adına olduğunu eşitmişdir; Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Valya və Nəzakət onun qonşusudur, ədavətləri yoxdur, münasibətləri yaxşıdır. Torpaq alandan sonra oraya köçmüşdür, həmin vaxt Valya artıq orada ailəsiylə birgə yaşayırdı, 10 ildir qonşudurlar. Valya evlənəndən sonra ailəsi ilə birgə Rusiya Federasiyasına getmiş, sonradan qayıtmışdır. O, 2003-cü ildə torpaq almış, 2013cü ildə ev hazır olmuş və oraya köçmüşdür. Nəzakətin ayrıca evi var idi. Onlar torpağı alanda ev yox idi, evi Valya tikdirmişdir. Ustalardan biri də onun əri olmuşdur. Əri evin barısını çəkib, hörgü işini görüb. Nəzakət həmin vaxt Rusiya Federasiyasınnda yaşamış, qonaq kimi evə gəlib-getmişdir. Valya ev tikiləndə evli olmuşdur, evin tikildiyi tarixi dəqiq xatırlamır, təxminən 2000-ci ilin əvvəlləri olmuşdur. Valyanın əri evin tikintisi vaxtı Rusiya Federasiyasında yaşamışdır, arada gəlib-getmişdir. Evin tikintisində Valyanın zəhmət çəkdiyini görmüşdür, amma xərci kimin çəkdiyini dəqiq bilmir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunmaması hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Həmin hissədə iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Gəncə şəhəri Sеvinc (Məhsəti) qəsəbəsində yеrləşən еvinin tоrpаq sаhəsi Gəncə şəhər Fоrfоr zаvоdunun “Fоrfоr bаğçılıq yоldаşlığı”nın təşəbbüsü ilə ona аyrılmışdır. Həmin torpaq sаhəsində tikdirdiyi еvi dövlət rеyеstrində qеydiyyаtа аlmаq istəyi ilə Dаşınmаz Əmlаkın Dövlət Kаdаstrı və Rеyеstri publik hüquqi şəхsinə mürаciət еtmiş, lаkin cаvаbdеh İbrаhimоvа Vаlyа Аslаn qızı оğlu ilə iхtilаfdа оlduğundаn həmin orqandan gələn mütəхəssislərə еvi və torpaq sahəsini ölçməyə imkаn vеrməmişdir. Məsələyə qаrışmаq istərkən isə onun özünü еvə burахmаmışdır. İşdəki sənədlərdən tоrpаğın mübаhisəli оlmаsı görünmür, digər tərəfdən, bir kimsə, о cümlədən cаvаbdеh Valya İbrаhimоvа tоrpаğı mübаhisələndirməmişdir. Məhkəmə özü qəbul edir ki, “bаğ еvi üçün аyrılmış tоrpаq sаhəsinin iddiаçının аdınа tərtib еdilmiş plаn və ölçüsünün təsdiqlənmiş surəti məhkəməyə təqdim еdilmişdir.” Tоrpаq sаhəsi onundursa, təbii ki, оnun üzərindəki tikili də ona məxsusdur. Kimin оnlаrа iddiаsı vаr, qаldırа bilər. О zаmаn məhkəmə yохlаyıb tоrpаğın kimə vеrilməsini, tikintinin kim tərəfindən аpаrılmаsını müəyyən еdib, nəticə çıхаrа bilər. Ona qаrşı iddiа оlmаdığı hаldа məhkəmənin ikitərəfli yanaşmaya yоl vеrməsi mülkiyyət və sаhiblik hüququnun pоzulmаsı dеməkdir. Tоrpаğındа tikilmiş еvin mənsubiyyətinə dаir qаrşılıqlı iddiа qаldırılmаdığı hаldа məhkəmənin işdə оlаn sübutlаrа rəğmən еvin kimin tərəfindən tikilməsini müəyyən еtmək cəhdi, sübutlаr ахtаrmаsı, şаhidləri dindirməsi mübаhisənin prеdmеtindən dеyil, məhkəmənin qаnunsuz təşəbbüsündən, müstəsnа hаl оlmаdığı hаldа iddiаdаn kənаrа çıхmаsındаn irəli gəlir. Şəхsin tоrpаğındаn tikilmiş еvə (mənzilə) köçürülməsində isə müstəsnа hаl yохdur. Bu təbii hаldır, hüququn müdаfiəsidir. Məhkəmə еvə və tоrpаq sаhəsinə dair iddiа qаldırmаyаn cаvаbdеhin sözü ilə еvin kim tərəfindən tikilməsini müəyyən еtmək üçün şаhidlər dindirməsi əsassızdır. Bu işdə nə müstəsnа hаl, nə də şəхsin, аdınа rəsmi vеrilmiş tоrpаqdа yеrləşən binаyа köçürülməsini istisnа еdən (mаnе оlаn) hаllаr yохdur. Bеlə оlduğu hаldа tоrpаqdа yеrləşən еvə köçürülmə tələbinin rədd оlunmаsı qаnunsuz hərəkətdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh 2005-ci ildə oğlu ilə nikaha daxil olaraq ailə qurmuşdur və oğlunun ailəsi ilə birlikdə Rusiya Federasiyasına getmişlər. Sonradan 2006- 2007-ci ildə mübahisəli torpaq sahəsində ev tikdirmişdir. Evin inşa edilməsi ilə bağlı bütün xərcləri özü çəkmişdir. Ev hazır olandan sonra oğlu ilə Cavabdeh orada yaşamışlar. Özü isə Rusiya Federasiyasından qayıdanda həmin evdə yaşamışdır. Həmçinin öz qızına həmin evdə toy mərasimi təşkil etmişdir. Mübahisə predmeti olan torpaq sahəsi onun adına qeydə alınmasa da, lakin torpaq sahəsinə dair adına verilmiş plan və ölçü sənədi mövcuddur. Hazırda kirayədə yaşayır və keçmiş gəlini olan cavabdeh onu öz zəhməti hesabına inşa edilmiş evə buraxmır. Sədrlik edənin suallarına cavab olaraq iddiaçı bildirmişdir ki, oğlu ilə Cavabdeh 2012-ci ildə sosial müavinət almaq məqsədilə formal olaraq boşanmışlar. Lakin oğlu cavabdeh arasındakı mümasibətlər 2020-ci ildən pisləşməyə başlamışdır. Ona görə də cavabdeh onu torpaq sahəsinə və üzərində yerləşən evə buraxmamışdır. Köçürülməsini tələb etdiyi ev bağ evi tikmək üçün ona ayrılmış torpaq sahəsi üzərində yerləşir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmaması hissədə ləğv olunmasını və həmin hissədə iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştitrak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı onun xalasıdır. 1998-ci ildə xalası Nəzakət onun anasına təklif etmişdir ki, onların qonşuluğunda münasib qiymətə torpaq sahəsi satılır. Həmin vaxtı onun ailəsi Nəzakətin təklifi ilə razılaşmışlar və həmin torpağın dəyəri olan 40 Şirvan pulu atası Nəzakətə vermişdir. Nəzakət isə həmin puldan cəmi 20 Şirvan pulu torpağın mülkiyyətçisinə vermiş, qalan pulu isə sonradan verməsi barədə razılığa gəlmişlər. Həmin pulun tam dəyəri ödənilmədiyi üçün torpaq sahəsini adlarına qeydiyyata aldıra bilməmişlər. 2005-ci ildə xalası İddiaçı oğlu İntiqamla evlənmişlər. Toy ərəfəsində İddiaçı bildirmişdir ki, cehiz əvəzinə həmin torpaq sahəsini valideyinləri onlara versin və həmin torpaq sahəsində ev tikərək orada yaşasınlar. Onlar toylarından sonra Rusiya Federasiyasına getmişlər. Orada bir müddət qaldıqdan sonra ölkəyə geri qayıtmışlar və valideyinlərinə məxsus torpaq sahəsində evin tikintisinə başlamışlar. 3 ay müddətində iş getmiş və evin dam örtüyü hazır olmuşdur. Sonra yenidən Rusiya Federasiyasına getmişlər, lakin təkrarən ölkəyə geri qayıdaraq evin qalan tikinti işlərini gördürmüşlər. Keçmiş əri X5 Federasiyasında ticarətlə məşğul olmuşdur. Ev onun özünün hesabına inşa edilmişdir. İddiaçının oğlu İntiqam İbrahimovla faktiki olaraq 2019-cu ildə ayrılmışlar. Keçmiş əri İntiqam İbrahimov evin hörgü və dam örtüyü işlərinin pulunu vermiş qalan işləriin xərcini özü çəkmişdir. Sədrlik edənin sualına cavab olaraq cavabdeh bildirmişdir ki, fərdi yaşayış evi iddiaçının adına tərtib edilmiş Torpaq sahəsinin plan ölçü sənədində qeyd olunan torpaq sahəsi üzərində inşa edilmişdir. Həmçinin bildirmişdir ki, həmin torpaq sahəsinə dair tərtib olunmuş torpaq sahəsinin plan ölçü sənədi iddiaçının adına saxtalaşdırılmaqla qeydə alınmışdır. Əslində həmin torpaq sahəsi onların özünə məxsus olmuşdur. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin olunmuş və cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməni iddia tələbinin təmin olunmaması hissədə, yəni Gəncə şəhəri Sevinc (Məhsəti) qəsəbəsinində yerləşən evə köçürülməsi, Cavabdeh evin ölçüsünü aparmaq üçün dəvət etdiyi şəxslərə maneə törətməsinə qadağa qoyulması hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan yəni, iddianın təmin olunmaması hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia həmin hissədə təmin edilməli, Kirovabad şəhər XDS İK-nin xx.xx.1986-cı il tarixli 13 saylı protokoluna və Həmkarlar təşkilatının xx.xx.1986-cı il tarixli 02 saylı protokolundan çıxarış qərarına əsasən İddiaçı bağ evi tikmək üçün verilmiş Gəncə şəhəri Sevinc (Məhsəti) qəsəbəsindəki 400 kv.m torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin ölçülməsinə maneələrin yaradılması Cavabdeh qadağan edilməli, İddiaçı Kirovabad şəhər XDS İK-nin xx.xx.1986-cı il tarixli 13 saylı protokoluna və Həmkarlar təşkilatının xx.xx.1986-cı il tarixli 02 saylı protokolundan çıxarış qərarına əsasən ona bağ evi tikmək üçün verilmiş Gəncə şəhəri Sevinc (Məhsəti) qəsəbəsindəki 400 kv.m torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Kirovabad şəhər XDS İK-nin xx.xx.1986-cı il tarixli 13 saylı protokoluna və Həmkarlar təşkilatının xx.xx.1986-cı il tarixli 02 saylı protokolundan çıxarışa əsasən Gəncə şəhəri Sevinc (Məhsəti) qəsəbəsindəki 400 kv.m torpaq sahəsi bağ evi tikmək üçün İddiaçı verilmişdir. Həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmişdir. İddiaçı sözügedən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin adına qeydiyyata alınması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarını oraya dəvət etmiş, lakin Cavabdeh həmin şəxslərin torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair ölçmə işlərinin aparılmasına maneə yaratmışdır. Həmçinin cavabdeh iddiaçını sözügedən fərdi yaşayış evinə buraxmır. Cavabdeh bu hərəkətlərini onunla əsaslandırır ki, torpaq sahəsinə dair plan ölçü sənədi İddiaçı adına qeydə alınsa da, lakin torpağın üzərində inşa edilmiş fərdi yaşayış evi onun özünün vəsaiti hesabına inşa edilmişdir. MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış mübahisəyə mülki qanunvericiliyin aşağıdakı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci bəndinə əsasən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın qeyd olunan maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Həmin maddənin 4-cü bəndinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1-nömrəli protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Birinci instansiya məhkəməsi yoxlanılan, yəni iddia tələbinin təmin olunmaması hissədə gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli evin tikintisinə xərc çəkməsini təsdiqləyən sübut təqdim etməməklə yanaşı, məhkəməyə iclasında tədqiq edilmiş şahid ifadələri ilə də iddiaçının həmin yaşayış sahəsinin tikintisində maddi iştirakı müəyyən olunmur. Bundan başqa, iddiaçının tələbinin əsaslandığı, mübahisəli evə dair texniki sənədlər daşınmaz əmlaka dair hüququ təsdiqləyən sənəd hesab edilmir, iddiaçının adına bağ sahəsi ayrılması və (ya) həmin sahənin mübahisəli yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə eynilik təşkil etməsi müəyyən olunmur. Belə olan halda, evə köçürülmə hissəsində tələbin əsaslı olması sübuta yetirilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Həmçinin, mübahisəli torpaq sahəsi ilə iddiaçının ona ayrıldığını bildirdiyi torpaq sahəsinin eynilik təşkil edib-etmədiyi müəyyən olunmasa da, bağ evi tikmək üçün ayrılmış torpaq sahəsinin iddiaçının adına tərtib edilmiş plan və ölçüsünün tədiqlənmiş surəti məhkəməyə təqdim edilmişdir. Torpaq sahəsinə mülkiyyət hüququ müəyyən ediləcəyi halda orada yerləşən özbaşına tikili olan mübahisəli evə də mülkiyyət hüququnun tanına biləcəyi nəzərə alınmalıdır. Mübahisəli evin ölçülə bilməsi üçün əsaslar hazırda müəyyən edilmədiyindən iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Mülki qanunvericiliyə görə, müvafiq əmlakı gələcəkdə əldə etməyi qanuni olaraq gözləmək halları da mülkiyyət hüququ kimi qiymətləndirilir. Bu müddəaya uyğun olaraq, dövlət reyestrində qeydə alınmış əmlaklarla yanaşı, həm də əmlak kimi gələcəkdə əldə edilməsi qanuni olaraq gözləmək də mülkiyyət hüququ kimi qiymətləndirilməlidir. Belə ki, «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli, «Burdov Rusiyaya qarşı» iş üzrə, «Qarrax Çexiyaya qarşı» iş üzrə və digər bu kimi qərarlarında X9 Məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ «İnsan Hüquqları və X2 Haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də məsələyə yuxarıda göstərilən qaydada X9 Məhkəməsinin mövqeləri ilə yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar 15 yanvar 2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar 15 aprel 2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar 09 iyun 2011-ci il tarixli qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 139-1.1-ci maddəsində, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan bəhs edikməklə hansı sənədlərin daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunduğu göstərilir. Mülki Məcəllənin 139-1.1.7-ci maddəsinə müvafiq olaraq, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. İşin müəyyən olunmuş və faktiki hallarına əsasən Gəncə şəhəri Sevinc (Məhsəti) qəsəbəsindəki 400 kv.m torpaq sahəsi Kirovabad şəhər XDS İK-nin xx.xx.1986-cı il tarixli 13 saylı protokoluna və Həmkarlar təşkilatının xx.xx.1986-cı il tarixli 02 saylı protokolundan çıxarışa əsasən bağ evi tikmək üçün İddiaçı ayrılmışdır. Həmin sənəd əsasında da sözügedən torpaq sahəsinə iddiaçının qanuni gözlənilən mülkiyyət hüququ vardır. İşin mübahisəsiz halıdır ki, iddiaçının köçürülməsini tələb etdiyi ev Gəncə şəhəri Sevinc (Məhsəti) qəsəbəsindəki 400 kv.m torpaq sahəsi Kirovabad şəhər XDS İK-nin xx.xx.1986-cı il tarixli 13 saylı protokoluna və Həmkarlar təşkilatının xx.xx.1986-cı il tarixli 02 saylı protokolundan çıxarışa əsasən bağ evi tikmək üçün ona ayrılmış torpaq sahəsi üzərində inşa edilmişdir. Qeyd olunan hal həm iddiaçı tərəfin, həm də cavabdeh tərəfin apellyasiya baxışı zamanı məhkəmə iclasında verdiyi izahatla öz təsdiqini tapır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda da göstərildiyi kimi mübahisə predmeti olan 400 kv.m torpaq sahəsinə iddiaçı Nəzakət Dəmirovanın qanuni gözlənilən mülkiyyət hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Nəzakət Dəmirovanın köçürülməsini tələb etdiyi fərdi yaşayış evi də qanuni gözlənilən mülkiyyət hüququ olan torpaq sahəsi üzərində inşa edildiyindən bilavasitə iddiaçının həmin fərdi yaşayış evinə də gözlənilən mülkiyyət hüququ yaranmış olur. Bu qənaətinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin fərdi yaşayış evə dair ölçmə işlərini həyata keçirtmək və buna yaradılan maneələrin aradan qaldırılmasını tələb etmək onun mülkiyyətçi hüquqlarından irəli gəlməklə qanuni əsaslara söykənir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”-nın 2.1-ci bənində əsasən, mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qərarın 2.3.3 və 2.3.4-cü bəndlərinə müvafiq olaraq, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda, habelə hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıbsatıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır. Həmin Qərarın 5.3-cü bəndinə əsasən, fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada (hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri istisna olmaqla) yeni torpaq sahələri əldə edildikdə, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda, hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda, torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə, habelə fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara ayrılmış torpaqlarda, həyətyanı sahələrdə, fərdi bağların altındakı torpaq sahələrində mərzçəkmə işləri müvafiq ərizə (sifariş və ya tapşırıq) əsasında yerinə yetirilir və bu hallarda texniki layihə hazırlanmır. Həmin Qərarın 5.4-cü bəndinə əsasən, torpaq sahəsinin mərzçəkmə işlərinin texniki layihəsi Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri tərəfindən təsdiq olunur. Məhkəmə kollegiyası İddiaçı köçürülməsini tələb etdiyi fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə qanuni gözlənilən mülkiyyət hüququnun mövcudluğunu nəzərə almaqla iddia tələbinin evə köçürülməsi hissədə də təmin olunmasını qanuni və əsaslı hesab edir. Birinci instansiya məhkəməsi isə işin yuxarıda sadalanan hallarına düzgün hüquqi qiymət vermədən yoxlanılan hissədə iddia tələbini təmin etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansia məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək həmin hissədə iddia tələbi təmin edilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2(125)-382/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin edilməməsi hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia tələbi həmin hissədə təmin edilsin. Kirovabad şəhər XDS İK-nin xx.xx.1986-cı il tarixli 13 saylı protokoluna və Həmkarlar təşkilatının xx.xx.1986-cı il tarixli 02 saylı protokolundan çıxarışa əsasən İddiaçı bağ evi tikmək üçün ayrılmış Gəncə şəhəri Sevinc (Məhsəti) qəsəbəsində yerləşən 400 kv.m torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin ölçülməsinə maneələrin yaradılması Cavabdeh qadağan edilsin. İddiaçı Kirovabad şəhər XDS İK-nin xx.xx.1986-cı il tarixli 13 saylı protokoluna və Həmkarlar təşkilatının xx.xx.1986-cı il tarixli 02 saylı protokolundan çıxarışa əsasən ona bağ evi tikmək üçün ayrılmış Gəncə şəhəri Sevinc (Məhsəti) qəsəbəsində yerləşən 400 kv.m torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinə köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1016/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1016/2024
30.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver