Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1024/2024 05.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gəncə şəhəri 1 saylı notariat ofisinə və üçüncü şəxs X12 qarşı mülki iş üzrə Açar sözlər: vərəsəlik hüququ üzrə payın həcminin artırılmasına dair şəhadətnamə verilməsindən imtina barədə notariat ofisinin qərarının ləğv edilməsi və mirasda pay həcminin artırılması. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı cavabdeh Gəncə şəhəri 1 saylı notariat ofisinə və üçüncü şəxs X12 qarşı vərəsəlik hüququ üzrə payın həcminin artırılmasına dair şəhadətnamə verilməsindən imtina barədə notariat ofisinin qərarının ləğv edilməsi və mirasda pay həcminin artırılaraq tam payının müəyyən edilməsi barədə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 13 fevral 2*24-cü il tarixli 2(125)-384/2*24 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası *5 iyul 2*24-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Elektron notariat” informasiya sistemindən çıxarışdan və “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindən çıxarışdan görünür ki, X4 dair bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ailə tərkibinə dair məlumatlara əsasən həyat yoldaşı X15, qızı İddiaçı və oğlu X14 müəyyən edilmişdir;
2. İİİ-ЖГ seriyalı, 47*1** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə Gəncə şəhərində doğulmuşdur, X9, anası X5r;
3. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışa və Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 1*286 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hüquq sahibinin adı İddiaçı, ərizənin qeydiyyat nömrəsi 1*286, qeydiyyat tarixi 2*.11.2**2-ci ildir, məhdudiyyət (yüklülük) haqqında məlumat 25.*2.2*21- ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydə alınmayıb;
4. Gəncə Şəhər Altıncı Dövlət Notariat Kontoru tərəfindən 2V-1/132 reyestr nömrəsi ilə təsdiq edilmiş 2*.*8.2*21-ci il tarixli vəsiyyətnamədən görünür ki, X6 ölən günədək ona məxsus olan Gəncə şəhəri, X2* prospekti, bina 22, mənzil 23 saylı ünvanda yerləşən mənzili bütövlüklə qızı – İddiaçı vəsiyyət etmişdir.
5. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 25.*7.2*2*-ci il tarixdə vəfat etmişdir;
6. Gəncə şəhəri 1 saylı dövlət notariat ofisində 18 mart 2*21-ci il tarixdə aparılmış 2V-69 nömrəli notariat işinin materiallarından görünür ki, Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş 2V-69 reyestr nömrəli 18.*3.2*21-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilir ki, 2*.*8.2*11-ci il tarixdə təsdiq edilən və reyestrdə 2V-1-132 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 25.*7.2*2*-ci il tarixdə vəfat etmiş X3 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi İddiaçıdır və o miras əmlakdan ¾ hissədə pay almışdır, mirasın ¼ hissəsi açıq saxlanılmışdır, şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 3*,8 kv.m, yaşayış sahəsi 16,6 kv.m, yardımçı sahəsi 14,2 kv.m olan 1 otaqlı mənzildən ibarətdir;
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 2*2*11**1585-*51*1- *93*15 reyestr nömrəli, qeydiyyat tarixi *1.*6.2*21-ci il olan, qeydiyyat nömrəsi 1521*15338 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 3*,8 kv.metr olan mənzil paylı mülkiyyətdə olmaqla, ¾ hissədə İddiaçı, ¼ hissədə isə X3 adına qeydə alınmışdır;
8. Gəncə şəhəri 1 saylı notariat ofisinin notariusunun 2*.1*.2*23-cü il tarixli 7*9 nömrəli “notariat hərəkətlərinin aparılmasından imtinaya dair” qərarından görünür ki, İddiaçı 25.*7.2*2*-ci il tarixdə vəfat etmiş mərhum anası X3 vəfatından sonra adına miras qalmış Gəncə şəhəri, Heydər Əliyev prospekti, ev 22-də yerləşən 23 saylı mənzilin açıq saxlanılmış 1/4 hissəsinin ərizəçi X8 adına rəsmiləşdirilməsini xahiş etmişdir. Lakin miras əmlakın açıq saxlanılmış həmin ¼ hissəsi mərhumun digər vərəsəsinin məcburi payı olduğu üçün İddiaçı qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmişdir;
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh Gəncə şəhəri 1 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsəlik hüququ üzrə payın həcminin artırılması üzrə şəhadətnamənin verilməsindən imtina barədə notariusun 2*.1*.2*23-cü il tarixli 7*9 nömrəli qərarının ləğv edilməsi, mərhum anası X2 miras qalmış hazırkı ünvan 4 ünvanda yerləşən miras əmlak üzərində pay həcminin artırılaraq qanun üzrə tam payının müəyyən edilməsi barədə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 1*. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Heydər Əliyev prospekti bina 22-də yerləşən 23 nömrəli mənzil mərhum anası X2 miras qalmışdır. X9 *7 may 1938-ci il tarixdə anadan olmuş və 1992-ci il tarixdə vəfat etmişdir. Anasının ölümündən sonra mirası qəbul etmiş, buna dair Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən miras əmlak üzərində 3/4 hissədə payının tanınmasına dair şəhadətnamə verilmiş və ¼ pay isə açıq saxlanılmışdır. Bundan sonra miras əmlakın açıq qalan payı üzərində heç kim tərəfindən miras əmlak qəbul edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən və Gəncə Şəhər Məhkəməsinin qərardadından görünür ki, miras əmlak üzərində onun tərəfindən miras əmlak tam olaraq həm vəsiyyət, həm də qanun üzrə vərəsəlik hüququ əsasında qəbul edilmişdir. Hazırda miras əmlakın açıq qalan payı olduğundan və bu pay heç kim tərəfindən qəbul edilmədiyindən əmlak üzərində mülkiyyət üzrə hüquqlarını həyata keçirə bilmir. Bu baxımdan məhkəməyə müraciət etmək məcburiyyətindədir. Mərhum anasından miras qalmış açıq payın üzərində də qanun üzrə mirası qəbul etdiyindən həmin payın üzərində də vərəsəlik hüququnun tanınması ilə bağlı vərəsəlik şəhadətnaməsinin verilməsi barədə cavabdeh notariat orqanına müraciət etsə də, notariat ofisi qanunsuz olaraq bundan imtina etmişdir.
11. Məhkəmə icraatı zamanı X14 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
12. Gəncə Şəhər Məhkəməsinin 13 fevral 2*24-cü il tarixli 2(125)-384/2*24 nömrəli qətnaməsi ilə (hakim Fuad Fərhadov) İddiaçı cavabdeh Gəncə şəhəri 1 saylı Notariat ofisinə qarşı (mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 cəlb edilməklə) vərəsəlik hüququ üzrə payın həcminin artırılması üzrə şəhadətnamənin verilməsindən imtina barədə qərarın ləğv edilməsi və miras əmlak üzərində pay həcminin artırılaraq tam payın müəyyən edilməsi barədə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1134.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1193, 1196, 1243 və 1255-ci maddələrinə, həmçinin “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 55 və 6*-cı 9 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş mаtеriаllаrındа mirаsın аçıldığı müddətlə hаzırkı mübаhisə аçılаn müddətə qədər оlаn dövr ərzində Qurbаnоv Nаzim Nаdir оğlunun mirаsı qəbul еtməməsi ilə bаğlı hər hаnsı bir mürаciətinin оlmаmаsı və iş üzrə ümumiyyətlə fаktiki qəbul еtmə ilə bаğlı hər hаnsı bir sübutu məhkəməyə təqdim еtməməsi nəzərə alınmamışdır. Mirаsdа mаrаğı оlаn şəхs mirаsın qəbulu ilə bаğlı аktiv hərəkət еtməlidir. Оnа görə ki, Qurbаnоv Nаzim Nаdir оğlu, ümümiyyətlə, Аzərbаycаndа оlub-оlmаmаsı bеlə bəlli dеyil. Məhkəmə göstərir ki, nоtаriаt оrqаnı məcburi pаyın оlmаsınа münаsibətdə imtinа еtməsini göstərsə də məhkəmə nоtаriаt оrqаnının mirаsа оlаn pаyın tаmqəbul еdilməsi ilə bаğlı imtinаsı məcburi pаyа münаsibətdə dеyil, cаvаbdеhin həmin еvdə pаspоrt qеydiyyаtının оlmаsı ilə bаğlı imtinа еtmişdir. Qurbаnоv Nаzim Nаdir оğlunun pаylı mükiyyətçi оlmаsı işdə hеç bir sübutlа təsdiq еdilmir və məhkəmə mirаsın аçıldığı müddətə bеlə nəzər sаlmаmışdır. Hаzırdа isə bir pаy Nаzim Qurbаnоvun аdınа dеyil mərhumun аdındа sахlаnılmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Prosessual məsələlər
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
19. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 2*. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 71.
21. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
22. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
23. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
24. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır.
25. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
26. Maddə 6*. Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 3*. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 384.*.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
33. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, X1 Nadir Oruc oğlu ilə ailə qurmuşdur, onların birgə ailə münasibətlərindən İddiaçı və X14 adlı uşaqları anadan olmuşdur. X15 vəfat etmişdir. Gəncə şəhəri, Heydər Əliyev prospekti (keçmiş Ş.İ.Xətai), ev 22-də yerləşən 23 nömrəli mənzil X3 mülkiyyətində olmuşdur. Sonuncu sağlığında miras əmlakına dair qızı İddiaçı vəsiyyət etmiş və bu barədə Gəncə Şəhər Altıncı Dövlət Notariat Kontoru tərəfindən 2V-1/132 reyestr nömrəsi ilə 2*.*8.2*21-ci il tarixli vəsiyyətnamə təsdiq edilmişdir. X6 25.*7.2*2*-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri – uşaqları İddiaçı (həm də vəsiyyət üzrə vərəsə) və X14 olmuşdur. Adları qeyd olunan vərəsələr mirasın qəbulundan imtina etməmişlər. Miras qoyan X2 miras qalan əmlak isə Gəncə şəhəri Heydər Əliyev prospekti (keçmiş Ş.İ.Xətai), ev 22-də yerləşən 23 nömrəli mənzil olmuşdur. Vəsiyyətnamə və qanun üzrə vərəsə İddiaçı notariat ofisinə müraciət edərək mərhum anası X2 miras qalmış əmlaka dair adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş 2V-69 reyestr nömrəli 18.*3.2*21-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 25.*7.2*2*-ci il tarixdə vəfat etmiş X3 miras əmlakından İddiaçı ¾ hissə pay verilmiş, mirasın ¼ hissəsi isə açıq saxlanılmışdır. İddiaçı miras əmlakda açıq pay olduğunu və bu payın heç kim tərəfindən qəbul edilmədiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini təmin etməmişdir.
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
39. İlk növbədə qeyd edilməlidir ki, hazırkı iddianın predmeti mərhum Mahirə İbrahimovadan qalan miras əmlakın onun vərəsələri tərəfindən qəbul edilib-edilməməsi olmasa da, lakin İddiaçı miras əmlakda açıq saxlanılan ¼ hissənin digər qanun üzrə birinci növbəli vərəsə X14 tərəfindən qəbul edilmədiyini əsas göstərməklə həmin payın ona verilməsini xahiş edir. 4*. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı mərhələdə iddianın predmeti mərhum Mahirə İbrahimovadan miras qalmış əmlakın onun qanun üzrə vərəsəsi Nazim Qurbanov tərəfindən qəbul edilməsi olmasa da, lakin iddiaçının tələbini faktiki əsaslandırdığı hal mərhum anasından miras qalmış əmlakdakı açıq saxlanılan payın vərəsə Nazim Qurbanov tərəfindən qəbul edilməməsi olduğundan işin hallarının bu aspektdə araşdırılması zəruridir. Çünki, iddia tələbinin əsaslandırıldığı hallar dedikdə iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbi əsaslandırmaq üçün istinad etdiyi hüquqi faktlar başa düşülür ki, bu da iddianın bir elementi olmaqla onun faktiki əsasını təşkil edir.
41. Məhkəmə kollegiyası hesab edir ki, miras qoyanın ölməsi ilə (25.*7.2*2*-ci il) mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından mübahisəyə *1 sentyabr 2***-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2*23-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikas Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
43. X13 Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.
44. Qərarda xüsusilə vurğulanmışdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.
45. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 13*1-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.
46. Daha sonra Plenum qərarda qeyd etmişdir ki, Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığı, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alınaraq, bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır.
47. Hazırkı iş üzrə iddia ərizəsi 23 oktyabr 2*23-cü il tarixdə, yəni Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı qüvvəyə minməmişdən əvvəl məhkəmənin icraatında olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs Nazim Qurbanovun mərhum anası Mahirə İbrahimovadan miras qalmış əmlakı qəbul edib-etməməsi məsələsi Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarındakı hüquqi mövqeyə uyğun həll edilməlidir.
48. İşin mübahisəsiz hallarıdır ki, miras qoyan Mahirə İbrahimova 25.*7.2*2*-ci il tarixdə ölmüşdür və onun ölümündən sonra qanun üzrə birinci növbəvli vərəsələri – uşaqları İddiaçı (həm də vəsiyyət üzrə vərəsə) və X14 olmuşlar. Adları qeyd olunan vərəsələrdən heç biri anaları Mahirə İbrahimovanın mirasından imtina etməmişlər. Miras qoyan Mahirə İbrahimovadan miras qalmış əmlak isə Gəncə şəhəri Heydər Əliyev prospekti (keçmiş Ş.İ.Xətai), ev 22-də yerləşən 23 nömrəli mənzil olmuşdur.
49. İşin şərh olunan hallarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, miras qoyan Mahirə İbrahimova miras əmlak olan mənzili sağlığında qızı İddiaçı vəsiyyət etmiş olsa da, lakin miras qoyanın birinci növbəli vərəsəsi olan oğlu Nazim Qurbanovun da miras əmlakda ¼ hissədə (vəsiyyətnamə olmasaydı ona çatası ½ hissədə payın yarısı həcmində) məcburi payı vardır. Çünki, adı qeyd olunan vərəsənin məcburi pay almaq hüququndan məhrum edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar mövcudluğu təsdiq edilmir ki, bu halda vərəsə Nazim Qurbanovun miras əmlakda ¼ hissə məcburi payının açıq saxlanılması qanuni və əsaslıdır. Cavabdeh Gəncə şəhəri 1 saylı notariat ofisi də məhz bu halın mövcudluğuna görə miras əmlakın açıq saxlanılmış hissəsinin iddiaçının payına əlavə edilməsi barədə onun müraciətinin təmin olunmasından imtina etmişdir. 5*. İşin yuxarıda qeyd olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 4*2.1 və 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 13 fevral 2*24-cü il tarixli 2(125)-384/2*24 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.