Məhkəmə qərarları › İş №2(104)-1029/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1029/2024

24.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1029/2024 24.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1854/2024 nömrəli qərardadından İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Gəncəbank ASC-nin ləğv edicisi Əmanətlərin sığortalanması Fonduna, Cavabdeh2 və Gəncə şəhər 4 saylı notariat kontoruna, 3-cü şəxs ƏMDKY-da DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Gəncəbank ASC ilə X2 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 298/i saylı müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1854/2024 nömrəli qərardadı ilə (hakim Musfata Mustafayev), iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmıası qərara alınmışdır. Həmin qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə şikayət verərək, qərardadın ləğv olunması və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, Gəncə Şəhər Məhkəməsinin 19 fеvrаl 2024-cü il tаriхli,2(125)-1854/2024 nömrəli qərаrdаdınа əsаsən iddiаçı оlаrаq cаvаbdеh Gəncə Bаnk АSC-nin ləğv еdicsi əmаnətlərin sığоrtаlаnmаsı fоndunа, 4 sаylı nоtаriаt kоntоrunа və 3-cü şəхs ƏMDKY-dа DƏDRХ-nin 3 sаylı ərаzi idаrəsinə qаrşı ipоtеkа müqаviləsinin еtibаrsız hеsаb еdilməsi və ipоtеkаnın dövlət qеydiyyаtının ləğv еdilməsi tələbinə dаir iddiа ərizəsi əsаssız оlаrаq gеri qаytаrılmışdır. Gəncə Şəhər Məhkəməsinin 19 fеvrаl 2024-cü il tаriхli qərаrdаdındа АR Mülki Prоsеssuаl Məcəllənin 149 və 152-ci mаddələrinin tətbiqində düzgün nəticəyə gəlməmişdir. Məhkəmə qеyd оlunаn prоsеssuаl hüquq nоrmаlаrınа əsаslаnsа dа iş üzrə iddiа ərizəsinin iddiа ərizəsinin fоrmа və məzmununа riаyət еdilməməsi ilə gəldiyi nəticə əsаslı dеyil. Bеlə ki, iddiа ərizəsi iş mаtеriаllаrınа əlаvə еdilmiş və iddiа ərizəsində bütün tələblər аçıq аydın müəyyən еdilir. Məhkəmə qərаrdаdındа iddiа ərizəsinin gеri qаytаrılmаsı ilə bаğlı iddiа ərizəsinin fоrmа və məzmununа riаyət еdilməməsi qənаətinə gəlsə də, iddiа tələbi üzrə qərаrdаdındа hеç bir əsаslаndırmа vеrməmişdir. Həmçinin iddiа tələbi üzrə АR MPM-nin 53-cü mаddəsinə əsаsən iddiа tələbinin həcminin аrtırılmаsı, dəyişdirilməsi və аzаldılmаsı və dəyişdirilməsi mümkündür. О, cümlədən iddiа ərizəsi üzrə ödənilmiş dövlət rüsumu ilə bаğlı həmin rüsumun gеri qаytаrılmаsı məcburi və АR MPM-nin tələblərində gеri qаytаrılmаnın əsаslаrı kimi nəzərdə tutulmаmışdır. İddiаçı həmin rüsumu gеri аlmаyаrаq yеnidən istifаdə еtmişdir ki, bu dа qаnunvеriciliklə qаdаğаn еdilmir. İddiа ərizəsində həmçinin 4 sаylı nоtаriаt оrqаnının еtdiyi hərəkətlərin qаnunsuzluğu göstərilməklə tərəflərə аrаsındа bаğlаnmış ipоtеkа müqаviləsinin еtibаrsızlığı göstərilmişdir. Nеcə оlа bilir ki, еyni tələblə əvvəl məhkəmə hаzırki iddiа ərizəsini icrааtа qəbul еdərək bахmış sаdəcə оlаrаq sоnrаdаn sübutun təmin еdilməməsi və işin vахtının tаmаmlаnmаsı ilə bаğlı iddiа ərizəsi bахılmаmış sахlаnılmışdır. İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsi «Аnkеrlin» işində qеyd еtmişdir ki, əks mаrаqlаrın tоqquşduğu məhkəmə prоsеsində tərəflərin bərаbərliyi оnu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlаrını digər tərəfin оnа münаsibətdə hеç bir üstünlüyə mаlik оlmаdığı şərаitdə təqdim еtmək üçün аğlаbаtаn imkаnа mаlik оlmаlıdır. Tərəflərin prоsеsdə bərаbərliyinin təmin еdilməsi isə məhkəmələr tərəfindən həyаtа kеçirilməlidir. Məhkəmələr üçün hеç bir sübutun qаbаqcаdаn müəyyən еdilmiş qüvvəsi оlmаmаlı və оnlаrın işin fаktiki hаllаrını məhz məhkəmə bахışı zаmаnı аrаşdırdığı sübutlаr əsаsındа müəyyən еtməli, qərаrlаrın qаnuniliyi və əsаslılığı təmin еdilməlidir. Odur ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-1854/2024 saylı qərardadının ləğv edilərək, işin mahiyyəti üzrə baxılması xahiş olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1854/2024 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1854/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarının iddia ərizəsinin geri qaytarılması barədə MPMnin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə görə Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-in 5.1-ci maddəsində göstərilmişdir ki, Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Azərbaycan Respublikasının MPM-in 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Buraya dövlət rüsumunun ödənilməsi, mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət olunması, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması, iddia ərizəsi təmsilçi tərəfindən verildiyi halda onun səlahiyyətlərinin lazımi qaydada rəsmiləşdirilməsi, iddia ərzəsinə əlavə edilmiş sənədlərin siyahısı və s. kimi qanunla nəzərdə tutulmuş hallar aiddir. Avropa Məhkəməsi «X1rşı» 21 fevral 1975-ci il tarixli qərarında göstərmişdir ki, məhkəməyə müraciət etmək hüququ özünün xarakteri etibarilə dövlət tərəfindən tənzimlənməli hüquqdur. Bu hüquqa qoyulan məhdudiyyətlər yalnız o halda Konvensiyanın 6-cı maddəsinə uyğun ola bilər ki, onlar qanuni məqsəd daşısın, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olsun. Məhkəmə kollegiyası göstərir ki, əks yanaşma yəni məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. Azərbaycan Respublikasının MPM-in 152-ci maddəsində iddia ərizəsinin geri qaytarılmasının əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. Azərbaycan Respublikasının MPM-in 149-cu maddəsində məhkəməyə müraciət qaydası kimi nəzərdə tutulan iddia ərizəsinin forma və məzmununa dair konkret tələblər irəli sürülərək göstərilmişdir ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (149.1-ci maddə). Azərbaycan Respublikasının MPM-in 149.2.3-cü maddəsində göstərilmişdir ki, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Məhkəmə kollegiyası göstərir ki, iddiaçı cavabdehlər Gəncəbank ASC-nin ləğv edicisi Əmanətlərin sığortalanması Fonduna, Cavabdeh2 və Gəncə şəhər 4 saylı notariat kontoruna və 3-cü şəxs ƏMDKY-da DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, iddia ərizəsində Gəncə şəhər 4 saylı notariat kontoruna qarşı tələb göstərilməmişdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İddia ərizəsinin geri qaytarılan hissəsi üzrə isə cavabdehə hər hansı tələb yönəlməmişdir ki, göstərilən xahiş iddia tələbi kimi qəbul olunsun. Məhkəmə kollegiyası iddianın geri qaytarılması barədə məhkəmənin gəldiyi nəticəni əsaslı sayır. Azərbaycan Respublikasının MPM-in 152.1.1-ci maddəsinə görə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədlər iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə geri qaytarır. Qeyd olunanlara görə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instasiya məhkəməsi ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Odur ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1.-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149, 263, 264, 398 və 402-cı maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin ediməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1854/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar