Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1030/2023 17.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh*, X*6, Cavabdeh3, Cavabdeh4, X7 və üçüncü şəxslər Bərdə regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinə, X*3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyatın ləğv edillməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X4 və Cavabdeh* iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh*, X*6, Cavabdeh3, Cavabdeh4, X7 və üçüncü şəxslər Bərdə regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinə, X*3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi barədə iddia tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(02*)-3*37/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə *7 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bərdə rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(02*)-4*6/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh3, Cavabdeh4, X*0, X7 qarşı müqavilənin bağlanmış hesab edilməsinə dair iddia tələbi təmin edilərək Bərdə rayonu Zümürxan kəndində yerləşən ümumilikdə *,80 ha torpaq sahəsinə dair İddiaçı ilə cavabdehlər Cavabdeh*, Cavabdeh3, Cavabdeh4, X*6 və X*4 arasında olan alqı-satqı müqaviləsinin 02 may 200*-ci il tarixdən bağlanmış hesab edilməsi qət edilmişdir.
2. JN-0029 nömrəli, KOD6*007028 nömrəli Torpağa mülkiyyət X22 aktının surətindən görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 04 may *999-cu il tarixli 05 saylı qərarı ilə X*0, X7 Bərdə rayonu İmamqulubəyli kəndində 0,60 ha torpaq sahəsi ayrılmışdır.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə regional “ASAN-xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 2* avqust 2022-ci il tarixli, *995/2022 nömrəli məktubdan görünür ki, X8 və ailə üzvləri ilə birlikdə Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən 0,60 ha torpaq sahəsini X2 dair müqavilə bağlanması barədə avtomatlaşdırılmış “Elektron notariat” informasiya sisteminin məlumat axtarış bazasında *5 mart 2008-ci il tarixdən 2* avqust 2022-ci ilədək üçün olan dövrlərdə heç bir məlumat aşkar olunmamışdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən *,2083 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh*, Cavabdeh4 və Cavabdeh3 ümumi birgə mülkiyyətindədir.
5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2* 7 saylı ərazi İdarəsi tərəfindən verilmiş *0 avqust 2022-ci il tarixli, 3369 nömrəli məktubdan görünür ki, Cavabdeh* adına 4 nəfər ailə üzvü ilə birlikdə olmuş Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən *,20 ha torpaq sahəsi *82*0227*7 qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2022-ci il tarixli 4 Ə**56 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X** adına özgəninkiləşdirilmişdir. Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən *,20 ha torpaq sahəsi *9.07.2022-ci il tarixli, *8220*4355 qeydiyyat nömrəsilə X** adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində qeydiyyata alınmışdır. X8 adına 2 nəfər ailə üzvü ilə birlikdə Bərdə rayonu Aqrar İslahat Komissiyasının *999-cu il 04 may tarixli, 05 saylı qərarı ilə verilmiş Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən 0,60 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində aşkar edilmişdir. 0,60 ha torpaq sahəsi 28.*2.202*-ci il tarixli reyestrdə 4Ə-832 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X** adına özgəninkiləşdirilmişdir. 25.0*.2022-ci il tarixli, *82*0244*4 qeydiyyat nömrəsilə X** adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2* 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubda göstərilmişdir ki, təqdim olunmuş sənədlərin icrası zamanı elektron kadastr məlumatları MQS-nin elektron bazasına daxil edilərkən məlum olmuşdur ki, Bərdə rayon Məhkəməsinin qətnaməsində göstərilmiş JN-28 və JN-29 nömrəli dövlət aktları notariat qaydada alqı-satqı olunmuş və 6*00*306*405 və 6*00*300*648 reyestr nömrəli ilə digər mülkiyyətçinin adına rəsmiləşdirilmişdir.
7. Bərdə rayonu İcra hakimiyyəti Başçısının Zümürxan kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29 avqust 2022-ci il tarixli, 433 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Zümürxan kəndində yaşayır.
8. 22 iyun 2022-ci il tarixli AN-İ*056300 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X*2, Cavabdeh4 və Cavabdeh* özünə məxsus olan cəmi *,2083 ha torpaq sahəsini 5400 manata X3.
9. JN-0029 nömrəli KOD6*007028 nömrəli Torpağa mülkiyyət X22 aktının surətindən görünür ki, Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən 0,60 ha torpaq sahəsi X8, X6 ümumi birgə mülkiyyətindədir.
10. 28 dekabr 202*-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X*6 və X*4 torpaq sahəsini X3.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlər Cavabdeh*, X*6, Cavabdeh3, Cavabdeh4, X7 və üçüncü şəxslər Bərdə regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinə, X*3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək Bərdə regional “ASAN-Xidmət” mərkəzinin notariat ofisində X*2, Cavabdeh4 və Cavabdeh* ilə X*7 arasında bağlanmış 22 iyun 2022-ci il tarixli, 4 Ə-**56 saylı reyestrli daşınmaz əmlakın alqı-satqısı, X8 və ailə üzvlərinin X*7 arasında 0,60 ha torpaq sahəsinin alqı-satqısı barədə 28.*2.202*-ci il tarixli, 4 Ə-832 saylı müqavilələrin etibarsız hesab edilməsi, *,20 ha torpaq sahəsinin X** adına rəsmiləşdirilməsi barədə 25.0*.2022-ci il tarixli 2*0244*4 saylı qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o 02.05.200*-ci il tarixdə həmkəndliləri Cavabdeh*, Cavabdeh3, Cavabdeh4, X*6, X6 adlarına olan Bərdə rayonu Aqrar İslahat Komissiyasının 04.05.*999-cu il tarixli, 05 saylı qərarı ilə İN:0028, İN:0028 saylı KOD 6*007028 nömrəli torpağa mülkiyyət X22 aktı ilə onlara məxsus Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən torpaq sahəsini almış, bu barədə Zümürxan kənd icra nümayəndəliyində cavabdehlərin iştirakı ilə akt tərtib edilərək imzalarla təsdiq edilərək icra nümayəndəliyinin möhürü ilə təsdiqlənmişdir. Sonradan cavabdehlərə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi barədə müraciətlərinə mənfi cavab aldıqdan sonra alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə Bərdə rayon Məhkəməsində iddia ərizəsi ilə müraciət etmişdir. Bərdə rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(02*)- 4*6/2022 saylı qətnaməsi ilə müvafiq sənədlərə əsaslanaraq Bərdə rayonu Zümürxan icra nümayəndəliyinin İmamqulubəyli kəndində yerləşən ümumilikdə *,80 ha torpaq sahəsinə dair onunla cavabdehlər Cavabdeh*, Cavabdeh3, Cavabdeh4, X*6 və X6 arasında olan alqı-satqı müqaviləsi 02.05.200*-ci ildən bağlanmış hesab edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(02*) 4*6/2022 saylı məktubu ilə qətnamənin surəti icra olunması üçün Azərbaycan Respublikası ƏMDKY-a DƏDRX-nin 7 saylı ərazi İdarəsinə göndərilmişdir. DƏDK və reyestri X2* 7 saylı Bərdə Ərazi İdarəsinə verilmiş sorğuya alınmış *0 avqust 2022-ci il tarixli, 3369 saylı cavabdan aydın olur ki, Cavabdeh* adına 4 nəfər ailə üzvü ilə birlikdə olmuş Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən *,20 ha torpaq sahəsi *82*0227*7 qeydiyyat nömrəsi ilə DƏDRX-də qeydiyyata alınmış və 22 iyun 2022-ci il tarixli, 4 Ə-**56 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X** adına özgəninkiləşdirilmişdir. Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən *,20 ha torpaq sahəsi *9.07.2022-ci il tarixli *8920*4355 qeydiyyat nömrəsi ilə X** adına DƏDRX-də qeydiyyata alınmışdır. X8 iki nəfər ailə üzvü ilə birlikdə Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən 0,80 ha torpaq sahəsində eyni qayda ilə 28.*2.202*-ci il tarixdə 4Ə-832 saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X** adına özgəninkiləşdirilmişdir. 25.0*.2022-ci il tarixli, *82*0244*4 qeydiyyat nömrəsi ilə X** adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlər tərəfindən onunla alqı-satqı müqaviləsi 200*-ci ildə bağlansa da təkrar 2022-ci ildə hər iki torpaq sahəsi notariat qaydada alqı-satqı müqaviləsi bağlanaraq X*. Lakin cavabdehlərin 02.05.200*-ci il tarixdə onunla daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanması Bərdə rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(02*)-4*6/2022 saylı qətnaməsi ilə təsdiq olunmuşdur. Qeyd olunanlar barədə Daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasına dair müraciətinə etiraz edilməsi barədə bildiriş alarkən məlumatı olmuşdur. Hesab edir ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(02*)- 4*6/2022 saylı qətnaməsini nəzərə alaraq cavabdehlər tərəfindən dələduzluq etməklə Cavabdeh* adına 4 nəfər ailə üzvü ilə birlikdə Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən *,20 ha torpaq sahəsinin alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli 4 Ə-**56 müqavilə və X8 2 nəfər ailə üzvü ilə birlikdə Bərdə rayonu İmamaqulubəyli kəndində yerləşən 0,60 ha torpaq sahəsinin alqı-satqısı barədə 28.*2.202*-ci il tarixli 4 Ə-832 saylı müqavilə etibarsız hesab edilməli və qeyd olunan müqavilələr əsasında *,20 torpaq sahəsinin X** adına rəsmiləşdirilməsi barədə *9.07.2022-ci il tarixli, *8220*4335 saylı qeydiyyatı və 0,60 ha torpaq sahəsinin X** adına rəsmiləşdirilməsi barədə 25.0*.2022-ci il tarixli, *82*0244*4 saylı qeydiyyatı ləğv edilməlidir.
13. Bərdə Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(02*)-3*37/2022 nömrəli qətnaməsi ilə (hakim Fuad Babaşov) iddianın təmin edilməməsi və iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
14. Məhkəmə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, JN-0029 KOD6*007028 nömrəli Torpağa mülkiyyət X22 Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 may *999-cu il tarixli 05 saylı qərarına əsasən verilmiş X*6, X6 ümumi paylı mülkiyyətində olan Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən 0.60 ha pay torpaq sahəsi və Cavabdeh*, Cavabdeh4 və Cavabdeh3 ümumi birgə mülkiyyətlərində olan *,2083 ha torpaq sahəsini X3. Beləliklə məhkəmə hesab edir ki, alqısatqı müqavilələrinin bağlanmasında heç bir qanun pozuntusuna yol verilməmiş, qanunvericiliyin tələbləri pozulmamışdır. İddia tələbi üzrə üçüncü şəxs X*7 vicdanlı alıcı qismində torpağın dəyərini cavabdehlərə ödəyərək alqı-satqı müqaviləsi əsasında torpağın mülkiyyətiçisinə çevrilmişdir.
15. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *44.*, *44.2, *46.2, *46.3, 324.*, 324.4, 337.*, 337.2, 340.*, 394, 407.2, 567, 646.* və 648.*-ci maddələrinə və Mülki Prosessual Məcəlləsinin **9.* və 220.5-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri *6. İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(02*)-3*37/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. *7. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul etmişdir. Belə ki, işə baxan məhkəmə işi birtərəfli yanlış nəticəyə gələrək iddia tələbini təmin etməmişdir. Gəlinən nəticə üçün əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamış və məhkəmənin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun deyildir. Məhkəmə qanuni qüvvəyə minmiş qətnaməni nəzərə almamış, işə birtərəfli baxmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri *8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları *9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(02*)-4*6/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh3, Cavabdeh4, X*0, X7 qarşı müqavilənin bağlanmış hesab edilməsinə dair iddia tələbi təmin edilərək Bərdə rayonu Zümürxan kəndində yerləşən ümumilikdə *,80 ha torpaq sahəsinə dair İddiaçı ilə cavabdehlər Cavabdeh*, Cavabdeh3, Cavabdeh4, X*6 və X*4 arasında olan alqı-satqı müqaviləsinin 02 may 200*-ci il tarixdən bağlanmış hesab edilməsi qət edilmişdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərilmişdir ki, Bərdə rayon Məhkəməsinin qətnaməsində göstərilmiş JN-28 və JN-29 nömrəli dövlət aktları notariat qaydada alqı-satqı olunmuş və 6*00*306*405 və 6*00*300*648 reyestr nömrəli ilə digər mülkiyyətçinin adına rəsmiləşdirilmişdir. Belə ki, qeyd etdiyi qətnamənin icra edilməməsi nəticəsində onun mülkiyyət hüququ pozulmuşdur. Birinci instansiya məhkəməsi üçüncü şəxs Elxan Bəşirova vicdanlı alıcı kimi yanaşsa da nəzərə almamışdır ki, mübahisələndirilən alqı-satqı müqavilələrini bağlayan satıcının buna hüququ olmamışdır, çünki onlar mülkiyyətçi deyillər. Bundan başqa X*7 onunla həmkəndlidir və həmin torpaq sahəsinin 30 ildən şox müddətdə ohuh tərəfindən alınmasını və tərəfimizdən istifadə etməsindən məlumatlı olmuşdur. O, həmin torpaq sahəsində yonca, taxıl əkmişdir. Belə olan halda Elxan Bəşirov vicdanlı alıcı deyildir. Ona görə də Cavabdeh* adına 4 nəfər ailə üzvü ilə birlikdə Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən *,20 ha torpaq sahəsinin alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli 4 Ə-**56 müqavilə və X8 2 nəfər ailə üzvü ilə birlikdə Bərdə rayonu İmamaqulubəyli kəndində yerləşən 0,60 ha torpaq sahəsinin alqısatqısı barədə 28.*2.202*-ci il tarixli 4 Ə-832 saylı müqavilə etibarsız hesab edilməli, həmin müqavilələr əsasında *,20 torpaq sahəsinin X** adına rəsmiləşdirilməsi barədə *9.07.2022-ci il tarixli, *8220*4335 saylı qeydiyyatı və 0,60 ha torpaq sahəsinin X** adına rəsmiləşdirilməsi barədə 25.0*.2022-ci il tarixli, *82*0244*4 saylı qeydiyyatı ləğv edilməlidir. Apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, Bərdə rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(02*)-4*6/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh3, Cavabdeh4, X*0, X7 qarşı müqavilənin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilərək Bərdə rayonu Zümürxan kəndində yerləşən ümumilikdə *,80 ha torpaq sahəsinə dair İddiaçı ilə cavabdehlər Cavabdeh*, Cavabdeh3, Cavabdeh4, X*6 və X*4 arasında olan alqı-satqı müqaviləsinin 02 may 200*ci il tarixdən bağlanmış hesab edilməsi qət edilmişdir. Həmin qətnamə qüvvədədir. Qətnamə işra edilməsi üçün DƏDK və reyestri X2* 7 saylı Bərdə Ərazi İdarəsinə göndərilmişdir. Lakin qətnamə icra olunmamış, həmin torpaq sahəsi qanunsuz olaraq sonradan başqa şəxsin adına alqı-satqı ilə qeydə alınmışdır. Əslində isə torpaq sahəsi satıla bilməzdi. Çünki, X*7 iddiaçı ilə həmkəndlidir, bir-birlərini yaxşı tanıyırlar və həmin torpaq sahəsinin 30 ildən şox müddətdə iddiaçı tərəfindən alınmasını və əkilməsini bilmişdir. Elxan Bəşirov vicdanlı alıcı deyildir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini, Cavabdeh* adına 4 nəfər ailə üzvü ilə birlikdə Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən *,20 ha torpaq sahəsinin alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli 4 Ə-**56 müqavilə və X8 2 nəfər ailə üzvü ilə birlikdə Bərdə rayonu İmamaqulubəyli kəndində yerləşən 0,60 ha torpaq sahəsinin alqı-satqısı barədə 28.*2.202*-ci il tarixli 4 Ə-832 saylı müqavilə etibarsız hesab edilməli, həmin müqavilələr əsasında *,20 torpaq sahəsinin X** adına rəsmiləşdirilməsi barədə *9.07.2022-ci il tarixli, *8220*4335 saylı qeydiyyatı və 0,60 ha torpaq sahəsinin X** adına rəsmiləşdirilməsi barədə 25.0*.2022-ci il tarixli, *82*0244*4 saylı qeydiyyatın ləğv edilməsini xahiş etmişdir. 2*. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh* apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, 30 ildir ki, həmin mübahisəli *.80 ha torpaq sahəsi iddiaçının istifadəsindədir. Onlar torpağı icarəyə vermişlər. İcarə müqaviləsi tərtib olunmamışdır. İddiaçı həmin torpaq sahəsində yonca, taxıl əkmişdir. Həmin torpaq sahəsi həmkəndliləri Elxan Bəşirova alqı-satqı ilə satılmışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
22. İş üzrə cavabdehlər və üçüncü şəxslərin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq onlar məhkəmə kollegiyasının iclasına gəlməmişlər və gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə *39.*. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
24. Maddə *39.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
25. Maddə *44.*. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
26. Maddə *46.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
27. Maddə *46.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.
28. Maddə *52.*. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə *52.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
30. Maddə 324.*. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 3*. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
32. Maddə 329.*. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
33. Maddə 334.*. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 33*-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
34. Maddə 334.2. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir.
35. Maddə 337.*. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
36. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
37. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
38. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
39. Maddə 646.*. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
40. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 4*. Maddə 648.*. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.
Konstitusiya Məhkəməsi Plenumunun S.Məmmədovanın şikayəti üzrə 27 oktyabr 2004- cü il tarixli Qərarı
42. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur.
43. Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 20*4-cü il *5 sentyabr tarixli qərarında qeyd edilmişdir ki, mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir.
44. “N.Əsədovanın şikayəti üzrə” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun *2 aprel 202*-ci il tarixli Qərarında göstərilmişdir ki, Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə *4.*. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
46. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
50. Maddə 385.*. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.*.*. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 5*. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
52. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
53. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
54. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(02*)-3*37/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir.
56. Məhkəmə Kollegiyası aparılmış araşdırmalar nəticəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız və qanunsuz hesab edir. Göründüyü kimi, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə, məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
57. Belə ki, İddiaçı cavabdehlər Cavabdeh*, X*6, Cavabdeh3, Cavabdeh4, X7 və üçüncü şəxslər Bərdə regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinə, X*3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə regional “ASAN- Xidmət” mərkəzinin notariat ofisində X*2, Cavabdeh4 və Cavabdeh* ilə X*7 arasında bağlanmış *.20 ha torpaq sahəsinin alqı-satqısı barədə 22 iyun 2022-ci il tarixli, 4 Ə-**56 saylı reyestrli daşınmaz əmlakın alqı-satqısı, X*6 və X*4 ilə X*7 arasında 0,60 ha torpaq sahəsinin alqı-satqısı barədə 28.*2.202*-ci il tarixli, 4 Ə-832 saylı müqavilələr etibarsız hesab edilməli, həmin müqavilələr əsasında *,20 ha torpaq sahəsinin X** adına rəsmiləşdirilməsi barədə *9.07.2022-ci il tarixli, *8220*4335 saylı qeydiyyatı və 0,60 ha torpaq sahəsinin X** adına rəsmiləşdirilməsi barədə 25.0*.2022-ci il tarixli, *82*0244*4 saylı qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
58. İddianı təmin etməyən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, JN-0029 KOD6*007028 nömrəli Torpağa mülkiyyət X22 Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 may *999-cu il tarixli 05 saylı qərarına əsasən verilmiş X*6, X6 ümumi paylı mülkiyyətində olan Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən 0.60 ha pay torpaq sahəsi və Cavabdeh*, Cavabdeh4 və Cavabdeh3 ümumi birgə mülkiyyətlərində olan *,2083 ha torpaq sahəsini X3. Beləliklə məhkəmə hesab edir ki, alqı-satqı müqavilələrinin bağlanmasında heç bir qanun pozuntusuna yol verilməmiş, qanunvericiliyin tələbləri pozulmamışdır. İddia tələbi üzrə üçüncü şəxs X*7 vicdanlı alıcı qismində torpağın dəyərini cavabdehlərə ödəyərək alğısatqı müqaviləsi əsasında torpağın mülkiyyətiçisinə çevrilmişdir.
59. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq əvvəla onu qeyd edir ki, Bərdə rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(02*)-4*6/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh3, Cavabdeh4, X*0, X7 qarşı müqavilənin bağlanmış hesab edilməsinə dair iddia tələbi təmin edilərək Bərdə rayonu Zümürxan kəndində yerləşən ümumilikdə *,80 ha torpaq sahəsinə dair İddiaçı ilə cavabdehlər Cavabdeh*, Cavabdeh3, Cavabdeh4, X*6 və X*4 arasında olan alqı-satqı müqaviləsinin 02 may 200*-ci il tarixdən bağlanmış hesab edilməsi qət edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Bərdə rayon Məhkəməsinin qətnaməsində göstərilmiş JN-28 və JN-29 nömrəli dövlət aktlarında göstərilmiş torpaqlar notariat qaydada alqı-satqı olunmuş və 6*00*306*405 və 6*00*300*648 reyestr nömrəli ilə digər mülkiyyətçinin (sonradan X**) adına rəsmiləşdirilmişdir. Bərdə Regional “ASAN-Xidmət” mərkəzinin notariat ofisində X*2, Cavabdeh4 və Cavabdeh* ilə X*7 arasında bağlanmış *.20 ha torpaq sahəsinin alqısatqısı barədə, 22 iyun 2022-ci il tarixli, 4 Ə-**56 saylı reyestrli daşınmaz əmlakın alqısatqısı, X8 və X*4 ilə X*7 arasında bağlanmış 0,60 ha torpaq sahəsinin alqı-satqısı barədə 28.*2.202*-ci il tarixli, 4 Ə-832 saylı müqavilələr əsasında *,20 ha torpaq sahəsinin X** adına rəsmiləşdirilmişdir.
60. Məhkəmə kollegiyası hesab edir ki, barəsində alqı-satqı müqavilələri bağlanılmış torpaq sahələri qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırki iş üzrə İddiaçı tərəfindən 200*-ci ildə alınmış, alqı-satqı müqaviləsi bağlanmış hesab edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Bərdə rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(02*)- 4*6/2022 nömrəli qətnaməsi daşınmaz əmlak üzərinə hüquqların qeydə alınması üçün əsas olduğu halda və icra edilməsi üçün göndərilməsinə baxmayaraq, X*2, Cavabdeh4 və Cavabdeh* ilə X*7 arasında bağlanmış *.20 ha torpaq sahəsinin alqı-satqısı barədə, 22 iyun 2022-ci il tarixli, 4 Ə-**56 saylı reyestrli daşınmaz əmlakın alqı-satqısı, X8 və X*4 ilə X*7 arasında bağlanmış 0,60 ha torpaq sahəsinin alqı-satqısı barədə 28.*2.202*-ci il tarixli, 4 Ə-832 saylı müqavilələr əsasında torpaq sahəsi hazırki iş üzrə üçüncü şəxs X** adına rəsmiləşdirilmişdir. 6*. Birinci instansiya məhkəməsi tərəfindən üçüncü şəxs Elxan Bəşirovu vicdanlı alıcı hesab etməsi ilə razılaşmayan Məhkəmə Kollegiyası qeyd edir ki, X*7 iddiaçı və cavabdehlərlə bir kənddə yaşayır, bir-birlərinin tanıyırlar. Həmin torpaq sahəsinin 30 ildən artıq müddətdə iddiaçının istifadəsində olmasından, orada taxıl və yonca əkilməsindən xəbəri olmuşdur. Bundan başqa hər bir kəs torpaq sahəsi alarkən həmin əraziyə baxır, bəyəndikdən sonra alqı-satqı barədə notariusa müraciət edir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi başqa qaydada alına bilməzdi. Mülki qanunvericiliyin tələbinə görə mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur. Yəni baxılan işdə X*7 vicdanlı sahib kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Bərdə rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(02*)-4*6/2022 nömrəli qətnaməsindən narazı qalan tərəf və ya hüquqlarına toxunan üçüncü şəxslər həmin qətnamədən apellyasiya şikayəti verməklə onu mübahisələndirmək hüququna malik idilər. İş materiallarında həmin qətnamənin apellyasiya qaydasında mübahisələndirilməsi müəyyən olunmur.
62. Əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Göründüyü kimi, əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Yəni, qanunvericinin tələblərinə əsasən alqı-satqı müqaviləsi bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Baxılan iş üzrə mübahisələndirilən alqı-satqı müqavilələrin etibarsız olması qənaətinə gələn Məhkəmə Kollegiyası qeyd edir ki, mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur.
63. İddiaçı apellyasiya şikayətinin dəlillərində mübahisənin mülki deyil inzibati mübahisə olmasını, birinci instansiya məhkəməsinin səlahiyyətli məhkəmə olmadığı halda işə baxdığını göstərmişdir. Məhkəmə kollegiyası həmin dəlillə razılaşmayaraq qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *0.04.20*5-ci il tarixli, 4 nömrəli Qərarında qeyd edilir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati- hüquqi tələb olmasından asılıdır. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alğı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən mübahisələndirilən çıxarışın verilməsinə əsas alqı-satqı müqaviləsi olmuşdur. Göründüyü kimi, müqavilələrin etibarsızlığına və qeydiyyatın ləğvinə dair hazırkı tələb mülki hüquq münasibətlərindən yaranmışdır. Odur ki, həmin tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir.
64. Bundan başqa, sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
65. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə *994-cü il *9 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin *-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
66. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
67. Azərbaycan Respublikasının Konstitusiyasının *25-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.*2.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 3* may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3*.0*.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
70. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” *9 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin *-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). 7*. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(02*)-3*37/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, Bərdə regional “ASAN-Xidmət” mərkəzinin notariat ofisində X*2, Cavabdeh4 və Cavabdeh* ilə X*7 arasında bağlanmış *.20 ha torpaq sahəsinin alqı-satqısı barədə 22 iyun 2022-ci il tarixli, 4 Ə-**56 saylı reyestrli daşınmaz əmlakın alqı-satqısı, X*6 və X*4 ilə X*7 arasında 0,60 ha torpaq sahəsinin alqı-satqısı barədə 28.*2.202*-ci il tarixli, 4 Ə-832 saylı müqavilələr etibarsız hesab edilməli, həmin müqavilələr əsasında *,20 ha torpaq sahəsinin X** adına rəsmiləşdirilməsi barədə *9.07.2022-ci il tarixli, *8220*4335 saylı qeydiyyatı və 0,60 ha torpaq sahəsinin X** adına rəsmiləşdirilməsi barədə 25.0*.2022-ci il tarixli, *82*0244*4 saylı qeydiyyat ləğv edilməlidir. 72.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.*, 384.0.2, 392, 393, 402, 403, 404 və 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(02*)-3*37/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Bərdə regional “ASAN-Xidmət” mərkəzinin notariat ofisində X*2, Cavabdeh4 və Cavabdeh* ilə X*7 arasında bağlanmış *.20 ha torpaq sahəsinin alqı-satqısı barədə 22 iyun 2022-ci il tarixli, 4 Ə-**56 saylı reyestrli daşınmaz əmlakın alqı-satqısı, X*6 və X*4 ilə X*7 arasında 0,60 ha torpaq sahəsinin alqı-satqısı barədə 28.*2.202*-ci il tarixli, 4 Ə-832 saylı müqavilələr etibarsız hesab edilsin. Həmin müqavilələr əsasında *,20 ha torpaq sahəsinin X** adına rəsmiləşdirilməsi barədə *9.07.2022-ci il tarixli, *8220*4335 saylı qeydiyyatı və 0,60 ha torpaq sahəsinin X** adına rəsmiləşdirilməsi barədə 25.0*.2022-ci il tarixli, *82*0244*4 saylı qeydiyyat ləğv edilsin. Ödənilmiş *00 (yuz) manat dövlət rusumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.