Məhkəmə qərarları › İş №2(104)-1035/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1035/2024

20.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1035/2024 20.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Ağstafa rayon notariat ofisinə (maraqlı şəxs ƏMDX-ın DƏDXR-nin publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakdan payların müəyyən olunması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi olan həyat yoldaşı Nümayəndə, iddiaçının vəkili Vəkil2 Cavabdeh1 və üçüncü şəxs X10 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Ağstafa rayon Notariat Ofisinə və üçünçu şəxs Azərbaycan Respublikası (AR) İqtisadiyyat Nazirliyi (İN) yanında X21 Xidmətinin (ƏMDX) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı "vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, ondan irəli gələn çıxanşların ləğv edilməsi və miras əmlakın vərəsələr arasında paylara bölünməsi" tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-73/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 20 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Ağstafa RİH-nin Aşağı Kəsəmən kənd İƏD üzrə nümayəndəliyinin 11,10.2022-ci il tarixli 485/g nömrəli arayışdan görünür ki, Nümayəndə Aşağı Kəsəmən kəndində həyat yoldaşının mərhum babası X4 məxsus olmuş evdə qaynanası və övladları ilə birlikdə yaşayır. Ağstafa RİH-nin Aşağı Kəsəmən kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 477/g nömrəli arayışdan görünür ki, İddiaçı Aşağı Kəsəmən kəndində qeydiyyatdadır. Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən ərazi dairəsinin Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev kiiçəsi, ev 298 ünvanında qeydiyyatdadır. nikah haqqında şəhadətnamənin surətindən görünür ki Nümayəndə və İddiaçı 20 dekabr 2014-cu il tarixdə 10 nömrəli qeydlə nikahlarını rəsmiləşdirmişlər. arayışdan görünür ki, X15 16 may 1994-cü ildə vəfat etmişdir və bu barədə 19 may 1994-cu il tarixində Azərbaycan Respublikası Qazax rayonunun VVAQ şöbəsində 40 N°-li ölim haqqında akt qeydi tərtib olunmuşdur. nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Tükəzban Paşa qızı və X1 rayonu Aşağı Kəsəmən kənd icra nümayəndəliyində 02 fevral 1962-ci il tarixdə 03 nömrəli qeydlə nikahlarını rəsmiləşdirmişlər. arayışdan görünür ki, X11 16 iyun 1989-cu ildə vəfat etmişdir və bu barədə 09 iyul 1989-cu il tarixində Ağstafa rayon Aşağı Kəsəmən kənd icra nümayəndəliyində 14 N-li ölüm haqqında akt qeydi tərtib olunmuşdur. X12 20 avqust 1994-cü ildə vəfat etmişdir və bu barədə 22 avqust 1994-cu il tarixində Ağstafa rayon Aşağı Kəsəmən kənd icra nümayəndəliyində 24 N°-ii ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Torpağın Mülkiyyətə verilməsinə dair JN-459F Kod 50205018 saylı şəhadətnamənin surətindən görünür ki, Ağstafa rayon Aqrar İstehsalat Komissiyasının 29 noyabr 1987-ci il tarixli 12 saylı qərarı ilə X7 0.13 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, X5 adına Ağstafa rayonu Aşağı Kəsəmən kəndində yerləşən fərdi yaşayış evi 08.01,2022-ci il tarixdə, ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 500/g saylı arayışından görünür ki, X12 xx.xx.1994-ci il tarixində vəfat edən günədək Aşağı Kəsəmən kəndində yaşamışdır. Vəfatından sonra aşağıdakı ailə üzvləri olub:

1. oğlu - X15 (vəfat edib),

2. oğlu - X22 (vəfat edib),

3. oğlu - X26 (Bakı şəhərində),

4. oğlu - X23 (vəfat edib),

5. oğlu - X16 (vəfat edib),

6. qızı - X17 (Tovuz,Qədirlik). notarial qaydada təsdiq olunmuş ərizələrdən görunur ki, İsmayılova (Şəbəyeva) Təranə Əsəd qızı xx.xx.1994-cu ildə ölmüş anası X2 irsi qalmış miras əmlakın ona çatası hissəsindən imtina edib. Ağstafa rayon Notarlat Ofisi tərəfindən verilmiş 14 yanvar 2022-ci il tarixli V- 428/2021 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1994-ci il tarixdə ölmüş X5 vərəsəsi Bakı şəhəri Binəqədi rayonu Xocəsən Ə/D Sulutəpə qəsəbəsində Ruslan Allahverdiyev küşəsi ev 298 unvanında qeydiyyatda olan Cavabdeh1 miras əmlakdan tam hissədə pay almışdır. Azərbaycan Respublikası X21 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 adına Ağstafa rayonu Aşağı Kəsəmən kəndidə yerləşən 109.1 kv/m olan fərdi yaşayış evi və mülkiyyətində olan 0.130020 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixdə, ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X15 02 yanvar 1954-cü ildə doğulmuşdur. Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı 23 oktyabr 1979-cu ildə doğulmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1rıa, Ağstafa rayon Notariat Ofisinə və üçünçu şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə idarəsinə qarşı "vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, ondan irəli gələn çıxarışların ləğv edilməsi və miras əmlakın vərəsələr arasında paylara bölüinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbinin təmin olunması barədə qətnamə çıxanlmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, rnərhum nənəsi X7 məxsus xx.xx.1989-cu il tarixli miilkiyyət hüququnu təsdiq edən texniki pasport vardır. O və ailə üzvləri uzun müddətdir ki, nənəsinə məxsus evdə ailə üzvləri ilə birlikdə yaşayırlar. Mərhum nənəsinin 6 nəfər övladları anadan olmuşdur: X15, X27, X28, X23, X16 və X17. Belə ki, cavabdeh və digər vərəsələr tərəfindən, nənəsi vəfat edenden sonra 6 ay ərzində vərəsəliklə bağlı notariat ofisinə müraciət edən olmamışdır. Sonradan əmisi cavabdeh Şabayev X24 rayonu Aşağı Kəsəmən kənd icra nümayəndəliyindən 2021-ci İİ tarixdə arayış almış və həmin arayışda mərhuım nənəsi Tiikəzbanın 6 nəfər vərəsələri tam şəkildə qeyd olunmasına baxmayaraq, Ağstafa rayon Notariat ofisi tərəfindən 14 yanvar 2022-cl il tarixdə digər vərəsələrə pay hiiququ tamnmadan birbaşa Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mərhum nənəsi Tükəzban Şəbəyevin vərəsəliyi edilmədən xx.xx.2022-ci il tarixdə ********** N-li qeydiyyat nömrəsi ilə onun adına DƏDKRi tərəfindən qanunsuz yolla çıxanş verilmişdir. Ondan sonra isə xx.xx.2022-ci İ! tarixli vərəsəlik hüququ haqqmda şəhadətnamə alınmışdır. Daha sonra Cavabdeh1 adına çıxarış alınmışdır. Vərəsəlik üzrə şəhadətnamənin və ondan irəli gələn sənədlərin mövcud olmasından Ağstafa Rayon Məhkəməsinin icraatında olan 2(015)- 1096/2022 saylı iş iizrə məhkəmə bildirişini aldıqdan sonra mirasla əlaqədar məsələyə aydınlıq gətirilməsindən ötrü Ağstafa Notariat Ofisinə müraciət etdikdə, alınmış məlumatlardan xəbərdar olduğundan, etibarsızlıqla bağlı müddətin keçməməsi qanunda nəzərdə tutulduğundan hazırki iddia ilə məkəməyə müraciət etmişdir. Belə ki, nənəsi vəfat edən gündən hal-hazıra kimi o, orada yaşayır və onun mərhum atası X13 mərhum nənəsi Tükəzbandan çatası irsi transmisiya üzrə ona çatmalı olduğu halda, cavabdeh miras mülkü qeyri-qanuni yolla öz adına rəsmiləşdirmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-73/2023 nömrəli qətnaməsi (hakim Zamiq Rəsulov) ilə iddia tələbi qismən təmin edilmiş, X3 miras qalmış Ağstafa rayonu Aşağı Kəsəmən kəndidə yerləşən yaşayış evi və torpaq sahəsinə dair Cavabdeh1 adına 14 yanvar 2022-ci il tarixli V-428/2021 saylı reyestrlə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133-ci, 1243.1-ci, 1243.2-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-73/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, mərhum anası X6 20 avqust 1994-cü il ildə vəfat etməsindən sonra, mirası faktiki olaraq qəbul etmiş, iddiaçı X8 atası X18 isə, 19 may 1994-cü il tarixdə, yəni anasından əvvəı vafat etmişdir. Məhkəmə isə qanunvericiliyin tələblərini pozaraq, iddianı təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərdi ki, Turan onun qardaşı oğludur. iddiaçı X8 atası X18 19 may 1994-cü il tarixdə, mərhum anası X14 isə, 20 avqust 1994-cü il ildə vəfat etmişdir. Mərhum anasından torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Qardaşı Məzahir həmin evdə yaşamış və orada rəhmətə getmişdir. O, isə 1973cü ildən Bakı şəhərində, digər bacı-qardaşları özlərinə aid evdə yaşamışlar. Qardaşı Məzahir iddiaçının anasından 1989-cu ildə boşanmış və arvadı uşağı da, yəni hazırkı iş üzrə idiaçını götürüb ata evinə getmişdir. Miras evdə vərəsələrdən heç kim yaşamaış, lakin həmin evin açarları onda və digər qardaşı Şəmkirdə olmuş, onlar evin saxlanılmasına nəzarət edərək, ilin yay aylarını həmin evdə keçirmişlər. İddiaçı ailə qurduğu üçün, 2013cü ildə onun həmin evdə yaşamsına icazə vermişlər. Miras isə, ididaçı tərəfindən qəbul edilməmişdir. Hazırda həmin evdə Turan və ailəsi yaşayır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)- 73/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi olan həyat yoldaşı Nümayəndə apellyasiya şikayətinə etiraz edərək,göstərdi ki, yoldaşı olan iddiaçı Rusiya vətəndaşıdır. İddiaçının valideynləri atası sağlığında boşanmış və Turan anasının himayəsində, Turanın anasının valideynləri evində yaşamışdır.2007-ci ildə Turan ilə faktiki evlənmiş və 2011-ci ildı mübahisə edilən evə köçmüş, orada təmir işləri aparmışlar.Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, onun şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X19 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərdi ki, o, 1986-cı ildən mübahisəli evdən köçmüş, qonaq gəlib-getmişdir. Mərhum manasının vəfatından sonra, miras evdə heç kim yaşamasa da, həmin evə faktiki olaraq qardaşları Şəmil və Şəmkir sahiblik etmiş, evin açarları onlarda olmuşdur.İş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. İş üzrə maraqlı şəxs ƏMDX-ın DƏDXR-nin publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin və Ağstafa rayon Notariat ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə məhkəmə kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 13. İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Maddə 529. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Maddə 530. Aşağıdakılar vərəsə ola bilərlər: Qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; Vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Maddə 556. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimin xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Cavabdeh1 apellyasiya şikayətində Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-73/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qətnaməsinin ləğv edilməsini xahiş etsə də, o, şikayətinin dəlillərində qətnamənin iddia tələbinin qismən təmin edilmiş, X3 miras qalmış Ağstafa rayonu Aşağı Kəsəmən kəndidə yerləşən yaşayış evi və torpaq sahəsinə dair Cavabdeh1 adına 14 yanvar 2022-ci il tarixli V-428/2021 saylı reyestrlə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilmiş, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi hissələrini mübahisələndirmiş, iddianın təmin edilməmiş hissələri mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyi mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-73/2023 nömrəli qətnaməsi iddia tələbinin qismən təmin edilmiş, X3 miras qalmış Ağstafa rayonu Aşağı Kəsəmən kəndidə yerləşən yaşayış evi və torpaq sahəsinə dair Cavabdeh1 adına 14 yanvar 2022-ci il tarixli V-428/2021 saylı reyestrlə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla, iddia həmin hissədə təmin edilməməlidir. İş materiallarından görünür ki, miras qoyan X12 20 avqust 1994-cü ildə vəfat etmiş, onun vəfatından sonra, Ağstafa rayonu Aşağı Kəsəmən kəndində 0.13 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evi miras qalmışdır. Həmçinin miras qoyan X5 vəfatından sonra, onun birinci növbə vərəsələri: oğlu - X15 (vəfat edib), oğlu - X22 (vəfat edib), oğlu - X26 (Bakı şəhərində), oğlu - X23 (vəfat edib), oğlu - X16 (vəfat edib), qızı - X17 (Tovuz,Qədirlik), olmuşdur. Ağstafa rayon Notarlat Ofisi tərəfindən verilmiş 14 yanvar 2022-ci il tarixli V-428/2021 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.1994-ci il tarixdə ölmüş X5 vərəsəsi Bakı şəhəri Binəqədi rayonu Xocəsən Ə/D Sulutəpə qəsəbəsində Ruslan Allahverdiyev küşəsi ev 298 unvanında qeydiyyatda olan Cavabdeh1 miras əmlakdan tam hissədə pay almış və Azərbaycan Respublikası X21 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı ilə, Cavabdeh1 adına Ağstafa rayonu Aşağı Kəsəmən kəndidə yerləşən 109.1 kv/m olan fərdi yaşayış evi və mülkiyyətində olan 0.130020 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixdə, ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı hazırkı iddia ilə müraciət edərək, vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, ondan irəli gələn çıxarışların ləğv edilməsi və miras əmlakın vərəsələr arasında paylara bölüinməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mərhum Tükəzban Şəbəyeva 20 avqust 1994cü il ildə vəfat etdiyindən, hazırkı iddia tələbinə münasibətdə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə xx.xx.2000-ci ilədək qüvvədə olmuş 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Kollegiya qeyd edir ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qanunvericilik isə özündə miras qalmış əmlakın miras aktivinə daxil olmasını, mirasın qəbul olunma qaydalarını, habelə müddətini müəyyənləşdirmişdir. Belə ki, mirasın qəbul edilməsinin iki üsulu vardır: birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət ərzində qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir...Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, mirasqoyan X12 20 avqust 1994-cü ildə vəfat etmiş, hazırkı iş üzrə İddiaçı atası olan X15 ondan əvvəl, yəni 19 may 1994-cü il tarixdə vəfat etmiş, həmçinin iddiaçının valideynləri 1989-cu ildə boşanmış və o, anası ilə anasının valideynləri evinə gedərək, orada yaşamışlar. İddiaçının anası onun qanuni nümayəndəsi kimi mirası falktiki və ya rəsmi qaydada qəbul etməmiş, həmçinin 23 oktyabr 1979-cu ildə doğulmuş İddiaçı 1997-ci ildə tam yetkinlik yaşına çatdıqdan sonra da, mirasla bağlı mübahisə qaldırmamışdır. İddiaçı ailə qurduqdan sonra, cavabdehin razılığı ilə 2011-cü ildə həmin evə köçərək, orada yaşayır. Göründüyü kimi, İddiaçı miras əmlakı nə qanunda müəyyən edilmiş müddətdə notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə verməklə rəsmi qaydada, nə də ki, miras əmlaka sahiblik etməklə, onu idarə etməklə faktiki olaraq mirası qəbul etməmişdir. İşin həmin halı tərəflərin izahatı ilə də təsdiq olunur və o, mərhum atasımnın sağlığında daimi olaraq başqa ünvana köçərək yaşamışdır. İddiaçı miras əmlakı qanunla müəyyən edilmiş müddətdə nə rəsmi, nə də faktiki qəbul etmədiyinə görə subyektiv vərəsəlik hüququnu itirmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-73/2023 nömrəli qətnaməsi iddia tələbinin qismən təmin edilmiş, X3 miras qalmış Ağstafa rayonu Aşağı Kəsəmən kəndidə yerləşən yaşayış evi və torpaq sahəsinə dair Cavabdeh1 adına 14 yanvar 2022-ci il tarixli V-428/2021 saylı reyestrlə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla, iddia həmin hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-386, 392, 393 və 402- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-73/2023 nömrəli qətnaməsi iddia tələbinin qismən təmin edilmiş, X3 miras qalmış Ağstafa rayonu Aşağı Kəsəmən kəndidə yerləşən yaşayış evi və torpaq sahəsinə dair Cavabdeh1 adına 14 yanvar 2022-ci il tarixli V-428/2021 saylı reyestrlə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar