Məhkəmə qərarları › İş №2(104)-1039/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1039/2023

27.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1039/2023 27.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-1011/2021 nömrəli qərardadından hüquq və maraqlarına toxunan X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi miras əmlakının vərəsə tərəfindən qəbul edilmiş hesab edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi ilə məhkəməyə müraciət edərək, Ağstafa rayon Tatlı kəndində yerləşən, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə verilmiş 0.20 ha torpaq sahəsinin üzərindəki yaşayış evinə nisbətdə vərəsə tərəfindən qəbul edilmiş hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(015)-1011/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, X2 miras qalmış Ağstafa rayonu Köhnə Qışlaq kəndində 0,2029 ha torpaq sahəsi üzərinə ümumi sahəsi 77.1 kv.m olan fərdi yaşayış evinə Ərizəçi vərəsliyinin müəyyən edilməsi və müvafiq şəhadətnamənin verilməsi qət edilmişdir. Qətnamə ilə hüquq və maraqlarına toxunan X3 həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-1011/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-1011/2021 nömrəli qərardadı ilə (hakim Z.Rəsulov) Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(015)-1011/2021 nömrəli qətnaməsindən X3 tərfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Qətnamə ilə hüquq və maraqlarına toxunan X1 nümayəndəsi və vəkili Vəkil həmin qərardadan şikayət verərək, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)- 1011/2021 nömrəli qərardadının ləğv edilməsini, işin baxılması üçün aidiyyatı üzrə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, nümayəndəsi olduğu X3 miras qoyan X4 qızıdır və o, Qazaxıstan Respublikasının vətəndaşı olmaqla, ailəsi ilə orada yaşayır. Məhkəmə iclasını keçirildiyi vaxt Azərbaycan Respublikasında olmamış və bu səbəbdən məhkəmə qətnaməsindən xəbərsiz olmuşdur. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-1011/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)- 1011/2021 nömrəli qərardadı tam, onunla bağlı Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(015)-1011/2021 nömrəli qərardadı isə qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və yeni qərardad qəbul edilməli, X3 tərəfindən Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(015)-1011/2021 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilməli və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X3 iş üzrə tərəf olmamış, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə iddia sürməklə işə qarışmamış, qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquqlarına təsir edə biləcəyi təqdirdə, prosessdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmə təşəbbüsü ilə işdə iştirak etməyə cəlb edilməmiş, həmçinin qeyd edilən qətnamə onun hüquq və maraqlarına toxunan şəxs kimi tanınması barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, iş materiallarından görünür ki, X5 xx.xx.2020-ci ildə vəfat etmiş və ondan miras əmlak qalmışdır. X3 miras qoyanın doğma qızı olmaqla, bu barədə onun doğum şəhadətnaməsi şikayətinə əlavə edilmişdir. Bu isə o deməkdir ki, mərhum X2 miras qalmış əmlakla bağlı qəbul edilmiş Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(015)- 1011/2021 nömrəli qətnaməsi onun hüquq və maraqlarına toxunur. Birinci instansiya məhkəməsi isə işin həmin hallarına düzgün hüquqi qiymət verməmiş və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə də, şikayət təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)- 1011/2021 nömrəli qərardadı tam, onunla bağlı Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(015)-1011/2021 nömrəli qərardadı isə qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və yeni qərardad qəbul edilməli, hüquq və maraqlarına toxunan X3 tərəfindən Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(015)-1011/2021 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilməli və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397-398 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-1011/2021 nömrəli qərardadı tam, onunla bağlı Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)- 1011/2021 nömrəli qərardadı isə qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin və yeni qərardad qəbul edilsin. Hüquq və maraqlarına toxunan X3 tərəfindən Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(015)-1011/2021 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilsin və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar