Məhkəmə qərarları › İş №2(104)-1053/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1053/2024

10.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1053/2024 10.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 və Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadından Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 4Ə-135 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş xx.xx.2020-ci il tarixli, **********27-10301 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-564/2022 nömrəli qətnaməsi ilə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında Gəncə şəhəri, X5 küçəsi, ev 1Z ünvanda yerləşən fərdi yaşayış evinin alğı-satqısına dair ünvan 2ə bağlanmış 13 may 2020-ci il tarixli, 4Ə-135 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Gəncə şəhəri, X5 küçəsi, ev 1Z ünvanda yerləşən fərdi yaşayış evinə Cavabdeh2 mülkiyyət hüququnun qeydə alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-564/2022 nömrəli qərardadı ilə, apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddət keçdikdən sonra verildiyi üçün geri qaytarılması qərara alınmışdır. Bundan sonra Cavabdeh2 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-564/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməklə, eyni zamanda prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-564/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh2 adından verilmiş ərizə baxılmamış saxlanılmış, apellyasiya şikayəti isə geri qaytarılması qərara alınmışdır. Bundan sonra Cavabdeh2 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-564/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməklə, eyni zamanda prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-564/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh2 tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh2 şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadı ilə, şikayət qanunla müəyyən olunmuş qaydada, yəni elektron qaydada verilmədiyi üçün geri qaytarılması qərara alınmışdır. Bundan sonra Cavabdeh2 yenidən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadı ilə, şikayət qanunla müəyyən edilmiş vaxtda və qanunla müəyyən olunmuş qaydada, yəni elektron qaydada verilmədiyi üçün geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh2 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadı ilə, şikayət qanunla müəyyən edilmiş vaxtda verilmədiyi üçün geri qaytarılmışdır. Cavabdeh2 yenidən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 564/2022 nömrəli qərardadından şikayət verməklə müddətin bərpası barədə ərizə verərək, qətnamədən apellyasiya şikayəti verilməsi müddətini bərpa etməklə işin apellyasiya məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadı ilə şikayət qanunla müəyyən edilmiş vaxtda verilmədiyindən, əlavə edilmiş müddətin bərpası barədə ərizə qərardaddan deyil, qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpası ilə bağlı olduğundan, eləcə də apellyasiya şikayətinin qanunla müəyyən edilmiş formasına riayət edilmədiyindən şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Bundan sonra Cavabdeh2 yenidən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadından şikayət verməklə, eyni zamanda qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadının ləğv edilməsi və qətnamədən apellyasiya şikayəti verilməsi müddətini bərpa etməklə işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh2 tərəfindən verilmiş ərizə təmin olunmamışdır. Həmin qərardaddan Cavabdeh2 şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadının ləğv edilərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 saylı qərardadından şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadının ləğv edilməsini və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-564/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilərək işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadı ilə, şikayət təmin edilməyərək, şikayət mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)- 2975/2023 nömrəli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadı qismən şikayətin təmin edilməməsi hissəsində ləğv edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilmiş, iş şikayətin qaytarılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-564/2022 saylı qərardadı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Bundan sonra Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-564/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməklə, eyni zamanda prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-564/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh2 tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil1 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadından şikayət verməklə, Gəncə Şəhər Məhkəməsinin hər iki xx.xx.2023-cü il tarixli, 2(125)- 564/2022 nömrəli və xx.xx.2024-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadlarının ləğv edilməsini, əks halda şikayətə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin qətnamədən apellyasiya şikayəti verməkdə israrlı olması, onun məhkəmə müdafiəsi hüququndan sonuna qədər istifadə etmək niyyətinin olması açıq-aşkardır. Nəticədə iddiaçı qətnamədən verdiyi apellyasiya şikayəti qanunla müəyyən edilmiş formada tərtib edilmiş, habelə buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilmişdir. Cavabdehin qətnaməni əldə etdikdən sonra hərəkətsiz qalmaması, yəni keçən zaman kəsiyində apellyasiya şikayəti verməsi, müvafiq qərardadlarla müxtəlif səbəblərlə şikayətin geri qaytarılması, bir sözlə cavabdehin hesab etdiyi pozulmuş hüquqlarını üçpilləli məhkəmə iyerarxiyasında mübahisələndirmək niyyətinin olmasını ifadə etməsi buraxılmış prosessual müddətin bərpasına əsasdır. Məhkəmə qərardadında göstərmişdir ki, cavabdeh prosessual müddətin ötürülməsinin səbəbini vəkillər tərəfindən ona keyfiyyətili hüquqi yardım göstərilməməsi, özünü vəkil kimi təqdim edən şəxslərin onu aldatması ilə əlaqələndirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin göstərdiyi dəlillər prosessual müddətin bərpası üçün əsas ola bilməz. Cavabdeh apellyasiya şikayəti vermiş, lakin məhkəmənin müxtəlif əsaslarla (elektron qaydada tərtib edilməməsi, müddətin ötürülməsi, səlahiyyətli şəxs tərəfindən imzalanmaması və s.) geri qaytarılmışdır, iş materiallarında olan şikayətlərə nəzər yetirəndə məlum olur ki, cavabdehi hər dəfə özünü vəkil kimi təqdim edən, əvvəllər nümayəndəlik fəaliyyəti ilə məşğul olan şəxslər şikayətləri qanunamüvafıq və MPM-in tələblərinə uyğun hazırlamamış və bu da onun məhkəmə müdafiəsi hüququndan məhrum edilməsinə gətirib çıxarmışdır. Göründüyü kimi cavabdehin apellyasiya şikayəti verməkdə israrlı olması, onun məhkəmə müdafiəsi hüququndan sonuna qədər istifadə etmək niyyətinin olması işin mübahisəsiz halıdır. Həmçinin cavabdeh qaraciyər serrozu olmaqla hepatit B virusundan əziyyət çəkir. Nəzərə almaq lazımdır ki, həmin xəstəlik sağalmayan xəstəlikdir və günü-gündən daha da vəziyyəti ağırlaşır. Həmin xəstəlik daimi müalicə tələb edən və müntəzəm müayinə tələb edən xəstəlikdir. İş materiallarına da xəstəliklə bağlı sənədlər əlavə edilmişdir. Nəzərə almaq lazımdır ki, Cavabdeh2 xəstəliyi ilə bağlı 2022-ci ilin noyabr ayına kimi Rusiya Federasiyasında olmuşdur. Heç bir məhkəmə iclasında iştirak etməməmişdir. Bundan başqa Cavabdeh2 qeyd olunan ünvanda yaşamır və ona göndərilmiş məhkəmə sənədlərini əldə edə bilmir. Qeyd olunan qətnamədən onun xəbəri olmamışdır. Ümumiyyətlə, Cavabdeh2 həmin qətnaməni rəsmi qaydada almamışdır. Göründüyü kimi, onların ərizədə qeyd etdikləri sadəcə bir dəlili məhkəmə işıqlandırmışdır. Lakin, onlar həmçinin qeyd etmişdirlər ki, Cavabdeh2 xəstəliyi və Rusiya Federasiyasında müalicə olunması müddətin ötürülməsinə səbəb olmuşdur. Məhkəmə gəldiyi nəticəni bir iki cümlə ilə əsaslandıraraq öncəki gəldiyi nəticəni təkrarlamışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin iş qərardaddan verilmiş şikayət kimi qəbul edilərək yazılı icraat qaydasında baxılması üçün təyin olunmuşdur. Məhkəmə kollegiyası isə şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)- 1053/2024 nömrəli qərardadı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil1 şikayətin dəlillərini müdafiə edərək, ekspertiza təyin edilməsini, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 şikayətin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadı və onun əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikasının MPM-in 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikasının MPM-in 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikasının MPMin 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının MPM-in 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra Azərbaycan Respublikasının MPM-in 135.2-ci maddəsində göstərilir ki, Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Azərbaycan Respublikasının MPM-in 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bundan əlavə elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. (Mülki Prosessual Məcəllənin 10-1.1 və 10-1.2-ci maddələri) Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının MPM-in 227.4-cü maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Göründüyü kimi, qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İş materiallarından görünür ki, məhkəmənin qətnaməsi poçt vasitəsi ilə Cavabdeh2 yaşadığı ünvana, yəni ünvan 3namə Cavabdeh2 tərəfindən xx.xx.2022-ci il tarixdə poçt xəbərnaməsinə imza etməklə qəbul edilmişdir. Bu halda qətnamə cavabdehə Azərbaycan Respublikasının MPM-in 135.3-cü maddəsinə əsasən rəsmən verilmiş sayılır və həmin tarixdən apellyasiya şikayət vermək üçün müəyyən olunmuş bir aylıq müddətin axımı başlanır. Lakin, onun tərəfindən apellyasiya şikayəti 01 ay 03 gündən sonra, yəni xx.xx.2022-ci il tarixdə rabitə orqanına (poçta) təqdim edilmişdir. Göründüyü kimi, Cavabdeh2 tərəfindən apellyasiya şikayəti 1 aydan artıq müddət ötürülməklə verilmişdir. Baxmayaraq ki, cavabdehin nümayəndəsi (vəkili) ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmiş, lakin ərizəsinə ötürülmüş prosessual müddətin üzürlü səbəblərdən olmasını təsdiq edən sübutlar əlavə edilməmişdir. Cavabdeh sonuncu şikayətinin dəlillərində məhkəmə qətnaməsinin ona poçt vasitəsi ilə çatdırılmadığını və sənədin ona ümumiyyətlə verilmədiyini göstərmişdir. Bununla bağlı, məhkəmə kollegiyası şikayətin obyektiv araşdırılması və sonuncuya məhkəmə qətnaməsinin rəsmi qaydada verilib-verilməməsinin müəyyənləşdirilməsi üçün "xxxx" MMC-yə sorğu verilmişdir. Belə ki, "xxxx" MMC-nin X6 Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 16, mənzil 37 ünvanında yaşayan Cavabdeh2 ünvanlanan (SS817161321AZ) sifarişli xəbərnaməli məktub xx.xx.2022-ci il tarixdə vətəndaşa təqdim edilmişdir. Göründüyü kimi, məhkəmə kollegiyasının sorğusuna əsasən "xxxx" MMC tərəfindən təqdim edilmiş məktubda Gəncə Şəhər Məhkəməsi tərəfindən cavabdehə ünvanlanmış zərfin həmin şəxsə çatdırıldığı təkzib olunmamışdır. Həmçinin, Cavabdeh2 tərəfindən verilmiş ərizədən görünür ki, uzun müddət xəstəxanalarda müalicələr aldığı üçün vaxtında şikayət verə bilmədiyini bildirmişdir (İ cild, 211-ci səh). Bundan əlavə, cavabdehin nümayəndəsi (vəkili) şikayətin dəlillərində cavabdehin xəstəliyi ilə bağlı 2022-ci ilin noyabr ayına kimi Rusiya Federasiyasında olduğunu bildirmişdir. Lakin, göstərilən dəlili əsassızdır. Çünki, “Elektron Məhkəmə” İnformasiya Sistemində Cavabdeh2 sərhəd keçmə məlumatlarından görünür ki, cavabdeh xx.xx.2014cü il tarixdə, saat 15:15-də Azərbaycan Respublikasından çıxış etmiş, xx.xx.2014-cü il tarixdə, saat 12:20-də Azərbaycan Respublikasına daxil olmuşdur. Göründüyü kimi, cavabdehin elektron sistemdə olan məlumatlarında 2022-ci ilin noyabr ayına kimi Rusiya Federasiyasında olması barədə məlumatlar aşkar edilməmiş, bu barədə isə sonuncu tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Həmçinin, cavabdehin xəstə olması və aldığı müalicələrə görə məhkəmə qətnaməsini ala bilməməsi barədə dəlili ilə bağlı kollegiya qeyd edir ki, dəlil əsassızdır. Belə ki, cavabdeh tərəfindən xəstə olması barədə sənədlər təqdim edilsə də, iş materiallarında olan “ambulator, stasionar xəstənin tibb kartasından çıxarış”dan görünür ki, Cavabdeh2 Gəncə şəhər Abbas Səhhət xəstəxanasına xx.xx.2023-cü il tarixdə daxil olmuş, xx.xx.2023-cü il tarixdə isə xəstəxanadan çıxış etmişdir. Beləliklə, cavabdehin məhkəmə qətnaməsi göndərilən zaman (xx.xx.2022-ci il) xəstəxanada olmadığı müəyyən edilmişdir. Belə ki, qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquqi müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir. ("xxxx" ASC-nin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 dekabr 2006-cı il tarixli qərar) Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələdirilməsinə MPM-nin qeyd olunan tərzdə yanaşması ilə növbədə hüquqi müəyyənlik prinsipi ilə əhatələndirilməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Azərbaycan Respublikasının MPM-in 33.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikasının MPM-in 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Göründüyü kimi, qətnamədən vaxtında xəbərdar olmuş və onu almış şəxs tərəfindən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayətinin verilməməsi, bunun isə heç də məqbul hesab edilməyən səbəblərlə əlaqələndirməsi, müddət keçdikdən sonra apellyasiya şikayətini verməsi halları yalnız həmin şəxsin iradəsindən asılı olan məsələ kimi təzahür edir. İstisna etmək olmaz ki, həmin şəxs sui-istifadəyə yol verib uzun müddət səhlənkarlığı nəticəsində məhkəmə aktından şikayət verməmişdir. Aydındır ki, qüvvəyə minmiş məhkəmə aktının taleyi, onun yaratdığı hüquq münasibətləri barəsində uzun müddət sürən belə qeyri-müəyyənlik vəziyyəti həmin qərarlarda şərh edilən hüquqi müəyyənlik prinsipi nöqteyi-nəzərindən məqbul sayıla bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-in 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-in 366.2-ci maddəsində deyilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illuziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığna xələl gətirər. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldar. Şikayət hüququ Avropa Konvensiyasının 6-cı maddəsinin prizması baxımından da mütləq hüquq hesab edilmir. Belə ki, Konvensiya mülki icraat çərçivəsində ümumiyyətlə apelyasiya hüququnu nəzərdə tutmamışdır. Avropa Məhkəməsi formalaşdırdığı presedent hüququ ilə apelyasiya icraatının 6-cı maddədəki təminatlar baxımından qiymətləndirilməsinin mümkünlüyünü daxili qanunvericilikdə apellyasiya hüququnun nəzərdə tutulduğu halla şərtləndirmişdir (Delkur Belçikaya qarşı iş üzrə qərarı). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadı və onun əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 133, 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadı və onun əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar