Məhkəmə qərarları › İş №2(104)-1066/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1066/2023

10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1066/2023 10.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Bərdə rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, e-2(021)-3292/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, e-2(021)-3292/2022 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi qət edilmişdir. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bərdə Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(021)-3292/2022 saylı qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı MMC həmin qətnamədən yenidən apellyasiya şikayəti vermişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3292/2022 saylı qərardadı ilə İddiaçı MMC-nin verdiyi apellyasiya şikayəti üzrə müddət buraxılmamış hesab edilmişdir. Mяhkяmя kollegiyasы iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, İddiaçı MMC-nin Bərdə rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, e-2(021)-3292/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bərdə rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, e-2(021)-3292/2022 saylı qətnaməsi iş üzrə tərəflərə xx.xx.2022-ci ildə göndərilmiş, İddiaçı MMC tərəfindən xx.xx.2022-ci ildə “Poçt göndərişinin verilməsi haqqında” xəbərnaməyə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir (iş materialları səhifə 26-27). İş üzrə icra vərəqəsi göndərilmiş və Bərdə rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilmişdir (iş materialları səhifə 33). İddiaçı MMC apellyasiya şikayəti vermiş, lakin Bərdə Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(021)- 3292/2022 saylı qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı yenidən apellyasiya şikayəti ilə xx.xx.2023-cü il tarixdə Bərdə Rayon Məhkəməsinə müraciət etmiş, lakin apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə verməmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nin 363.1-ci və 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Göründüyü kimi, İddiaçı MMC qətnamənin surətini xx.xx.2022-ci il tarixdə əldə etmiş, lakin apellyasiya şikayətini xx.xx.2023-cü il tarixdə vermiş və bununla qanunla nəzərdə tutulmuş şikayət vermə müddətini ötürmüşdür. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC-nin Bərdə rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, e-2(021)-3292/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360, 363-366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin Bərdə rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, e- 2(021)-3292/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılsın Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar