Məhkəmə qərarları › İş №2(104)-1069/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1069/2025

18.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1069/2025 18.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 və Cavabdeh2, nümayəndəsi (oğlu) X1 iştirakı ilə, İddiaçı cavabdehlər Bərdə Regional “ASAN Xidmət” Mərkəzinin Notariat Kontoruna və Cavabdeh2 qarşı xx.xx.2022-ci il tarixli, 2V1598 reyestr nömrəli Vərəsəlik X2 və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-159/2025 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı oğu cavabdehlər Bərdə Regional “ASAN Xidmət” Mərkəzinin Notariat Kontoruna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, X3 almış olduğu 04 dekabr 2022-ci il tarixli, 2V-1598 reyestr nömrəli X9 X2 və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-159/2025 nömrəli qətnaməsi (hakim Elşad Bayramov) ilə, iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Həmçinin, hazırda digər mülki iş ilə bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin, hazırda digər mülki iş ilə bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (oğlu) X4 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin, hazırda digər mülki iş ilə bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. İş üzrə İddiaçı, nümayəndəsi (oğlu) X6 və cavabdehlər Bərdə Regional “ASAN Xidmət” Mərkəzinin Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatlarını dinləyib, mülki işdə olan sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, hazırki mülki işin İddiaçı cavabdeh Səfərova (Mənafova) Mina Fuğara qızına qarşı miras əmlakın vərəsələr arasında bölünərək payların müəyyən edilməsi tələbinə dair mülki işlə əlaqəsi olduğundan hər iki iş bir icraatda birləşdirilməlidir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)-593/2025 nömrəli qərardadı ilə, İddiaçı cavabdehlər Bərdə Regional “Asan Xidmət” Mərkəzinin notariat kontoruna və Cavabdeh2 qarşı vərəsəlik X2 və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə yekun məhkəmə aktı qəbul edilənə və həmin akt qanuni qüvvəyə minənədək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdeh Səfərova (Mənafova) Mina Fuğara qızına qarşı miras əmlakın vərəsələr arasında bölünərək payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli 2(013)-2646/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işlə hazırki icraatda baxılan İddiaçı cavabdehlər Bərdə Regional “ASAN Xidmət” Mərkəzinin Notariat Kontoruna və Cavabdeh2 qarşı xx.xx.2022-ci il tarixli, 2V1598 reyestr nömrəli Vərəsəlik X2 və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-159/2025 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işlə əlaqəlidir. Çünki, eyni tərəflərin iştirak etdiyi eyni növlü tələblərdir və tələblər bir-birilə əlaqəlidir. Eyni zamanda, digər icraat üzrə mülki iş xx.xx.2025-ci il tarixdə, hazırki mülki iş isə xx.xx.2025-ci il tarixdə apellyasiya instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, digər icraat üzrə olan mülki iş daha əvvəl icraata daxil olmuşdur. Azərbaycan Respublikasının MPM-in 169.3-cü maddəsinə görə, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qyed olunan halları nəzərə alaraq hesab edir ki, qeyd edilən mülki iş hazırki işlə bir icraatda birləşdirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə (MPM maddə 402.2 və 402.3) müəyyənləşdirilmişdir. Ona görə də hazirki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 169.3 və 402-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: İddiaçı cavabdehlər Bərdə Regional “ASAN Xidmət” Mərkəzinin Notariat Kontoruna və Cavabdeh2 qarşı xx.xx.2022-ci il tarixli, 2V1598 reyestr nömrəli Vərəsəlik X2 və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi tələbinə dair 2(104)-1069/2025 saylı mülki iş, digər icraatda olan İddiaçı cavabdeh Səfərova (Mənafova) Mina Fuğara qızına qarşı miras əmlakın vərəsələr arasında bölünərək payların müəyyən edilməsi tələbinə dair 2(104)-556/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilsin və birləşmiş mülki işə 2(104)- 556/2025 nömrə verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar