Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1074/2023 14.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil Nümayəndə1, Cavabdeh X2 və onun nümayəndəsi vəkil X4 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-208/2023 saylı mülki iş üzrə 17 yanvar 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 noyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan 25 may 1987-ci il tarixdə Gəncə şəhəri Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilən, “qeydiyyat vəsiqəsi” nin surətindən müəyyən olunur ki, ünvan 2 saylı ev barəsində İddiaçı mülkiyyət hüquqları qeydə alınmışdır.
2. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05 may 2015ci il tarixli, 2(044)-1365/2015 saylı qətnaməsinin surətindən görünür ki, X7 ilə X8 arasında olan nikahın pozulması, 18 sentyabr 2006-cı il tarixdə anadan olmuş X14 və 22 avqust 2007-ci il tarixdə anadan olmuş X5 anaları X2 yanında saxlanmaları qət edilmişdir.
3. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 30 noyabr 2015-ci il tarixli, 2(104)-2093/2015 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli, 2(044)-3414/2015 saylı qətnaməsi ilə X2 ünvan 1 ünvanda yerləşən evə istifadə hüququ tanınmaqla azyaşlı uşaqları 18 sentyabr 2006-cı il tarixdə anadan olmuş X14 və 22 avqust 2007-ci il tarixdə anadan olmuş X11 ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. X8 həmin qətnamədən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli, 2(044)-3414/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən müəyyən olunur ki, ünvan 1 ev barəsində İddiaçı mülkiyyət hüquqları DƏDRX-də 13 dekabr 1991-ci il tarixdə qeydə alınmışdır.
4. İşdə olan "xxxx" MMC-nin 23 oktyabr 2022-ci il tarixli, LP-153/2022 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 86.3 kvadrat metr olan mənzilin orta bazar qiyməti 21.000 manat, likvid qiyməti 17.500 manat, aylıq kirayə haqqı isə 150-170 manat təşkil edir. ünvan 1 ünvanında yerləşən mənzilə yaxın coğrafi ərazidə 1 yaşayış otaqlı, əşyasız, pəncərəsiz və köhnə təmirli mənzilin bazar qiyməti 7.300 manat, likvid qiyməti 6.800 manat, aylıq kirayə haqqı isə 60-70 manat təşkil edir.
5. mülki işin materiallarına əlavə olunan, Azərbaycan Respubliasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3375-9/3555 saylı rəyinə əsasən iddiaçı X10 məxsus olan ünvan 2 saylı evin hazırki bazar qiymətinin 106000 (bir yüz altı min) manat olduğu müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı X13 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X3 4.320 manat kompensasiya ödənilməklə iddiaçının mülkiyyətində olan ünvan 2 saylı evə istifadə hüququna xitam verilməsi, cavabdehin himayəsində olan 18 sentyabr 2006-cı il tarixdə anadan olmuş X14, 22 avqust 2007-ci il tarixdə anadan olmuş X5 əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçı X13 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehə 8.000 manat kompensasiya ödənilməklə iddiaçının mülkiyyətində olan ünvan 1 mənzilə istifadə hüququna xitam verilməsi, cavabdehin himayəsində olan 18 sentyabr 2006-cı il tarixdə anadan olmuş X14, 22 avqust 2007-ci il tarixdə anadan olmuş X11 və əşyaları ilə birlikdə həmin evdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ev iddiaçı Samir Qəhramanovun mülkiyyətindədir. Cavabdeh Gülanə Qəhramanova iddiaçının keçmiş arvadıdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05 may 2015-ci il tarixli, 2(044)- 1365/2015 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş və birgə nikahdan 18 sentyabr 2006-cı il tarixdə anadan olmuş X14 və 22 avqust 2007- ci il tarixdə anadan olmuş X11 anaları X2 himayəsinə verilmişlər. Həmçinin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli, 2(044)-3414/2015 saylı qətnaməsi ilə Cavabdeh X10 qarşı evdən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası təmin edilərək Cavabdeh ünvan 1 ünvanda yerləşən evdən istifadə hüququ tanınmaqla azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülmələri qət edilmişdir. Samir Qəhramanov həmin qətnamədən apellyasiya şikayəti vermişdir. X20 Məhkəməsi Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli, 2(044)-3414/2015 saylı qətnaməsini dəyişdirmədən saxlamışdır. Samir Qəhramanov sözügedən mənzildə anası, qardaşı və qardaşının ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehin həmin mənzilə istifadə hüququnun olması mülkiyyətçi kimi Samir Qəhramanovun iradəsinə ziddir və onun mülkiyyətindən istədiyi kimi istifadə edə bilməsinə mane törədir. Buna görə də cavabdehə kompensasiya verilməklə onun istifadə hüququna məhkəmə qaydasında xitam verilməsi məqsədəmüvafiqdir.
8. Gəncə Şəhər Məhkəməsinin 2(125)-208/2023 saylı mülki iş üzrə 17 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim: C.Quliyev) İddiaçı iddiası təmin edilmiş, İddiaçı tərəfindən 8.000 (səkkiz min) manat məbləğində kompensasiya verilməklə Cavabdeh Gəncə şəhəri, Nəriman Nərimanov küçəsi, 168A ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilmiş, Cavabdeh himayəsində olan xx.xx.2006-cı il anadan olmuş X14 və xx.xx.2007-ci ildə anadan olmuş X11 ilə birlikdə həmin mənzildən çıxarılması, Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildə olan əşyaları – 1 ədəd masa, 4 ədəd oturacaq, 1 ədəd ikimərtəbəli uşaq çarpayısı, 2 ədəd döşək, 1 ədəd dolab, 1 ədəd güzgülü şkaf (servant), 1 ədəd soyuducu, 1 ədəd 4 ocaqlı qaz sobası, 2 ədəd mətbəx rəfi, 1 ədəd mətbəx tumbası, 2 ədəd xalça, 1 ədəd çilçıraq, sökülmüş köhnə mebel hissələri, 1 ədəd kapron dekor palma ağacı, 1 ədəd güldan, 6 ədəd bakal, 6 ədəd fincandan və 1 ədəd çaynikdən ibarət çay dəsti, 1 ədəd göy rəngli qrafin və 4 ədəd su stəkanı (rumka), yumşaq əşyalar yığılmış 1 ədəd bağlama və qab-qacaq yığılmış 3 ədəd polietilen paketin həmin mənzildən çıxarılması, qətnamənin Cavabdeh istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması hissəsində kompensasiyanın ödənilməsi ilə eyni vaxtda icra edilməsi, iddiaçı X9 iş üzrə mütəxəssis rəyinin verilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 300 (üç yüz) manat məbləğində pul vəsaitinin "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh X7 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 208/2023 saylı mülki iş üzrə 17 yanvar 2023-cü il tarixli qətnaməsinin tam ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qanunvericiliyin normalarını nəzərə almamış və qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsinin şərhi ilə bağlı Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarında qeyd olunub ki, kompensasiyanın məbləği iddianın predmetinə daxil deyil, məhkəmə iddia ərizəsində kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Lakin, məhkəmə buna əməl etməmişdir. İşin reallığı budur ki, "xxxx" MMC-nin iddia etdiyi evin qiyməti və kirayə pulu reallığı əks etdirmir. Bu prosessual normaların pozuntuları məhkəmənin məhz iddiaçının iddiasının təmin olunması ilə nəticələnib. Məhkəmə 3 nəfər şəxsə 8000 manat kompensasiya verməklə onların istifadəsinə xitam vermişdir. Halbuki kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərinin müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Lakin rəy vermiş MMC evin orta bazar qiymətinin 21.000 manat, bir otağın qiymətinin isə 6800 manat təşkil etdiyini bildirmişdir. Elə bu qiymətlər onun göstəricisidir ki, MMC tərəfindən evə obyektiv qiymət qoyulmamış, məhkəmə isə bunu araşdırmamışdır. Hesab edir ki, məhkəmə yerli baxış keçirməklə evin təmiri və ümumi vəziyyəti ilə bağlı şəraiti yerindəcə əyani şəkildə tanış olsa idi, o zaman "xxxx" MMC-nin təqdim etdiyi rəyin etibarsız və şübhəli olduğu qənaətinə gəlmiş olardı. Çünki, həmin evin bazar dəyəri 100.000 manat təşkil edir, bu qiymətin 5 dəfə aşağı göstərilməsi heç ağlabatan deyil.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X2 nümayəndəsi vəkil X12 məhkəməyə ərizə təqdim edərək, iddiaçı tərəflə kompensasiyanın 12000 manat məbləğində müəyyən edilməsi ilə bağlı razılığa gəldiklərini bildirdilər və həmin məbləğlə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 məhkəməyə ərizə təqdim edərək, 12000 manat məbləğində kompensasiya verilməklə cavabdehin iddiaçıya məxsus olan evdən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
13. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, оcümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
14. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarları
16. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.
17. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli qərarında Konstitusiyası Məhkəməsi qanunun zamana görə qüvvəsini nəzərə alaraq qərara gəlmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
18. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında Konstitusiyası Məhkəməsi göstərmişdir ki, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəllənin müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
20. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
21. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
23. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
27. Maddə 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
28. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edildiyindən ləğv edilməli, yeni qətnamə qəbul edilməlidir.
32. Belə ki, apellyator şikayətində kompensasiya məbləğini mübahisələndirmiş, mübahisəli evin qiymətinin daha artıq olduğunu iddia etmişdir.
33. Şikayətin bu dəlilinə hüquqi qiymət verilməsi məqsədilə iş üzrə iddiaçı X10 məxsus olan ünvan 2 saylı evin hazırki bazar qiymətinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respubliasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3375-9/3555 saylı rəyinə əsasən iddiaçı X10 məxsus olan ünvan 2 saylı evin hazırki bazar qiymətinin 106000 (bir yüz altı min) manat olduğu müəyyən edilmişdir.
34. Artıq yuxarıda qeyd edildiyi kimi işə apellyasiya instansiyasında baxılarkən tərəflər kompensasiya məbləğinin 12000 manat müəyyən edilməsi barədə razılığa gəlmişlər.
35. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətində olduğundan, yuxarıda sadalanan maddi hüquq normalarına əsasən iddiaçının xüsusi mülkiyyətində olan həmin mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək dövlət tərəfindən tanınan və qorunan hquqlarıdır. Buna görə də mülkiyyətçi bu hüququnu həyata keçirmək üçün mübahisəli mənzildə istifadə hüququ olan şəxsə müvafiq kompensasiya verib, həmin şəxsin istifadə hüququna xitam vermək hüququnu həyata keçirməkdə haqlıdır.
36. Eyni zamanda kompensasiya məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə mülkiyyətçinin ödəməli olduğu kompensasiya mənzil istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda cavabdeh tərərfin məhrum olduğu hüquq qismində mənzildən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya da bu hüquqa mütənasib olmalıdır. Ona görə də məhkəmə kollegiyası mənzildən istifadə etmək hüququ olan cavabdehə bu hüququn əvəzi kimi verilən kompensasiyanın 12000 manat məbləğində müəyyən edilməsini əmlakın bazar qiymətinə uyğun olan məbləğ hesab edir.
37. Məhkəmə kollegiyası iddiaçı ilə cavabdehin qeyri-normal münasibətlərinə qiymət verərək, hesab edir ki, belə bir şəraitdə istər iddiaçının, istərsə də cavabdehin birlikdə yaşaması mümkün deyildir. Beləliklə də məhkəmə kollegiyası iddiaçı tərərfindən cavabdehə 12000 manat məbləğində kompensasiya verilməsi yolu ilə cavabdehin mübahisəli mənzildə olan istifadə hüququna xitam verilməsini, cavabdehin onunla birlikdə yaşayan yetkinlik yaşına çatmayan uşaqları və əşyaları ilə birlikdə həmin həmin mənzildən çıxarılmasını əsaslı hesab edir.
38. Bundan başqa, iddiaçı X15 qətnaməni mübahisələndirmədiyindən, kollegiya hesab edir ki, məhkəmə xərcləri olan, iş üzrə mütəxəssis rəyinin verilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 300 (üç yüz) manat məbləğində pul iddiaçı X9 tutulub, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin hesabına ödənilməlidir.
39. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılaraq, İddiaçı tərəfindən 12.000 (on iki min) manat məbləğində kompensasiya verilməklə Cavabdeh Gəncə şəhəri, Nəriman Nərimanov küçəsi, 168A ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməklə, iddia tələbi təmin edilməlidir.
40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olan xx.xx.2023-cü il tarixli 10/3375-9/3555 nömrəli ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğini təşkil edir.
41. Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsaslanan kollegiya hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməli, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərcinin 50 manat hissəsi iddiaçıdan, digər 50 manat hissəsi isə cavabdehdən alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 388, 393, 402, 403, 404 və 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-208/2023 saylı mülki iş üzrə 17 yanvar 2023cü il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilsin. İddiaçı tərəfindən 12.000 (on iki min) manat məbləğində kompensasiya verilməklə, Cavabdeh Gəncə şəhəri, Nəriman Nərimanov küçəsi, 168A ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilsin. Cavabdeh himayəsində olan xx.xx.2006-cı il anadan olmuş X14 və xx.xx.2007-ci ildə anadan olmuş X11 ilə birlikdə həmin mənzildən çıxarılsınlar. Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildə olan əşyaları – 1 ədəd masa, 4 ədəd oturacaq, 1 ədəd ikimərtəbəli uşaq çarpayısı, 2 ədəd döşək, 1 ədəd dolab, 1 ədəd güzgülü şkaf (servant), 1 ədəd soyuducu, 1 ədəd 4 ocaqlı qaz sobası, 2 ədəd mətbəx rəfi, 1 ədəd mətbəx tumbası, 2 ədəd xalça, 1 ədəd çilçıraq, sökülmüş köhnə mebel hissələri, 1 ədəd kapron dekor palma ağacı, 1 ədəd güldan, 6 ədəd bakal, 6 ədəd fincandan və 1 ədəd çaynikdən ibarət çay dəsti, 1 ədəd göy rəngli qrafin və 4 ədəd su stəkanı (rumka), yumşaq əşyalar yığılmış 1 ədəd bağlama və qab-qacaq yığılmış 3 ədəd polietilen paket həmin mənzildən çıxarılsın. Qətnamə Cavabdeh istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması hissəsində kompensasiyanın ödənilməsi ilə eyni vaxtda icra edilsin. iddiaçı X9 iş üzrə mütəxəssis rəyinin verilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 300 (üç yüz) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İşə apellyasiya qaydasında baxılarkən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində məhkəmə xərcinin 50 (əlli) manat hissəsi iddiaçı X6, digər 50 (əlli) manat hissəsi isə cavabdeh X1 alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, onun tərərflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.