Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-108/2024 19.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Ağalarov Akif Rəşad oğlunun katibliyi, Cavabdeh vəkili X7 iştirakı ilə, İddiaçı X9 cavabdehlər Cavabdeh, X22, X27 və maraqlı şəxs Ağdam rayon dövlət notariat ofisinə qarşı miras əmlakda payların müəyyən olunması tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2(013)-229/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X17 cavabdehlər Cavabdeh, X22, X27, X28 və maraqlı şəxs Ağdam rayon dövlət notariat ofisinə qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, Ağdam rayonu Böyükbəyli kəndində yerləşən 0.51 ha kənd təsərrüfatı təyinatlı pay torpağı, 0.25 ha həyatyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 80 kv.m sahəsi olan fərdi yaşayış evinin zəbtə çıxarılmış hissəsi nəzərə alınmaqla onun payının ayrılması və həmin torpaq sahələrinin anası X2 miras qalmış hissəsinin qanun üzrə vərəsələr arasında bölünərək payların müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2(013)-229/2023 nömrəli qərardadı ilə iddiaçı X9 cavabdehlər Cavabdeh, X28, X22 və X18 qarşı torpaq sahəsinə dair payın ayrılması və miras əmlakın vərəsələr arasında bölünərək payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə əsasən başlanmış iş üzrə cavabdeh X23 aid hissədə icraata xitam verilməsi qərara alınmışdır. Ağdam Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2(013)-229/2023 nömrəli (hakim Rafiq Məmmədov) qətnaməsi ilə iddia qismən təmin edilərək, mərhum X3 və iddiaçı X9 birgə mülkiyyətdə olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən, qeydiyyat nömrəsi № ********** və qeydiyyat tarixi xx.xx.2022-ci il olan Çıxarışda göstərilmiş Ağdam rayonu, Üçoğlan kəndi ərazisində yerləşən 0.51 ha kənd təsərrüfatlı torpaq sahəsinə və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən, qeydiyyat nömrəsi № ********** və qeydiyyat tarixi xx.xx.2022-ci il olan Çıxarışda göstərilmiş Ağdam rayonu, Böyükbəyli kəndi ərazisində yerləşən 0.18 ha torpaq sahəsinə sənəd üzrə iddiaçı X9 1/2 (ikidə bir) hissədə payının müəyyən edilməsi; Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən, qeydiyyat nömrəsi № ********** və qeydiyyat tarixi xx.xx.2022-ci il olan Çıxarışda göstərilmiş Ağdam rayonu, Üçoğlan kəndi ərazisində yerləşən 0.51 ha kənd təsərrüfatlı torpaq sahəsinin və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən, qeydiyyat nömrəsi № ********** və qeydiyyat tarixi xx.xx.2022-ci il olan Çıxarışda göstərilmiş Ağdam rayonu, Böyükbəyli kəndi ərazisində yerləşən 0.18 ha torpaq torpaq sahəsinin mərhum X4 aid və ondan miras qalmış 1/2 (ikidə bir) hissəsinə iddiaçı X9 3/7 (yeddidə üç) hissə ilə, digər vərəsələr Cavabdeh 1/7 (yeddidə bir) hissə ilə, mərhum X19 1/7 (yeddidə bir) hissə ilə, mərhum X5 1/7 (yeddidə bir) hissə ilə və mərhum X10 1/7 (yeddidə bir) hissə ilə paylarının müəyyən edilməsi; İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçı X12 aid olunması; İddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı X17 tələbini onunla əsaslandırmışdır ki, anası X8 11 avqust 2000-ci il tarixdə ölmüşdür və ölümünə qədər anasına yalnız özü qulluq etmişdir. Həmçinin, mərhum anasının sağlığında və ölümündən sonra da miras əmlak olan Ağdam rayonu Böyükbəyli kəndində yerləşən 0.51 ha kənd təsərrüfatı təyinatlı pay torpağı, eləcə də 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 80 kv.m sahəsi olan fərdi yaşayış evinin baxımı və bütün kommunal xərclərini idarə etmişdir. Həmin torpaq sahələri ümumi birgə mülkiyyət hüququ əsasında mərhum anasına və ona məxsus olmuşdur, lakin payları müəyyən edilməmişdir. Bundan başqa həyətyanı torpaq sahəsindən 30 ha torpaq sahəsi zəbt hesab edilərək oradan çıxarılmışdır. Mərhum anasından miras qalmış əmlaklarla bağlı yalnız qardaşı Cavabdehlə aralarında mübahisə vardır. Miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Ağdam rayon notariat ofisinə müraciət etmiş, lakin miras şərikləri arasında ixtilaf olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunmuş, eyni zamanda mübahisə ilə bağlı məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İş materaillarında olan: Ağdam Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 iyun 2022-ci il tarixli 545- 05/15 nömrəli arayışdan görünür ki, X17 xx.xx.1953-cü il tarixdə Ağdam rayonu Böyükbəyli kəndində anadan olmuşdur, anası X8, Bu barədə xx.xx.1953-cü il tarixdə Ağdam rayon İN-də 24 nömrəli Doğum haqqında akt qeydi tərtib olunmuşdur; Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, №191721 nömrəli 16 avqust 2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X27 04 may 1960-cı il tarixdə Ağdam rayonu Üçoğlan kəndində anadan olmuşdur, anası X6r; Ağdam Rayon VVADQ şöbəsi tərəfindən verilmiş A3 seriyalı № 0999171, xx.xx.1965-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.1949-cu il tarixdə Ağdam rayonu Üçoğlan kəndində anadan olmuşdur, atası X24, anası isə X6r; Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş İ-NE seriyalı, № 380034, xx.xx.1957-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.1937-ci il tarixdə Ağdam rayonu, Böyükbəyli kəndində anadan olmuşdur, atası X24, anası isə X6r; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Ağdam rayonu Üçoğlan kəndi ərazisindəki ümumi sahəsi 0.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8 və X9 ümumi birgə mülkiyyətindədir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Ağdam rayonu Böyükbəyli kəndi ərazisindəki 0.18 ha torpaq sahəsi X8 və X9 ümumi birgə mülkiyyətindədir; Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ №261864, xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2013-cü il tarixdə ölmüşdür; Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ №228587, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2021-ci il tarixdə ölmüşdür; Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ №290163, xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.2022-ci il tarixdə ölmüşdür; Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş №544-05/15, 17 iyun 2022-ci il tarixli arayışdan görünür ki, X8 xx.xx.2000-ci il tarixdə ölmüşdür; Ağdam rayon İHB-nin Böyükbəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 647 saylı arayışdan görünür ki, X8 xx.xx.2000-ci il tarixdə vəfat etmiş, vəfat etdikdən sonra onun təsərrüfatında aşağıdakı tərkibdə ailə üzvləri qalmışdır: – oğlu X30, qızı X11, oğlu Cavabdeh, oğlu X22, qızı X17, oğlu X20 və oğlu- X27; Ağdam rayon dövlət notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 175 nömrəli məktubdan görünür ki, mərhum X2 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vərəsələr arasında mübahisə olduğu üçün imkan xaricindədir; Cavabdeh X13 notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Vəzir Allahverdiyev ona çatası miras paydan bacısı X9 xeyirinə imtina edir və həmin payın bacısı X12 verilməsini xahiş edir; Cavabdeh X14 notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Vəli Allahverdiyev ona çatası miras paydan bacısı X9 xeyirinə imtina edir və həmin payın bacısı X12 verilməsini xahiş edir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, miras qoyan X3 ölümündən sonra mirasın hansı vərəsələr tərəfindən qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi bu faktı araşdırmadan mirası bütün vərəsələr arasında paylara bölmüşdür. Bundan başqa, qətnamədə qeyd edilmişdir ki, vərəsələrdən X22 və X14 öz paylarından iddiaçının xeyrinə imtina etmələri nəzərə alınmaqla onların payları da iddiaçıya verilməlidir. Halbuki, miras qoyan anası 2000-ci ildə vəfat etmişdir və miras açılandan 22 il müddət keçdikdən sonra mirasdan imtina qəbul edilə bilməz. Belə ki, əvvəla miras paydan imtina edən şəxslər ümumiyyətlə mirası qəbul etməmişlər. Eləcə də Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə mirasdan miras açılandan 3 ay ərzində imtina edə bilər. Birinci instansiya məhkəməsi isə miras açılandan 22 il sonra verilmiş mirasdan imtina barədə ərizəni qəbul etmişdir. Miras qoyandan miras qalmış əmlakı vərəsələrdən yalnız o və iddiaçı Əfrus Allahverdiyeva qəbul etmişdir. Çünki miras mülkdə təkcə onlar yaşamışlar. Digər vərəsələr isə miras əmlakdan köçüb getmişlər və ötən 20 ildən çox müddət ərzində orada yaşamamışlar. Apellyasiya şikayəti üzrə izahatlar: 20 iyun 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (oğlu) X25 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, nənəsi Ənzəli Allahverdiyeva 2000-ci ildə ölmüşdür və ölümündən sonra miras mülkdə atası Cavabdeh və bibisi Əfrus Allahverdiyeva yaşamışlar. Digər vərəsələr miras əmlakda yaşamamışlar və mirası qəbul etməmişlər. X39 1942-ci iıldə anadan olmuşdur və Ağdam rayonu Böyükbəyli kəndindəki 0.18 ha həyatyanı torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evində yaşamış, həmçinin 0.51 ha torpaq sahəsindən istifadə etmişdir. 20 iyun 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X17 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mərhum anası öldüyü vaxtdan, yəni 2000-ci ildən Ağdam rayonu Böyükbəyli kəndində yerləşən 0.51 ha torpaq sahəsindən yalnız o istifadə etmişdir. Sədrlik edənin suallarına cavab olaraq iddiaçı bildirmişdir ki, mərhum anası öləndən sonra qardaşları Müstəcəb, Məmməd, Vəzir və Vəli heç biri miras qalmış evdə yaşamamışlar, nə də ki, miras torpaq sahəsindən istifadə etməmişlər. Həmçinin mərhum bacısı Dilİddiaçı da miras evdə yaşamamışdır, özünün başqa evi olmuşdur. 18 iyul 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X22 izahat verərək bildirmişdir ki, cavanlığından, yəni 1970-ci ildən Bakı şəhərinə köçmüş və orada yaşamışdır. Sədrlik edənin suallarına cavab olaraq cavabdeh bildirmişdir ki, mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etməmişdir. Anası öləndən sonra bacısı Əfrus və qardaşları Şirxan və Məmməd miras qalmış evdə yaşamışlar. Digər vərəsələr miras evdə yaşamamışlar. 18 iyul 2023-cü il tarixdə keçirilmiş məhkəmə məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X17 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mərhum anası öldüyü vaxtdan, yəni 2000-ci ildən sonra Ağdam rayonu Böyükbəyli kəndindəki 0.18 ha torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evində o, qardaşları Şirxan və Məmməd Allahverdiyev yaşamışlar. Digər vərəsələr isə mirası qəbul etməmişlər. 13 fevral 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mərhum anası Ənzəli Allahverdiyeva 11 avqust 2000-ci il tarixdə ölmüşdür. Mərhum anasının birinci növbəli vərəsələrindən Dilİddiaçı 2013-cü ildə, Məmməd Allahverdiyev 2021-ci ildə, Müstəcəb Allahverdiyev isə 2022-ci ildə ölmüşdür. Mərhum qardaşı Məhəmməd Allahverdiyevin bir oğlu, bir qızı, həmçinin mərhum qardaşı Müstəcəb Allahverdiyevin isə dörd oğlu və iki qızı vardır. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili X15 apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hazıkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normasının seçimi zamanı səhvə yol vermiş, habelə tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, vərəsəlik hüquq münasibətləri vərəsəliyin açıldığı zaman yaranır. Vərəsəliyin açılması miras qoyanın ölməsi ilə, yaxud onun ölmüş elan olunması ilə müəyyən olunur. Yuxarıda müəyyən olunduğu kimi iddia tələbi 11 avqust 2000-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakın vərəsələr arasında paylara bölünməsindən ibarətdir. Buna görə də baxılan iddia tələbi 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Çünki Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Birinci instansiya məhkəməsi isə iş üzrə 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarını tətbiq edərək prosessual pozuntuya yol vermişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etsə də, lakin iddianın hansı səbəblə qismən təmin olunduğu aydın şəkildə göstərməmişdir. Halbuki, MPM-in 220-ci maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. İddia tələbi qismən təmin edildikdə, qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Ağdam rayonu Üçoğlan kəndi ərazisində yerləşən 0.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Ağdam rayonu Böyükbəyli kəndi ərazisindəki 0.18 ha torpaq sahəsi X8 və onun qızı X9 ümumi birgə mülkiyyətində olmuşdur. Həmin torpaq sahələri naturada paylara ayrılmamışdır. X8 11 avqust 2000-ci il tarixdə ölmüşdür və onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri uşaqları – X30, X11, Cavabdeh, X22, X17, X20 və X27 olmuşdur. Adları qeyd olunan vərəsələrdən heç biri mirasın qəbulu ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə notariat ofisinə müraciət etməmişlər. X3 ölümündən sonra ondan miras qalan əmlak Ağdam rayonu Üçoğlan kəndi ərazisində yerləşən 0.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Ağdam rayonu Böyükbəyli kəndi ərazisindəki 0.18 ha torpaq sahəsinin ½ hissəsindən ibarət olmuşdur. Bununla yanaşı müəyyən olunur ki, miras qoyan X3 birinci növbəli vərəsələrindən X11 xx.xx.2013cü il tarixdə, X20 xx.xx.2021-ci il tarixdə, X28 isə xx.xx.2022-ci il tarixdə ölmüşdür. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və həllinə mülki qanunvericiliyin vərəsəlik münasibətlərini tənzimləyən normalar tətbiq olunmalıdır. xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsində deyilirdi ki, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə görə, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 532-ci maddəsinə görə, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib və proses iştirakçılarının izahatını nəzərə alıb, iddia tələbini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin mübahisəsiz hallarıdır ki, miras qoyan X8 11 avqust 2000-ci il tarixdə ölmüşdür və onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri uşaqları – X30, X11, Cavabdeh, X22, X17, X20 və X27 olmuşdur. X3 ölümündən sonra ondan miras qalan əmlak Ağdam rayonu Üçoğlan kəndi ərazisində yerləşən 0.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Ağdam rayonu Böyükbəyli kəndi ərazisindəki 0.18 ha torpaq sahəsinin ½ hissəsindən ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, vərəsəliyin açılması faktı və mirasın kütləsi müəyyən edildikdən sonra mübahisənin həllində növbəti təhlil mirasın vərəsələr tərəfindən qəbul edilib edilməməsinin araşdırılmasından ibarətdir. Belə ki, əvvəlki Mülki Məcəllənin 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Əvvəlki Mülki Məcəllənin 553-cü maddəsində göstərilir ki, mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət edilmədən də miras qəbul oluna bilər. Göründüyü kimi, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. İstər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin - iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığını tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Bu baxımdan işin halları araşdırılarkən müəyyən olunur ki, miras qoyan X2 qalmış mirası onun birinci növbəli vərəsələri olan qızı Əfrus Allahverdiyeva oğulları Şirxan və Məmməd Allahverdiyev qəbul etmişlər. Qeyd olunan hal iddiaçı Əfrus Allahverdiyevanın və cavabdeh Vəzir Allahverdiyevin apellyasiya baxışı zamanı verdiyi izahatı ilə sübuta yetirilir. Belə ki, iddiaçı Əfrus Allahverdiyeva apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında verdiyi izahatında mərhum anası öldüyü vaxtdan, yəni 2000-ci ildən sonra Ağdam rayonu Böyükbəyli kəndindəki 0.18 ha torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evində o, qardaşları Şirxan və Məmməd Allahverdiyevin yaşadığını, habelə digər vərəsələrin miras açılandan sonra miras əmlakdan istifadə etmədiklərini bildirmişdir. Bununla yanaşı kollegiya qeyd edir ki, cavabdeh Vəzir Allahverdiyev də apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, anası öləndən sonra bacısı Əfrusla qardaşları Şirxan və Məmməd miras qalmış evdə yaşamışlar. Digər vərəsələr miras evdə yaşamamış, habelə miras əmlakı qəbul etməmişlər. MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası işin göstərilən hallarını nəzərə alaraq hesab edir ki, miras əmlak iddiaçı Əfrus Allahverdiyeva, Cavabdeh və miras qoyanın birinci növbəli vərəsəsi olan mərhum Məmməd Allahverdiyev tərəfindən qəbul edilmişdir. Digər vərəsələr isə miras əmlakı qəbul etməmişlər. Belə ki, işin faktiki halları ilə miras qoyanın digər vərəsələrinin mirası qəbul etmələri öz təsdiqini tapmır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, miras əmlak iddiaçı Əfrus Allahverdiyeva, Cavabdeh və miras qoyanın birinci növbəli vərəsəsi olan mərhum Məmməd Allahverdiyev arasında bərabər paylara bölünməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Məhkəmə kollegiyası miras qoyan X3 miras kütləsinin həcmini və vərəsələrinin sayını nəzərə alaraq qeyd edir ki, miras əmlak olan Ağdam rayonu Üçoğlan kəndi ərazisində yerləşən 0.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Ağdam rayonu Böyükbəyli kəndi ərazisindəki 0.18 ha torpaq sahəsinin ½ hissəsi üzərində iddiaçı X17, Cavabdeh və miras qoyanın birinci növbəli vərəsəsi olan mərhum X10 hər birinin 1/3 hissədə payları müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin miras kütləsinə daxil olan Ağdam rayonu Üçoğlan kəndi ərazisində yerləşən 0.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Ağdam rayonu Böyükbəyli kəndi ərazisindəki 0.18 ha torpaq sahəsinin ½ hissəsinin miras payından əlavə iddiaçı X9 ümumi birgə mülkiyyətində olmasını nəzərə alaraq qeyd edir ki, Ağdam rayonu Üçoğlan kəndi ərazisində yerləşən 0.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Ağdam rayonu Böyükbəyli kəndi ərazisindəki 0.18 ha torpaq sahəsi üzərində iddiaçı X9 ümumi əmlaklardakı payı 4/6 hissədə, Cavabdeh və miras qoyanın birinci növbəli vərəsəsi olan mərhum X10 hər birinin əmlaklardakı ümumi payı isə 1/6 hissədə müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin hallarından göründüyü kimi miras qoyanın mirası qəbul etmiş vərəsəsi X20 vəfat etmişdir. Həmçinin tərəflərin izahatları, o cümlədən iş materialları ilə müəyyən olunmuşdur ki, mirası qəbul etmiş vərəsə X10 da uşaqları, yəni birinci növbəli vərəsələri vardır. Lakin sonuncu vərəsələrin dairəsi tam şəkildə müəyyyən deyil. Belə ki, iş materialları ilə mərhum Məmməd X1 və X34 adlı uşaqlarının, yəni birinci növbəli vərəsələrinin olması müəyyən edilsə də, mərhum Məmməd Allahverdiyevin başqa birinci növbəli vərəsələrinin olub-olmaması məlum deyil. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, mirası qəbul etmiş vərəsə X10 vərəsələrinin müəyyən edilməsi üçün iş üzrə icraatın dayandırılmasına hüquqi əsaslar müəyyən edilmir. Həm də, onun birinci növbə vərəsələrinin dairəsinin və yaşayış ünvanlarının hazırda müəyyən edilməsi mümkün olmadığından, onların adına miras əmlakdan qanuna müvafiq olaraq payların müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Kollegiya qeyd edir ki, bu hal gələcəkdə həmin şəxslərin vərəsələrinin dairəsinin müəyyən edilməsi və həmin şəxslərin vərəsəlik hüquqlarını həyata keçirmələrini asanlaşdırmaq məqsədi daşıyır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı tələbində 80 kv.m fərdi yaşayış evinin miras əmlak olaraq vərəsələr arasında paylara bölünməsini iddia etsə də, lakin işin materiallarından görünür ki, həmin fərdi yaşayış evi miras qoyanın adına dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin fərdi yaşayış evi miras kütləsinə aid hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Göründüyü kimi, ölmüş şəxsin (miras qoyanın) öldüyü məqamadək malik olduğu əmlaka vərəsəlik açılması və vərəsələr arasında bölünməsi ilə bağlı hüquq münasibətləri yuxarıda istinad olunan qanunvericilik normaları ilə tənzimlənmişdir. Ölmüş şəxsin adına qeydiyyatdan keçməmiş və üzərində mülkiyyət hüququ qeydə alınmamış əmlakın mirasın kütləsinə daxil edilməsi və vərəsələr arasında bölünməsi yolverilməzdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2(013)-229/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən Ağdam rayonu Üçoğlan kəndi ərazisindəki ümumi sahəsi 0.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X4 aid ½ hissəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən Ağdam rayonu Böyükbəyli kəndi ərazisindəki 0.18 ha torpaq sahəsinin X4 aid ½ hissəsi üzərində iddiaçı X17, Cavabdeh və miras qoyanın birinci növbəli vərəsəsi olan mərhum X10 hər birinin 1/3 hissədə payları müəyyən edilsin. Ağdam rayonu Üçoğlan kəndi ərazisindəki ümumi sahəsi 0.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Ağdam rayonu Böyükbəyli kəndi ərazisindəki 0.18 ha torpaq sahəsi üzərində iddiaçı X17 ümumi əmlaklardakı payı 4/6 hissə, Cavabdeh və miras qoyanın birinci növbəli vərəsəsi olan mərhum X10 hər birinin əmlaklardakı ümumi payı isə 1/6 hissə müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-108/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-108/2024
19.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver