Məhkəmə qərarları › İş №2(104)-1094/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1094/2025

16.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1094/2025 16.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-733/2018 nömrəli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayəti yoxlayaraq, MÜƏYYƏNETDİ İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh və azyaşlı uşaqlarının ona məxsus Gədəbəy rayonunun Maarif kəndində inşa edilmiş və hal-hazırda onun mülkiyyətində olan yaşayış evinə olan istifadə hüququna 6000 manat kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-733/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli, 2(042)-733/2018 saylı qətnamədən apellyasiya şikayəti verilməsi müddətin bərpasına dair ərizə ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-733/2018 saylı qərardadı ilə Cavabdeh ərizəsi təmin edilməmişdir. Qərardaddan narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Vəkil şikayət vermişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-733/2018 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya şikayəti yoxlanılarkən müəyyən edilmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh şəxsən iştirak etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-733/2018 saylı qərardadı “Elektron məhkəmə” informasiya sisteminə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Lakin Cavabdeh nümayəndəsi və vəkili Vəkil qərardaddan şikayəti xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə imzalanmışdır. Azərbaycan Respublikası MPM-nin: 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 363.1-ci və 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Göründüyü kimi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil qərardaddan qanunla nəzərdə tutulmuş şikayət vermə müddətini ötürmüş və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verməmişdir. Birinci instansiya məhkəməsi isə verilmiş apellyasiya şikayətinin bu Məcəllənin 364-cü maddəsinin tələblərinə uyğunluğununu yoxlamadan şikayətə baxmışdır. Birinci instansiya məhkəməsi verilmiş şikayətin MPM-nin 364-cü maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan mülki işi apellyasiya instansiya məhkəməsinə göndərmiş və bununla da, MPM-nin 364-cü maddəsinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını müzakirə edərək, qətnamədən verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 364.1-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayıb qanuni qərar qəbul etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-733/2018 nömrəli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil verdiyi şikayət qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün iş Gədəbəy Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360, 363- 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-733/2018 nömrəli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil verdiyi şikayət qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün iş Gədəbəy Rayon Məhkəməsinə göndərilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar