Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-11/2025 13.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı, cavabdehlər X3 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinə olan istifadə hüququna kompensasiya verməklə xitam verilməsi və evdən çıxarılmala” tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 2(023)-441/2022 saylı mülki iş üzrə 24 may 2022-ci il tarixli qətnaməsindən cavabdehlər X3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü ƏY Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər X3 və Cavabdeh2 onun mülkiyyətində olan Qazax rayonu Kosalar kəndində yerləşən fərdi yaşayış evinə olan istifadə hüququna 3000 (üç min) manat kompensasiya verməklə xitam verilməsi, X3 və Cavabdeh2 himayəsində olan X4 və onlara məxsus əşyaları ilə birlikdə həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 2(023)-441/2022 saylı mülki iş üzrə 24 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim: F.Məmmədov) iddia təmin edilmiş, İddiaçı tərəfindən 7000 (yeddi min) manat kompensasiya verilməklə cavabdehlər X3 və Cavabdeh2 Qazax rayonu Kosalar kəndində yerləşən fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilmiş və onlar xx.xx.2012-ci il təvəllüdlü X1 və əşyaları ilə birlikdə həmin fərdi yaşayış evindən çıxarılması, X3 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi kimi 74.60 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdehlər X3 və Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)- 11/2025 saylı qərardadı ilə iş üzrə icraat təzələnmiş və iş məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı yazılı ərizə təqdim edərək, bildirmişdir ki, hazırda iddia tələbindən imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər X3 və Cavabdeh2 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, tərəflərin ərizə və izahatlarını dinləyərək hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, iddiadan imtina ərizəsi məhkəmə iclasında İddiaçı tərəfindən şəxsən təqdim edilmişdir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd deyildir, hər hansı bir şəxsin qanunla qorunan mənafelərini pozmur. Buna görə də, iddiaçının iddiadan imtinası qəbul edilməklə, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli, Qazax Rayon Məhkəməsinin 2(023)-441/2022 saylı, 24 may 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261.0.4, 370, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinə olan istifadə hüququna kompensasiya verməklə xitam verilməsi və evdən çıxarılmala” tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtina barədə ərizəsi qəbul edilsin. Qazax Rayon Məhkəməsinin 2(023)-441/2022 saylı, 24 may 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-11/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-11/2025
13.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver