Məhkəmə qərarları › İş №2(104)-1104/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1104/2025

19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1104/2025 19.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X1 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı müqavilənin ləğv olunması və əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 23 oktyabr 2024cü il tarixli, 2(015)-856/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, bankla Cavabdeh ilə bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Ağstafa şəhəri, Y.Məmmədov küçəsində 0.0469 ha torpaq sahəsi və üzərində yerləşən 204.30 kv.m ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evindən Cavabdeh çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və tərəfimizdən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(015)-856/2024 nömrəli qətnaməsi ilə (hakim N.Abbasov) iddia tələbinin təmin edilməsi; Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış 31 iyul 2023-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin ləğv edilməsi; Ağstafa şəhəri Y.Məmmədov küçəsində 0.0469 ha torpaq sahəsi və üzərində yerləşən 204.30 kv.m ümumi sahədən ibarət 16 saylı fərdi yaşayış evindən Cavabdeh çıxarılsın, həmin fərdi yaşayış evi boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi; Cavabdeh ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı QSCnin xeyrinə tutulması qət olunmuşdur. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti, eyni zamanda apelyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə vermişdir. Ağstafa Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2(015)-856/2024 nömrəli qərardadı ilə ərizə təmin edilərək, Ağstafa Rayon Məhkəməsinin 2(015)-856/2024 saylı, 23 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti vermə müddəti bərpa edilmiş və iş aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ağstafa Rayon Məhkəməsinin Gəncə Apellyasiya Məhkəməsinə ünvanladığı 06 may 2025-ci il tarixli məktubdan müəyyən olunmuşdur ki, Ağstafa Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2(015)-856/2024 nömrəli qərardadından iş üzrə İddiaçı QSC şikayət vermiş və həmin şikayətə baxılması üçün mülki işin Ağstafa Rayon Məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünzülüyü barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1. maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.1. maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Həmin Məcəllənin 384.0.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Kollegiya Ağstafa Rayon Məhkəməsinin Gəncə Apellyasiya Məhkəməsinə ünvanladığı 06 may 2025-ci il tarixli məktubu nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayətinin mümkünlüyünə dair Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2025-ci il tarixli, 2(104)-1104/2025 nömrəli qərardadı ləğv edilməli, iş apellyasiya baxışından çıxarılmalı və İddiaçı QSC-nin Ağstafa Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2(015)-856/2024 nömrəli qərardadından verdiyi şikayətə münasibətdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357, 360-363cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılması üçün Ağstafa Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayətinin mümkünlüyünə dair Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2025-ci il tarixli, 2(104)-1104/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı QSC-nin Cavabdeh qarşı müqavilənin ləğv olunması və əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 23 oktyabr 2024cü il tarixli, 2(015)-856/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2025-ci il tarixli, 2(104)-1104/2025 nömrəli mülki iş apellyasiya baxışından çıxarılsın. Ağstafa Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2(015)-856/2024 nömrəli qərardadından iş üzrə İddiaçı QSC tərəfindən verilmiş şikayətin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357, 360-363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılması üçün mülki iş Ağstafa Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar