Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1118/2025 04.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasi - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı nikah münasibətlərinin faktiki xitamı ilə bağlı arvadın qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi və bununla əlaqədar bütün hüquqi nəticələrin ləğv olunması tələbinə dair Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-194/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-194/2025 saylı qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “nikah münasibətlərinin faktiki xitamı ilə bağlı arvadın qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi və bununla əlaqədar bütün hüquqi nəticələrin ləğv olunması” tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə vasitəsi ilə apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-194/2025 saylı qətnaməsinin tam ləğv edilməsi və iddia tələblərinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək miras qoyan atası X5 Cavabdeh1 ilə nikahına mirasın açılmasından 12 il əvvəl keçmiş arvadı ilə ayrı yaşayaraq, nikah münasibətlərinin faktiki xitamı ilə bağlı Cavabdeh1 qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi; Cavabdeh1 vərəsəlik hüququndan məhrum edilməsi ilə bağlı qəbul olunacaq qətnamədə hüquqi nəticələrində, yəni qanun üzrə vərəsəliklə bağlı cavabdehlərə keçmiş əmlaklar üzrə: 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisinin V-590/2022 nömrəli vərəsəlik işi üzrə Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli 2V-477 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə, onun əsasında miras qalmış **********01-12301 reyestr ünvan 1i ünvanında yerləşən əmlak kompleksinin paylı mülkiyyət üzrə 4/6 pay hissəsinə Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış, Cavabdeh1 tərəfindən əmlak kompleksinin paylı mülkiyyət üzrə 4/6 pay hissəsinin oğlu Cavabdeh3 Gəncə şəhəri 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-1829 reyestr nömrəli bağışlama müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh3 əmlak kompleksinin 5/6 pay hissəsinə dair xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli **********01-12301 reyestr nömrəli elektron çıxarışın 4/6 pay hissəsinin; 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisinin V-590/2022 nömrəli vərəsəlik işi üzrə Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli 2V-869 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, onun əsasında ünvan 1i üznvanında xüsusi mülkiyyətdə olan 0,09 hektar ölçüdə torpaq sahəsi və onun üzərində tikilən ümumi sahəsi 648 kvadrat metr olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə 4/6 pay hissəsinin Cavabdeh1 mülkiyyətinə keçməsi barədə Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 152 ******* qeydiyyat nömrəli çıxarışın, Cavabdeh1 tərəfindən ünvan 1i ünvanında xüsusi mülkiyyətdə olan 0,09 hektar ölçüdə torpaq sahəsi və onun üzərində tikilən ümumi sahəsi 648,9 kvadrat metr olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə 4/6 pay hissəsinin oğlu Cavabdeh3 Gəncə şəhəri 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-1832 reyestr nömrəli bağışlama müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh3 qeyd olunan daşınmaz əmlakın 5/6 pay hissəsinə dair verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli **********55-10301 reyestr nömrəli çıxarışın 4/6 pay hissəsinin; 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisinin V-590/2022 nömrəli vərəsəlik işi üzrə Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli 2V-482 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, onun əsasında ünvan 2 ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan 0,0922 hektar ölçüdə torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 209,6 kvadrat metr olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə 1/3 pay hissəsinə Cavabdeh1 mülkiyyət hüquqlarının qeydiyyata alınaraq ona Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın, Cavabdeh1 tərəfindən ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0,0922 hektar ölçüdə torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 209,6 kvadrat metr olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə 1/3 hissəsinin oğlu Cavabdeh3 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-1828 reyestr nömrəli bağışlama müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh3 qeyd olunan daşınmaz əmlakın xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********96-03022 reyestr nömrəli çıxarışın 1/3 pay hissəsinin; 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisinin V-590/2022 nömrəli vərəsəlik işi üzrə Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli 2V-481 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, onun əsasında Göygöl rayonu, Azosun dairəsi adlanan sahə, Gəncə çayı kənarı ünvanındakı dövlət mülkiyyətində olan 0,225540 hektar ölçüdə torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 1942,7 kvadrat metr olan xüsusi mülkiyyətdəki əmlak kompleksinin paylı mülkiyyət üzrə 1/3 pay hissəsində cavabdeh X19 mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, ona Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın, Cavabdeh1 tərəfindən Göygöl şəhəri, Azosun dərəsi adlanan sahə, Gəncə çayı kənarı ünvanındakı dövlət mülkiyyətində olan 0,225540 hektar ölçüdə torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 1942,7 kvadrat metr olan xüsusi mülkiyyətdəki əmlak kompleksinin paylı mülkiyyət üzrə 1/3 pay hissəsini oğlu Cavabdeh3 Gəncə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-1830 reyestr nömrəli bağışlama müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh3 qeyd olunan daşınmaz əmlakın xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********68- 12301 reyestr nömrəli çıxarışın 1/3 pay hissəsinin; 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisinin V-590/2022 nömrəli vərəsəlik işi üzrə Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli 2V-478 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, buna əsasən X4 miras qalmış Göygöl rayonu, Azosun dərəsi adlanan sahə, Gəncə çayının kənarı ünvanında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsis payının 1/34 pay hissəsinin Cavabdeh1 mülkiyyətinə keçməsi barədə 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********699700 nömrəli çıxarış, həmin payın tam şəkildə oğlu Cavabdeh3 bağışlanması barədə Gəncə şəhər 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 3M-930 reyestr nömrəli bağışlama müqaviləsinin; 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisinin V-590/2022 nömrəli vərəsəlik işi üzrə Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli 2V-480 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, onun əsasında ünvan 6 ünvanlbdakı dövlət mülkiyyətində olan 0,0245 hektar ölçüdə torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 412,20 kvadrat metr olan xüsusi mülkiyyətdəki bağ evinin 1/3 pay hissəsinə Cavabdeh1 mülkiyyətinə keçməsi barədə Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın, Cavabdeh1 tərəfindən mülkiyyətindəki həmin bağ evinin özünə məxsus olan 1/3 hissəsinin oğlu Cavabdeh3 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-2558 reyestr nömrəli bağışlama müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh3 verilmiş qeyd olunan daşınmaz əmlakın xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli **********96-11301 reyestr nömrəli çıxarışın 1/3 pay hissəsinin; 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki Notariat ofisinin V-590/2022 nömrəli vərəsəlik işi üzrə Cavabdeh1 verilmiş 10 may 2023-cü il tarixli 2V-479 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə; bu şəhadətnaməyə əsasən miras qoyan atam X4 miras qalmış xx.xx.2020-ci il tarixli AD946201 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi 4JGDF7DE5EA372977, buraxılış ili 2014-cü il olan “Mercedes Benz” minik markalı, ** EH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özünə məxsus xüsusi mülkiyyətdəki daşınar əmlak avtomobilə olan miras payının 4/6 pay hissəsinin Cavabdeh1 mülkiyyətinə keçmiş və sonuncunun özünə məxsus olan 4/6 pay hissəsinin oğlu Cavabdeh3 Gəncə şəhərində 1 saylı Gəncə regional “Asan xidmət” mərkəzində notariat ofisində təsdiq olunmuş 16 fevral 2024-cü il tarixli 3M-178 reyestr nomrəli bağlanmış bağışlama müqaviləsi, yuxarda sadalanılan şəhadətnamələr, bağışlama müqavilələri etibarsız hesab olunaraq onun əsasında verilmiş elektron çıxarışların ləğv olunması, iddianın verilməsi ilə bağlı ödənilən hüquqi yardımın əvəzi qismində 180 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Ə. Məmmədov küçəsi, 2-ci döngə, ev 1 /yeni qaydalarla : AZ 2007, ünvan 7 ünvanda qeydiyyatda olan və orada daimi yaşayan cavabdeh, xx.xx.1946-cı il təvəllüdlü, Cavabdeh1 doğma anasıdır. Miras qoyan mərhum atası X11 ailədə çox mülayim insan olmuş, ailə münasibətlərini həmişə çalışıb qorusun, ailə adət-ənənələrinə riayət etsin, ailə münasibətlərində olduqca mədəni davranaraq onları tərbiyə etmişdir. Lakin anası Cavabdeh1 ailə münasibətlərinə lazımi dəyər verməmiş, ailədə həmişə hökmranlı davranmış, hər məsələdə özünün dediyi kimi hegemon qaydada olmasını tələb etməsi və buna nail olması, hətta ailənin bütöv maraqlarına zidd olsa belə, ailədə öz üzərinə düşən öhdəliklərin yerinə yetirməməsi kimi hərəkətləri ilə həmişə ailədə söz-söhbət, mübahisə yaratmışdır. Uzun illər anasının psixonevroloji durumu pozulduğundan, ailə münasibətlərində daha da açıq şəkildə birüzə verirdi. Belə ki, Cavabdeh1 ailədə özünü hamıdan üstün sayırdı, hesab edirdi ki, hamı, o cümlədən atası da onun istədiyi kimi davranmalı, onun tələblərini yerinə yetirməli, ailədə bütün qərarları özü qəbul etməlidir, ailə münasibətlərində hökmranlığı, ailə qarşısında öhdəliklərinə biganəliyi, ailə dəyərlərinə etinasızlığı ona gətirib çıxarmışdır ki, atası ailədən ayrılmış, anası ilə ər-arvad və ailə kimi yaşaması mümkün olmadığından, atası X11 cavabdeh X28 ilə faktiki olaraq 2010-cu ildən boşanmış, cavabdehlə bütün əlaqələri və ailə münasibətlərini kəsərək, cavabdehlə nikahına faktiki xitam verərək həmin ildən Daşkəsən rayonu, Bayan kəndinə köçərək orada onun mülkiyyətində olan evdə ayrı və ailəsiz tək yaşamışdır. 2010-cu ildən atası ilə görüşmək üçün ailəsilə, övladları ilə onun ayrıca yaşadığı Daşkəsən rayonu, Bayan kəndindəki evə gələrək görüşmüşlər, həmin evdə də atasının yanında qonaq qalmışlar, nəvələri ilə atası həmin evdə görüşürdü. Cavabdeh1 ailədə qeyri-adekvat davranışları, atasının hər bir fikrinə mənfi reaksiya verməsi, ailədə özünün hegemonluq münasibətlərinin yaratması, istədiyi hərəkətləri etməsi, ailədə arvada aid öhdəliklərin yerinə yetirməməsi, atasına hörmətinin olmaması gətirib o həddə çatmışdır ki, atası artıq bu şəraitdə cavabdehlə bir evdə yaşamaq və ailə həyatını davam etdirə bilməyərək ailə münasibətlərinə son qoymuş, yaşadığı və mülkiyyətində olduğu Gəncə şəhəri, Ə.Məmmədov küçəsi döngə 2, ev 1-dən çıxıb getmiş və ayrıca yaşayaraq faktiki cavabdehdən boşanmışdır. Miras qoyan atası X11 onun mülkiyyətində olan Daşkəsən rayonu, Bayan kəndindəki yaşayış evinə köçərək orada təkbaşına yaşamış və cavabdehlə bütün ailə əlaqələrini kəsərək əvvəl Gəncədə yaşadığı həmin evə bir daha qayıtmamışdır. Cavabdeh1 isə həmin ünvanda yaşamağa davam etmiş və bu günə kimi də qeyd olunan evdə yaşayır. Göründüyü kimi, miras qoyan atası X11 təxminən 2010-cu ildən və ömrünün sonuna kimi Daşkəsən rayonu, Bayan kəndində onun mülkiyətində olan evdə tək tənha yaşamış, rəsmi nikahda olsa da faktiki olaraq cavabdehlə boşanmış vəziyyətdə olmuş, həmin 2010-cu ildən onunla heç bir təsərrüfat aparmamış, cavabdehlə bütün əlaqələrini kəsmiş, ayrıca Daşkəsən rayonunda Bayan kəndində yaşamış və həmin evdə də 2022-ci ilin 17 iyun tarixində vəfat etmişdir. Beləliklə də, atası X11 Cavabdeh1 ilə 2010-cu ildən faktiki boşanmış, atası cavabdehlə ailə münasibətlərini sonlandırmış və həmin ildən də cavabdehlə ər-arvad kimi yaşamamış, nikah münasibətlərinə faktiki xitam vermişdir. Atası ardıcıl daimi olaraq 12 il ərzində, yəni 2010-cu ildən 2022-cil il 17 iyun tarixə kimi cavabdehdən ayrıca yaşamış, onunla həmin vaxtdan birgə təsərrüfat aparmamış və ailədə heç bir öhdəliklər daşımamış, atasının cavabdehlə kağız üzərində qalmış rəsmi nikahı 2010-cu ildən faktiki pozulmuş və nikah münasibətlərinə faktiki xitam vermişdir. Belə ki, miras qoyan X5 iş yoldaşları və qonşuları - X12, X15, X22, X23, X8, X20, X13 tərəfindən tərtib olunmuş 17 iyul 2024-cü il tarixli aktda göstərilmişdir ki, X11 təxminən 2010-cu ildən vəfat edənə kimi, yəni 17 iyun 2022-ci il tarixə kimi Daşkəsən rayonu, Bayan kəndindəki “Alma bağı” adlanan ərazidəki qızı İddiaçı məxsus fərdi yaşayış evində təkbaşına ailəsiz olaraq daimi yaşamışdır. Qonşuları və iş yoldaşları ilə münasibətdə X11 özünü qayğıkeş rəhbər və mehriban qonşu kimi aparmış, iş yoldaşları və qonşuların şəxsi problemləri ilə daima maraqlanmış və imkan daxilində onların həlli üçün müvafiq köməkliklər göstərmiş, qonşular və iş yoldaşları da onun ailə üzvləri olmadan tənha yaşamasını nəzərə alaraq X7 daimi mənəvi dəstək göstərmişlər. X11 tənha yaşadığı Bayan kəndindəki həmin evdə 17 iyun 2022-ci il tarixdə vəfat etmişdir. Bundan başqa, Daşkəsən rayonu, Bayan Bələdiyyəsinin 17 iyul 2024-cü il tarixli, 12 nömrəli arayışına əsasən X11 2010-cu ildən vəfat edənə kimi, Daşkəsən rayonu, Bayan kəndindəki “Alma bağı” adlanan ərazidəki qızı İddiaçı məxsus fərdi yaşayış evində təkbaşına ailəsiz olaraq daimi yaşamışdır. Ailə üzvlərindən və yaxın qohumlarından heç kəs X11 ilə birgə yaşamamışdır. Belə olan halda hesab edilməlidir ki, miras qoyan X11 Cavabdeh1 ilə 2010-cu ildən vəfat edənə kimi, yəni mirasın açılmasından 12 il əvvəl, 17 iyun 2022-ci il tarixə kimi ayrı yaşaması, ailə münasibətlərinə faktiki xitam olunması halları baş vermiş, Cavabdeh1 2010-cu ildən miras qoyan atam Müzamil Abdullayevin faktiki arvadı olmamış, ona görə də Cavabdeh1 miras qoyan Müzamil Abdullayevə münasibətdə qanun üzrə vərəsəlik hüququndan məhrum edilməlidir. Buna baxmayaraq, miras qoyan X5 ölümündən sonra onun mülkiyyətində olan daşınmaz və daşınar əmlaklara guya arvadı kimi qanun üzrə vərəsəlik hüququ ilə müəyyən miras pay nisbətilə Cavabdeh1 qanunsuz olaraq mülkiyyətinə keçmiş, sonra isə həmin əmlaklara olan pay hissələrini Cavabdeh3 bağışlamışdır. Cavabdeh1 miras qoyan X11 ilə 2010-cu ildən, yəni ölümündən 12 il əvvəl nikah münasibətlərinin faktik xitamı baş verməsinə baxmayaraq, qeyri-qanuni olaraq Cavabdeh1 atasından qalmış miras əmlaklara qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələr əldə etmiş, həmin əmlaklarin müvafiq pay hisələrini mülkiyyətinə keçirmiş, sonra isə həmin əmlaklardakı pay hissələrini oğluna bağışlamışdır. Cavabdeh1ı heç bir hüququ olmadan, miras qoyan X11 ilə nikah münasibətlərinin faktiki xitamına görə vərəsəlik hüququna malik olmadığı halda atasından qalmış miras əmlaklara dair mülkiyyət paylarının əldə etməsi nəticəsində, onun birinci növbə vərəsə kimi hüquqlarını və qanunla qorunan mənafelərini pozulmuş, ona görə də cavabdehə V-590/2022 nömrəli vərəsəlik işi əsasında verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələr etibarsız sayılması və bununla bağlı sonrakı bütün hüquqi nəticələrin ləğv olunması barədə məhkəmə qətnaməsi qəbul edilməlidir. Başqa sözlə, X5 Cavabdeh1 ilə nikah münasibətlərinin 2010-cu ildən, yəni ölümündən 12 il əvvəl faktik xitamı baş verməsi səbəbindən Cavabdeh1 qanun üzrə vərəsəlik hüququndan məhrum olunmalı, bununla bağlı əmlaklara aid cavabdehə verilmiş qanun üzrə vərəsəlik haqqında Şəhadətnamələr etibarsız sayılmalı, həmin şəhadətnamələrin verilməsi ilə bağlı sonrakı bütün hüquqi nəticələr də ləğv edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, hazırkı mülki işə baxılarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması nəticəsində birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, ona görə də ləğv edilməli və iddia tələbləri təmin olunmalıdır. Belə ki, Cavabdeh1 ailədə qeyri-adekvat davranışları, atasının hər bir fikrinə mənfi reaksiya verməsi, ailədə özünün hegemonluq münasibətlərini yaratması, istədiyi hərəkətləri etməsi, ailədə arvada aid öhdəliklərin yerinə yetirməməsi, atasına (ərinə) hörmətinin olmaması gətirib o həddə çatmışdır ki, atası artıq bu şəraitdə cavabdehlə bir evdə yaşamaq və ailə həyatını davam etdirə bilməyərək ailə münasibətlərinə son qoymuş, 2010-cu ildə yaşadığı və mülkiyyətində olduğu Gəncə şəhəri, Ə.Məmmədov küçəsi döngə 2, ev 1-dən çıxıb getmiş və Daşkəsən rayonu, Bayan kəndinə köçərək orada təkbaşına ayrıca yaşayaraq faktiki cavabdehdən boşanmışdır. 2010-cu ildən atası ilə görüşmək üçün ailəsilə, övladlarıla onun ayrıca yaşadığı Daşkəsən rayonu, Bayan kəndindəki evə gələrək görüşür, həmin evdədə atasının yanında qonaq qalmışlar, nəvələri ilə atası həmin evdə görüşürdülər. Miras qoyan X11 onun mülkiyyətində olan Daşkəsən rayonu, Bayan kəndindəki yaşayış evinə köçərək orada təkbaşına yaşamış və cavabdehlə ailə əlaqələrinə faktiki xitam vermişdir. Cavabdeh1 isə Gəncə şəhərindəki həmin ünvanda yaşamağa davam etmiş və bu günə kimi də qeyd oluna evdə yaşayır. Miras qoyan X11 təxminən 2010-cu ildən və ömrünün sonuna kimi Daşkəsən rayonu, Bayan kəndində onun mülkiyətimdə olan evdə tək tənha yaşamış, rəsmi nikahda olsa da faktiki olaraq cavabdehlə boşanmış vəziyyətdə olmuş, həmin 2010-cu ildən onunla birgə təsərrüfat aparmamış, ər-arvad münasibətlərində olmamışlar, ailədə ər-arvada aid öhdəlikləri yerinə yetirməmişlər, ayrıca yaşayaraq cavabdehlə ailə münasibətlərini sonlandıraraq, Daşkəsən rayonunda Bayan kəndində ailəsiz yaşamış və həmin evdə də 2022-ci ilin 17 iyun tarixində tənha şəkildə vəfat etmişdir. Beləlikə, miras qoyan X11 ardıcıl daimi olaraq 12 il ərzində, yəni 2010-cu ildən 2022-cil il 17 iyun tarixə kimi cavabdehdən ayrıca yaşamış, onunla həmin vaxtdan birgə təsərrüfat aparmamış və ailədə heç bir öhdəliklər daşımamış, cavabdehlə kağız üzərində qalmış rəsmi nikahı əslində 2010-cu ildən tam şəkildə pozulmuş və nikah münasibətlərinə faktiki xitam vermişdir. Qeyd olunan daşınmaz və daşınar əmlakların : 1) Göygöl rayonu, Səmədlikəndi ünvanında yerləşən bələdiyyə mülkiyyətində olan 0,244340 ha torpaq sahəsi üzərində tikilən ümumi sahəsi 2042,5 m2 ölçüdə olan xüsusi mülkiyyətdəki əmlak kompleksinin; 2) ünvan 1i ünvanında xüsusi mülkiyyətdə olan 0,09 ha ölçüdə torpaq sahəsi və onun üzərində tikilən ümumi sahəsi 648,9 m2 olan fərdi yaşayış evinin; 3) ünvan 2 ünvanındayerləşən xüsusi mülkiyyətdə olan 0,0922 ha ölçüdə torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 209,6 m2 olan fərdi yaşayış evinin; 4) Göygöl şəhəri, Azosun dərəsi adlanan sahə, Gəncə çay kənarı ünvanındakı dövlət mülkiyyətində olan 0,225540 ha ölçüdə torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 1942,7 m2 olan xüsusi mülkiyyətdəki əmlak kompleksinin ; 5) Gəncə çayının kənarı ünvandakı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin paylarının ; 6) ünvan 6 ünvanındakı dövlət mülkiyyətində olan 0,0245 ha ölçüdə torpaq sahəsi üzərində tikilən ümumi sahəsi 412,20 m2 olan xüsusi mülkiyyətdəki bağ evinin; 7) xx.xx.2020-ci il tarixli AD946201 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi 4JGDF7DE5EA372977, buraxılış ili 2014-cü il olan MERCEDES BENZ GL550 MİNİmarkalı, **-EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin əldə olunmasında cavabdehlər - Cavabdeh1 və Cavabdeh3b Müzamil oğlunun heç bir zəhməti olmayıb, onlar ailənin büdcəsinə heç bir məbləğdə pul vəsaiti gətirməyiblər, həmin əmlakların alınmasında və yaradılmasında heç bir məbləğdə vəsait qoymayıblar. Bütün bu sadalanan əmlaklar yalnız miras qoyan Müzamil Abdullayevin təkbaşına özünün bacarığı, səriştəsi, işgüzarlıqla yanaşı fədakarlığı və zəhməkeş əməyi nəticəsində qazanılmış əmlaklardır. Cavabdeh1 miras qoyanla ömrünün son 12 ilini ailə münasibətlərində olmadığından, ailədə arvada aid öhdəlikləri icra etmədiyindən, miras qoyanın qayğısına qalmayaraq onun qarşısında bir arvad kimi vəzifələrini yerinə yetirmədiyi üçün, yəni ona yemək bişirmədiyindən, onun pal-paltarlarını yuyub təmizləmədiyindən, xəstələnəndə qulluq və qayğı göstərmədiyindən və digər qarşılıqlı öhdəliklərə əməl etmədiyindən, eləcə də miras qoyanla ayrı yaşayaraq onunla birgə təsərrüfat aparmadığından miras əmlakdan pay almaq hüququnu itirmişdir. Mirasın açılmasından əvvəlki üç il ərzində tərəflərin məhz ailənikah münasibətlərində olmaq istəməmələri səbəbi ilə ayrı yaşamalarını, birgə təsərrüfat aparmamalarını nəzərdə tutur. Bu zaman nikah hüquqi cəhətdən pozulmasa da, nikahın pozulması müvafiq orqanda qeydə alınmasa da nikah real olaraq sonlanmış olur. Lakin, mülki iş üzrə keçirilmiş məhkəmə baxışı zamanı bu hallar məhkəmədə hərtərəfli araşdırılmamış, yuxarıda göstərilən arayışlarda qeyd olunan məlumatlar dəqiqləşdirilməmiş, hansı səbəbdən miras qoyanla cavabdehin ayrıca yaşamalarını təsdiq edən mötəbər sübutlara diqqət verməmiş, əksinə olaraq məhkəmə təsdiqini tapmamış halları əsas götürərək qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndə vasitəsilə təmsil olunsalar da özləri və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məhkəmə iclasında iştirak edən proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-194/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemi vasitəsi ilə “X10” AQİS-dən çıxarışdan görünür ki, X11 ilə Cavabdeh1 xx.xx.1968-ci il tarixdə nikah bağlamış, bu barədə nikah akt qeydləri kitabında 13 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ-İİ seriyalı 283567 nöməli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İşdə olan 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 2V-475 reyestr nömrəli “ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən” mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 qalmış arvadı Cavabdeh1 X5 adına qalan "xxxx" MMC-də miqdarı 200 manat 100 faiz pay olan nizamnamə kapitalının 1/2 hissəsindən pay almalıdır. İş materiallarında olan 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 2V-476 reyestr nömrəli “ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən” mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 qalmış arvadı Cavabdeh1 X7 məxsus “Mercedes Benz GL550 minik” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsindən pay almalıdır. İşdə olan 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 2V-477 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 vərəsələri arvadı Cavabdeh1, qızı İddiaçı və oğlu Cavabdeh3dur və onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Xanlar rayonu, Səmədli kəndi ünvanında yerləşən ümumi sahəsi 2272,4 kv/m, əsas sahəsi 1727,7 kv/m, köməkçi sahəsi 544,7 kv/m olan əmlak kompleksinin (şərab məhsulları istehsal edən müəssisə) 1/2 hissəsindən ibarətdir. İş materiallarında olan 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 2V-478 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 vərəsələri arvadı Cavabdeh1, qızı İddiaçı və oğlu Cavabdeh3dur və onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak X5 adına qalan "xxxx" MMC-də miqdarı 200 manat 100 faiz pay olan nizamnamə kapitalının 1/2 hissəsindən ibarətdir. İşdə olan 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 2V-479 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 vərəsələri arvadı Cavabdeh1, qızı İddiaçı və oğlu Cavabdeh3dur və onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak X5 adına olan “Mercedes Benz GL550 minik” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsindən ibarətdir. İş materiallarında olan 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 2V-480 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 vərəsələri arvadı Cavabdeh1, qızı İddiaçı və oğlu Cavabdeh3dur və onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak X7 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1223B ünvanında yerləşən bağ evindən ibarətdir. İşdə olan 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 2V-481 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 vərəsələri arvadı Cavabdeh1, qızı İddiaçı və oğlu Cavabdeh3dur və onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak X7 məxsus olan Göygöl şəhəri, Gəncə çay kənarı ünvanında yerləşən əmlak kompeksindən ibarətdir. İş materiallarında olan 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 2V-482 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 vərəsələri arvadı Cavabdeh1, qızı İddiaçı və oğlu Cavabdeh3dur və onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak X7 məxsus olan ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evindən ibarətdir. İşdə olan 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 2V-483 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 vərəsələri arvadı Cavabdeh1, qızı İddiaçı və oğlu Cavabdeh3dur və onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak X7 məxsus olan Göygöl şəhəri, Gəncə çay kənarı ünvanında yerləşən torpaq sahəsindən ibarətdir. İş materiallarında olan 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 2V-995 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 vərəsələri arvadı Cavabdeh1, qızı İddiaçı və oğlu Cavabdeh3dur və onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak X7 məxsus olan Göygöl şəhəri, Gəncə çay kənarı ünvanında yerləşən torpaq sahəsinin icarə hüququndan ibarətdir. İşdə olan 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 2V-868 reyestr nömrəli “ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən” mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 qalmış arvadı Cavabdeh1 X5 adına qalan ünvan 1ində yerlən torpaq sahəsinin və fərdi yaşayış evinin 1/2 hissəsindən pay almalıdır. İş materiallarında olan 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-1828 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsi, 2-ci döngə, ev 1, Yeni qaydalarla: Gəncə şəhəri, Firudin Qurbanəliyev küçəsi, 35 ünvanında yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin özünə məxsus olan 1/3 hissəsini oğlu Cavabdeh3 bağışlamışdır. İşdə olan 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-1829 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 1ində yerləşən əmlak kompleksi kimi müəssisənin özünə məxsus olan 4/6 hissəsini oğlu Cavabdeh3 bağışlamışdır. İş materiallarında olan 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-1830 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Göygöl şəhəri, Gəncə çay kənarı ünvanında yerləşən torpaq sahəsinin özünə məxsus olan 1/3 hissəsini oğlu Cavabdeh3 bağışlamışdır. İşdə olan 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-1832 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 15i ünvanında yerləşən torpaq sahəsinin və fərdi yaşayış evininin özünə məxsus olan 4/6 hissəsini oğlu Cavabdeh3 bağışlamışdır. İş materiallarında olan 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-2558 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1223B ünvanında yerləşən bağ evinin özünə məxsus olan 1/3 hissəsini oğlu Cavabdeh3 bağışlamışdır. İşdə olan 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 3M-178 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki Notariat ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli, 2V-479 reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ** EH *** dövlət qeydiyyat vasitəsinin özünə düşən miras payını oğlu Cavabdeh3 bağışlamışdır. İş matertiallarında olan 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 3M-179 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki Notariat ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli, 2V-476 reyestrlə qeydə alınmış mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən ** EH *** dövlət qeydiyyat vasitəsinin özünə düşən 1/2 payını oğlu Cavabdeh3 bağışlamışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-14418/2024 nömrəli məktubun surətindən görünür ki, Göygöl (Xanlar) rayonu, Səmədli qəsəbəsində yerləşən əmlak kompleksini (şərab məhsulları istehsal edən müəssisə) Xanlar rayon Dövlət notariat kontorunun xx.xx.2006-cı il tarixli, 4Ə/2-361 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X21 tərəfindən X1. Həmin müqavilə əsasında X5 adına xx.xx.2006-cı il tarixli, **********01- 12301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2023-cü il tarixli, 2V-474 reyestr nömrəli “Mülkiyyət hüququ haqqında” şəhadətnamə və xx.xx.2023-cü il tarixli, 2V477 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən, ünvan 1ində yerləşən əmlak kompleksi müəssisəyə dair əsasən, İddiaçı (1/6 hissədə) Cavabdeh3 (1/6 hissədə) və Cavabdeh1 (4/6 hissədə) payları göstərilməklə X5 vərəsələri tanınaraq adlarına **********01-12301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-1829 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, Cavabdeh1 əmlak kompleksində özünə məxsus 4/6 hissəni Cavabdeh3 bağışlamışdır. Bu müqavilə üzrə 1/6 hissədə X3 və 5/6 hissədə Cavabdeh3 payları göstərilməklə adlarına xx.xx.2023-cü il tarixli, **********01-12301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 2. ünvan 1ində yerləşən 0.09 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Gəncə “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat kontorunun xx.xx.2015-ci il tarixli 4Ə-2963 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X24 tərəfindən X1. Müqavilə əsasında X5 adına xx.xx.2015-ci il tarixli, **********55 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Yuxarıda göstərilən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair “Azərbaycanmemarlayihə” Respublika yaradıcı memarlıq şirkətinin “Gəncəmemarlayihə” yaradıcı memarlıq emalatxanası tərəfindən X7 bu torpaq sahəsində inşa ediləcək tikililərə 2015-ci ildə razılaşdırımış eskizlayihə verilmişdir. Göygöl rayon İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2016-cı il tarixli A-424/18 saylı məktubunda təsdiq olunmuş layihə sənədləri əsasında tikinti işlərinin aparılmasına etiraz edilmədiyi bildirilmişdir. Qeyd olunan sənədlər üzrə X5 adına xx.xx.2016-cı il tarixli, **********55-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2023-cü il tarixli, 2V868 reyestr nömrəli “Mülkiyyət hüququ haqqında” şəhadətnamə və xx.xx.2023-cü il tarixli, 2V-869 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən, ünvan 1ində yerləşən 0.09 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 648,9 kv.m olan fərdi yaşayış evinə dair İddiaçı (1/6 hissədə) Cavabdeh3 (1/6 hissədə) və Cavabdeh1 (4/6 hissədə) payları müəyyən olunmaqla X5 vərəsələri tanınaraq adlarına xx.xx.2023-cü il tarixli, **********55-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 6 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli 4Ə-42 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X25 ona məxsus Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsi, 2-ci döngə, 1 saylı fərdi yaşayış evi X25 tərəfindən X7 bağışlamışdır. Müqaviləyə uyğun olaraq X5 adına xx.xx.2018-ci il tarixli, **********06-10301 reyestr nömrəli nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2023-cü il tarixli, 2V-482 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən, Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsi, 2-ci döngə, 1 saylı fərdi yaşayış evinə (Yeni qaydalarla: AZ 2007, Gəncə şəhəri, Firudin Qurbanəliyev küçəsi, 35) dair əsasən, İddiaçı (1/3 hissədə) Cavabdeh3 (1/3 hissədə) və Cavabdeh1 (1/3 hissədə) payları göstərilməklə X5 vərəsələri tanınaraq adlarına **********96-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 4. Gəncə “ASAN xidmət” mərkəzində fəaliyyət notariat kontorunun xx.xx.2018-ci il tarixli 4Ə-1454 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən Göygöl şəhəri, Gəncə çayının kənarında yerləşən əmlak kompleksi kimi müəssisə X33 tərəfindən X7 bağışlamışdır. Həmin müqavilə əsasında X5 adına xx.xx.2018-ci və xx.xx.2023-cü il tarixli **********68-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2023-cü il tarixli, 2V-481 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən, Göygöl şəhəri, Gəncə çayının kənarında yerləşən əmlak kompleksi kimi müəssisəyə dair İddiaçı (1/3 hissədə), Cavabdeh3 (1/3 hissədə) və Cavabdeh1 (1/3 hissədə) payları müəyyən olunmaqla X5 vərəsələri tanınaraq adlarına **********68-12301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 16 ünvanında olan daşınmaz əmlak inzibati ərazi olaraq Bakı şəhərində yerləşdiyindən sorğunun həmin hissədə icrasının təmin olunması tərəfimizdən mümkün olmamışdır. Sorğunun həmin hissədə icra olunması üçün aiddiyyəti üzrə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunması məqsədəmüvafiq hesab olunur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-1482/2025 nömrəli məktubun surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 976 saylı qərarı ilə 205 nömrəli bağ tikinti kooperativi nəzdində Nardaran qəsəbəsində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 1223b saylı bağ sahəsi 31 saylı order əsasında xx.xx.2006-ci il tarixdə X5 adına ilkin qeydiyyata alınmışdır. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq 2V-480 reyestr nömrəli xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Nardaran qəsəbəsi, 0.0254 hektar torpaq sahəsi və üzərində inşa edilmiş, ümumi sahəsi 412.2 kv.m olan 1223b saylı bağ evi hər biri 1/3 hissə olmaqla İddiaçı, Cavabdeh1 adlarına xx.xx.2023-cü il tarixdə və Cavabdeh3 adına isə xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş 4Ə-2558 reyestr nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında sözügedən bağ evinin Cavabdeh1 məxsus bağ evinin 1/3 hissəsi xx.xx.2023-cü il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır, hazırda 2/3 hissə olaraq hazırda mülkiyyətlərindədir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh1 iddiaçının anası, miras qoyan X11 isə atasıdır. X11 xx.xx.2022-ci il tarixində vəfat etdikdən sonra müxtəlif ünvanlarda daşınar və daşınmaz əmlakı miras qalmış, onun birinci növbə vərəsələri kimi iddiaçı və Cavabdeh1 etibarnamə üzrə nümayəndələri vasitəsi ilə, Cavabdeh3 isə şəxsən ərizə ilə notariat orqanına müraciət edərək X4 qalmış miras əmlaka adlarına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş və adlarına paylarına uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Həm də qeyd olunmalıdır ki, İddiaçı ilə cavabdeh – anası Cavabdeh1 adından eyni şəxslər çıxış etmiş, mirasa vərəsəlik hüququ haqqında şəhadətnamələr alındıqdan sonra Cavabdeh1 həm öz miras payını, həm də mülkiyyətçisi olduğu əmlakları oğlu Cavabdeh3 bağışlamışdır. Birinci instansiya məhkəməsi gəldiyini nəticəni onunla əsaslandımışdır ki, məhkəmədə iddiaçının özünün vəsatəti əsasında dindirilmiş şahid X12 M.İ.Abdullayevlə Cavabdeh1 arasında ər-arvad münasibətlərinin M.İ.Abdullayevin öldüyü tarixədək davam etdiyini, hətta M.İ.Abdullayev Daşkəsən rayonunun Bayan kəndində, Cavabdeh1 isə Gəncə şəhərində olduğu vaxtlarda M.İ.Abdullayevin və Cavabdeh1 biri-birinə sevdiyi yeməklərdən göndərdiklərini, M.İ.Abdullayevin müxtəlif vaxtlarda Gəncə şəhərində Cavabdeh1 ilə birlikdə yaşadıqları evə getdiyini, Cavabdeh1 isə xüsusi günlərdə və ümumi tədbirlərdə M.İ.Abdullayevin Daşkəsən rayonunun Bayan kəndində yaşadığı ünvana getdiyini, M.İ.Abdullayevin vəfatından 1 saat sonra Cavabdeh1 Gəncə şəhərindən Daşkəsən rayonunun Bayan kəndinə çatdığını və M.İ.Abdullayevin vəfatı ilə əlaqədar yas saxladığını bildirmişdir. Məhkəmədə iddiaçının özünün vəsatəti əsasında dindirilmiş digər şahid X14 isə ifadəsində M.İ.Abdullayevin ölümündən 3-4 il əvvəl Cavabdeh1 Daşkəsən rayonunun Bayan kəndində M.İ.Abdullayevin yaşadığı evdə gördüyünü, M.İ.Abdullayevin onunla birlikdə bir neçə dəfə Gəncə şəhərində yaşadığı evə getdiyini, hətta Cavabdeh1 orada ona çay verdiyini, M.İ.Abdullayevin və Cavabdeh1 xeyir və şər mərasimlərində birlikdə iştirak etdiklərini, M.İ.Abdullayevlə Cavabdeh1 arasında hər hansı mübahisə barədə eşitmədiyini və bilmədiyini göstərmişdir. İddiaçının özünün vəsatəti əsasında dindirilmiş digər şahid X34 da eyni məzmunlu ifadə vermişdir. Həmçinin məhkəmədə cavabdehlərin vəsatəti əsasında dindirilmiş şahid X26, X16 və X38 ifadələrində Gəncə şəhəri, Firudin Qurbanəliyev küçəsində M.İ.Abdullayev və Cavabdeh1 mülkiyyətlərində olan fərdi yaşayış evinin qonşuluğunda yaşadıqlarını, M.İ.Abdullayevin öldüyü tarixədək Cavabdeh1 ilə birlikdə həmin evdə yaşadığını göstərmiş, X38 ifadəsində əlavə olaraq, "xxxx" ASC-də işlədiyini və 2020-ci ildə M.İ.Abdullayevin yaşadığı küçəyə işıqlandırma dirəkləri quraşdırılarkən, M.İ.Abdullayevin də şəxsən Cavabdeh1 ilə birlilkdə yaşadıqları fərdi yaşayış evinin darvazasının qarşısındakı işıqlandırma dirəklərinin düzgün quraşdırılmasına nəzarət etdiyini bildirmişdir. Bundan başqa, mülki işin məhkəmə iclasında tədqiq edilmiş videoqeydlərdə də M.İ.Abdullayev və Cavabdeh1 arasında səmimi münasibətlərin olduğu, toy şənliyində oynadıqları və həmin videoqeydiyyatın M.İ.Abdullayev və Cavabdeh1 qoca yaşlarında çəkildiyi müəyyən edilir. Digər tərəfdən X11 xx.xx.2021-ci il tarixdə, yəni ölümündən 1 il 02 ay əvvəl arvadı Cavabdeh1 hüquqlarının müdafiəsi üçün yuxarı dövlət orqanlarına ərizələrə müraciət etmişdir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı nəinki öz iddia tələbinin əsası kimi istinad etdiyi halı, yəni M.İ.Abdullayevlə Cavabdeh1 arasında olan nikah münasibətlərinin 12 il əvvəl faktik xitam olmasına dair əsasları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, hətta özünün vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş şəxslər M.İ.Abdullayevin öldüyü tarixədək Cavabdeh1 ilə ər-arvad münasibətlərinin mövcudluğunu təsdiq etmiş, cavabdehlər isə öz etirazlarının əsası kimi istinad halları təsdiq edən sübuları məhkəməyə təqdim etmişlər. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh1 və M.İ.Abdullayevin nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları müəyyən edilmədiyindən, həmin halın təsdiqi və bu əsasla Cavabdeh1 qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi, eləcə də həmin tələbdən yaranan əlavə tələblərin təmin olunması qanunun tələbinə uyğun deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəllsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəslərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəslər sayılır. Həmin Məcəllənin 1164-cü maddəsinə görə əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 may 2019-cu il tarixli Qərarında ifadə olunan hüquqi mövqedə qeyd olunur ki, bəzi hallarda isə ər-arvad arasında qeydiyyata alınmış nikahın mövcud olmasına baxmayaraq, onların məhkəmə qaydasında vərəsəlik hüququndan məhrum edilməsinə yol verilir. Mülki qanunvericilik ər-arvadın rəsmi nikah münasibətlərində olmasına baxmayaraq, onların üç il ərzində nikaha faktiki xitam verilməsi və ayrı yaşamaları barədə iradə ifadəsini əsas götürərək, qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsinin mümkünlüyünü təsbit etmişdir. Belə ki, Mülki Məcəllənin 1164-cü maddəsinə əsasən, əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Ərin (arvadın) miras qoyanın vərəsəsi olmaq hüququndan məhrum edilməsi barədə iddia ilə məhkəməyə Mülki Məcəllənin 1159-cu maddəsində müəyyən edilmiş növbəliliyə uyğun olaraq ölən şəxsin vərəsələri müraciət edə bilərlər. Mülki Məcəllənin 1164-cü maddəsinin məzmununa uyğun olaraq, sağ qalmış ərin (arvadın) vərəsəlik hüququ olmayan şəxs hesab edilməsi üçün məhkəmə tərəfindən aşağıdakı halların məcmusu təsdiq edilməlidir: - tərəflərin ailə münasibətlərinə faktiki xitam verilməsi; - ər-arvadın ayrı yaşamaları; - qeyd edilən halların mirasın açılmasından azı üç il əvvəl baş verməsi. İşin məhkəmə iclasında araşdırılmış halları ilə müəyyən olunur ki, X11 ilə Cavabdeh1 1968-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuş, birgə nikahdan iki uşaqları dünyaya gəlmiş, X11 həyatının son illərini Daşkəsən rayonunun Bayan kəndində, Cavabdeh1 isə əsas etibarilə Gəncə şəhərində yerləşən evlərində yaşamış, lakin onların ailə münasibətləri davam etmişdir. Belə ki, istər iş materiallarındakı video görüntülərlə, istərsə də birinci instansiya məhkməsində dindirilmiş şahidlərin ifadələri ilə X11 ilə Cavabdeh1 ailə münasibətlərinə faktiki xitam verilmədiyi, əksinə ailə münasibətlərinin davam etdiyi təsdiq olunur. Cavabdeh1 birinci instansiya məhkəməsində verdiyi izahatdan görünür ki, onun əri ilə Daşkəsən rayonunun Bayan kəndində yaşamamasının səbəbi səhhəti ilə - yüksək qan təzyiqinin olmasıilə bağlı olmuşdur. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş şəxslər X11 ilə Cavabdeh1 arasında ər-arvad münasibətlərinin X5 öldüyü tarixədək davam etdiyini bildirdiklərindən, həmçinin İddiaçı X11 ilə Cavabdeh1 arasında olan nikah münasibətlərinin mirasın açılmasından azı üç il əvvəl faktiki xitam olmasına dair əsasları təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, eyni zamanda iş materiallarında olan İddiaçı notariat ofisinə ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizədə və digər ərizələrdə X5 özündən başqa 2 vərəsəsinin: oğlu - Cavabdeh3 və arvadı - Cavabdeh1 olmasını bildirdiyindən və mərhum X4 qalmış mirası qəbul etmələri ilə bağlı notariat orqanına vərəsələrin üçü də eyni vaxtda müraciət etdiklərindən birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi həmin nəticə işin həqiqi hallarına uyğundur. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-194/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qətetdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-194/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1118/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1118/2025
04.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver