Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-112/2024 12.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlu və ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-138/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin «Xətai» filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, XDEN-00003-15/20A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə olan 32658,34 manat əsas borc, 9132,44 manat faiz borcu, 9170,66 manat dəbbə borcu, ümumilikdə 50961,44 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumun, 0,40 manat bank xidməti haqqı və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh1 Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh2 ilə bağlanan xx.xx.2020-ci il tarixli, XDENG-00003-15/20A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət üzrə Cavabdeh2 məxsus olan ünvan 1, döngə 16, 6 saylı evinə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 Bank "xxxx" ASC-nin xeyrinə tutulması və fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-138/2023 qətnaməsi ilə (hakim Fəxri Məmmədov) iddia qismən təmin edilmiş, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli XDEN-00003-15/20A saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 32658,34 manat əsas borc, 9036,98 manat faiz borcu, 150 manat dəbbə borcu, ümumilikdə 41845,32 manat məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, 0,40 manat bank xidməti haqqı və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan ünvan 1, döngə 16, 6 saylı evinə yönəldilməsi, açıq hərracda satılması, həmin ipoteka ilə təmin edilmiş kredit borcu ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın likvid qiymətinin 55.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra Cavabdeh2 məxsus olan ünvan 1, döngə 16, 6 saylı evinin boşaldılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, 0,40 manat bank xidməti haqqı və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun müştərək qaydada alınaraq Bank BTB ASC-yə ödənilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 manat pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-138/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bankın iddia tələbi üzrə hesabladığı əsas, faiz və cərimə borcu şişirdilmiş, əmlakın ilkin satış qiyməti süni şəkildə azaldılmışdır. İş üzrə tərəflərə işə baxılmanın yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Qazax Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(023)-138/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh2 apellyasiya şikayətində Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-138/2023 nömrəli qətnaməsinin əsas borc, faiz və cərimə məbləği hissəsini və evin ilkin satış qiymətinin 55.000 manat müəyyən edilməsi hissəsini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: xx.xx.2020-ci il tarixli XDEN-00003-15/20A saylı kredit müqaviləsindən görünür ki, Bank "xxxx" ASC-nin «Xətai» filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 ay müddətinə, illik 23 faiz ödəmək şərti ilə 34000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. xx.xx.2020-ci il tarixli, XDENG-00003-15/20A saylı müqaviləsindən görünür ki, xx.xx.2020-ci il tarixli XDEN-00003-15/20A saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 1, döngə 16, 6 saylı evi ipotekaya qoymuşdur. xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli XDEN-00003-15/20A saylı kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə borcu Cavabdeh1 banka olan borcu 32658,34 manat əsas borc, 9132,44 manat faiz borcu, 9170,66 manat dəbbə borcu, ümumilikdə 50961,44 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 351/E №-li ekspert rəyindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, 83,5 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar dəyərinə uyğun 65000 manat, likvid qiymətinin dəyəri 55000 manat müəyyən edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 30 mart 2022-ci il tarixli 9Ə151 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları və 20 fevral 2020-ci il tarixli XDEN-00003-15/20A saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 "xxxx" ASC -yə 08 iyul 2021-ci il tarixədək olan əsas borcu 32818,64 manat, faiz borcu 9,036,98 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-1552/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspertizanın aparılmasından imtina edilməsi haqqında məlumatı ilə iş üzrə tərəflər məhkəmə binasına gəlmədiyindən, həmçinin tərəflərlə iş materiallarında olan mobil telefon nömrələrinə zəng edərək əlaqə saxlamaq mümkün olmadığından məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi barədə qərardad icrasız saxlanılmaqla, mülki iş materialları geri qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)- 112/2024 saylı qərardadı ilə iş üzrə yenidən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspertizanın aparılmasından imtina edilməsi haqqında məlumatından görünür ki, iş üzrə Cavabdeh2 ilə telefon əlaqəsı saxlanılmış, həmin şəxs evi başqa şəxsə satdığını bildirdiyindən məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi barədə qərardad icrasız saxlanılmaqla, mülki iş materialları geri qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, “Bank "xxxx" ASC-nin «Xətai» filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli XDEN-00003-15/20A saylı kredit müqaviləsinə əsasən, sonuncuya 36 ay müddətinə illik 23% ödəmək şərtilə 34000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi xx.xx.2020-ci il tarixli, XDENG-00003-15/20A nömrəli ipoteka müqaviləsi bağlanmış və Cavabdeh2 məxsus olan ünvan 1, döngə 16, 6 saylı evi ipoteka ilə yüklü edilmişdir. Həmin yüklülük Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, kredit borcunu müəyyən olunmuş ödəniş qrafikinə uyğun olaraq qaytarmaq barədə öhdəliklərini yerinə yetirməmiş və nəticədə iddiaçı Banka borclu qalmışdır. “Bank «BTB” ASC tərəfindən xx.xx.2021-ci il tarixli bildirişlə cavabdehlərdən Banka yaranmış borcun ödənilməsini tələb edilmiş, əks təqdirdə kredit borcunun ödənilməsini təmin etmək məqsədilə ipoteka predmetinə tutma yönəldilməsi proseduruna başlanması barədə xəbərdar edilmiş, həmin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınması üçün Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilmiş və qeydə alınmışdır. Məhkəmə kollegiyasının iclasında həmçinin, müəyyən edildi ki, iddiaçı Bankın xx.xx.2021-ci il tarixli maliyyə arayışında Cavabdeh1 xx.xx.2021-ci il tarixə kredit müqaviləsi üzrə banka olan borcun u n 32658,34 manat əsas borc, 9132,44 manat faiz borcu məbləğində olması göstərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 xx.xx.2021-ci il tarixədək yaranmış əsas və faiz borcunun məbləği müəyyənləşdirilməsi üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 mart 2022-ci il tarixli 9Ə151 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəydən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixə (iddia ərizəsində qeyd edilən tarixə) banka əsas borc üzrə 32818,64 manat, faiz borcu üzrə 9,036,98 manat borcu vardır. İşə baxan məhkəmə həmin ekspert rəyinə əsaslanmaqla, iddia tələbini əsas və hesablanmış faiz borcu hissəsində həmin ekspert rəyində göstərilmiş məbləğlərdə təmin etmiş, cərimə borcunu isə 150 manat məbləğində təmin etmişdir. Azərbaycan Respublikasının MM-nin: 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, Cavabdeh1 iddiaçı Bank ilə kredit müqaviləsi bağlayan zaman müqavilənin bütün şərtləri ilə razılaşaraq, həmin şərtlərə əməl edəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə onun müqavilə müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdə bitdiyi tarixə əsas borc üzrə 32818,64 manat, faiz borcu üzrə 9,036,98 manat borcu qalmışdır. Həmin ekspert rəyindəki hesablamaların doğru olmaması məhkəmə kollegiyasında şübhə doğurmamış və rəyin mötəbərliyinə şübhə altına salan əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikasının MM-nin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1.-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh apellyasiya dəlillərində evin ilkin satış qiyməti ilə razı olmadığını, həmin mənzilin ilkin satış qiymətinin süni şəkildə azaldıldığını göstərmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 351/E №-li ekspert rəyindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, 83,5 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar dəyərinə uyğun 65000 manat, likvid qiymətinin dəyəri 55000 manat müəyyən edilir. Məhkəmə kollegiyası apellyasiya dəlillərinə uyğun olaraq, iş üzrə iki dəfə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspertizanın aparılmasından imtina edilməsi haqqında məlumatından görünür ki, iş üzrə Cavabdeh2 ilə telefon əlaqəsı saxlanılmış, həmin şəxs evi başqa şəxsə satdığını bildirdiyindən məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi barədə qərardad icrasız saxlanılmaqla, mülki iş materialları geri qaytarılmışdır. Göründüyü kimi, Cavabdeh2 apellyasiya dəlillərində evin ilkin satış qiyməti ilə razı olmadığını, həmin mənzilin ilkin satış qiymətinin süni şəkildə azaldıldığını göstərsə də, mənzilin daha yüksək qiyməti olmasına dair heç bir sübut təqdim etməmiş, həmçinin 2 dəfə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməsinə baxmayarq, ekspertizanın keçirilməsinə şərait yaratmamış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspertizanın aparılmasından imtina edilməsi haqqında məktubundan göründüyü kimi, o, həmin evi başqa şəxsə satdığını göstərməklə, ipoteka predmeti olan əmlaka baxış keçirilməsinə şərait yaratmamış və qərardad icra edilmədən geri qaytarılmışdır. Məhkəmə kollegiya cavabdehin ipoteka predmetinə baxış keçirilməsinə şərait yaratmamasına dair hərəkətlərini ekspetiza keçirilməsinə mane olan hərəkət kimi qiymətləndirir və ipoteka predmetinin ilkin satış qiyməti kimi "xxxx" MMC-nin yuxarıda qeyd edilən rəyində göstərilmiş məbləğin əsas götürülməli olmasına dair birinci instansiya məhkəməsinin qənaiti ilə razılaşır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, ləğv edilməsinə və ya dəyişdirilmədinə hüquqi əsası yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-138/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-138/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-112/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-112/2024
12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver