Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-112/2025 11.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X6 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və maraqlı şəxs Ağstafa rayon Notariat ofisinə qarşı “mirasın bütövlükdə qəbul edilmiş hesab edilməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi” və Cavabdeh1 cavabdeh İddiaçı və Ağstafa rayon Notariat ofisinə qarşı “miras əmlkda payən müəyyən edilməsi və şəhadətnamənin verilməsi” tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(015)- 44/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, şifahi icraat qaydasında baxaraq, açıq məhkəmə iclasında məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək mərhum nənəsi X5 məxsus Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində yerləşən yaşadığı evə mirasın bütövlükdə onun tərəfindən qəbul edilmiş hesab edilməsi və ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda cavabdeh Şabayev X11 Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində yerləşən anası X1 miras qalmış fərdi evi üzrə varislərin müəyyən edilməsi və şəhadətnamələrin verilməsi və icrasının üçüncü şəxsə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 2(015)-44/2024 saylı, 31 yanvar 2024-cü il tarixli qərardadı ilə mülki işlərin icraatı bir icraatda birləşdirilmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(015)-44/2024 saylı qətnaməsi ilə (hakim Z.Rəsulov) İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və maraqlı şəxs Ağstafa rayon Notariat ofisinə qarşı “mirasın bütövlükdə qəbul edilmiş hesab edilməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair” iddiasının təmin edilməməsi, Cavabdeh1 cavabdeh İddiaçı qarşı “miras əmlak payının müəyyən edilməsi və şəhadətnamənin verilməsi tələbinə dair" iddia ərizəsinin təmin edilərək X1 miras qalmış Ağstafa rayonu Aşağı Kəsəmən kəndində yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsəlik hüququnun tanınması qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Ağstafa Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2 (015)-44/2024 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağstafa rayonu Aşağı Kəsəmən kəndində yerləşən 0.13 ha torpaq sahəsi JN459F (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında və üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında mərhum nənəsi X4 mülkiyyətinə verilmişdir. X10 20 avqust 1994-cü ildə vəfat etmişdir. X3 isə 16 may 1994-cü ildə vəfat etmişdir. Onlar hələ nənəsinin sağlığında daim nənəsi ilə birlikdə ona məxsus fərdi yaşayış evində yaşamış, birgə təsərrüfat idarə etmişlər. X10 vəfat etdikdən sonra da ailə üzvləri ilə birlikdə ondan miras qalmış əmlakda faktiki yaşayaraq, mirası faktiki qəbul etmişlər və bu günkü günə kimi həmin mirası idarə edirlər. Hazırki iş üzrə Cavabdeh1 isə hələ atasının və nənəsinin sağlığında köçüb Bakı şəhərinə getmiş və Bakı şəhəri Binəqədi rayonu, Xocəsən ərazi dairəsinin Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsi ev-298 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Cavabdeh (iddiaçı) Cavabdeh1 nənəm Tükəzban Şəbəyeva vəfat etdikdən sonra heç vaxt ondan miras qalmış Ağstafa rayonu Aşağı Kəsəmənkəndində yerləşən evdə yaşamamış, mərhum nənəmdən miras qalmış əmlakı nə faktiki, nə də rəsmi qəbul etməmişdir. Buna baxmayaraq cavabdeh (iddiaçı) Cavabdeh1 əsassız olaraq 18 il sonra 14 yanvar 2022-ci il tarixli, 4-428/21 saylı Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə almış və həmin şəhadətnamə əsasında miras əmlakdan tam hissədə pay almışdır. Cavabdeh (iddiaçı) Cavabdeh1 məhkəmədə ona qarşı iddia qaldırdıqdan sonra Cavabdeh1 heç bir qanuni əsas olmadan mərhum nənəsindən miras qalmış əmlaka dair 14 yanvar 2022-ci il tarixli, V-428/21 saylı Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə verildiyi ona məlum olmuşdur. Ona görə də mən məhkəmədə cavabdeh X9 qarşı “Vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ondan irəli gələn çıxarışların ləğv edilməsi və miras əmlakın vərəsələr arasında paylara bölünməsi” tələbinə dair iddia qaldırmışdır. Ağstafa Rayon Məhkəməsinin 2(015)-73/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, X1 miras qalmış Ağstafa rayonu Aşağı Kəsəmən kəndində yerləşən yaşayış evi və torpaq sahəsinə dair Cavabdeh1 adına 14 yanvar 2022ci il tarixli V-428/2021 saylı reyestrlə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və Cavabdeh1 adına verilmiş Çıxarışın ləğv edilməsi qət edilmişdir. Sonradan həmin qətnamədən Cavabdeh1 tərəfindənverilmiş apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə təmin edilərək (bizə heç bir rəsmi məlumat verilmədən), apellyasiya şikayəti baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmiş və hazırda mülki iş məhkəmənin icraatındadır. Həmin qətnamə ilə (hakim Zamiq Rəsulov) məhkəmə tərəfindən onun nənəsi X7 və X15Əsəd oğlu vəfat edərkən miras qalmış Ağstafa rayonu Aşağı Kəsəmən kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşadığı, bununla da miras əmlaka sahiblik etməyə və idarə etməyə faktiki başlayaraq mirası qəbul etməyini şəksiz nümayiş etdirdiyi müəyyən edilmişdir. Ona görə də, Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişlər. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəyi təqdirdə işə onun iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(015)-44/2024 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasına təqdim edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli 2(104)–2292/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1rıa, Ağstafa rayon Notariat Ofisinə və üçünçu şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə idarəsinə qarşı "vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, ondan irəli gələn çıxarışların ləğv edilməsi və miras əmlakın vərəsələr arasında paylara bölüinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbinin təmin olunması barədə qətnamə çıxanlmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-73/2023 nömrəli qətnaməsi (hakim Zamiq Rəsulov) ilə iddia tələbi qismən təmin edilmiş, X2 miras qalmış Ağstafa rayonu Aşağı Kəsəmən kəndidə yerləşən yaşayış evi və torpaq sahəsinə dair Cavabdeh1 adına 14 yanvar 2022-ci il tarixli V-428/2021 saylı reyestrlə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-73/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli 2(104)–2292/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-73/2023 nömrəli qətnaməsi iddia tələbinin qismən təmin edilmiş, X2 miras qalmış Ağstafa rayonu Aşağı Kəsəmən kəndidə yerləşən yaşayış evi və torpaq sahəsinə dair Cavabdeh1 adına 14 yanvar 2022-ci il tarixli V-428/2021 saylı reyestrlə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilməsi və iddianın həmin hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. Göründüyü kimi, hazırki iş üzrə həm ilk iddia üzrə İddiaçı, həm də qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mübahisələndirdiyi miras əmlakla bağlı qətnamə qəbul edilmiş və qanuni qüvvəyə minmişdir. Odur ki, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış, iddia ərizəsi MPM-nin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa da, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.2.-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğu üçün və iddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etmədiyindən iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, iş üzrə icraata xitam verilməlidir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-44/2024 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 369, 384, 400 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-44/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-44/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-112/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-112/2025
11.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver