Məhkəmə qərarları › İş №2(104)-1133/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1133/2025

18.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1133/2025 18.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X10 Xidməti Publik X12 Su X1 İdarəsinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: borcun silinməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X5 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və cavabdeh X10 Xidməti Publik X12 Su X1 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X10 Xidməti Publik X12 Su X1 İdarəsinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 2(021)- 276/2025 nömrəli qətnaməsindən cavabdeh X10 Xidməti Publik X12 Su X1 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 18 avqust 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2024-cü il tarixli 910 saylı arayışdan görünür ki, Bərdə rayonu Qaradağlı kənd sakini İddiaçı ailə üzvləri: arvadı- X2r.

2. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Güloğlular kənd İƏD üzrə Qaradağlı kəndində yaşayır.

3. Azərbaycan Respublikası "xxxx" ASC-nin Bərdə rayon Sukanal İdarəsi üzrə ödənişlərin siyahısından görünür ki, xx.xx.2017-xx.xx.2024-cü il tarixlərdə abonent sayı 1 olan İddiaçı tərəfindən cəmi 125 manat ödənilmişdir.

4. Azərsu ASC nin Bərdə Sukanal şöbəsinin hesab fakturasından görünür ki, Bərdə rayonu Qaradağlı kəndində yaşayan İddiaçı kubu 0.60 qəpikdən hesablanmaqla hesab fakturasında dövr borcu 10.80 qəpik qeyd edilərək, qalıq borc 436.76 manat göstərilmişdir.

5. Azərbaycan Dövlət Su X3 Su Melorasiya Xidməti PHŞ X14 Sistemlərinin İstismarı İdarəsinin məktubundan görünür ki, abonent kodu **********000 olan İddiaçı hazırki borcu 492.56 manat təşkil etmişdir. R.Məhərəmovun iddia ərizəsində göstərdiyi 436.76 manat borc 2017-2024-cü illər üzrə hesablanmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı Bərdə Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, qanunsuz yazılmış 436.76 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh idarənin əməkdaşları tərəfindən əsassız olaraq ona 436.76 manat borc yazılmışdır. Cavabdeh qurum su sərfiyyatını 4 nəfərə görə hesablamışlar. Halbu ki, onlar 2 nəfər ailə üzvlərindən ibarətdirlər. Dəfələrlə cavabdeh quruma bu barədə müraciətləri olsa da, lakin su sərfiyyatı hələ də 4 nəfər üçün hesablanır.

8. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, cavabdeh "xxxx" ASC-ni əsl cavabdeh X10 Xidməti Publik X12 Su X1 İdarəsi ilə əvəz olunmasını xahiş etmişdir.

9. Bərdə Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli 2(021)-276/2025 nömrəli (hakim Z.Abdullayev) qətnaməsi ilə iddia təmin edilərək, “İddiaçı X10 Xidməti Publik X12 Su X1 idarəsi tərəfindən hesablanmış 436.76 manat məbləğində borcun silinməsi qət edilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Nazirlər Kabinentinin “X8”nın X9 Qərarının 2.1.6, 2.1.9.2-ci bəndlərinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 119, 217.1, 218.1, 218.3, 216-220, 227 və 233-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh X10 Xidməti Publik X12 Su X1 İdarəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, İddiaçı iddia ərizəsində ailə üzvlərinin 2 nəfər olduğunu, lakin əsassız olaraq 4 nəfərə görə su sərfiyyatının hesablanmasını qeyd etmişdir. Belə olan halda iddiaçı 2 nəfərə görə əlavə hesablanmış sərfiyyatın silinməsini məhkəmədən xahiş etməliydi. Birinci instansiya məhkəməsidə iddianı təmin edərək 436.76 manat hesablanmış borcun silinməsini qət etmişdir. İddiaçı ailə üzvələrinin 2 nəfərdən ibarət olması barədə arayışı təqdim etmədiyinə görə su sərfiyyatı 4 nəfər üçün hesablanmışdır İddiaçının 2014-cü il üzrə 2 manat, 2015-ci il üzrə 7 manat, 2016-cı il üzrə 29.03 manat, 2017-ci il üzrə 24.50 manat, 2018-ci il üzrə 36 manat, 2020-ci il üzrə 11 manat, 2021-ci il üzrə 47 manat, 2022-ci il üzrə 85,20 manat, 2023-cü il üzrə 145,20 manat və 2024-cü il üzrə 115,80 manat, ümumilikdə 627,56 manat hesablanmış borcu yaranmışdır ki, həmin borcdan 135 manatı iddiaçı tərəfindən ödənilmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən cavabdeh X10 Xidməti Publik X12 Su X1 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlava olaraq bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda sayğac olmadığına, eləcədə ailə tərkibi barədə arayış verilmədiyinə görə su sərfiyyatı Nazırlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun olaraq 4 nəfərə görə hesablanmışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayəti üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, su sərfiyyatına görə iki nəfər üçün pulu ödəməyə etiraz etmir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayəti üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 425.1. maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

18. Maddə 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edoilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

24. Maddə 385.Məhkıəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

25. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

30. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı su sərfiyyatına görə X10 Xidməti Publik X12 Su X1 İdarəsinin əməkdaşları tərəfindən əsassız olaraq 436,76 manat borc hesablanmasını əsas gətirərək həmin borcun silinməsi barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmiş işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir.

31. Kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları, eləcədə tərəflərin izahatları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır.

32. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respunlikası qanunun 30-cu maddəsinin 1-ci hissəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı Qərarı ilə təsdiq edilmiş “X8”nın 7.4-cü bəndinə əsasən Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.

34. Göründüyü kimi əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirlilməlidir. İddia ərizəsindən, eləcədə iddiaçının izahatından müəyyən olunur ki, iddiaçı 2 nəfər (özü və arvadı) ailə üzvündən ibarətdir. İşin qeyd olunan bu halı Bərdə Rayon İHB-nın Güloğullar İƏD üzrə nümayəndəliyin 13 avqust 2024-cü il tarixli 910 nömrəli arayışı ilə də təsdiq olunur. İşdən isə müəyyən olunur ki, iddiaçının yaşdığı mənzildə hesabat 4 nəfər ailə üzvünə görə aparılmışdır.

35. Birinci instansiya məhkəməsində icraart zamanı da iddiaçı izahatında bildirmişdir ki, ailə üzvü iki nəfərdən, yəni özü və arvadından ibarətdir. İşə baxan birinci instasniya məhkəməsi isə işin qeyd olunan bu halını nəzərə almamış və iddia tələbini tam təmin etmişdir. Halbu ki, abonentə su sərfiyyatı üçün 2 nəfərə görə hesablanmış 218,38 (436,76:2=218,38) manat borcun silinməsi özlüyündə istisna olunur.

36. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bərdə Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 2(021)- 276/2025 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmalı, İddiaçı cavabdeh X10 Xidməti Publik X12 Su X1 İdarəsinə qarşı borcun silinməsi tələbinə dair iddiası qismən təmin edilməli, İddiaçı (abonent kodu: **********000) X10 Xidməti Publik Hüquqi Şəxsi, Bərdə Su X1 İdarəsi tərəfindən artıq hesablanmış 218,38 manat borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

38. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh X10 Xidməti Publik X12 Su X1 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 2(021)-276/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh X10 Xidməti Publik X12 Su X1 İdarəsinə qarşı borcunun silinməsi tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı (abonent kodu: **********000) X10 Xidməti Publik Hüquqi Şəxsi, Bərdə Su X1 İdarəsi tərəfindən hesablanmış 218,38 manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar