Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1141/2025 12.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdelər Cavabdeh və X3 qarşı subroqasiya tələbi üzrə vurulmuş zərərin ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin icraata qəbulundan imtina barədə Ağdam Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(013)-1539/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək cavabhelər Cavabdeh və X1 ümumilikdə 3848 manat pul vəsaitinin tutularaq ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(013)-1539/2025 nömrəli qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh qismində göstərilmiş X2 poçt ünvanı İran İslam Respublikası, Xudafərin şəhəri göstərilmiş, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) göstərilməmiş, həmçinin ərizə aidiyyət qaydalarının pozulması ilə verilərək MPM-in 284-2-ci maddəsinin və aidiyyətlə bağlı müddəalarının tələbləri pozulmuş, bundan başqa ərizəyə iddiaçının tələbinin əsaslandığı sübutlar əlavə edilməmiş, ərizəyə yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli olmayan və cavabdeh kimi qeyd olunan Cavabdeh təqsirliliyinə dair heç bir sübut əlavə edilməmiş, həmçinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizəsinə X2 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə törətdiyi inzibati xəta haqqında yekun qərarı əlavə etməmişdir. Məhkəmənin ərizənin icraata qəbulundan imtina edilməsi barədə 22 aprel 2025-ci il tarixli, 2(013)-1539/2025 nömrəli sözügedən qərardadından iddia tərəfinin nümayəndəsi İ.Ə.Xəlilov şikayət vermişdir. Ağdam Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2(013)-1539/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) qərardaddan verilmiş şikayəti iş materialları ilə birgə araşdırıb hesab edir ki, apellyasiya mümkün sayılmamalı və iddiaçı tərəfindən verilmiş şikayətə hüquqi qiymət verilməsi üçün iş Ağdam Rayon Məhkəməsinə qaytarılmalıdır. İddiaçı hazırki iddia tələbi üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi ərizənin məhkəmənin icraatına qəbulundan imtina etmiş və birinci instansiya məhkəməsi 22 aprel 2025-ci il tarixli qərardadından 10 (on) gün müddətində şikayətin verilməsinin mümkünlüyü qeyd edilmişdir. Lakin məhkəmə birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, şikayət hüququ məhkəmənin istəyi ilə deyil qanunverciliyin tələbinə əsasən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1. bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; 284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. 284-4.2-ci maddəsinə əsasən, bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Göründüyü kimi mülki prosessual qanunvericiliyin tələblərinə əsasən kiçik iddialara dair sadələşdirilmiş qaydada verilmiş iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina barədə qərardaddan şikayət nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 267.1.-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 269.1-ci maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2-ci maddəsinə əsaən, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3-cü maddəsinə əsasən, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi qərardaddan şikayətə baxılmasına dair Azərbaycan Respublikası Müılki Prosessual Məcəlləsinin 267 və 269-cu maddələrinin tələblərinə riayət etməyərək qanunla şikayətin verilməsi nəzərdə tutulmayan qərardaddan şikayətə baxaraq apellyasiya instansiyası məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Odur ki, qərardaddan verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və iddiaçı tərəfindən verilmiş qərardaddan şikayətə hüquqi qiymət verilməsi üçün şikayət iş materialları ilə birgə Ağdam Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, qeyd olunduğu kimi kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtinaya dair dair məhkəmə aktından şikayət nəzərdə tutulmamışdır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilməsi eyni cavabdehlərə qarşı, eyni əsasla və eyni tələblə yenidən iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu istisna etmir (MPM maddə - 284-4.3). Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilər. İşə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutan, məhkəmə qərara aldı: Ağdam Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(013)-1539/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Ağdam Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(013)-1539/2025 nömrəli qərardadından şikayətə hüquqi qiymət verilməsi üçün şikayət iş materialları ilə birlikdə Ağdam Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1141/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1141/2025
12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver